Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-561/2017 14.03.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Şəmkir rayonu Kür Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-561/2017) Bakı şəhəri 14 mart 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X6 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Şəmkir rayonu Kür Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X8-bundan sonra üçüncü şəxs) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(104) -380/2016 saylı, 10 noyabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 mart 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Şəmkir rayonu İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş 385 nömrəli, 21.07.2002-ci il tarixli rəyə əsasən 10 kv.m torpaq sahəsinin sahibkar xidməti məqsədilə cavabdeh tərəfindən üçüncü şəxsə satılmasına etiraz olunmamışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş 22.07.2002-ci il tarixli 235 nömrəli rəyə əsasən bələdiyyə mülkiyyətində olan 0,0010 hektar torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması qanunamüvafiq hesab edilmişdir. Cavabdehin 20.09.2002-ci il tarixli 22 saylı sərəncamından çıxarışa əsasən Kür qəsəbəsində N.Nərimanov küçəsində Şahbazi İsrailə məxsus ticarət köşkünün arxa tərəfində, Evlər İdarəsinin inzibati binasının günbatan tərəfində, yolun kənarında olan ticarət köşkünün tutduğu torpaq sahəsi ətrafı ilə birlikdə 10 kv.m torpaq sahəsi üçüncü şəxsə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ksero-surətinə əsasən ümumi sahəsi 0,0010 ha olan Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən torpaq xüsusi mülkiyyət hüququ üzrə üçüncü şəxsin adına rəsmiləşdirilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində 16.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ümumi sahəsi 8,3 kv.m olan Şəmkir rayonu, Kür qəsəbəsi, Nəriman Nərimanov küçəsi 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində 22.02.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 23 may 2016-cı il tarixdə cavabdehə qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,cavabdehin üçüncü şəxsə 10.0 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması haqqında 22 sentyabr 2002-ci il tarixli 22 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edi lməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 8,3 kv.m olan qeyri-yaşayış sahəsi “Azərmənzilkomplektlayihətəmir” İÇB Şəmkir rayon Kür qəsəbə TİMS-in balansında olmuş, hazırda xüsusi mülkiyyət kimi iddiaçının adına rəsmiləşdirilmişdir. O, həmin qeyri-yaşayış sahəsini mağaza kimi sahibkarlıq məqsədilə istifadə etmək üçün almışdır. Lakin cavabdeh orqanın səhvi ucbatından onun mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Belə ki, mülkiyyət hüququ üzrə ona məxsus olan əmlaka bitişik sahədən yəni, iddiaçıya məxsus olan qeyri-yaşayış binasına bitişik olan 10,0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə üçüncü şəxsin adına rəsmiləşdirilmiş, keçmiş bələdiyyə sədri R.Məmmədov tərəfindən vəzifəsindən sui-istifadə edərək öz bacısı oğluna bələdiyyəyə məxsus olmayan, Kür qəsəbə mənzil istismar Sahəsinə məxsus olan torpaq sahəsi satılmış, 20 sentyabr 2002-ci il 22 saylı sərəncam verilmişdir. Halbuki, binanın ətraf sahəsi olan bu torpaq sahəsinin satılması qeyri-qanunidir, üçüncü şəxsə həmin sahədən torpaq sahəsi verilməsi nəticəsində iddiaçıya məxsus olan xüsusi mülkün çıxış yolu bağlanmışdır. Nəticədə iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri-yaşayış binasından istifadə edə bilmir. Azərbaycan Respublikası təmir-istismar mənzil təsərrüfatı birliyi Şəmkir rayonu Kür qəsəbə Təmir-İstismar Mənzil sahəsi tərəfindən verilmiş arayışda da üçüncü şəxsin adına torpaq sahəsinin rəsmiləşdirilməsinin qeyri-qanuni olması vurğulanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş sərəncam qeyri-qanuni verildiyi üçün ləğv edil məlidir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(83)-806/2016 saylı iş) 09 avqust 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsə satılarkən iddiaçıya məxsus qeyri yaşayış binasına giriş-çıxışın məhdudlaşdırılması nəzərə alınmamamışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1məruzəçi, X4 və X2, 2-1(104)-380/2016 saylı iş) 10 noyabr 2016-cı il tarixli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 09 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün s aymamasını onunla əsaslandırmışdır ki, müvafiq qərarla üçüncü şəxsə ayrılmış torpaq sahəsinin iddiaçının hansı marağına toxunması, hansı subyektiv hüququnu pozması müəyyən edilmir. İddiaçı 14 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq norması pozulmaqla çıxarılmış və iddiaçının məhkəmə müdafiə hüququnu pozmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası ilə bitişik olduğunu göstərsə də, həmin torpaq sahəsinin iddiaçının heç bir marağına toxunmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0, 6 hissəsi qədər müəyyən edilir. Eyni zamanda məhkəmə kollegiyası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 11 saylı Ərazi İdarəsinin 03 noyabr 2016-cı il tarixli məktubuna əsaslanaraq mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qərarına gəlmişdir. Halbuki, cavabdehin 02.11.2016-cı il tarixli məktubunda Kür qəsəbəsi, N.Nərimanov küçəsi ünvanında üçüncü şəxsə sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi dövlət binasına bitişik verilmişdir. Binanın 6 kv.m qıraq sahəsinin dövlət torpağı və binaya aid olmadığı göstərilmişdir ki, məhkəmə buna heç bir hüquqi qiymət verməmişdir. Lakin, məhkəmə bu ziddiyyətli halı müəyyən etmək üçün torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən ilkin çıxarışın mövcud olub-olmamasını müəyyən etməli və ya iş üzrə ekspertiza təyin etməli idi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Məhkəmə Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarına istinad edərək, iddiaçının mübahisələndirdiyi inzibati aktı mümkün saymamışdır. Halbuki, məhkəmə həmin qanuna düzgün istinad etsə də, onu düzgün tətbiq etməmişdir Əks halda, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamalı idi. Göründüyü kimi, məhkəmə tərəfindən qeyd edilən halların h eç biri iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasına əsas deyildir və bununla da, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış və qanunu səhv təfsir etmişdir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil edilməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadı nın tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Mübahisə olunan qərar 10 kv.m torpaq sahəsinin şəxsi mülk kimi üçüncü şəxsə satılması barədə cavabdehin 2002-ci ilin sentyabrında qəbul edilən sərəncamıdır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə id dianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı idd ia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əmə l edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə iddianı mümkün saymamışdır. İddiaçının subyektiv hüquqa malik olub-olmaması hazırkı vəziyyətdə bir az şübhəlidir. İddiaçı bəyan edir ki, üçüncü şəxsə torpaq sahəsi verilməsi nəticəsində ona məxsus mülkün çıxış yolu bağlanmışdır. Birinci instansiya məhkəməsi də mübahisəli yerə baxış keçirən zaman müəyyən etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi bir otaqdan ibarətdir, otağın iki giriş-çıxış qapısı vardır, onlardan biri binanın daxilindəki dəhlizə, digəri isə üçüncü şəxsə verilən torpaq sahəsinə açılır. Məhkəmə torpaq sahəsinə açılan qapının üçüncü şəxsə torpaq sahəsi ayrılan zaman mövcud olmasını müəyyən edə bilməmişdir. 8,3 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmaqla, tərtib edilən texniki pasportda həmin sahənin iki giriş-çıxış qapısı olması və onlardan birinin binanın dəhlizinə açılması, digər qapısının üçüncü şəxsə ayrılan torpaq sahəsinə açılması nəzərə alınarsa, qəbul etmək olar ki, iddiaçının həmin sahəyə giriş-çıxışının məhdudlaşdırılması mümkündür. Bununla belə, iddiaçı iddiasında da mübahisə olunan qərarın 2002-ci ilin sentyabrında verildiyini bildirməsinə baxmayaraq, həmin vaxt qərar barədə mübahisə açmamışdır. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəаlаrınа görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqаnının, sаir orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (həmin Məcəllə 298-ci mаddə). Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı qərar 2002-ci ildə verilmişdir. Ən azından üçüncü şəxsin torpaq sahəsindən istifadə etməsi həmin vaxt iddiaçıya məlum olmuşdur. Həmin vaxt da qüvvədə olmuş qanunvericili yə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı 2002-ci ildən cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasib ətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiaçının iddia ərizəsində inzibati аktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İddiaçı hüququn pozulduğu bаrədə onа məlu m olаn gündən sonra 1 ay müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 01 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci iləd ək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İPM-in 96.7-ci maddəsində qeyd edilir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İddiaçı iddia müddətini buraxdığına görə iddia mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir. İddia mümkün iddia olmadığından iddianın əsaslılığı barədə şikayətin dəlilləri araşdırmanın predmeti ola bilmir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(104)-380/2016 saylı, 10 noyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-561/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-561/2017
14.03.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver