Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-560/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3090/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının “Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən İddiaçı məxsus ticarət obyektinin yerinin dəyişdirilməsi barədə” 316 saylı, 06 iyun 2014-cü il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş ye ni ticarət mərkəzində sahəsi 39.7 kv.m olan mağazanın iddiaçının istifadəsinə verilməsi və yeni ticarət mərkəzində iddiaçıya ayrılmış mağazanın eskiz layihəsinin təsdiq edilməsi qərara alınmışdır. Sərəncamda qeyd edilmişdir ki, iddiaçı Sabunçu rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ona məxsus ticarət obyektinin söküldüyünü nəzərə alaraq, Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində ona yer ayrılmasını xahiş etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, Mehmandarov, Fətəliyev, Sülh və Gənclik küçələrində yerləşən ticarət obyektlərinin köçürülməsi məqsədi ilə Fətəliyev küçəsində yeni ticarət mərkəzi inşa edilmişdir. Sənədlərdən görü nür ki, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən sahəsi 29.6 kv.m olan iddiaçıya məxsus ticarət obyektinin abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi ilə əlaqədar köçürülməsi nəzərdə tutulmuşdur. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamının icrası ilə bağlı yaradılmış komissiya tərəfindən iddiaçıya məxsus mağazanın köçürülməsinə dair aktı tərtib olunmuşdur.
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 9 mərtəbəli, 72 saylı yaşayış binasının qarşısında mövcud “B” tikilisi, 1 mərtəbəli ticarət mərkəzinin cərgələrində yerləşən iddiaçıya məxsus ticarət obyektinin eskiz layihəsi Sabunçu rayon İcra Hakimiyyəti başçısının 316 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən təsdiq edil mişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsində yerləşdiyi müəyyən edilmişdir. Odur ki, qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alğısatqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bi lər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən 39.7 kv.m sahəsi olan ona məxsus qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ticarət obyekti yolun genişləndirilməsi və abadlıq işlərinin aparılması ilə əlaqədar sökülmüş və əvəzində ona Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 316 saylı sərəncamı ilə Bakıxanov qəsəbə si, M.Fətəliyev küçəsində inşa edilmiş ticarət mərkəzində sahəsi 39.7 kv.m olan qeyri-yaşayış sahəsi verilmişdir. Həmin qeyri-yaşayış sahəsi hazırda onun mülkiyyətindədir. Mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri xx.xx.2021ci il tarixli ərizə ilə cavabdehə təqdim etmişdir. Ancaq cavabdeh xx.xx.2022-ci il tarixli, **********20 saylı məktubla dövlət reyestrindən çıxarış verilməsindən imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, İddiaçıya verilmiş qeyri-yaşayış obyekti ayrıca tikili olmayıb ticarət mərkəzinin daxilində yerləşir və onlara məxsus mağaza dövlət tərəfindən söküldüyü üçün verilmişdir. Halbuki, həmin ünvanda yerləşən bir çox qeyri-yaşayış obyekti sahibləri daş ınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar.
6. İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texnik baxış zamanı qeyd edilən qeyriyaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Odur ki, qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Qeyd olunan səbəblərə görə, ərizənin icra sı mümkün olmamış, bununla bağlı ərizəçiyə xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktub ünvanlanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 25 may 2022-ci il tarixli, 21(112)-6103/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən, sahəsi 39.7 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən ticarət obyekti söküldüyündən, hazırki qey ri-yaşayış sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 316 saylı, 06 iyun 2014-cü il tarixli sərəncamına əsasən ayrılmış və qeyri-yaşayış sahəsinin eskiz layihəsi təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya sözügedən qeyri-yaşayış sahəsi qanuni əsaslarla ayrılmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin iş materiallarına əlavə olunmuş analoji çıxarış dan görünür ki, artıq həmin ünvanda yerləşən qeyri-yaşayış binasının tərkib hissəsi olan digər qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
9. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) 2-1(103)-3090/2022 nömrəli iş üzrə 21 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya dair etirazın məzmununa əsaslanır. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci, 11.1-ci, 12.1-ci, 23-cü maddələrinə istinad olunaraq qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 316 saylı Sərəncam ı ilə qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə həyata keçirilir. kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşd ırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat q aydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda...... “İnzibati icraat haqqında” Qanun Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnz ibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv olunması tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiya sı hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Sabunçu rayon İcra Hakimiyyəti başçısının 316 saylı, 06 iyun 2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydi yyata alınması və bu barədə çıxarışın verilməsi üçün tələb olunan əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamı ilə Bakıxanov qəsəbəsi, Mehmandarov, Fətəliyev, Sülh və Gənclik küçələrində yerləşən ticarət obyektlərinin köçürülməsi və Fətəliyev küçəsində yeni ticarət mərkəzinin inşa edilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən və sahəsi 29.6 kv.m olan iddiaçıya məxsus ticarət obyektinin abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi ilə əlaqədar köçürülməsi nəzərdə tutulmuş və bu barədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2013-cü il tarixli, 507 saylı sərəncamının icrası ilə bağlı yaradılmış komissiya tərəfindən akt tərtib edilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının "Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən İddiaçı məxsus ticarət obyektinin yerinin dəyişdirilməsi barədə” 316 saylı, 06 iyun 2014-cü il tarixli sərəncamına əsasən Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində inşa edilmiş yeni ticarət mərkəzində sahəsi 39.7 k v.m olan mağaza iddiaçının istifadəsinə verilmiş və həmin mağazanın eskiz layihəsi təsdiq edilmişdir.
25. Yeni ticarət mərkəzində yerləşən, sahəsi 39.7 kv.m olan mağazanın iddiaçıya səlahiyyətli inzibati orqanın sərəncamı əsasında onun abadlıq işlərinin aparılması və həmin küçədə yolun genişləndirilməsi ilə əlaqədar sökülmüş ticarət obyektinin əvəzinə kompensasiya olaraq natura şəklində ayrıldığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Odur ki, cavabdeh həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur.
27. Belə ki, işdə olan sənədlərdən cavabdeh tərəfindən eyni ticarət obyektində yerləşən və eyni qaydada ayrılmış, ümumi sa həsi 38.8 kv.m olan qeyri-yaşayış sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxsə bu barədə RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim olunmuşdur.
28. Bu baxımdan eyni ticarət obyektində yerləşən və eyni qaydada ayrılmış qeyriyaşayış sahəsinə həmin şəxsin hüquqları qeydiyyata alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyə tlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 29. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
30. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
31. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
32. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hü ququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
34. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 21(103)-3090/2022 nömrəli