Məhkəmə qərarları › İş №2-1(102)-56/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-56/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-56/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Yasamal rayon İcra Hakimiyyəti və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, prosessual həmiştirakçılığın yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Yasamal rayon İcra Hakimiyyəti və qeyrilərinə qarşı “əmlakın sökülmüş hissəsinin bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2-1(103)-2510/2 023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Yasamal bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 148/06 nömrəli sərəncamı ilə X5 X1 notarial qaydada aldığı, Z.Xəlilov küçəsi 45 ünvanında yerləşən 77,3 kv.metr ölçülü daş qarajın (qeyri-yaşayış sahəsi) X5 adına keçirilməsi, qarajın ətrafındakı 88,6 kv.metr torpaq sahəsinin X5 öz vəsaiti hesabına abadlaşdırılaraq istifadə etməsi təsdiq edilmişdir.

2. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 64 nömrəli sərəncamı ilə X7 məxsus Z.Xəlilov küçəsi 45 saylı evin yanında ümumi sahəsi 91,4 kv.m, istifadə sahəsi 77,3 kv.m olan daş qarajın təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəs inə keçirilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən, X5 ünvan 1 ünvanında yerləşən 73,6 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 4. 24.06.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən, həmin qeyri-yaşayış binası X8 tərəfindən İddiaçı bağışlanılmışdır.

5. Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 204 nömrəli müqaviləyə əsasən, həmin qeyriyaşayış binasının yerləşdiyi 168,6 kv.metr torpaq sahəsi Azərbay can Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı icarəyə verilmişdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən 73,6 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ, 168,6 kv.metr torpaq sahəsinə dövlət mülkiyyət növü olmaqla icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Komitə tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində sərhəd divarının bərpa edilməsi, ərazidə müəyyən avadanlıqların quraşdırı lması üçün yenidənqurma işlərinin aparılması ilə bağlı qaldırdığı məsələyə baxılmış, qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilmiş torpaq sahəsinin hüdudları çərçivəsində divarın bərpa edilməsinə və obyektin təyinatı üzrə fəaliyyəti ilə əlaqədar avadanlıqların (təndir, soba, manqal, sac, baca) yenidən quraşdırılmasına etiraz olunmur.

8. Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Yasamal rayon İcra Hakimiyyəti başçısı tərəfindən “qeyd olunan ünvanda sakinlərin istifadəsində olan həmin ərazinin ona bitişik fəaliyyət göstərən çörək bişirmə sexinin avadanlıqlarının qoyulması məqsədilə istifadə olunmasına ekoloji nöqteyi nəzərdən münasibət barədə xx.xx.2017-ci il tarixli, 2059 nömrəli məktubla Ətraf Mü hitin Mühafizəsi Departamentinə müraciət olunmuşdur. Araşdırma zamanı həmin ərazidə qalan digər tut ağacının da budaqları kəsilərək dibinə tikinti materiallarının yığıldığı və baxımsızlıq səbəbindən məhv olma təhlükəsinin yarandığı müəyyən edilərək, Yasamal rayon İcra Hakimiyyətinə sözügedən ərazinin tikinti materiallarından təmizlənərək yeni yaşıllıqların salınmasının məqsədə uyğun olduğu bildirilmişdir. İddiaçı təkrarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edərək həmin ərazinin müqavilə əsasında onun istifadəsinə verildiyini və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olduğunu və Əmlak Dövlət Komitəsinin icarəyə verilmiş torpaq sahəsinin hüdudları çərçivəsində obyektin təyinatı üzrə fəaliyyəti ilə əlaqədar avadanlıqların quraşdırılmasına etira zının olmadığı barədə razılıq məktubunun olduğunu əsas gətirərək, rayon İcra Hakimiyyətinə ünvanladıqları məktuba düzəliş edilməsini və ərazinin iddiaçının istifadəsində olduğunun qeyd edilməsini xahiş etmişdir. Lakin müqaviləyə əsasən iddiaçı ona təhkim olunmuş ərazinin sanitar normalara uyğun saxlanılmasını, ərazidəki yaşıllıqların qorunub mühafizə olunmasını və xidmət göstərilməsini təmin etmədiyindən Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanmış həmin ərazinin yaşıllıqlar salınaraq vətəndaşların ümumi istifadəsinə verilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

9. İddiaçı cavabdehlər Yasamal rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X4 Nazirliyinin 17/2261.0117.10.17, 17/2667-01-29.11.17 tarixli məktublarının qanunsuz sayılması, Yasamal rayon İcra Hakimiyyəti başçısının sənədi və ya çəkdirdiyi layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsi və İcra Hakimiyyəti işçilərinin süni maneə etməsinin qarşısının alınması, ƏMDK-nin hazırkı İqtisadi İnkişaf Nazirliyinin qəbul etdiyi qərarla **********47 nömrəli, xx.xx.2017-ci il tarixli göstərişi gərəyi bərpadan sonra mövcud vəziyyətdə qeydiyyata alınması, çıxarış və texniki pasportda göstərilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı so nradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Yasamal rayon İcra Hakimiyyətinin əsl cavabdeh olaraq tanınması, digər cavabdehlərin isə üçüncü şəxs qismində cəlb edilməklə Yasamal rayon İcra Hakimiyyətinin sənədi və ya çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsinə və icra hakimiyyəti işçiləri tərəfindən süni maneə edilməsinin qarşısının alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Ə.Haqverdiyev küçəsi, 2 C ünvanında yerləşən öncədən 230 kv.m. bağlı, 150 kv.m. açıq sahədən ibarət olan (yəni avtonom heç bir yerə aidiyyəti olmayan, dörd tərəfdən piyada və avtoyolla əhatə olunan 19 metrənin 20 metrəyə olan sahə) hazırda 168 kv.metrə kiçildilmişdir. Artıq iflasa uğrayıb 15 iş yoldaşıyla birgə işsiz qalmaq təhlükəsi ilə üzləşmişdir. Belə ki, hər ay dövlət büdcəsinə 300 manat icarə haqqı ödəyir. 2009-cu ildən Yasamal rayon İcra Hakimiyyətinin müavini S.İslamov qeyri-yaşayış sahəsinin arxası boyu iki metrin 19 metrə olan un anbarı və yan xidmət otağını sökdürmüşdür. Bərpa ilə bağlı bütün instansiyalara müraciət etsə də nəticə alınmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (əvvəlki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı tələbinin mahiyyəti aydın deyildir və Komitə tərəfindən onun hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Əlavə olaraq bildirilir ki, İddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında 168,6 kv.m torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağlanılmışd ır və həmin müqavilə hazırda qüvvədədir. Komitənin xx.xx.2017-ci il tarixli, **********47 nömrəli məktubu ilə cavab verilərək qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin hüdudları çərçivəsində divarın bərpa edilməsinə və obyektin təyinatı üzrə fəaliyyəti ilə əlaqədar avadanlıqların (təndir, soba, manqal, sac, baca) yenidən quraşdırılmasına etiraz edilmədiyi bildirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının hüquqlarını pozan hər hansı inzibati akt qəbul etməmiş və ya hərəkət və hərəkətsizlik etməmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: Fərid Mədətli) 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-497/2020 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin özəlləşdirilən müəssisə və o byektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 204 nömrəli müqavilə üzrə nəzərdə tutulmuş torpaq sahəsinin hüdudlarında həmin müqavilədə nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsinə mane olan hərəkətlərdən çəkinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin bir hissəsi layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsi və İcra Hakimiyyəti tərəfindən maneələrin törədilməsinin qarşısının alınmasından ibarətdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında 168,6 kv.m torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə icarə müqav iləsi bağlanılmışdır. Həmin müqavilənin hazırda qüvvədə olması işin mübahisəsiz halını təşkil edir. Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçının müraciətinə verdiyi xx.xx.2017-ci il tarixli, **********47 nömrəli məktubundan müəyyən edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin hüdudları çərçivəsində divarın bərpa edilməsinə və obyektin təyinatı üzrə fəaliyyəti ilə əlaqədar avadanlıqların (təndir, soba, manqal, sac, baca) yenidən quraşdırılmasına etiraz edilmir. Göründüyü kimi, tərəflər arasında bağlanmış sözügedən icarə müqaviləsinin şərtlərinə müvafiq olaraq iddiaçı icarə sahəsindən müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarəyəverənin yazılı razılığı ilə mövcud tikinti norma və qaydalara uyğun olaraq torpaq sahəsind ə təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq hüququna malik olmuşdur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən sahədən ərazinin sanitar normalara uyğun saxlanılması, ərazidəki yaşıllıqların qorunub mühafizə olunması və vətəndaşların ümumi istifadəsinə verilməsinin məqsədəuyğun olması adı ilə eyni məzmunlu bir neçə müxtəlif məktublar göndərilməsini iddiaçının fəaliyyətinə maneələr yaradılması kimi qiymətləndirərək iddia tələbini qeyd olunan hissədə əsaslı hesab edir və təmin edilməsi qənaətindədir. Məhkəmə iddia tələbinin çəkilən layihə üzrə qeyri-yaşayış sahəsinin bərpa edilməsi hissəsinə dair münasibət bildirərək qeyd edir ki, sözü gedən qeyri-yaşayış sahələrinin mövcud olmasına dair iddiaç ı tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Odur ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.

15. İddiaçı apellyasiya şikayəti verərək, özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin üzərində 204 nömrəli müqavilənin bağlanmasına və mülkiyyət hüququna əsas olan xx.xx.2011-ci il tarixli eskiz-lahiyə üzrə müqavilənin hüdudlarında həmin müqavilədə nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi və bərpa edilməsinə maneə olan hərəkətlərdən çəkindirilməsi haqqında qərar qəbul edərək, qərarın dəyişdirilməsi ilə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir.

16. Həmçinin cavabdeh apellyasiya şikayəti ver ərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vidadi Məmmədov /sədrlik edən və məruzəçi/, Elmira Nağıyeva və Aida Hüseyn) 03 may 2021-ci il tarixli, 2-1(103)-362/2021 nömrəli qərardadı ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən söküldüyü irəli sürülən qeyri-yaşayış sahəsinin bərpa edilməsi və iddiaçının aparmaq istədiyi tikinti işlərinə cavabdehin maneə törətməsinin qarşısının alınması ilə bağlı olduğu halda, birinci instansiya məhkəməsinin qərarı icarə müqaviləsində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsinə mane olan hərəkətlərdən cavabdehin çəkindirilməsi barədə olmuş, bununla da iddia ilə həlli tələb olunan mübahisə (tikintinin bərpa edilməsi) ilə məhkəmənin həll etdiyi məsələ (icarə müqaviləsinə uyğun fəaliyyətin təmin edilməsi) arasında əlaqə yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın predmeti – mübahisənin mahiyyəti üzrə qəbul edilmədiyi, yəni prosessual hüquq normalarının tələblərinin pozuntusu ilə qəbul edildiyi üçün, ləğv edilməli və məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərarı digər faktiki əsaslarla, lakin eyni prosessual qaydada ləğv edilərək, məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin naturada hüdudları, qeyri-yaşayış binasının və binanın söküldüyü irəli sürülən hissəsinin bu hüdudlar daxilində olub-olmadığı, bu hüdudlarda hansı tikilinin əvvəldən mövcud olduğu, hansının sonradan inşa olunduğu, hansının (hansı hissənin) söküldüyü və bərpasının tələb olunduğu müəyyən edilməmiş, bu məsələnin dəqiqləşdirilməsi üçün sübutlar toplanmamış və araşdırılmamış, o cümlədən iş üzrə məhkəmə ekspertizası təyin edilməmiş, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən digər zəruri prosessual hərəkətlər edilməmişdir. Bundan əvvəl isə, iş məhkəmə baxışına hazırlandıqda torpaq sahəsindən onun məqsədli təyinatına uyğun istifadə edilib-edilmədiyi yoxlanılmalı idi. Qeyd olunmalıdır ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (sənaye, müdafiə, kənd təsərrüfatı və sair təyinatlı, su fondu, ehtiyat fondu və digərləri), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. İşdə olan, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli (qey diyyat nömrəsi **********) çıxarışdan müəyyən edilir ki, mübahisəli 73,6 kv.m qeyri-yaşayış binasının yerləşdiyi 0,01686 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, üzərində hüququn növü icarə, kateqoriyası (məqsədli təyinatı) isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digərdir. birinci instansiya məhkəməsində ikinci icraat

19. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Cavabdeh2 və Cavabdeh5 cavabdeh qismində cəlb edilməsi, iddia tələbinin isə “Dövlət reyestri haqqında” Qanunun 13.7 maddəsinə və Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il, 34 nömrəli və xx.xx.2011-ci il, 64 nömrəli sərəncamına istinadən əmlak ın yerləşdiyi 17,75x17,25 metrəyə olan ümumilikdə 308 kv.metrdən ibarət sahə 204 nömrəli icarə müqaviləsində artırılaraq reyestrdə qeyd olunması, icarə haqqı axımının əmlakının bərpasından və işinin - fəaliyyətinin bərpa olduqdan sonra başlanılması, üç il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsi, işdə üçüncü şəxs kimi tərəf olaraq qəbul olmuş Cavabdeh5 tərəfindən icarə müqaviləsinin yerinə yetirilməmiş və etiraf etdiyi öhdəliklərinə dair tələbinin tam təmin olunması (2021-ci ilin noyabr və dekabr ayları üzrə: 4x2-8000AZN, 3 ədəd təndir x 5000AZN= 15000AZN, təmir-bərpa 10000AZN, işiq borcu 1150AZN, su borcu 360AZN, qaz borcu 1500AZN və xx.xx.2022-ci ildən məhkəmə yekununa qədər icarə müqaviləsinin tələbi üzərinə aylıq 4000AZN olmaqla), xx.xx.2017-ci il, **********47 nömrəli fəaliyyətə dair, 204 nömrəli icarə müqaviləsinin göstəriş məktubunun icrası təmin olunaraq əmlakının sökülmüş hissəsi bərpa olunaraq mövcud halda reyestrdə qeydiyyata alınması, Yasamal rayon İcra Hakimiyyətinin 34 nömrəli, 64 nömrəli sərəncamlarına aid xx.xx.2011-ci il tarixli eskiz layihəsinə və ƏMDX-nin baş planına uyğun qeyri-yaşayış sahəsinin bərpa edilməsi təmin edilərək fəaliyyətin qadağası və işsizliyə son verilərək Yasamal rayon İcra Hakimiyyətinin qanunsuz süni maneə və müdaxiləsinin qarşısının alınması, əmlakın qarşısında olan iaşə obyektinə aid ağ xətt olaraq 20 metrlik parking dayanacaq işarəsinin bərpa olunması və BNA tərəfindən quraşdırılan dayanacaq qadağandır işarəsinin götürülməsi formasında icr aata qəbul edilməsi xahiş edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 13 aprel 2023-cü il tarixli, 2-1(112)-53/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zaman da, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. Hazırkı iş üzrə isə nə müştərək hüquqi maraq və ya hüquq və vəzifələrin eyni və faktiki hüquqi əsaslara söykənməsindən, nə də mübahisə predmetinin eyniliyi, uyğun faktiki və hüquqi əsasların təşkilindən söhbət gedə bilməz.

22. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddia tələbinin bir hissəsi məzmun etibarı ilə Yasamal rayon İcra Hakimiyyətinə qarşı olmaqla iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin fəaliyyətinə maneənin aradan qaldırılması, həmçinin iddiaçının icarəsində olan torpaq sahəsində ehtimal olunan cavabdehin söküntü hərəkətlərinin qanunsuz hes ab edilərək əvvəlki hala bərpa edilməsi ilə bağlıdır. Həmin iddia tələbinin mahiyyətindən də müəyyən edilir ki, qeyd olunan cavabdehə qarşı iddia İPM-in 2.2.3-cü və 2.2.4-cü maddələrində nəzərdə tutulan öhdəliyin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. Həmin iddia üzrə prosessual hüquqi əsas Məcəllənin adıçəkilən müddəaları, maddi hüquqi əsas saysız-hesabsız mülkiyyət hüququna dair qanunvericiliyin müddəaları nəzərə alınmaqla ən geniş mənada mülkiyyət hüququna inzibati orqanın müdaxiləsindən qoruma və baş vermiş müdaxilə nəticəsində əmlakın əvvəlki vəziyyətinə bərpasıdır. Faktiki əsas isə cavabdehin iddiaçının əmlakından istifadəsinə mane olunması, icarəsində olan hissədə olan tikilisinin heç bir əsas olmadan sökülməsi və bu səbəbdən də onun bərpasının zəru riliyi ilə bağlıdır.

23. İddianın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə yönələn hissəsi isə iddiaçının qanuni istifadəsindəki sahədən əlavə faktiki sahə də nəzərə alınmaqla icarə müqaviləsinin 168 kv.m torpaq sahəsindən 308 kv.m-ə qədər artırılması, 308 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılaraq reyestrdə qeydə alınması, icarə müqaviləsinə dair ödənişlərin fəaliyyətə müdaxilənin aradan qaldırıldığı və sökülmüş əmlakın bərpa edildikdən sonra başlanılması, icarə haqqı olaraq ödədiyi məbləğin icarə axımı başladıqdan sonrakı dövrə aid edilməsi ilə bağlıdır. Adıçəkilən iddianın prosessual hüquqi əsası İPM-in 2.2.3-cü maddəsi olsa da, maddi hüquqi əsasları mülkiyyət hüququna müdaxilə ilə bağlı yox, yeni torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qanunverici lik müddəaları (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun və s), həmçinin də cavabdehlə icarə münasibətlərindən irəli gələn mübahisələrin həllinə yönəlmiş qanunvericilik müddəaları (Mülki Məcəllə, “Torpağın icarəyə verilməsi haqqında” Qanun və s) ilə bağlıdır. Faktiki əsas isə odur ki, iddiaçı hesab edir ki, onun müqavilə ilə istifadəsində 168 kv.m torpaq sahəsi olsa da, faktiki olaraq istifadədə olan torpaq sahəsi 308 kv.m təşkil edir ki, həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması nəzərə alınmaqla iddiaçının müqavilə üzrə istifadəsinə verilməlidir. İddianın digər hissəsi ilə bağlı isə iddia tələbinin mahiyyəti odur ki, Yasamal rayon İcra Hakimiyyətinin hərəkətləri səbəbindən əmlakından istifadə edə bilmir və bu səbəbdən də həmin icarə haqqının ödənişində həmin hallar nəzərə alınmalıdır.

24. İddianın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönələn hissəsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin nəticə hissəsində iddiaçının hansı cavabdehdən hansı tələbin təminini istədiyi konkret olaraq göstərilməmişdir. İşin faktiki halları nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçının Nazirliyə qarşı tələbi fəaliyyətinə maneələrin edilməməsi ilə bağlıdır. Belə ki, Ətraf Mühitin Mühafizəsi Departamentinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, çörəkbişirmə sexinin sol tərəfində əncir cinsindən olan 1 ədəd ağac qurudularaq məhv edilmiş və köküstə 1 ədəd tut ağacının bioloji inkişafda olduğu müəyyən edilmişdir. Məktubda qeyd edilir ki, id diaçı ağacın qurudulmasından xəbərsiz olduğunu, icra hakimiyyəti orqanı əməkdaşları tərəfindən bilərəkdən qurudulduğunu bildirmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçı təhkim olunmuş ərazinin sanitar normalara uyğun saxlanılmasını, ərazidəki yaşıllıqların qorunub mühafizə olunmasını və xidmət göstərilməsini təmin etmədiyindən həmin ərazinin yaşıllıq salınaraq vətəndaşların ümumi istifadəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir.

25. Cavabdeh2nə qarşı yönələn iddia isə əmlakının qarşısında “dayanmaq qadağandır” işarəsinin götürülməsi və obyektin qarşısında dayanma icazəsinin bərpa edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, maddi hüquqi baxımdan hazırkı iddianın maddi hüquqi əsası “Yol hərəkəti haqqında” Qanun, “Avtomobil yolları haqqında” Qanun, “Avtomobil yollarında yol göstəricilə rinin yerləşdirilməsi Qaydaları” və digər aidiyyəti qanunvericilik müddəaları ilə əlaqədardır. Faktiki əsas isə odur ki, “dayanmaq qadağandır” nişanının mövcudluğu nəqliyyat vasitələri ilə hərəkətdə olan potensial müştərilərin obyektdən istifadəsinə mane olur və bu səbəbdən də həmin nişan ləğv edilməlidir.

26. İddianın digər hissəsi inzibati orqan olmayan vətəndaş Cavabdeh5 adlı şəxsə qarşı olmaqla onun yerinə yetirməmiş icarə haqqı üzrə borcların ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, inzibati orqan olmayan şəxsə qarşı yönəlmiş həmin iddia icarə münasibətləri ilə bağlıdır, faktiki əsas icarə haqqının ödənilməməsi, hüquqi əsas mülki qanunvericiliklə əlaqədardır.

27. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olma və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkilindən, yəni birgə cavabdeh qismində prosessual həmiştirakçılıq üçün əsasın mövcud olmasından söhbət gedə bilməz. Yuxarıda da istinad edildiyi kimi, iddiaçının tələblərinin faktiki və istinad olunan hüquqi əsaslarının fərqliliyi aşkar görünür. İddia bir tərəfdən mülki qanunvericiliyin icarə münasibətləri ilə bağlı müddəalarına, bir tərəfdən dayanma işarəsinin qoyulması ilə bağlı müddəalara, bir tərəfdən də əmlakın reyestrdə qeydə alınmasına dair müddəlara, bir tərəfdən ekoloji sanitariya normalarına və s. kimi fərqli hüquqi əsaslarla bağlıdır. Faktiki əsas da işin faktiki halları ilə tam aydın olur ki, bir-birindən f ərqlənməkdədir.

28. Tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. İddiadan isə müəyyən edilir ki, cavabdeh inzibati orqan olmayan digər fiziki şəxs Cavabdeh5 qarşı icarə haqqının ödənilməsi ilə bağlı, cavabdeh inzibati orqan olsa belə İqtisadiyyat Nazirliyi, daha doğrusu onun altqurumu kimi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə haqqının ödənilməsi ilə bağlı mübahisələr mülki mübahisə hesab edilir, mülki mübahisənin həlli isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilmir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən də görünür ki, iddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə münasibətlərindən irəli gələn mübahisəyə mülki icraat qaydasında baxılmaqdadır ki, iddiaçı faktiki olaraq həmin mübahisənin həllini inzibati qaydada reallaşdırmağa çalışır. Halbuki, həmin iddianın yolverilməzliyi mübahisənin publik sferaya aid olmaması, müqavilə münasibətləri ilə bağlı olması səbəbindən aydın görünür.

29. İddianın Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı yönəlməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin orqanın inzibati orqan qismində çıxış etməsi şübhə doğurmur. Lakin Nazirliyin inzibati orqan hesab edilməsi onun altqurumuna qarşı iddia verilməsi imkanını aradan qaldırmır və ayrıca inzibati orqanların təsnifatında yer alan inzibati orqanların ca vabdeh qismində çıxış etməsi iddianın mümkünlüyü baxımından əhəmiyyətlidir. İş materiallarında olan iddiaçıya ünvanlanan məktublardan da müəyyən edilir ki, Nazirliyin iddiaçı ilə arasında yaranmış publik sferada səlahiyyət verdiyi qurum Ətraf Mühitin Mühafizəsi Departamenti olmuşdur ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 476 nömrəli Fərmanının 1-ci hisəssinə əsasən Ətraf Mühitin Mühafizəsi Departamentinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yaradılmışdır. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda 17.1.1ci yarımbəndinə əsasən ayrıca inzibati orqandır.

30. Göründüyü kimi, hazırkı iddia iddianın mümkünlüyü ilə bağlı prosessual qanunvericilikdə nəzərdə tutulmuş istər ümumi, istər xüsusi mümkünlük şərtlərinin nəinki biri, hətta bir neçəsinin də tələbləri pozulmaqla verilmişdir ki, onun inzibati icraat qaydasında baxılması yol verilməzdir. İcraatın ayrılmaması ilə bağlı da məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, bir neçə cavabdehə yönəlmiş fərqli tələblərin ayrıca icraatda ayrılması da mümkün deyil. İlkin olaraq qeyd edilməlidir ki, iddianın mümkünlüyü baxımından prosessual həmiştirakçılığın yolverilməzliyi birbaşa mümkünsüzlük əsası qismində çıxış edir. Lakin hər bi r halda icraatın ayrılması inzibati mübahisə üzrə icraatın ayrılmasını zəruri edir. Hazırkı iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, fiziki şəxsə qarşı mülki iddia, inzibati orqana qarşı mülki iddia, səhv inzibati orqana qarşı inzibati iddialar mövcuddur. Ən azından inzibati iş üzrə baxılmalı olmayan iddianın ayrıca baxılması isə prosessual qənaət baxımından nəinki məhkəmənin, həm də iddiaçının hüquqi marağına uyğun deyil.

31. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılıb qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 12 iyun 2023cü il tarixli, 2-1(103)-2510/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

34. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

35. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayət inin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünl üyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərə kəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş dir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

44. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

45. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

46. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həm in iddia tələbi üzrə prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyüdür. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü şərti də yerinə yetirilmiş olmalıdır.

47. Hazırkı iş üzrə materiallardan iddiaçının Yasamal rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Cavabdeh2nə və fiziki şəxs Cavabdeh5 qarşı irəli sürdüyü tələblərin fərqli faktiki və hüquqi əsaslara söykəndiyi aşkar görünür. İddiaçı, bir tərəfdən icarə münasibətləri ilə bağlı mülki qanunvericiliyin müddəalarına, digər tərəfdən yol hərəkəti nişanlarının qoyulması ilə bağlı normaların müddəalarına, başqa bir tərəfdən əmlakın reyestrdə qeydə alınmasına dair normalara, o biri tərəfdən ekoloji mühitin təhlükəsizliyi ilə bağlı normalara, yəni fərqli hüquqi əsaslara istinad edir və onun bir-biri ilə üzvi əlaqəsi olmayan həmin tələbləri müxtəlif inzibati orqanların məsuliyyət sferasına aiddir. İPM-in 30.1-ci və 30.2-ci maddələrinin müddəaları baxımından, fərqli orqanlara qarşı irəli sürülmüş və mahiyyətcə müxtəlif hüquqi və faktiki əsaslara söykənən, fərqli tələbləri özündə ehtiva edən hazırkı iddia tələbi üzrə qeyd olunan qurumlar birgə cavabdeh qismində prosessual həmiştirakçı kimi çıxış edə və həmin iddiaya vahid məhkəmə icraatı çərçivəsində baxıla bilməz.

48. Belə ki, bu qərarın 38-ci bəndində istinad edilə n normalara əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

49. Bundan başqa, iddiaçının bir neçə dəfə iddia tələbini dəqiqləşdirməsinə və ya dəyişdirməsi nə rəğmən, iş üzrə materiallardan görünür ki, iddiaçının Yasamal rayon İcra Hakimiyyətinə qarşı tələbi mahiyyətcə cavabdeh tərəfindən söküldüyü iddia edilən qeyriyaşayış sahəsinin bərpası və iddiaçının aparmaq istədiyi tikintiyə cavabdeh tərəfindən törədildiyi iddia olunan maneələrin qarşısının alınması ilə bağlıdır. Həmin tələbə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən 73,6 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ, 168,6 kv.metr torpaq sahəsinə isə dövlət mülkiyyətində olmaqla icarə hüququ daşınmaz əmlakın dövlət reyest rində qeydə alınmışdır.

50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Komitə tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi və qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilmiş torpaq sahəsinin hüdudları çərçivəsində divarın bərpa edilməsinə və obyektin təyinatı üzrə fəaliyyəti ilə əlaqədar avadanlıqların (təndir, soba, manqal, sac, baca) yenidən quraşdırılmasına etiraz olunmur.

51. Birinci instansiya məhkəməsində təkrar baxış zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, “Dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə və Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il, 34 nömrəli və xx.xx.2011-ci il tarixli, 64 n ömrəli sərəncamına istinadən əmlakın yerləşdiyi 17,75x17,25 metrəyə olan, ümumilikdə 308 kv.metrdən ibarət sahənin 204 nömrəli icarə müqaviləsində artırılmasını və reyestrdə qeydə alınmasını tələb etmişdir. Həmçinin iddiaçının ilkin tələbinin məzmunundan və iş üzrə materiallardan görünür ki, iddiaçı onun qanuni istifadəsində olan 168,6 kv.metr torpaq sahəsinə deyil, 308 kv.metrdən ibarət sahəyə münasibətdə tələb irəli sürür, yəni iddiaçı qanuni istifadəsində olan sahədən əlavə faktiki istifadəsində olan sahənin də nəzərə alınmasını, icarə müqaviləsi ilə verilmiş 168,6 kv.m torpaq sahəsinin 308 kv.m-ə qədər artırılmasını, həmin 308 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılaraq reyestrdə qeydə alınmasını tələb edir. Halbuki hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan i ddiaçıya onun mülkiyyətində olan qeyriyaşayış binasının yerləşdiyi və qanuni istifadəsində olan 168 kv.m torpaq sahəsindən artıq torpaq sahəsinin ayrılması, o cümlədən qanuni istifadədə olan sahənin 308 kv.metrədək artırılması müəyyən olunmamışdır. Bu halı təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd, yəni iddia edilən torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada iddiaçıya icarəyə və ya istifadəyə verilməsini təsdiq edən sənəd iş üzrə materiallara əlavə edilməmişdir. İddiaçı tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.

52. İddiaçının istinad etdiyi Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il, 34 nömrəli sərəncamı qarajın yerinin dəyişdirilməsi, xx.xx.2011-ci il tarixli, 64 nömrəli sərəncamı isə X7 məxsus Z.Xəlilov küçəsi 45 saylı evin yanın da yerləşən, ümumi sahəsi 91,4 kv.m, istifadə sahəsi 77,3 kv.m olan daş qarajın təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi ilə bağlıdır və həmin sənədlər iddia edilən əlavə torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada iddiaçıya icarəyə və ya istifadəyə verilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz.

53. Həmçinin nəzərə almaq lazımdır ki, 1 yanvar 2013-cü ildən etibarən tikinti ilə bağlı münasibətlər şəhərsalma və tikinti qanunvericiliyi ilə tənzimlənir. Həmin qanunvericiliyə görə, iddiaçı yalnız onun qanuni istifadəsində olan torpaq sahəsində tikinti niyyətini həyata keçirə bilər. Bu baxımdan iddiaçı tikinti niyyətini şəhərsalma və tikinti qanunvericiliyinə əsasən və ona uyğun qaydada rəsmiləşdirməyə borcludur. Yalnız həmin qaydalara əməl etməklə tikinti obyektini inşa et diyi təqdirdə iddiaçı haqlı sayıla bilər.

54. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ da mövcud ola bilməz. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtl əri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

56. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyətcə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassas iya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 21(103)-2510/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar