Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-560/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi v əzifəsinin cavadehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2033/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Naxçıvan MR, Naxçıvan rayonunda anadan olmuşdur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının tə yin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdə Rovensk AES (atom elektrik stansiyası) “YUJATOMENERQSTROY” TREST-də sahə ustası kimi başlamışdır. 1977-1981-ci illərdə o vaxtki Naxçıvan MSSR-nin Mədəniyyət Nazirliyinin 5 saylı Təmit-Tikinti TREST-ində mühəndis, qrup rəhbəri, böyük mühəndis, usta vəzifələrində işləmişdir. 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək Naxçıvan MSSR-nin Mədən iyyət Nazirliyinin 5 saylı TəmirTikinti TREST-də usta, mühəndis, baş mühəndis, 101 və 52 saylı X1 (MSD) rəis vəzifələrində işləmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təmir-Tikinti TREST Naxçıvan şəhərindəki 8 saylı təsərrüfat-hesablı təmir-tikinti sahəsində baş mühəndis, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təmir-Tikinti TREST-də mühəndis işləmişdir. 2005-ci ildən öz xahişi ilə işdən çıxaraq fərdi sahibkarlıqla məşğul olmuşdur. xx.xx.1994-cü ildə 64 yaşı tamam olması ilə əlaqədar pensiya hüququ yarandığından, həmin hüququ realizə etmək üçün müvafiq sənədləri cavabdehə təqdim etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubu ilə ərizəsinin icrasını təmin etməmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun xx.xx.1995-ci il tari xdən xx.xx.2005-ci il tarixədək əmək kitabçasında olan dövrlərdə əmək haqqı arayışı barədə məlumat yoxdur. Cavabdehin qeyd edilən imtinası marağına toxunur, Konstitusion hüququnu realizə edilməsinə maneədir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-2013/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasın dan xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2033/2019 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçının xx.xx.1995-ci il tarixdən -xx.xx.2005-ci il tarixinədək əmək kitabçasında qeyd olunan tikinti trestində işləməsi ilə bağlı əmək haqqı arayışı barədə məlumat olmadığından həmin illəri sığorta stajına əlavə etmək mümkün deyil. Belə olan halda isə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, tələb olunan pensiya kapitalına malik olmamış, həmçinin 64 yaşı tamam olan zaman qanunvericiliklə müəyyən edilmiş 25 il sığorta stajını toplamamışdır. Qeyd olunanlara əsasən Binəqədi rayon şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2033/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdir ilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilmə məsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçının xx.xx.1995-ci il tarixdən -xx.xx.2005-ci il tarixinədək əmək kitabçasında qeyd olunan tikinti trestində işləməsi ilə bağlı əmək haqqı arayışı barədə məlumat olmadığından həmin illəri sığorta stajına əlavə etmək mümkün deyil. Belə olan halda isə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, tələb olunan pensiya kapitalına malik olmamış, həmçinin 64 yaşı tamam olan zaman qanunvericiliklə müəyyən edilmiş 25 il sığorta stajını toplamamışdır. Qeyd o lunanlara əsasən Binəqədi rayon şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququn u, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçının 64 yaşının xx.xx.2019-cu il tarixdə tamam olduğunu, həmin vaxt qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçasının mövcud oldu ğunu müəyyən edərək, hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2033/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-560/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-560/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver