Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-56/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda “Cavid 2016” Mənzil tikinti kooperativi) “sərəncamın etibarsız hesab edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-1577/2022 nömrə li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 20/17 qeydiyyat nömrəli Ayrıc aktına əsasən, Bakı şəhər Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 saylı sərəncamı ilə Nərimanov rayonu, Q.Rəşad, B.Dadaşov və Y.Bakuvi küçələrinin kəsişməsində, cizgidə göstərilən sərhədlər daxilində 2,15 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmışdır.
2. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehə ünvanladığı 11 sentyabr 2017-ci il tarixli, xx/xx-1564 nömrəli məktubdan müəyyən olunur ki, Nərimanov rayonu, Yəhya Bakuvi, Qafur Rəşad və Balami Dadaşov küçələrinin kəsişməsində yerlə şən ərazidə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binalarının Bakı Dövlət Layihə İnstitutu tərəfindən işlənilmiş tikinti-planlaşdırma eskizinə rəy bildirməsi barədə xx.xx.2017-ci il tarixli, 1/1176 nömrəli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmış və təqdim olunmuş layihə Komitə tərəfindən razılaşdırılmışdır.
3. Bakı şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 327 nömrəli sərəncamı ilə 21500 kv.metr torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə və tikinti işlərinə başlanılması barədə xüsusi nişan verilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə’” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən Cavabdehə ünvanlanmış xx.xx.201 8-ci il tarixli, xx/xx-00599 saylı məktuba əlavə olunmuş ünvan 3 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli aktdan müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Emil Zeynalovun, mühəndisi Akif İbrahimovun, Cavabdehin İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Eldəniz Əbdülovun, Cavabdehin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Gülməmmədovun iştirakı ilə Cavabdehin 31 avqust 2018-ci il tarixli, 1/943 nömrəli məktubuna əsasən, ünvan 3 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirilmişdir. Yaşayış evi 1921-ci ildə ümumi həyətdə, planda L şəkilli, iki və birmərtəbəli his sələrdən kommunal şəraitli inşa olunmuşdur. Ölçüləri 12,3 x 4,5; 6,3 x 8,0 metrdir. Divarların qalınlığı müvafiq olaraq 0,40,5 metr but və əhəngdaşından inşa edilmişdir. Evin birmərtəbəli hissəsinin damı yastı tipli olub, üstü ruberoidlə izolyasiya olunmuşdur. İkimərtəbəli hissəsinin isə damı çardaq tipli olub, ağac konsturksiyası üzrə asbest-şiferlə örtülmüşdür.Evin ikimərtəbəli hissəsində mərtəbəarası örtük monolit dəmir betondandır. Yaşayış evi uzun müddət təmirsiz istismar olunduğundan, divarlarda suvaq qatının tökülməsi, inşaat elementlərinin aşınması mövcuddur.Evin mansarda hissəsində, tavanla divarın birləşməsində, divar boyunca eni 10 mm-ə qədər üfüqi aralanma əmələ gəlmiş və dam hissəsi deformasiyaya uğramışdır. Evin əhatəsində yerləşən yaşayış evlərindən sakinlər köçürülmüş və ev lər sökülərək ərazidə qazıntı işləri aparılmışdır. Söküntü zamanı evin qonşu evi ilə müştərək olan hissəsi sökülmüşdür. Yaxınlıqda qazılmış çala ilə evin arasındakı məsafə 2,0 metrdir. Yaxınlıqda inşaat işlərinin aparılması arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Yaşayış evinin bu ərazidə istismar olunması təhlükəlidir və sakinlərin təhlükəsizliyinin təmin olunması Cavabdehə tövsiyə olunur. Yaranmış vəziyyətin fövqəladə hal ilə əlaqəsi yoxdur. Evin texniki vəziyyəti yolverilməzdir.
5. Bakı şəhər Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 nömrəli sərəncamı ilə rayonun Y.Bakuvi, Q.Rəşad, K.Rəhimov və B.Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,15 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi is tifadəsinə verilməsi qərara alınmış, həmin torpaq sahəsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə aşağıdakılar həvalə edilmişdir; "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi; ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilməsi; ərazinin və obyektin memarlıq-planlaşdırma həllinin layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması; tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən ekspert rəyinin alınması; layihəaxtarış işləri aparılarkən mühəndis-kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırılmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; rayonun Y.Bakuvi 20, 22, 24, 26, 28, 30, 32; B.Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/184; Q.Rəşad 13,15 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Y.Bakuvi 20,22,24,26,28,30,32; B.Dadaşov 5,7,9,11,13,15,17,29; K.Rəhimov 10, 12/18 və Q.Rəşad 13,15 nömrəli yaşayış binalarının sökülməsi; sərəncamın 1-ci və 2-ci bəndələrinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra, Azərbaycan Respublikasının Şəhər salma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-yə müraciət edilməsi.
6. Bakı şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 139 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə, habelə müfəssəl planın hazırlanması zamanı nəz ərə alınan tələblərə uyğunluğunun müəyyənləşdrilməsi qaydaları”nın 3.2-ci bəndində uyğun olaraq, Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx.xx-1564 nömrəli məktubu ilə razılaşdırılmış, Y. Bakuvi 20,22,24,26,28,30,32; B.Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/18 və Q.Rəşad 13,15 ünvanlarında yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Y.Bakuvi, Q.Rəşad, K.Rəhimov və B. Dadaşov küçələrinin ərazi planlaşdırma sənədləri təsdiq olunmuşdur.
7. Bakı şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 327 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını, "xxxx" MMC-nin müraciətini, Azərbaycan Respublika sının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1,75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1564 nömrəli razılaşma məktubunu, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 nömrəli və xx.xx.2018-ci il tarixli, 139 nömrəli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25830 nömrəli ekspertiza rəyini nəzərə alaraq Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Baləmi Dadaşov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-yə yaşayış binalarının tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı (3-cü şəxslər Azərba ycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Cavabdehin xx.xx.2020-ci il tarixli, 327 saylı sərəncamının etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər Cavabdehin xx.xx.2018-ci il tarixli, 327 saylı sərəncamının etibarsızlığının tanınması və həmin sərəncam əsasında aparılmış hərəkətlərin qanunsuz hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, FM 010264 saylı “Qeydiyyat v əsiqəsi”nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (hazırda K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və buna dair 154 saylı reyestr kitabında müvafiq qeyd edilmişdir. Tək yaşayış yeri olan mənzili Cavabdehin “Tikintiyə icazə verilməsi haqqında” sərəncamı əsasında "xxxx" MMC tərəfindən aparılmış çoxmərtəbəli yeni binanın tikintisi ilə əlaqədar yararsız vəziyyətə salınmışdır. Hazırda, mənzilinin yerləşdiyi ərazinin bütün ətrafı digər vətəndaşlarla razılaşdırılaraq alınmış, tikinti işlərinə başlanılmış, hətta mənzilinin pilləkənləri sökülmüş və nəticədə mənzilindən maneəsiz istifadə hüququ kobud şəkildə pozulmuşdur. Tikinti işlərinin tikintialtı sahəsi evinə bitişik olduğundan,evi nin pəncərəsi tamamilə bağlanmışdır. Aparılan qazıntılar zamanı evinə külli miqdarda ziyan vurulmuş, mülkiyyət hüququndan istifadə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Mənzilinin hər an uçma təhlukəsi ola bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron informasiya sistemində tikinti obyektlərinə verilmiş icazə reyestrindən əldə etdiyi çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən sözügedən ərazidə tikinti işlərinin aparılmasına icazə Cavabdehin xx.xx.2018-ci il tarixli, 327 saylı sərəncamı ilə verilmişdir.
11. Cavabdehin təqdim etdiyi iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarix li, 292-İVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli,695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı qəbul edilmişdir. Sözügedən qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış sahələrinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi aidiyyəti üzrə Cavabdehə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndində habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxit ektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 nömrəli sərəncamı ilə rayonun Y.Bakuvi, Q.Rəşad, K.Rəhimov və B.Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,15 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi q ərara alınmışdır. Mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 393 nömrəli Sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müvafiq müddəalarını təkrarlayır. Eləcə də, mübahisə predmeti olan digər inzibati aktlar Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 139 nömrəli və xx.xx.2018-ci il tarixli, 327 nömrəli sərəncamları, xx.xx.2017-ci il tarixli, 20/17 saylı ayrıc aktı, obyektin tikintisinə icazə (xx.xx.2018-ci il tarixli, 29 nömrəli), Xüsusi nişan (xx.xx.2018-ci il tarixli, 29 nömrəli) Nazirlər Kabinetinin sözügedən qərarının icrasına yönəlmiş aktlardır. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20 faizdən artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binalarında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300500 manat məbləğində kompensasiyanın verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidə yaşayan sakinlərin böyük əksəriyyəti kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. K.Rəhim ov 12/18 ünvanında yerləşən və istismar müddəti başa çatmış tikililərin də yerləşdiyi ərazi Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 393 nömrəli Sərəncamına əsasən verilmiş torpaq sahəsinin Ayrıc Aktı ilə tikinti işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Göstərilən ünvanda 1-ci mərtəbədə “Malakan” dini icmasının ibadət evi, 2-ci mərtəbədə isə 5 ailənin mülkiyyətində olan mənzillər mövcuddur. Həmin mənzillərdən biri də iş üzrə iddiaçıya məxsusdur. Həmin ərazidə tikinti şirkəti tərəfindən artıq hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmur. Nərimanov RİH başçısının sərəncamı ilə iddiaçının hansı hüquqlarının pozulması və bu pozuntunun nədən ibarət olması barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nərimanov RİH-nin xx.xx.2 017-ci il tarixli, 393 nömrəli Sərəncamı Nazirlər Kabinetinin sözügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı, vətəndaşların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş əlverişli inzibati aktdır. Qeyd olunanlara əsasən, iddiaçının özünəməxsus tərzdə subyektiv mülahizələrinə uyğun şəkildə qanun normalarını şərh etməsi mübahisə predmeti olan inzibati aktın etibarsız sayılması üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan qeyd olunanlar nəzərə alınmaqla iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Üçüncü şəxs "xxxx" MMC ("xxxx" MTK) etirazında qeyd etmişdir ki, “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 327 saylı Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Y.Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülərək, onların yerinə yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Bundan əvvəl isə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 saylı sərəncamı ilə göstərilən ərazidə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının layihələndirilməsinə icazə verilmişdir. Sərəncamlar "xxxx" MTK tərəfindən qanunvericiliyin norma və tələblərinin qorunması ilə icra edilmişdir. Bütün sənədləşmələr tikinti norma və qaydalarının tələblər i çərçivəsində aparılmışdır. Cavabdeh tərəfindən 2.15 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 20/17 saylı Ayrıc aktı ilə "xxxx" MTK üçün ayırılmışdır. Tikintinin layihə sənədlərinə AR FHN-nin Tikintidə X3 Agentliyinin müvafiq ekspertiza mərkəzi tərəfindən müsbət rəy verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri tərəfindən "xxxx" MTK-ya müvafiq kod verilmişdir. Həmin ərazidən 200-dən artıq ailə ilə müqavilə bağlanmış və həmin ailələr müvəqqəti yaşayış yerlərinə köçürülmüşdür. ünvan 4 ünvanında yerləşən, istismar müddətini bitirmiş tikililərin yerləşdiyi ərazi də Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə razılaşdırılmış 20/17 saylı, iş nömrəsi 020 olan “İstifadəyə verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən inşaat işlər inin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Göstərilən ünvanda Malakan dini icmasının ibadət evi yerləşir. İbadət evinin üstündə isə, yəni ikinci mərtəbədə 5 ailənin mülkiyyətində olan 5 ədəd mənzil mövcuddur. Həmin mənzillərdən biri də İddiaçı məxsusdur. Həmin ailələrdən 4-ü ilə müqavilə bağlanılmış və onların mənzilləri söküntü üçün qəbul edilmişdir. İddiaçı isə həmin mənzildə yaşamadıqları üçün onlarla əlaqə yarada bilməmişdir və bu səbəbdən də müqavilə bağlanılmamışdır. Bundan əlavə, Malakan Dini icması ilə apardıqları danışıqlar müqavilə bağlanılması üçün nəticə verməmişdir. Belə ki, dini icmanın üzvləri köhnə ibadət evində qalmaqlarına qərar vermişlər. Onlar da, İcmanın qərarına hörmətlə yanaşaraq tikilini dini icmanın istəyinə uyğun olaraq söküntü üçün qəbul etm əmişdir. Məntiqi olaraq ikinci mərtəbədə yerləşən mənzillər də hal-hazırda sökülməmiş qalmışdır. Lakin həm tikilinin istismar müddəti bitdiyindən, həm də sakinlər mənzillərini tərk edərkən özləri həmin mənzillərin qapıpəncərələrini, döşəmələrini söküb apardıqları üçün mənzillər tam yararsız vəziyyətə düşmüşdür. Həm dini icmanın, həm də oradakı sakinlərin xahişini nəzərə alaraq. MTK həmin mənzilləri və binanı öz hesabına təmir etmişdir. Erroziyaya uğramış dəmir pilləkənlər dəmir-beton konstruksiyalı pilləkənlərlə əvəz olunmuşdur. Binanın dayanıqlılığını təmin etmək məqsədilə gücləndirmə işləri aparılmışdır, dam örtüyü yenilənmişdir. Sanitar qovşaqlar tikilmişdir. Belə ki, əvvələr burada sanitar qovşaq olmamışdır, yaxud da tam yararsız vəziyyətdə olmuşdur. Hal-hazırda ərazidə təmir-bərpa işl əri yekunlaşdırılmışdır və İddiaçı öz mənzilindən sərbəst istifadəsi üçün heç bir maneə yoxdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırkı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 10/3161 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanında yerləşən yaşayış sahəsi Cavabdehin xx.xx.2017-ci il tarixli, 393 saylı Sərəncamı və ayrıc aktı ilə “Cavid-2016" Məhdud Məsuliyyətli Cəmiyyətə ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür. Lakin "xxxx" MMC tərəfindən çoxmənzilli yaşayış binası inşa olunarkən Cavabdehin xx.xx.2017-ci il tarixli, 393 saylı Sərəncamının 1.1-ci və 2.2-ci bəndlərinin tələblərinə riayət olunmamışdır. İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin pəncərələrin in sındığı, elektrik xətti kəsildiyi, divarlarında və tavanlarında çatların olduğu, suvaq qatının töküldüyü üçün İddiaçı mənzilinə ziyan dəydiyi və hal-hazırda yaşayış üçün yararsız olduğu görünür. Həmin qüsurların “Cavid-2016" MMC tərəfindən çoxmənzilli yaşayış binasının inşası nəticəsində əmələ gəlməsinin müəyyən olunması üçün, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi təqdim edilməsi barədə vəsatət verilmiş, lakin bu günə qədər hər-hansı mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də, İddiaçı məxsus olan yaşayış sahəsinin “Cavid-2016" MMC tərəfindən aparılmış tikinti nəticəsində yararsız vəziyyətə düşməsinə və hüquqlarının həyata keçirilməsinə hər hansı maneələr yaranmasına dair tədqiqat aparılmadı.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-554/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən sərəncam Bakı şəhər Nərimanov rayon İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Mübahisələndirilən inzibati aktın etibarsız sayılması ilə bağlı məhkəmə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanun inzibati aktın ləğv edilmə və etibarsız sayılma əsaslarını müstəqil qaydada nizamlamışdır.
16. İddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli, 327 nömrəli sərənca mın etibarsızlığı üçün iddia etdiyi hallar-aparılmış inzibati icraat barəsində ona hər hansı formada məlumat verilməməsi Qanunun 67-ci maddəsinin tələbləri baxımından inzibati orqanın sərəncamının etibarsızlığı üçün əsas deyil. Bundan əlavə, hazırda mübahisələndirilən sərəncamın verilməsinə əsas olmuş üçüncü şəxsə torpaqayırma haqqında inzibati akt (sərəncam) iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
17. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1577/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən, A.Hüseyn və A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilm əmiş, Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə qeyd olunmuşdur ki, Cavabdehin "xxxx" MMC-yə yeni hündürmərtəbəli binaların tikintisi məqsədi ilə verilmiş xx.xx.2018-ci il tarixli, 327 saylı sərəncam etibarsızdır, çünki qanunvericilikdə Cavabdehin hündürmərtəbəli binaların tikintisinə i cazə vermək səlahiyyəti müəyyən edilməmişdir. 22. xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin torpaq sahəsi həmin sərəncamla ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmçinin "xxxx" MMC tərəfindən çoxmənzilli yaşayış binası inşa olunarkən Cavabdehin xx.xx.2017-ci il tarixli, 393 saylı Sərəncamının 1.1-ci və 1.2-ci bəndlərinin tələblərinə riayət edilməmişdir. İddiaçı mənzilinə ziyan dəyməsi və hal-hazırda yaşayış üçün yararsız vəziyyətdə olması ekspert rəyində əks olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Şəhərsalma və Tikinti Məcəlləsi 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istis na olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2.). 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtda n 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Resp ublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1.); 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2.). 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə al maqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə ap ellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməsinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qər arı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhər Cavabdehin xx.xx.2018-ci il tarixli, 327 saylı sərəncamının etibarsızlığının tanınması və həmin sərəncam əsasında aparılmış hərəkətlərin qanunsuz hesab olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. İddiaçı kassasiya şikayətində qanunvericilikdə Cavabdehin (İH başçısının) hündürmərtəbəli binaların tikintisinə icazə vermək səlahiyyətinin müəyyən edilmədiyini və bu səbəbdən cavabdehin xx.xx.2018-ci il tarixli, 327 saylı sərəncamının etibarsız olduğunu qeyd edir. Şikayətin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sərəncamın Bakı şəhər Cavabdehin başçısı tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində qəbul edildiyi iş üzrə materiallarla təsdiq olunur.
35. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərar qəbul edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 nömrəli Qərarı ilə ləğv olunmuşdur). Həmin qərar Azərbaycan Respublikası K onstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən və Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir.
36. İstinad olunan qərarla Bakı şəhərinin həmin qərarda adı çəkilən rayon İcra Hakimiyyətlərinə, o cümlədən Cavabdehə aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirmək həvalə olunmuşdur: 1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublik asının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını; 1.4. tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və t ikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini.
37. Həmin qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rayon icra hakimiyyətlərinin müraciətləri əsasında tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğu və hazırlanan layihələrin memarlıq hissələri barədə rəylərin verilməsini müraciət alındıqdan sonra 1 həftə ərzində təmin etməlidir.
38. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.1-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
39. İnzibati aktın etibarsız sayılması əsasları “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, səlahiyyəti olmayan inzibati or qan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt və kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
40. İnzibati Prosessual Məcəllənin 36-cı maddəsinə görə, iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə belə iddialar üzrə inzibati aktın etibarsız sayılmasına dair “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilmiş əsaslara bağlıdır və yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğunun müəyyən edildiyi təqdirdə mübahisə predmeti olan inzibati aktın etibarsız sayılması haqqında müvafiq qərar qəbul edə bilər.
41. Hazırkı mübahisəyə münasibətdə cavabdehin 21 avqust 2018-ci il tarixli, 327 saylı sərəncamının etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsində təsbit edilmiş əsasların, o cümlədən iddiaçının kassasiy a şikayətinin əsas dəlili olan mübahisələndirilən sərəncamın səlahiyyəti olmayan inzibati orqan (Cavabdeh) tərəfindən qəbul edilməsi ilə bağlı əsasın mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu qərarın 37-ci bəndində istinad olunan normaya əsasən, Cavabdeh tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi səlahiyyətləri ilə təchiz edilmişdir və bunun üzərindən iddiaçının etibarsız sayılmasını tələb etdiyi tikintiyə icazə barədə sərəncamı qəbul etmək səlahiyyətinə malik olmuşdur.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və q anunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 21(103)-1577/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.