Məhkəmə qərarları › İş №2-1(102)-561/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-561/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-561/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamda məlumat uyğunluğunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “sərəncamda məlumat uyğunluğunun müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2601/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazı lı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının ИЕ 826923 nömrəli doğum haqqında şəhadətnaməsinə əsasən İddiaçı Az-İİ 101323 saylı şəhadətnaməyə görə xx.xx.2020-ci il tarixdə ölmüş X3 qardaşıdır.

2. Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamının surətinə əsasən, “Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 19/368 saylı qərarına əsasən Lökbatan qəsəbəsi Bünyadzadə küçəsi, yataqxana №5, mənzil 8-də yaşayan X4 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv, sahə 28-də ayrılmış 600 kv.m torpaq sahəsi etibarsız hesab edilmişdir. Bu torpaq sahəsi Bakı şəhər Alatava-2 yataqxanada yaşayan X5 verilsin...”

3. Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 19/368 saylı sərənc amından çıxarışın surətində göstərilmişdir ki, fərdi yaşayış evin tikilməsi üçün Lökbatan qəsəbəsi, 6cı massiv ünvanında yerləşən 28 nömrəli, ümumi sahəsi 600 kv.m. ibarət torpaq sahəsi vətəndaş X6 ayrılsın.

4. Bakı şəhəri Cavabdeh başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamından görünür ki, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X2 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamında göstərilmiş məlumatların, Azərbayc an Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılan nüsxəsində (və ya sərəncamların qeydi jurnalında) olan məlumatlara, yəni sərəncamın xx.xx.1998-ci il, orada X7 barədə məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamında göstərilmiş məlumatların, yəni sərəncamın xx.xx.1998-ci il, orada X7 barədə məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS İK-nin xx.xx.1998- ci il tarixli 1155 saylı sərəncamı ilə Bakı şəhəri, Alatava-2 yataqxanasında yaşayan iddiaçının mərhum qardaşı X5 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv sahə 28 ünvanda 600,0 kv.m torpaq sahəsi verilmişdir. Qeyd edilən sərəncamda Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi yataqxana 5, mənzil 8 ünvanda yaşayan X4 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-ci massiv, sahə 28 ünvanında 600 kv.m torpaq sahəsi verilməsi barədə Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 19/368 saylı qərarında dəyişiklik edilmişdir. Qaradağ rayon XDS İKnin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamına əsasən verilmiş torpaq sahəsində qardaşı X7 xx.xx.1999-cu il tarixdə fərdi yaşayış evi tikmiş və orada yaşamaqla bütün kommunal xərcləri ödəmişdir. Lakin yaşayış evinə və t orpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı müvafiq DƏDRX-dən almamışdır. O, xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən daşınmaz əmlakı dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bu məqsədlə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzinə müraciət etdikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş 09 iyul 2021-ci il tarixli BA-03082-2021 saylı cavabdan məlum olur ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli 1155 saylı sərəncamı - xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda X7 barəsində heç bir məlumat yoxdur.

8. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı “məlumat uyğunluğunun müəyyən edilməs i” tələbinə dair iddiası əsassızdır. İddia ərizəsində Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamı ilə iddiaçının qardaşı X5 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin Lökbatan qəsəbəsi, 6-cı massiv, sahə 28 ünvanından ayrıldığı qeyd edilmişdir. Bu sərəncamda Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, yataqxana 5, mənzil 8 ünvanında yaşayan X4 verilmiş fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin Lökbatan qəsəbəsi, 6-cı massiv, sahə 28 ünvanında verilməsi barədə Qaradağ rayon X9 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 19/368 saylı qərarında dəyişiklik edilmişdir. Bildirilir ki, “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahı”sı na əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti daimi göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verildiyindən Cavabdeh başçısının 1155 saylı xx.xx.1998-ci il tarixli sərəncamı və sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. 01 yanvar 2000-ci il tarixdən “Bələdiyyə əraziləri və torpaqları haqqında”, “Torpaq islahatı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən bələdiyyə mülkiyyətinə hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar daxildir və torpaqların h ər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5946/2022 saylı iş 24 may 2022-ci il tarixli (hakim M.Qarayeva) qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Qaradağ Rayon İH-nin 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bakı şəhəri Cavabdeh başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X2 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600,0 kv.metr tor paq sahəsi ayrılmışdır. Həmin Sərəncam qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. İddiaçının istinad etdiyi Cavabdeh 1998-ci il tarixli, 1155 saylı xx.xx.1998ci il tarixli sərəncamının mərhum qardaşına aid olması və iddia etdiyi kimi qardaşına torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. İddiaçının sübut qismində təqdim etdiyi sərəncamın kserosurəti nəinki, mötəbər, ümumiyyətlə sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yəni, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkə tsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir. Odur ki, hazırkı iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadığından iddia təmin edilməməlidir.

11. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2601/2022 saylı 20 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, R.Qurbanov və V.Baxışova) Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxla nılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmədə işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə qərarında mövcud arxiv sənədlərinə hüquqi qiymət verilməmiş, təqdim edilən sənədləri sübut kimi qəbul etməmişdir. İşə baxılarkən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində göstərilən tələblər pozulmuşdur. Həmin maddədə göstərilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fizik i və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

16. Bu baxımdan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə istinad edilmişdir. Həmin maddədə deyilir ki, yazılı sübutların əsli və ya lazimı qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsində qeyd edilir ki, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq işin halları ancaq bu cür sənədlərlə təs diq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Beləliklə məhkəmə kollegiyası qeyd edilən maddələrin tələblərini pozmuşdur. Belə ki, 1998-ci ildə verilmiş sənəd surət deyil, üzərində ilin möhürü vardır və saxlanılan yeganə sənəddir. Yazılı sübut kimi təqdim edilmiş sərəncamda göstərilən məlumatlar, arxiv fondunda saxlanılan sərəncamların qeydi kitabında müvafiq məsul işçi tərəfindən qeydə alınmamış, tamamilə başqa ünvanda yaşayan X1 adı qeyd edilmişdir. Bu baxımdan möhürlə təsdiq olunmuş və təqdim etdikləri xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamın qardaşına aid edilməsi mümkün olduğu halda, məhkəmə kollegiyasının mövqeyi qanunsuz və əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən, iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati kol legiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2601/2022 saylı qərarının ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Mad də 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamında göstərilmiş məlumatların, yəni sərəncamın xx.xx.1998-ci il, orada X7 barədə məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyası hesab edi r ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassızdır.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 19/368 saylı qərarına əsasən Lökbatan qəsəbəsi Bünyadzadə küçəsi, yataqxana №5, mənzil 8-də yaşayan X4 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv, sahə 28-də ayrılmış 600 kv.m torpaq sahəsinin etibarsız hesab edilərək Bakı şəhər Alatava-2 yataqxanada yaşamış mərhum qardaşı X5 ayrıldığını və qardaşının vərəsəsi kimi həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində olduğundan, lakin onda yalnız həmin sərəncamın kserosurətinin qaldığına istinad edərək, cavabdehə müraciət edərək həmin sərəncamın əslinin ona verilməsini xahiş etmişdir. Cavabdeh isə mövcud qanunvericiliyə əsasən rayon icra hakimiyyətinin cari arxivində sərəncamların saxlanma müddəti 5 il təşkil etdiyini və saxlanma müddəti başa çatdığı üçün verilmiş sərəncamların və onların verilməsinə əsas olan sənədlərin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyini bildirmişdir. Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə göndərilmiş Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamının xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, qeyd edilən sərəncamda (qərarda) vət. X7 barə sində heç bir məlumatın olmadığı, Bakı şəhəri Cavabdeh başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X2 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600,0 kv.metr torpaq sahəsi ayrıldığı, əlavə olaraq Qaradağ rayon İH-nin 1998-ci ilin sərəncamların qeydiyyatı kitabından sentyabr, oktyabr tarixlərinə dair qeydlərin təsdiq edilmiş ksero surətləri 17 (on yeddi) vərəqdən ibarət göndərilərək həmin sərəncamlarda da vətəndaş X7 barəsində heç bir məlumatın olmadığı müəyyən olunmuşdur

24. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

25. Belə ki, mə hkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ Rayon İH-nin 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bakı şəhəri Cavabdeh başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X2 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600, 0 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. İddiaçının istinad etdiyi Qaradağ Rayon İH-nin 1998-ci il tarixli, 1155 saylı xx.xx.1998-ci il tarixli sərəncamının mərhum qardaşına aid olması və iddia etdiyi kimi qardaşına torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir.

26. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının sübut qismində təqdim etdiyi sərəncamın kserosurəti nəinki, mötəbər, ümumiyyətlə sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yəni, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir.”

27. Eyni zamanda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətd ə bildirir ki, yuxarıda artıq göstərildiyi kimi bu dəlillər əsassızdır. Belə ki, müəyyən edilmişdir ki, Qaradağ RİH başçısının 1998-ci ildə imzalanan 1155 nömrəli sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla, Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin xx.xx.1998-ci il tarixli 1155 nömrəli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi 1-ci massiv ev 53- də yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 kv.m. torpaq sahəsi ayrılmış, sərəncam qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Qaradağ RİH-in 1998-ci ilin sərəncamların qeydiyyatı kitabından sentyabr, oktyabr aylarına dair qe ydlərdən də hər hansı sərəncamda X3 barəsində heç bir məlumatın olmadığı müəyyən olunmuşdur.

28. Həmçinin məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının qardaşına torpaq sahəsi verilməsi barədə qərarın düzgün, tam şəkildə tərtib edilməməsi səbəblərinin araşdırılmaması barədə dəlilini əsassız sayır. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2).

29. İşdən müəyyən edilir ki, iddiaçının təqdim etdiyi mübahisəli sərəncamın həqiqətə uyğun olmadığı tam sübuta yetirilir, cavabdeh həmin sənədin mötəbər olmamasının müəyyən edilməsi üçün yetərli tədbirlər görmüşdür.

30. Beləliklə iddiaçının təqdim etdiyi sərəncamın mötəbər olmaması iş üzrə sübuta yetirilir. Bu səbəbdən də həmin sənədin məzmununun uyğunlaşdırılması ilə bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi də mövcud deyil.

31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2601/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2601/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar