Məhkəmə qərarları › İş №2-1(102)-558/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-558/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-558/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta haqlarının və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi edi lməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2304/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara görə iddiaçının 2014-cü ilin gəlir vergisi bəyannaməsi kameral yoxlanılmış və onun barəsində 14.407,46 manat vergi məbləği hesablanmışdır.

2. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********614200 nömrəli xx.xx.2020-ci il tarixli “təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən, vergi ödəyicisi İddiaçı (**********) xx.xx.2017-ci il tarixində təqdim etdiyi bəyannamədə, hesabatda “gəlir vergisinin bəyannaməsinin 1 nömrəli Əlavəsi (vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilmədiyindən kameral vergi yoxlanılmasının aparılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 17 yanvar 2020-ci il tarixli **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 yanvar 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən 2014-cü ilin gəlir vergisi bəyannaməsi kameral yoxlanılmış və yoxlamanın nəticəsinə dair **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək, 14.407,46 manat vergi məbləği hesablanmışdır. Sahibkar İddiaçı 2018-ci ilin sonunadək sığorta agenti kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Bu səbəbdən 2014-cü ildə gəlir vergisinə cəlb edilən ümumi gəliri olmadığından həmin ilin bəyannaməsi 1 dekabr 2017-ci il tarixdə boş (rəqəmsiz) vergi orqanına təqdim edilmişdir. Eyni zamanda 2014-cü ildə sığorta agenti fəaliyyətindən əldə edilən gəliri sadələşmiş vergi bəyannaməsi təqdim edilərək vergiyə cəlb olunmuş və hesablanmış vergi məbləği büdcəyə ödənilmişdir. Gəlir vergisi bəyannamə təqdim edilən tarixdən, 2 ildən artıq müddətin və 2014-cü hesab dövründən 5 il müddətin ötməsinə baxmayaraq cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 37, 83 və 84- cü maddələrini pozaraq vergi məbləğini hesablamışdır. Bundan başqa, həmin dövrdə sığorta agentləri ilə yerli vergi orqanları arasında üzün müddətli və çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Aslanovun və L.Səbizovanm şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” 10 mart 2017-ci il tarixli qərarı məhkəmə çəkişmələrinə son qoyulmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, sığorta agentini “sığorta təşkilatı” anlayışına daxil edərək onları sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan şəxslərə aid etməklə məhkəmələr yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir.

5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2014-cü il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində 72.037,31 manat ümumi dövriyyə məbləğinin göstərildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növünün “Sığorta agentlərinin və maklerlərin fəaliyyəti” olduğu müəyyən edilmişdir. Belə ki, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-İİİQ nömrəli Qanununun 82-ci maddəsinin müddəalarına əsasən sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəal iyyət göstərə bilər. Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən kredit və sığorta təşkilatlarının, investisiya fondlarının, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının, lombardların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi or qanına təqdim etməlidirlər. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi tərəfindən 2014-cu il üzrə gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi və dövriyyə məbləğinin göstərilməməsi vergidən yayınma kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

6. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 27 may 2015-ci il tarixli **********729200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və müvafiq dövr üzrə cari gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyind ən Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2014-cu il üçün 14.407,46 manat (72.037,31 x 20%) olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə **********277100 nömrəli 5 iyun 2015-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən 1 dekabr 2017-ci il tarixdə 2014-cü il üzrə cari gəlir vergisi bəyannaməsi (göstəricisiz) vergi orqanına təqdim edilərək kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği azaldılmışdır. 4 may 2018-ci il tarixdə 14.407,46 manat vergi məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Daha sonra azaldılmış 14.407,46 manat gəlir vergisi məbləği kameral vergi yoxlaması ilə 17 yanvar 2020-ci il tar ixdə bərpa edilmişdir. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1706/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin X1 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur, gəlir vergisi üzrə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir. Hazırkı işin hallarına görə isə, 2014cü il üzrə gəlir vergisi bəyannaməsinin 2019-cu ildə (mübahisə predmeti olan qərar 17 yanvar 202-ci il tarixdə qəbul olunmuşdur) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir.

9. Belə olan halda, məhkəmə qeyd edir ki, həmin dövr üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya 2015-ci ilin mart ayının 31-dən 30 gün keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş müddəti təxminən bir neçə il müddət ötürülməklə (pozmaqla) keçirmişdir. Bununla da, 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur.

10. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) öd əmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2304/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 2014cü il üzrə gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi və dövriyyə məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

16. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2015-ci il tarixli **********729200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və müvafiq dövr üzrə cari gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilm əsi tələb olunmuşdur.

17. Müəyyən edilmiş kənarlaşma barədə təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67- ci, 83- cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2014-cü il üçün 14407,46 manat (72037,31x20%) olmaqla əlavə vergi məbləği hesablanmışdır.

18. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2015- ci il tarixli **********277100 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir.

19. Məhkəmə qərarında qeyd olunmuşdur ki, iddiaçının hazırda cavabdehin xx.xx.2020-ci il tarixli **********055500 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ vardır: xx.xx.2015-ci il tarixli “Vergilərin hesablanması haqqında” Qərarla hazırkı mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli qərar fərqli inzibati aktlar olduğundan, qeyd oluna hal hazırkı iddia üzrə mübahisəyə baxılmasını istisna edə bilməz. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirmək istəyirik ki, hal-hazırda mübahisə predmetini təşkil edən xx.xx.2020-ci il tarixli Qərar iddiaçı barəsində 2014-cü il üzrə hesablanmış gəlir vergisi ilə əlaqədardır.

20. Hesab edir ki, məhkəmə həmin qərarı “yeni inzibati akt" kimi qiymətləndirməklə formal xətaya yol vermişdir.

21. Belə ki, İş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçı barəsində ilk dəfə olaraq 2015-ci ilin may və iyun aylarında 2013-cü il və 2014-cü illər üzrə gəlir vergisi üzrə hesablamalar aparılmış, müvafiq olaraq xx.xx.2015- ci il tarixli, **********062800 saylı, **********002600 saylı və xx.xx.2015-ci il tarixli ********** 277100 nömrəli “Vergilərin hesablanması haqqında" Qərarlar qəbul edilmişdir.

22. İddiaçı isə xx.xx.2015-ci il tarixli iddia ərizəsi İlə birinci İnstansiya məhkəməsinə müraciət edərək əvvəlcə xx.xx.2015-ci il tarixli **********062800 saylı, **********002600 saylı Qərarların ləğvini tələb etmiş, sonradan məhkəmə gedişində xx.xx.2015-ci il tarixli ərizə ilə iddia tələbini dəqiqləşdirərək yuxarıda qeyd olunan qərarlarla yanaşı, xx.xx.2015-ci il tarixli **********277100 nömrəli Qərarın da ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

23. Qeyd olunan məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı xx.xx.2016-cı il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)1357/2016-cı il tarixli qərarı ilə vergi orqanının qəbul etdiyi qərarlar əsaslı hesab edilərək, həmin qərarların ləğvinə dair iddia tələbi rədd edilmişdir.

24. Beləliklə, inzibati orqanın hazırda mübahisə predmetini təşkil edən 2014-cü il üzrə gəlir vergisinə dair hesablaması məhkəmə qaydasında öz təsdiqini tapmışdır.

25. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, yekun məhkəmə instansiyasının qərarı qüvvəyə mindikdən sonra xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən 2014-cü il üzrə cari gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bununla da şəxsi hesab vərəqəsində azalma baş vermişdir.

26. Vergi orqanı isə artıq təsdiqini tapmış vergi məbləğini xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə bərpa etmişdir.

27. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, yekun məhkəmə instansiyasının qərarı qüvvəyə mindikdən son ra xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən 2014-cü il üzrə cari gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bununla da şəxsi hesab vərəqəsində azalma baş vermişdir. Vergi orqanı isə artıq təsdiqini tapmış vergi məbləğini xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə bərpa etmişdir.

28. Birinci instansiya məhkəməsi qeyd olunan hesablamanın əvvəllər məhkəmə qaydasında mübahisələndirildiyini, iddia tələbinin təmin edilmədiyini, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olduğunu, iddiaçı tərəfindən həmin məbləğin dövlət büdcəsinə ödənildiyini nəzərə alaraq iddia tələbini qeyri-mümkün saymışdır. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş yenidən baxılması üçün birinci inst ansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi öz qərardadında vergi orqanı tərəfindən qərar qəbul edilmədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzəliş aparılmasını düzgün hesab etməmiş və bundan sonra inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli hazırda məhkəmə mübahisəsini təşkil edən Qərar qəbul edilmişdir.

29. Qeyd edilənlərdən də görünür ki, hazırda mübahisələndirilən qərar məhkəmənin mövqeyinə uyğun olaraq qəbul edilmişdir. Lakin bu fakt həmin qərarın mahiyyəti üzrə bu gün qüvvədə olan, artıq məhkəmə müstəvisində qiymət verilmiş hesablamanın yenidən məhkəmə mübahisəsinin predmetini təşkil etməsinin mümkün hesab edilməsi kimi qiymətləndirilə bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyə ti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində gös tərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparma q üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şika yət etmək hüququ göstərilməlidir. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı ic raat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab o luna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağ lı qiymətləndirməsi ilə də razılaşır.

39. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

40. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, kameral vergi yoxlamasının aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məq sədlərinə xidmət edir.

41. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitus iya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

42. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəy icisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

43. Odur ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə yönəlmişdir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqanın qeyd etdiyi əvvəlki inzibati mübahisənin predmeti olan xx.xx.2015-ci il tarixli “Vergilərin hesablanması haqqında” qərarla hazırkı mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli qərar fərqli inzibati aktlar olduğundan, qeyd olunan hal hazırkı iddia üzrə mübahisəyə baxılmasını istisna edə bil məz. İddiaçının hazırda cavabdehin 17 yanvar 2020-ci il tarixli, **********055500 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ vardır.

45. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdə 2014-cü il üzrə cari gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmiş və kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği azaldılmışdır. xx.xx.2018-ci il tarixdə 14407,46 manat vergi məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bundan sonra azaldılmış 14407,46 manat gəlir vergisi məbləği kameral vergi yoxlaması ilə xx.xx.2020-ci il tarixdə bərpa edilərək bu barədə xx.xx.2020-ci il tarixli “Vergilərin hesablanması haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla bağlı vergi ödəyicisindən vergi orqanı müvafiq sə nədlərin təqdim olunmasını tələb etməmişdir. Bu barədə vergi orqanı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

46. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan hallar ilə müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən 2014-cü il üzrə gəlir vergisi bəyannaməsinin təqdim olunmamasına görə hesablanmış vergilər keçirilmiş inzibati məhkəmə icraatının yekununda vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işləndikdən sonra vergi orqanının yenidən eyni məsələ ilə bağlı “uyğunsuzluq məktubu” göndərmədən xx.xx.2020-ci il tarixli “vergilərin hesablanması haqqında” qərar qəbul etməsi nəinki vergi qanunvericiliyinin, həm də inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olmuşdur.

47. Belə ki, hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərar vergi ödəyici si tərəfindən 2014-cü il üzrə gəlir vergisi bəyannaməsinin təqdim olunmamasına görə qəbul olunmuşdur.

48. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.

49. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə isə vergi ödəyici si 2014-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur.

50. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

51. Sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin kameral yoxlama nəticəsində əlavə vergilərin hesablanmasını zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın ş əkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində əlavə vergi hesablanmasının əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir.

53. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2304/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar