Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-56/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-56/2020 Bakı şəhəri xx xxxxxx 2020-cu il Açar sözlər: pensiya təminatı hüququ, güzəştli şərtlərlə pensiya hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Mehparə Əhmədova və Ələsgər Əliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili Cavid Əhmədovun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-456/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında göstərilən V.İ.Lenin a dına X1 xx xxxxxx 1974-cü il tarixdən xx xxxx 1975-ci il tarixədək barama döyən, xx xxxx 1975-ci il tarixdən xx xxxxxxx 1975-ci il tarixədək toxucu istehsalatında köməkçi fəhlə, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək Şəki kolxozlararası tikinti idarəsində fəhlə, xx xxxxxx 1981-ci il tarixdən xx xxxx 1984-cü il tarixədək Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, xx xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 1996-cı il tarixədək V.İ.Lenin adına X1 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, xx xxx 2005-ci il tarixdən xx xxxxxx 2011-ci il tarixədək “xxxx” ASC-də bənna olaraq işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtrlələ yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1974-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 25 ildən artıq sosial sığorta stajını toplamışdır. İddiaçı 25 ildən artıq olan əmək fəaliyyəti dövründə ağır işlərdə işləməsi əsası ilə ona əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etsə də, onun müraciətləri cavabsız qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(84)-329/2018 saylı qərarı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək peniyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. İddiaçının 25 ildən artıq sığorta stajına və 12 il 6 aydan artıq güzəştli staja malik olması onun əmək kitabçası ilə öz təsdiqini tapmış və cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(107)-243/2018 saylı qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmışdır Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(102)1763/2018 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər İlqar Hüseynov və Nigar Rəsulbəyova) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsinin iddiaçının zəruri stajı toplaması nəticəsinə gəldiyi zaman istinad etdiyi sənədlər, həmçinin iddiaçının əmək kitabçasının surəti iş materiallarında mövcud olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-50/2019 saylı qərarı ilə ( sədrlik edən Rafail Əliyev, hakimlər Akif Eyvazov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmişdir. Məhkəmə kollegiyasının qərarı ilə iddiaçının əmək kitabçasında göstərilən V.İ.Lenin adına X1 xx xxxxxx 1974-cü il tarixdən xx xxxx 1975-ci il tarixədək barama döyən, xx xxxx 1975-ci il tarixdən xx xxxxxxx 1975-ci il tarixədək toxucu istehsalatında köməkçi fəhlə, xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək Şəki kolxozlararası tikinti idarəsində fəhlə, xx xxxxxx 1981-ci il tarixdən xx xxxx 1984-cü il tarixədək Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, xx xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 1996-cı il tarixədək V.İ.Lenin adına X1 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, xx xxx 2005-ci il tarixdən xx xxxxxx 2011-ci il tarixədək “xxxx” ASC-də bənna olaraq işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(102)1587/2019 saylı qərarı ilə (sədrlik edən İlqar Dadaşov, hakimlər Kəmaləddin Bədəlov və Fərhad Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi işə təkrar baxarkən iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişlərə əməl etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxılarkən məhkəmə qərarlarında istinad olunan, iddiaçıya məxsus əmək kitabçası, yaxud onun lazımi qaydada təsdiq olunmuş surəti əldə edilərək digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşin növbəti apellyasiya baxışı zamanı məkhəmənin xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-456/2019 saylı qərarı ilə (sədrlik edən Mirbahəddin Hüseynov, hakimlər Vəzirxan Məlikov və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində cavabdeh inzibati orqanına adı dəyişdirilərək iddiaçıya xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 57 yaşının tamam olduğu tarixədək ümumilikdə 27 il 2 ay 06 gün ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edi lmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələr üzrə 23 il 11 ay 26 gün güzəştli stajının mövcud olması onun əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 31.1, 32.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qə rardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, məhkəmə iddiaçının X2nın əsaslı tikinti şöbəsində işlədiyi bənna və 3-cü dərəcəli suvaqçı peşələrinin güzəştli siyahının 29-cu bölməsində əksini tapdığına istinad etmişdir. Halbuki, X2 və “xxxx” ASC yüngül sənaye istehsalatına aiddir və güzəştli siyahının 29-cü bölməsində deyil, “İpək və barama açma istehsalatları” adlanan 26.5-ci bölməsində öz əksini tapmışdır. Həmin bölmədə isə iddiaçının işlədiyi peşələr nəzərdə tutulmamışdır. İddiaçı X2 və “xxxx” ASC-də bənna və 3cü dərəcəli suvaqçı vəzifələ rində iş stajı 18 il, 08 ay, 06 gün təşkil etdiyindən və həmin peşələr güzəştli pensiya hüququ verən peşələrə aid olmadığından iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş zəruri güzəştli stajı toplamamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 və 26.5-ci bəndlərinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuş, xx xxxxxx 1974-cü ildən xx xxxx 1975ci ilədək V.İ.Lenin adına X1 baramadöyən, xx xxxx 1975-ci ildən xx xxxxxxx 1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə işləmiş, xx xxxxxx 1975-ci ildən xx xxxxxx 1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx xxxxxx 1978 – xx xxxxxx 1981-ci illərdə Şəki kolxozlararsası tikinti idarəsində fəhlə, xx xxxxxx 1981 – xx xxxx 1984-cü illərdə Şəki meliorasiya su-tikinti idarəsinin 1 nömrəli SMD-də fəhlə, xx xxxxxx 1984 – xx xxxxxx 1996cı illərdə V.İ.Lenin adına X1 əsaslı tikinti şöbəsində bənna, həmçinin 3-cü dərəcəli suvaqçı, xx xxx 2005-ci ildən xx xxxxxx 2011-ci ilədək “xxxx” ASC-də bənna olaraq işləmişdir. O həmin illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu hərəkətsizlik göstərərək faktiki surətdə bundan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “a)” bəndində “fəhlələr”, o cümlədən də “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi göstərilmişdir. Qeyd edilən bölmənin “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” yarımbölməsində isə “a)” bəndindəki “fəhlələr” kateqoriyasına həmçinin “bənnalar” və “suvaqçılar” peşələri daxil edilmişdir. Göründüyü kimi, istinad edilən Siyahının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “bənna” və “suvaqçı” peşələrinin hər ikisi “fəhlə” kateqoriyasına aid edilməklə güz əşt şamil olunan peşələr kimi nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçının həm xx xxxxxx 1984-cü ildən xx xxxxxx 1996-cı ilədək (12 il 1 ay 16 gün) X1 əsaslı tikinti şöbəsində bənna və 3-cü dərəcəli suvaqçı, həm də xx xxx 2005-ci ildən xx xxxxxx 2011-ci ilədək (6 il 6 ay 20 gün) “xxxx” ASC-də bənna işlədiyi əmək fəaliyyəti Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsinin təsir dairəsinə düşür. Bundan başqa, iddiaçının xx xxxxxx 1978 – xx xxxxxx 1981-ci illərdə (3 il 20 gün) Şəki kolxozlararsası tikinti idarəsində işlədiyi fəhlə, xx xxxxxx 1981 – xx xxxx 1984-cü illərdə (2 il 3 ay) Şəki meliorasiya su-tikinti idarəsinin 1 nömrəli SMD-də işlədiyi fəhlə işləri də istinad edilən Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş “fəhləl ər” peşəsi ilə əhatə olunur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysiya məhkəməsi iddianın qanuni əsaslarının tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmışdır ki, qanun la müəyyən edilmiş yaş həddinə çatmış və müvafiq umumi və xüsusi iş stajını toplamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymələndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığını apellyasiya məhkəməsi xx xxxxxx 2014-cü il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmə k şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiya sı hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti xx xxxxxx 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2014-cü il tarixinə iddiaçının 57 yaşı tamam olmuş, həmin müddətə onun 25 il sığorta stajı və onun daxilində 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajı toplanılmışdır. İddiaçının xüsusi iş stajına onun xx xxxxxx 1984-cü ildən xx xxxxxx 1996-cı ilədək (12 il 1 ay 16 gün) X1 əsaslı tikinti şöbəsində bənna və 3-cü dərəcəli suvaqçı, həm də xx xxx 2005-ci ildən xx xxxxxx 2011-ci ilədək (6 il 6 ay 20 gün) “xxxx” ASC-də bənna işlədiyi müddət daxil edilmişdir. Apellyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensya hüququnun yaranmasını Azərbaycan Republikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 23 saylı qərarı ilə təqdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu bölməsinin “a” bəndində öz əksini tapmış “fəhlələr”, o cümlədən də “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsinə, habelə həmin bölmənin “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” ya rımbölməsinin “fəhlələr: suvaqçılar” peşəsinə uyğun olduğu nəticəsinə gəlmişdir. Halbuki, istinad edilən Siyahının 29-cu bölməsi “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsinə aid olduğundan, güzəştli şərtlərlə pensiya hüququ verən şəxslərin həmin peşədə yalnız tikinti, yenidən qurma, bərpa və təmir sahəsinə aid olan müəssislərdə bənna briqadaları və manqalarda işləməsi nəzərdə tutulmuşdur. Habelə, “suvaqçı” peşəsi üzrə işləyənlərin sahəsi bilavasitə metropolitenə və yeraltı işlərə aid edilmişdir. İddiaçının işlədiyi X2 və “xxxx” ASC isə həmin Siyahının “26.Yüngül sənaye” bölməsininin “26.5. İpək və baramaaçma istehsalatları” yarımbölməsinə aid olan müəssisə olduğundan, iddiaçının işlədiyi peşələrin həmin hissədə nəzərdə tu tulub-tutulmamsı yoxlanılmalı idi. Həmin bölmədə isə iddiaçının işlədiyi “bənna və suvaqçı” peşələri nəzərdə tutulmadığından, apellyasiya məhkəməsi düzgün olmayaraq həmin müəssisədə iddiaçının işlədiyi peşləri güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid etmişdir. Məhkəmə kollegiyası bu hissədə cavabdehin bildirdiyi dəlilləri qanunvericiliyin tələblərinə uyğun hesab edir, apellyasiya məhkəməsinin qiymətləndirilməsinin isə qanunamüvafiq olmadığını bildirir. Bununla da məhkəməmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajı toplanmadığından, onun iddia tələbi əsassız olmuşdur. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qə rar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-456/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia tələbi təmin edilməsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-56/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-56/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver