Məhkəmə qərarları › İş №2-1(102)-559/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-559/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-559/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş ü zrə məhkəmə qərarına izah verilməsi barədə iddiaçının ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2934/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8558/2021 nömrəli qərarı ilə iddiaçının pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

2. İddiaçı sözügedən qərara izah verilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

3. Bakı İnzibat i Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(112)-8558/2021 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2934/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, qərara izah verilməsi barədə iddiaçının ərizəsi təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8558/2021 nömrəli qərarına “iddiaçının pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında, qulluq stajına görə əmək pensiyasına əlavənin məbl əği həmin artımlar qədər azaldılmamaqla, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” kimi izah verilmişdir.

6. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir.

7. Kassasiya icraatı zamanı cavabdeh ərizə təqdim edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

10. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 8-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətinin geri götür ülməsi barədə ərizəsi təmin edilir. Kassasiya şikayəti üzrə icraata xitam verilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar