Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-559/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR (Açar sözlər: iddianın mümkün sayılmaması) Giriş hissə: Hakimlər: 04.02.2020 Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qərarın ləğv edilməsi və icra ödənişinin iddiaçıya geri qaytarılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2573/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Cavabdeh icra məmuru Cəmil Tağıyev tərəfindən məcburi icra ödənişi haqqında qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qərarın və həmin qərara əsasən verilmiş xx xxx 2019-cu il tarixli inkasso sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-176/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı X2ndan 17747.74 avro əsas borc, 1597.30 avro cərimə borcu, ümumilikdə 19345.04 avro məbləğində b orc, hüquqi xidmət haqqı olaraq 500 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq “İCOPAL sp.z.o.o”şirkətinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)- 367/2018 saylı qətnaməsi ilə cavabdehın apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(102)-13/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. xx xxxxx 2019-cu il tarixdə Bank “xxxx” ASC-nin nümayəndəsi onlarla telefonla əlaqə saxlayaraq məlumat vermişdir ki, Bakı ş.,Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-176/2018 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq tərtib edilmiş inkasso sərəncamı icra olunması üçün onlara göndərilmişdir. Bundan sonra Bakı şəhəri, Cavabdehnə müraciət etdikdən sonra məlum olmuşdur ki, icra məmuru Cəmil Tağıyev tərəfindən yuxarıda qeyd edilən icra vərəqəsinin icrası ilə əlaqədar 04 aprel2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Odur ki, firma icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətini əldə etdikdən 10 gün müddətində məhkəmə qətnaməsi üzrə tələbkara ödəməli olduğu pul məbləğini tamamilə ödəmişdir. Lakin xx xxx 2019-cu il tarixdə təkrarən Bank “xxxx" ASCnin nümayəndəsi telefonla əlaqə saxlayaraq məlumat vermişdir ki, Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-176/2018 saylı icra sənədinin könüllü icrası üçün borcluya verilmiş 10 gün müddətində icra təmin olunmadığı üçün, firma tərəfindən ödənilməli olan 19,345.04 avro, 500 ABŞ dolları, 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin 7%-i - 1354 avro, 35 ABŞ dolları, 2 manat məbləğində icra ödənişinin tutulması barədə xx xxxxx 2019-cu il tarixli məcburi icra ödənişi haqqında qərar qəbul edilmiş və həmin qərarın icrası ilə əlaqədar xx xxx 2019-cu il tarixli inkasso sərəncamı icra edilməsi üçün Banka göndərilmişdir. Həmin qərarın m övcudluğundan xx xxx 2019-cu il tarixdə məlumatları olmuş, daha sonra Cavabdehnə müraciət etdikdən sonra həmin qərarın və inkasso sərəncamının surətini əldə etmişlər. Həmçinin qeyd edir ki, Cavabdeh tərəfindən göndərilmiş icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətini poçt vasitəsi ilə xx xxx 2019-cu il tarixdə qəbzə imza etməklə almışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-176/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə məcburi icra ödənişi haqqında qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və icra ödənişinin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəmə sinin xx.xx.2019-cu il tarixli 2-1(82)-2064/2019 nömrəli (sədrlik edən hakim R.Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-176/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə məcburi icra ödənişi haqqında qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və icra ödənişinin iddiaçıya geri qaytarılmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelya siya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2573/2019 (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi,İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qərarın ləğv edilməsi və icra ödənişinin iddiaçıya geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi,cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,hər hansı bir zərfin aidiyyəti ünvana göndərilməsi, həmin zərfin aidiyyəti ünvandakı aidiyyəti şəxsə çatdırılmasına dəlalət etmir.Həmçinin, istinad etdiyi xx.xx.2019-cu il tarixdə poçta təqdim edilmiş v ə xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qəbzə imza etməklə əldə etdiyi zərfin üzərindəki möhürün tarixi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş poçt reyestrindəki tarixlərlə eynilik təşkil etmədiyi üçün məhkəmə məhz həmin poçt reyestriniəsas götürərək iddianın təmin edilməməsi barədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.Halbuki, məhkəmə bu halların obyektiv araşdırılması üçün tərəfindən təqdim edilən poçt zərfinin üzərindəki möhürlərin (həmçinin zərfin üzərində Bakı şəhəri Cavabdeh möhürü də mövcuddur) həqiqiliyini müəyyən etməli, bunun üçün lazımi tədbirlər görməli, o cümlədən cavabdehdən zərfin iddiaçı tərəfindən alınmasını təsdiq edən qəbzin məhkəməyə təqdim edilməsini tələb etməli, daha sonra qeyd olunan hallar müəyyən olunduqdan sonra müvafiq qərar qəbul etməli idi. Belə k i, AR İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırıl masına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Həmçinin, xüsusilə qeyd edilməlidir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə məcburi icra ödənişinin tutulmasına dair qərar qəbul edilmiş və həmin qərara əsasən artıq xx.xx.2019cu il tarixdə, yəni qərar qəbul edildikdən sonra düz 10-cu gündə artıq inkasso sərəncamı icra olunması üçün banka daxil olmuşdur.Halbuki, məcburi icra ödənişi barədə qərar qəbul edilən günü qərar iddiaçıya təqdim edilmiş olsa idi belə, həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 gün müddət bitməmiş artıq icra şöbəsi tərəfindən qərar icraya yönəldilmiş, hətta artıq inkasso sərəncamı banka daxi l olmuş idi. Həmçinin, iddiaçı ilə cavabdehin ünvanı eyni rayonda, yəni Nərimanov rayonunda yerləşməsinə baxmayaraq nədənsə icra şöbəsinin inkasso sərəncamları Nəsimi rayonunda yerləşən banka iddiaçıdan 1 ay tez çatır. Hesab edilir ki, icra məmurları tərəfindən icraatlarına daxil olan işlərlə əlaqədar icraata başlamaq haqqında qərar formal olaraq qəbul edilir və borclu şəxslərə 10 gün müddətində könüllü icra ilə bağlı bildirişin sənəd üzərində göndərilməsi qeyd olunsa da faktiki olaraq göndərilmir və nəticədə borclu tələbin könüllü icrası barədə müddəti ötürmüş olduğundan məcburi icra ödənişi də borclu şəxslərdən əsassız olaraq icra şöbəsi tərəfindən tutulur, təəssüf ki, bu hallar kütləvi xarakter daşıyır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Mə hkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2573/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixl i qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2573/2019 saylı qərarla, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi,İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qərarın ləğv edilməsi və icra ödənişinin iddiaçıya geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi,cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 2.2.1, 32.1, 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, cavabdeh icra şöbəsinin hərəkətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada edildiyindən xx.xx.2018-ci il tarixli icra sənədi üzrə məcburi icra ödənişi haqqında qə bul edilmiş xx xxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və icra ödənişinin iddiaçıya geri qaytarılması ilə bağlı tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin Qanunun tələbinə g örə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından ş ərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respu blikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərin in, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, tələbkar yaxud borclu icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə icra sənədini vermiş və icraya nəzarət etməli olan məhkəməyə şikayətlə müraciət etsə də, şikayəti «iddiaçı» kimi verməklə, ayrıca inzibati iddia qaldırmışdır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli2-1(103)-2573/2019 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın.
Məhkəmə qərarları › İş №2-1(102)-559/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-559/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver