Məhkəmə qərarları › İş №2-1(102)-56/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-56/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-56/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əl ilə qaynaq aparan elektrik qaynaqçıları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “57 yaşdan g üzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2-1(103)-1321/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1959-cu il 05 yanvar tarixdə doğulmuş, 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuş, 1980-ci il 01 sentyabr - 1981-ci il 24 aprel tarixləri arasında texniki məktəbdə elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış, əmək fəaliyyətini 2008-ci il 2 yanvar tarixədək müxtəlif istehsalat sahələrində davam etdirmiş, 1992-ci il 3 mart tarixdən 2008-ci il 2 yanvar tarixədək “əl ilə qaynaq edən elektrik qaynaqç ısı” peşəsi üzrə işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 26 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1976-ci il 30 avqust tarixli, İT ******* nömrəli əmək kitabçasında 12-13-cü səhifələrdəki 16 nömrəli qeyddə iddiaçının işlədiyi peşənin adında düzəliş edilərək “qaynaqçı”ya dəyişdirildiyi aşkar görünür, bu səbəbdən müraciətin təmin olunması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 23 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin aradan qaldır ılması, 16 il 5 ay 28 gün güzəştli şərtlərlə iş stajının, ümumi iş stajının isə 28 ildən artıq olmasını nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu 2016-ci il 05 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2 il hərbi xidmət keçmiş, 1992-ci il 03 mart - 2008-ci il 01 sentyabr tarixlərdə X3 İdarəsində 1 dərəcəli elektrik qaynaqçısı işləmişdir. Elektrik qaynaqçısı peşəsində güzəştli iş stajı 16 il 5 ay 28 gün təşkil edir, ümumi stajı 28 ildən artıqdır. Cavabdeh nəzərə almamışdır ki, əmək kitabçasındakı düzəliş İdarənin möhürü ilə təsdiq edilmiş, düzəlişin düzgünlüyü barədə əlavə arayış da verilmişdir. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 mart tarixli, 2-1(112)-305/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 2016-ci il 05 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il 01 yanvar tarixinə 25 ildən artıq ümumi və 12 ildən artıq xüsusi iş stajı var.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2-1(103)-1321/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etira zda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad etməkdə haqlı deyildir. Ona görə ki, iddiaçı 2006-cı il 01 yanvar tarixinədək ümumi və güzəştli iş stajını topladığını iddia edir. Həmin tarixdə adı çəkilən qərar deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 320 nömrəli, 1993-cü il 21 iyun tarixli Qərarı ilə təsdiqlənmiş 1 və 2 nömrəli Siyahılar qüvvədə idi.

14. Digər tərəfdən, iddiaçı da eyni səhvə yol verib, çünki güzəştli iş stajını təsdiqləmək üçün təqdim etdiyi 47 saylı, 2016-cı il 22 aprel tar ixli arayışda da məhz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 nömrəli qərarı təsdiqlənmiş siyahıya istinad edib.

15. Fərz edilsə ki, məhkəmə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli Qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsinə (“Ümumi peşələr”) istinadı yerindədir. Bu halda belə, nəzərə almaq lazımdır ki, həmin bölmədə müxtəlif adlarda “qaynaqçı” peşələri öz əksini tapıb. Lakin abstrakt şəkildə “qaynaqçı” peşəsi qeyd edilməyib. Məsələn, siyahıda “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı”, “qaz qaynaqçıları”, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” və s. peşələr var. Məhkəmə iddiaçının peşəsini bu nlardan hansına aid etdiyini göstərə bilməyib.

16. Məhkəmənin sorğusuna X2 Suvarma İdarəsinin verdiyi cavab məktubunda iddiaçının işdən azad edildiyi əmrin nömrəsi “39”, əmək kitabçasında isə “89” olaraq göstərilib. Məhkəmə bu ziddiyyətə də hüquqi qiymət verməyib.

17. İddiaçı əmək kitabçasındakı qaralamanın hansı səbəbdən qaynaqlandığına açıqlıq gətirə bilmir. Lakin əmək kitabçasında düzəliş edildiyi faktı aşkardır. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin imtinasının heç bir qanuni əsası yoxdur. Məhkəmə iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmasını qeyd edib. Bu hallar həm də əmək kitabçası və iş yerinin arayışı ilə də təsdiq olunur. Əmək kitabçasına qanuni formada düz əliş olunub. Cavabdeh onun əmək hüququnun pozulması üçün bəhanələr gətirir ki, bunların da heç biri qanuna uyğun deyil. c. məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bun dan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

22. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 57 yaşının tamam olduğu 2016-cı il 5 yanvar tarixədək (texniki peşə təhsili və hərbi xidmət müddəti də nəzərə alınmaqla) 25 ildən artıq ümumi iş stajına malik olmuş, bunun 12 il 6 aydan artıq hissəsini (1992-2008-ci illərdə) “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində işləmişdir.

27. İddiaçının 12 il 6 ay xüsusi iş stajının qazandığı vaxtda qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq e dilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - XXXİİİ. Ümumi peşələr. 23200000 - 19906 – “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur.

28. Eyni ilə, iddiaçının güzəştli peşədə əmək fəaliyyətini başa vurduğu 2008-ci ildə qüvvədə olmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda – 35-ci bənd. Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi nəzərdə tutulmuşdur.

29. Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti Kürdəmir rayonu X3 İdarəsinin 2020-ci il 25 noyabr 276 №-li arayışına əsasən, İddiaçı məxsus əmək kitabçasının 12-13-cü səhifələrindəki 16 nömrəli qeyddə qaynaqçı sözündə edilmiş düzəliş idarə tərəfindən edilmiş və üçüncü möhür idarə tərəfindən vurulmuşdur.

30. Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti Kürdəmir rayonu X3 İdarəsinin 2020-ci il 25 noyabr 277 №-li arayışına əsasən, Ağayev X1 rayonu X3 İdarəsində 1992-ci il 3 mart tarixdən 2008-ci il 1 sentyabr tarixədək “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsində işləmişdir.

31. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, on ların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. İddiaçının əmək kitabçasındakı məlumatların (iddiaçının işləmiş olduğu müəssisə tərəfindən təqdim olunmuş arayışlardakı məlumatlar da nəzərə alınmaqla) mötəbərliyini aradan qaldıran sübut işdə yoxdur.

33. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2-1 (103)-1321/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov Əsli ilə düzdür: Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar