Məhkəmə qərarları › İş №2-1(102)-562/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-562/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-562/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X6 Xüsusi X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması; hesablama zamanı təminat xərcliyinin 80%-ə çatmasının nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X6 Xüsusi X2rşı “pensiyanın yenidən hesablanması və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019- cu il 29 oktyabr tarixli 2-1(103)-2568/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya ailə başçısını itirməyə görə 2015-ci il 7 dekabr tarixdən mərhum ərinin təminat xərcliyinin 35 faizi məbləğində pensiya təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək 2017-ci ilin mart ayının 10-da qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanunun ona tətbiq edilməsi, ailə başçısını itirməyə görə ona verilən əmək pensiyasının 2017-ci il 1 iyul tarixdən yenidən hesablanması və bu günə qədər ödənilməmiş fərq vəsaitinin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının pensiya hüququ sözügedən qanundan əvvəl yarandığından həmin dəyişiklik ona tətbiq edilə bilməz. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin mart ayının 10-da qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanunun ona tətbiq edilməsi, ailə başçısını itirməyə görə ona verilən əmək pensiyasının 2017-ci il 1 iyul tarixdən yenidən hesablanması və bu günə qədər ödənilməmiş fərq vəsaitinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə edil miş dəyişikliklərin ona münasibətdə tətbiq edilməsi və mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlarda nəzərə alınmaqla) 80 faiz miqdarında pensiyanın yenidən hesablanması və 2017-ci il 1 iyul tarixdən yaranmış pensiya fərqinin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra «(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)» sözləri ə lavə edilmişdir (1.76-cı maddə). Həmin Qanun onun hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə tətbiq olunmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 sentyabr tarixli, 2-1(81)3116/2019 saylı qərarı ilə cavabdehin üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilməsi və mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı art ımlarda nəzərə alınmaqla) 80 faiz miqdarında pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, 2017ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından, həmin Qanun ona münasibətdə tətbiq olunmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-1(103)-2568/2019 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığ ına baxmayaraq, məhkəmə işə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə-İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara əsasən haqlı olaraq hesab etmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş əlavə və dəyişikliklərlə iddiaçının hüquqi vəziyyəti yaxşılaşdırılmışdır. Belə ki, həmin əlavə və dəyişikliklərə əsasən, vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Azərbayca n Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-1(103)-2568/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar