Məhkəmə qərarları › İş №2-1(102)-561/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-561/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-561/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X2” MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə obyektinin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Cavabdehin vəkili X3 iştirakı ilə İddiaçı “X2” MMC-nin Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “icarə obyektinin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2019-cu il 7 noyabr tarixli 2-1(103)2322/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu il 4 fevral tarixli məktubla cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən binanın yarımzirzəmisinin sökülməsi ilə əlaqədar hər kv.m. üçün 1.500 manat olmaqla, 141.600 manat kompensasiyanın ödənilməsini, əks təqdirdə həmin əmlakın bərpa edilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 19 fevral tarixli cavab məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, x ünvanda yerləşən binanın yarımzirzəmisi Yasamal rayon MKTB-nin balansında olduğundan, eyni zamanda, qeyd edilən sahəyə mülkiyyət hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından kompensasiya verilməsi mümkün deyil. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanda yerləşən binanın yarımzirzəmisinin sökülməsi ilə əlaqədar hər kv.m. üçün 1.500 manat olmaqla, 141.600 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1964-cü il tarixli 563-r saylı sərəncamı ilə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin və Maliyyə Nazirliyinin təklifi qəbul edilərək, Bakı şəhərində jurnalistlərin yaradıcılıq fotostudiyasının açılması qərara alınmış və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi Azərbaycan Respubl ikası Plan Komitəsinə və Azərbaycan Jurnalistlər İttifaqına həvalə edilmişdir. xx.xx.1984-cü il tarixdə fotostudiyanın binasının istismara hazır olması barədə dövlət qəbulu aktı tərtib edilmiş və həmin akt Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Əsaslı tikinti idarəsinin xx.xx.1985-ci il tarixli 21-40-38 nömrəli məktubu ilə Azərbaycan Jurnalistlər İttifaqının Mərkəzi Fotostudiyasının direktoruna göndərilmişdir. Həmin vaxtdan qeyd edilən sahə Fotostudiyanın balansında olmuşdur. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1275 nömrəli sərəncamı ilə Azərbaycan Jurnalistlər İttifaqının Fotostudiyasının binası Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə ayrılmış və Fotostudiyanın qeyri-yaşayış sahəsi ilə təmin edilməsi qərara alınmışdır. Bakı ŞİH başçı sının xx.xx.1992-ci il tarixli 2141 nömrəli sərəncamı ilə Jurnalistlər İttifaqının fotolaboratoriyasının köçürülməsi üçün əlavə olaraq Bakı şəhəri S.Tağızadə küçəsində 37 nömrəli binanın yarımzirzəmisinin icarəyə verilməsi qərara alınmışdır. Sərəncamın icrasına nəzarət Cavabdeh başçısına həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə “X2” MMC-nin adına həmin qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. Yasamal RİH tərəfindən “X2” MMC-nin balansında və istifadəsində olan qeyri-yaşayış binası heç bir kompensasiya ödənilmədən sökülmüş, cəmiyyətin fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək sökülmüş obyektə görə hər kv.m. üçün 1.500 m anat olmaqla 141.600 manat kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin ərizədə qeyd edilən x ünvanda yerləşən binanın yarımzirzəmisinin Yasamal rayon MKTB-nin balansında olması, eyni zamanda qeyd edilən sahəyə mülkiyyət hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənədlərin olmaması əsası ilə iddiaçıya kompensasiya verilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı etiraz vermişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, etirazda qeyd edilir ki, iddiaçının istinad etdiyi xx.xx.1992-ci il tarixli 1275 nömrəli sərəncamdan görünür ki, həmin sərəncamın mətnində əlyazma ilə düzəliş edilmişdir ki, buna görə də sənəd qanunsuz hesab edilir və sübut kimi qiymətləndirilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 may tarixli 2-1(81)1553/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 iyun tarixli 2-1(81)1553/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi iddiaçının deyil, məcburi köçkünlərin istifadəsində olmuşdur. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Azərbaycan Jurnalistlər Birliyinə verilmişdir. Yaradıcılıq fotostudiyası isə 1996-cı il 9 dekabr tarixdə Birliyin tərkibindən çıxmışdır v ə həmin tarixdən sonra qeyri-yaşayış sahəsinin iddiaçı ilə hər hansı hüquqi bağlılığının olması iş materialları ilə müəyyən olunmur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 noyabr tarixli 2-1(103)-2322/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı kompensasiya ödənilməsini tələb etdiyi əmlakın onun sahibliyində və istifadəsində olduğunu bildirsə də, bununla bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Onun belə bir sübut kimi təqdim və istinad etdiyi m übahisəli qeyri-yaşayış sahəsinin texniki pasportu isə özlüyündə texniki xarakter daşımaqla, tikilinin müvafiq hüquq müəyyənedici sənədlərdə öz əksini tapmış sahəsi, inventarlaşdırma işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi, texniki pasportun tərtib edilməsi üçün əsas olan qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin rekvizitləri, tikilinin əsas göstəriciləri və onlar arasındakı məsafələri əks etdirməklə, hüquq müəyyənedici sənəd əhəmiyyətinə malik deyil. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında verilən izahatlardan müəyyən edilmişdir ki, həmin qeyriyaşayış sahəsi sökülən tarixədək iddiaçının deyil, məcburi köçkünlərin istifadəsində olmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 4 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 20 dekabr tarixdə kassasi ya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Məhkəmə cavabdehin əsassız dəlillərini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, məhkəmənin özünün istinad etdiyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci maddəsində də birmənalı olaraq müəyyən edilmişdir ki, alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsi nin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması deməkdir. Şikayətdə, həmçinin qeyd edilir ki, iddiaçı “X2” MMC-nin nizamnaməsinin 1-ci bəndindən görünür ki, ““X2” məhdud məsuliyyətli cəmiyyəti... Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxxxxx 1964-cü il tarixli 563 №-li sərəncamı ilə təşkil olunmuş Azərbaycan Jurnalistlər Birliyi yaradıcılıq fotostudiyasının hüquqi varisidir.”. Bundan başqa, iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun deyil, istifadə hüquqları ilə bağlı qanunla nəzərdə tutulmuş kompensasiya məbləğinin verilməsini tələb edir. İşdə iştirak edən şəxslərin izahatl arı: Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: İddiaçının və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndəİPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qəra rının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə əsasən: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə) 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən, bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1-ci maddəsinin müddəalarına əsasən: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdi yyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan,üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər); 1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;... Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan to rpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbinin təmin olunması üçün ilk növbədə onun iddia etdiyi əmlaka hər hansı əsasla əşya (mülkiyyət, istifadə, icarə və s.) hüquqlarının olduğu müəyyən edilməlidir. İddiaçı təsdiq edir ki: - Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il 14 dekabr tarixli 2141 nömrəli sərəncamı ilə Jurnalistlər İttifaqının fotolaboratoriyasının köçürülməsi üçün Bakı şəhəri S.Tağızadə küçəsində 37 nömrəli binanın yarımzirzəmisinin icarəyə verilməsi qərara alınmışdır; - qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququ yoxdur; - cavabdehdən mülkiyyət hüququnun deyil, İstifadə hüquqları ilə bağlı qanunla nəzərdə t utulmuş kompensasiya məbləğinin verilməsini tələb edir. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. İddiaçı təsdiq edir ki, 1997-ci ildən həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilməmişdir. Belə ki, orada məcburi köçkünlər məskunlaşmışlar. İşdən göründüyü kimi iddiaçı hüquqi şəxs statusunu onun qeydə alındığı 1997-ci il 8 yanvar tarixdə əldə etmişdir. Beləliklə, iddiaçı hüquq subyektliyi əldə etdiyi (hüquqi şəxs kimi qeydə alındığı) vaxtdan iddia olunan əmlakdan istifadə etməmişdir. Bu əmlak isə, onun “öz əmlakı” deyildi (Mülki Məcəllənin 152.7-ci maddəsi). İstifadə etmirdisə, deməli, əmlakın verilmə məqsədinə və ya təyinatına uyğun olaraq onun faydalı təbii xassələrini hasil etmir, habelə ondan fayda götürmürdü (Mülki Məcəllənin 152.3-cü maddəsi). Belə olan halda, həmin əmlakın geri alınması (sökülməsi) nəticəsində iddiaçı hər hansı itkiyə məruz qaldığını da iddia edə bilməz. Çünki, həmin əmlak bilavasitə iddiaçının (öz) mülkiyyəti olmadığından, onun əmlakdan istifadə hüququna əsaslanan “mülkiyyət” marağı yalnız həmin əmlakdan faktiki istifadəyə bağlı idi. Faktiki istifadə imkanından məhrum olmanın qeyri-yaşayış sahəsində məcburi köçkünlərin məskunlaşması ilə bağlılığı isə, hazırkı məzmunda iddianın deyil, həmin əmlakdan istifadə edə bilməməyə görə əvəzin ödənilməsi tələbinin əsası kimi çıxış edə bilər. İddiaçı şikayətin əsası kimi, həmçinin qeyd edir ki, iddiaçı “X2” MMC-nin nizamnaməsinin 1-ci bəndinə əsasən, ““X2” məhdud məsuliyyətli cəmiyyəti... Azərbaycan Respublikası Nazirlər Sovetinin xx xxxxxx 1964-cü il tarixli 563 №-li sərəncamı ilə təşkil olunmuş Azərbaycan Jurnalistlər Birliyi yaradıcılıq fotostudiyasının hüquqi varisidir.”. Yaradıcılıq studiyasının bütün hüquq və vəzifələri iddiaçıya keçmişdir... Həmin dövrdə (noyabr 1994 – aprel 2002) qüvvədə olmuş “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsinə əsasən, müəssisə yenidən qurularkən onun hüquqları və öhdəlikləri hüquq varislərinə keçir. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini və “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsinə istinadını şikayətin təmin olunmasının əsas kimi qəbul etmir. İstinad edilən “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun (2002-ci il 23 aprel tarixli, 311-İİQD №-li Qanuna əsasən qüvvədən düşmüşdür) 1-ci maddəsinə (Müəssisə anlayışı) əsasən, müəssisə — mülkiyyət formasından asılı olmayaraq bu Qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.Müəssisə təşkilati-hüquqi forması göstərilməklə xüsusi ada malik olur. Həmin Qanunun 5-ci maddəsinə əsasən, müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən müəssisənin ləğvi və yenidən təşkil edilməsi (birləşməsi, bölünməsi, ayrılması, çevrilməsi) əmlak mülkiyyətçisinin, müvafiq müəssisələr yaratmağa vəkil edilən orqanın, yaxud arbitraj məhkəməsinin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 21-ci maddəsinin 5-ci hissəsinə əsasən, müəssisə yenidən qurularkən onun hüquqları və öhdəlikləri hüquq varislərinə keçir. Normaların məzmunundan göründüyü kimi, qanunverici “müəssisə” dedikdə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfat subyektlərini nəzərdə tutmuşdur. Qanunun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan hüquq varisliyi də məhz hüquqi şəxslər arasında mümkün idi. Başqa sözlə, iddiaçının nizamnamə sində qeyd edildiyinə baxmayaraq, Azərbaycan Jurnalistlər Birliyinin yaradıcılıq fotostudiyası hüquqi şəxs (müstəqil təsərrüfat subyekti) olmadığından (işdə bunun əksini təsdiq edən sübut yoxdur), onunla iddiaçı arasında “Müəssisələr haqqında” Qanunun müddəalarına əsasən hər hansı hüquq varisliyi də istisna edilir. Digər tərəfdən, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Azərbaycan Jurnalistlər Birliyinə verilmişdir. Yaradıcılıq fotostudiyası isə 1996-cı il 9 dekabr tarixdə Birliyin tərkibindən çıxmışdır və həmin tarixdən sonra qeyri-yaşayış sahəsinin iddiaçı ilə hər hansı hüquqi bağlılığının olması iş materialları ilə müəyyən olunmur. Başqa sözlə, iddia olunan əmlaka münasibətdə hüquq varisliyinin baş verməsi üçün həmin əmlak iddiaçının hüquq sələfinə məxsus olmalı idi. Nəhayət, həmin əmlaka dair bilavasitə iddiaçı ilə (hüquq varisliyindən kənar) icarə müqaviləsi bağlandığına və həmin müqavilə şərtlərinə əsasən iddiaçının sahibliyinə verildiyinə dair də sübut yoxdur. Yuxarıda qeyd edildiyi kimi, həmin sahə hər hansı əsasla iddiaçının faktiki istifadəsində də olmamışdır. Bu isə o deməkdir ki, iddiaçı hazırkı məzmunda tələbində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun normaları ilə müəyyən edilmiş dispozisiya şərtlərinə istinadla əmlaka sahiblik (ondan istifadə) faktına da əsaslana bilməz. Beləliklə, iddiaçı cavabdeh inzibati orqanın daşınmaz əmlakın sökülməsində ifadə olunan hərəkəti ilə ona zərər vurulduğunu iddia edə bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə d üzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 noyabr tarixli 2-1(103)-2322/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar