Məhkəmə qərarları › İş №2-1(102)-561/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-561/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-561/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: vergi qərarının icrasının dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borclarının silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3690/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 04 oktyabr 2022-ci il tarixli, **********163040 nömrəli qərarın ləğv edilməsi və vergi borclarının silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2022 saylı, 16 iyul 2024-cü il qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli **********163040 nömrəli qərarı mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; 2018-ci il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası; ödəmə mənbəyində vergi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

3. Məhkəmə hesab etmişdir ki, bazar qiyməti tətbiq edilərək vergi məbləği hesablanan zaman Vergi Məcəlləsinin 14.5-ci maddəsinə uyğun olaraq şəxslərin qarşılıqlı surətdə asılılığı əməliyyatın nəticəsinə təsir göstərməmişdir və ya borc faizlə verilmiş olsaydı, bu zaman hesablanmalı olan faiz xərcləri ödəyicinin gəlirindən çıxılmalı idi. Başqa sözlə ifadə etsək, borc faizlə verilmiş olsaydı, ödənilməli faiz xərcləri mənfəətin azalmasına xidmət edəcəkdi ki, bu da ağlabatan görünmür. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məhz bu səbəbdən “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.” Məhkəmə hesab etmişdir ki, şəxslərin qarşılıqlı surətdə asılılığı əməliyyatın nəticəsinə təsir göstərmir. Eyni zamanda vergi məbləği hesablanan zaman Vergi Məcəlləsinin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodundan istifadə olunarkən gəlirin və xərclərin uçotu qaydaları, həmçinin gəlirin əldə edilməsi (xərcin çəkilməsi) vaxtı ilə bağlı tələblər nəzərə alınmalı idi. Məhkəmə hesab edir ki, faiz gəlirinə bazar qiymət i tətbiq edilərək vergi məbləği hesablanırsa, həmin faiz gəliri (müəssisəyə münasibətdə faiz xərcləri) müəssisənin mənfəətini azaltmalı idi ki, cavabdeh vergi orqanı bu məqamları da nəzərə almamışdır. Həmçinin cavabdeh vergi orqanı iddiaçı vergi ödəyicisinə bazar qiyməti tətbiq edilməklə vergi məbləği hesablanan zaman həm səyyar vergi yoxlaması aktında həm də mübahisələndiriən Qərarda hansı faiz dərəcəsinin tətbiq edilməsi qeyd edilməməklə yanaşı, Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin müddəaları nəzərə almadığı üçün aparılmış hesablama əsassızdır və mübahisələndirilən qərar bu hissədə də ləğv olunmalıdır.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş e tmişdir.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılaraq, iddianın tam rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim olunaraq müvəqqəti xarakterli müdafiə tədbiri kimi İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********163040 nömrəli qərarın icrasının dayandırılmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və digər üçüncü şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, **********163040 nömrəli qərarın icrası üzrə Fayton LTD MMM-nin banklarda olan hesablaşma hesablarına sərəncam qoyulmuş, sərəncamın qoyulması onun dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyekti kimi normal iqtisadi fəaliyyətlə məşğul olmasına, dövlət və digər təşkilatlar qarşısında öhdəliyinin yerinə yetirilməsinə mane olmaqla fəaliyyətini iflic vəziyyətinə salmışdır. Bu gün hesablara sərəncam qoyulduğundan həm işçilərin əmək haqqlarını, həm də ki, hazırki dövrə ödənilməli olan sosial və vergi borclarının ödənilməsini mümkünsüz etmişdir. Belə ki, pul ödənilən zaman vergi orqanı tərəfindən həmin pul məbləği müba hisələndirilən dövrə silinmiş olur. Bu da hazırki dövrə olan vergi borcunun şişməsinə, əlavə öhdəliklərin yaranmasına və şirkət üçün əlavə məsuliyyət tədbirlərinin yaranmasına səbəb olur.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3690/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, C.Yusifov və G.Abbasova) ərizə təmin edilmiş, əsas tələb üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 04 oktyabr 2022ci il tarixli, * *********163040 nömrəli qərarının icrası dayandırılmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi orqanı tərəfindən ərizəçinin bank hesabının üzərinə tam olaraq sərəncam qoyulması, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, məhkəmə qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə mübahisəsi gedişatında iddiaçının bank hesablarında sərəncamların qalması bir vergi ödəyicisi kimi onun bu müddət ərzində dövlət qarşısında öz öhdəliklərinin icrasını da mümkünsüz edə bilər. Vergi orqanının hüquqlarından biri həm də qanunla müəyyən edilmiş qayda da vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaqdır. Lakin hazırkı halda sözügedən vergi borcu mübahisələndirildiyindən, cavabdeh tərəfindən iddianın tamamilə uğurlu olmaması ilə bağlı sübutlar təqdim edilmədiyindən məhz vergi borcunun ödənilməsinin təmini məqsədilə vergi ödəyicisinə məxsus əmlakların açıq hərracda satışının təşkil edilməsi məqsədilə əmlakların siyahıya alınması hərəkətinin əhəmiyyəti qalmır.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şik ayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən məhkəməyə şikayət verildiyində əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin birbaşa vəzifəsi olaraq qanunvericilikdə müəyyən edilməsinə baxmayaraq məhkəmə qərardadı ilə vergi ödəyicisi bu vəzifədən əsassız olaraq azad edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 63.2. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Maddə

89. Əm lakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

13. İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cüml əsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə q ərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsi nə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan H üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Bundan əlavə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Qeyd edilməlidir ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir və qanunvericilikdə nəzərdə tutulmuş vacib bir prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisəl ərin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir.

22. Müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

23. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

24. İnzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşmədiyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.

25. Göründüyü kimi, inziba ti prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olmasını təsbit etmişdir. Lakin bu o mənaya gəlmir ki, bu ərizələrə baxılarkən “tərəflərin hüquq bərabərliyi” və “mütənasiblik” prinsipləri nəzərə alınmamalıdır. Mütənasiblik prinsipinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyr i-mütənasib və həddindən artıq yükə məruz qalmasın. Başqa sözlə, ərizəçinin hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin görülməsi son nəticədə cavabdehin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmamalı, yekun məhkəmə aktı qəbul edildikdən sonra cavabdehin qəbul etdiyi inzibati aktın icrasını mümkünsüz etməməlidir (tərəflərin məhkəmə və qanun qarşısında bərabərliyi prinsipi). 26. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılma sı insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”.

27. Hazırkı iş üzrə məhkəmə kollegiyası iddianın uğurluluq ehtimalına münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi 2-1(112)-537/2022 saylı, 16 iyul 2024-cü il qərarı ilə iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli **********163040 nömrəli qərarı mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; 2018-ci il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası; ödəmə mənbəyində vergi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

28. Hazırkı vaxta qanuni qüvvəyə minmiş olmasa belə, mübahisənin məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsi iddianın uğurlu olması nəticəsinə gəlməklə iddianı təmin etmişdir.

29. Bundan əlavə, işə mahiyyəti üzrə baxılıb qurtaranadək qərarların icra edilməsi nəticəsində mövcud vəziyyət dəyişəcəkdir. Ərizəçinin iddia tələbi təmin ediləcəyi təqdirdə isə onun dövlət büdcəsinə artıq ödəməsi yaranacaqdır ki, belə olan halda da ərizəçinin hüquqlarının qorunması əhəmiyyətli ziyanla nəticələnə bilər.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-3690/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar