Məhkəmə qərarları › İş №2-1(102)-562/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-562/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-562/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 27 may 2*16-cı il tarixli, *9 saylı iclasının 35 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2*21-ci il tarixli, 2-1(1*5)-62*/2*21 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 18.*9.2**1-ci il tarixli 293 N-li “Torpaq sahəsinin ayrılması barədə” Sərəncamı ilə iddiaçıya maye-qaz doldurma məntəqəsinin tikintisi məqsədi ilə Dəmiryol vağzalı rayonunda, Ü.Hacıbəyov küçəsinin qarşısında 1*** kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.12.2*18-ci il tarixli, RX seriyalı, 14*3957 saylı çıxarışına əsasən, həmin ünvanda yerləşən yanacaqdoldurma məntəqəsi (sahə 195.3 kv.m) üzərində iddiaçının mülkiyyət hüququ (xüsusi) qeydə alınmışdır. Çıxarışa əsasən, yanacaqdoldurma mə ntəqəsinin yerləşdiyi torpaq sahəsi (*.*4665 ha) dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 18.12.2*18-ci il tarixdə yanacaqdoldurma stansiyasının Texniki Pasportu tərtib edilmişdir.

3. Digər tərəfdən, cavabdehin 27 may 2*16-cı il tarixli iclasında (*9 saylı) onun mülkiyyətində olan (*7.*5.2*16-cı il tarixli RX seriyalı, *85396 saylı Çıxarışa əsasən) Sumqayıt Dəmiryol vağzalının yaxınlığında, Çerkassı küçəsində yerləşən *.*7 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə qərar qəbul edilmişdir (35 saylı).

4. Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən *.*7 ha torpaq sahəsi ƏMDK-nin yanında Hərracların Təşkili üzrə Auks ion Mərkəzinin *9.*3.2*17-ci il tarixli şəhadətnaməsinə əsasən üçüncü şəxsin icarəsinə verilmişdir.

5. Üçüncü şəxslə cavabdeh arasında torpaq sahəsinin icarəsi ilə bağlı (49 illik) 27.*3.2*17-ci il tarixli 4* saylı müqavilə bağlanmışdır.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29.*3.2*17-ci il tarixli, RX seriyalı, 1**3984 saylı çıxarışına əsasən, üçüncü şəxsin Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən *.*7 ha torpaq sahəsi (bələdiyyə mülkiyyəti) üzərində icarə hüququ (*9.*3.2*17-*9.*3.2*66) qeydə alınmışdır. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 29.*3.2*17-ci il tarixdə torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icr aat

7. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, *9.*3.2*17-ci il tarixli hərrac şəhadətnaməsinin və 27.*3.2*17-ci il tarixli icarə müqaviləsinin ləğv olunmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin 18.*9.2**1-ci il tarixli 293 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığında, Çerkassi küçəsində avtomobillərə maye qaz doldurulması məntəqəsi tikintisi məqsədi ilə İddiaçı İstehsalat Kommersiya firmasına 1.*** kv.m. torpaq sahəsi ayrılmışdır. Göstərilən müddətdən etibarən İddiaçı İstehsalat Kommersiya firması həmin torpaq sahəsi üzərində yanacaqdoldurma məntəqəsi, o cümlədən avtomobil təmir sexləri inşa etdirmiş və həmin tikilər üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq fəali yyət göstərməyə başlamışdır. Eyni zamanda, Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahəsi 7** kv.m. olan torpaq sahəsi üçüncü şəxsə icarəyə verilmişdir (27.*3.2*17-ci il tarixli müqavilə ilə). Bir müddət sonra həmin torpaq sahəsində avtomobillərə məxsus xidməti obyektin tikintisinin eskiz lahiyyəsi tərtib edilərək Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş və tikinti işlərinə başlanılmışdır. Aparılan tikinti işləri ilə bağlı müəssisənin direktoru şirkətin mülkiyyətində olan və fəaliyyət göstərən maye-qazdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikinti işlərinin qanunauyğun olub olmaması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş və verilmiş cavab məktublarından bəlli olmuşdur ki, aparılan tikili Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmamışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.*6.199-cu il tarixli 1*3 saylı “Qaz təhcizatınında mühafizə zonaları və təhlükəsizılik tədbirləri qaydaları”nın 5.7.1 və 5.11-ci bəndlərinə ziddir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verilmişdir. Hazırkı iş üzrə tələblərə (hərrac şəhadətnaməsinin və icarə müqaviləsinin ləğvi) Sumqayıt şəhər Məhkəməsi tərəfindən baxılmalıdır.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin *2 sentyabr 2*19-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamış (tələblərə mülki icraat qaydasında baxılmalı olması əsası ilə), Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2*19cu il tarixli qəra rdadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin *2 sentyabr 2*19-cu il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən şəhadətnamənin inzibati akt olmasının mümkünlüyünün təhlil edilmədən inzibati akt olmaması barədə əsaslandırılmış nəticəyə gəlinməsinə görə).

11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 27 may 2*16-cı il tarixli, *9 saylı iclasın 35 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin *9 avqust 2*21-ci il tarixli, 2-1(118)-94/2*21 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilərək Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahibkarlıq məqsədi ilə 7** kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt bələdiyyəsinin 27.*5.2*16-ci il tarixli *9 saylı iclasın 35 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi ekspertiza tədqiqatının nəticəsi olaraq məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.*7.2*21-ci il tarixli 1*/3328 nömrəli ekspert rəyinə istinad etməklə qeyd etmişdir ki, rəyə əsasən, İddiaçı-nin sahibliyində olan Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli və Çerkaski küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.*6. 1999-cu il tarixli 1*3 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5.7 və 5.11-ci bəndlərinin tələblərinə ziddir. Belə ki, Qaydaların 5.11-ci bəndinin tələblərinə əsasən, QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 1* metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. Bələdiyyə 7** kv.metr torpaq sahəsini öz adına rəsmiləşdirlməsindən öncə bələdiyyənin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş mövqe planını lazımi qaydada araşdırma aparmadan aidiyyati qurumlara göndərmiş və qeyd olunan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi barədə müsbət rəy alınmasına nail olmuşdur. Halbuki, Sumqayıt bələdiyyəsi həmin torpaq sahəsini öz adına rəsmiləşdirmədən öncə mövqe planı tərtib etmək əvəzinə müvafiq təşkilatlara sorğu göndərməklə torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat əldə edə bilərdi. Bundan başqa, Sumqayıt bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin X1 istifadəyə verilməsi məqsədi ilə bələdiyyə həmin torpaq sahəsini öz adına rəsmiləşdirməzdən öncə torpaq sahəsinin qonşuluğunda yerləşən və İddiaçı İstehsalat Kommersiya firmasının mülkiyyətində olan maye-qaz dolduma məntəqəsinin 2**1-ci ildən istismar edilməsini belə nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 1*3 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” na e dilmiş əlavələrə əsasən, qazı saxlamaq üçün çən kimi istifadə olunan avtosisternlərdən balonları doldurduqda, avtosistern ilə QDM-ə aid olmayan bina və tikintilər arasındakı məsafə 8* metrdən, doldurma rampalarına qədər olan məsafə isə 15 metrdən az olmamalıdır. Sumqayıt bələdiyyəsi qeyd olunan topraq sahəsini öz adına rəsmiləşdirilmə proseduruna başlamazdan öncə yaxınlığında yerləşən maye-qaz yanacaqdoldurma məntəqəsinin mühafizə zolağının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmiş olsaydı, həmin torpaq sahəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 18.*9.2**1-ci il tarixli 293 saylı sərəncam əsasında İddiaçı İstehsalat Kommersiya firmasına ayrılması barədə məlumatlı olardı. Bundan başqa, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi 21.*2.2*14-cü il tarixli 39 saylı rəydə, qeyd olunan ərazinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq mövcud texniki normalara cavab verəcəyi tədqirdə torpaq sahəsinin ayrılmasına etirazın olmaması bildirilmişdir.

14. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qərarın ləğv olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2*21-ci il tarixli, 2-1(1*5)-62*/2*21 nömrəli qərarı ilə ( hakimlər R.Ağayev - sədrlik edən və məruzəçi, İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayətləri təmin olunmamış və Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə irəli sürülmüş iddia tələblərinə hüquqi qiymət verərkən iddianın mümkünlüyü və müvafiq hüquq müəyyənedici sənədlərlə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddiaçı 2*19-cu ilin iyul ayında iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ilkin olaraq, X2 ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış 544 qeydiyyat nömrəli, *9 mart 2*17-çi il tarixli hərrac şəhadətnaməsinin və 4* nömrəli, 27 mart 2*17-ci il tarixli icarə müqaviləsinin ləğvini tələb etmişdir. Daha sonra isə iddiaçı 21 fevral 2*2*-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 27 may 2*16-cı il tarixli, *9 saylı iclasının 35 saylı qərarının ləğv olunması tələbinin iddia tələblərinə əlavə edilməsini xahiş etmişdir. Halbuki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə qərarının ləğv olunması barədə əvvəlcə Sumqayıt bələdiyyəsinə müraciət etməli olduğu halda, sözügedən bələdiyyə qərarının ləğvi ilə bağlı ilkin olaraq həmin qərarı qəbul etmiş inzibati orqana müraciət etməmiş,əksinə, birbaşa olaraq belə bir iddia tələbi ilə məhkəməyə müraciət e tmişdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasını da nəzərdə tutur.

19. Bundan əlavə, “bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanması haqqında” qərarı inzibati akt kimi qəbul edilsə, həmin qərarın icrası “Bələdiyyələrin statusu haqqında” Qanunun 48.3-cü maddəsinin tələblərinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hökmən ic ra edilməlidir. Göründüyü kimi, istər “torpaq sahəsinin hərraca, yaxud müsabiqəyə çıxarılması haqqında", istərsə də “bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanması haqqında” sənədi inzibati akt (qərar) qüvvəsinə malik deyil və buna görə də həmin sənədlər Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə edilmiş müraciət kimi qəbul edilməlidir. Buna görə də həmin məzmunda olan bələdiyyə qərarlarının mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməli olmadığı və bu səbəbdən iddia mümkün sayılmamalı olduğu halda, məhkəmə əsassız olaraq iddiaçının Sumqayıt şəhəri,Sumqayıt Dəmiryol vağzalının yaxınlığında, Çerkassı küçəsində yerləşən sahəsi 7** kvadrat metr olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə ve rilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması haqqında Sumqayıt bələdiyyəsinin 27 may 2*16-cı il tarixli, *9 saylı iclasının 35 saylı qərarının ləğvi tələbinə mahiyyəti üzrə baxaraq qanunazidd şəkildə qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 5 nömrəli Qərarı: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli o lub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə v erilməsinə yol verilmir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasi ya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi mümkün sayılmamalıdır.

27. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi 27 may 2*16-cı il tarixli, *9 saylı iclasın 35 saylı qərarının ləğv edilməsi ilə bağlıdır.

28. İş materiallarında olan 27 may 2*16-cı il tarixli, *9 saylı iclasın 35 saylı qərarın məzmunundan görünür ki, həmin qərarla cavabdehin 27 may 2*16-cı il tarixli iclasında onun mülkiyyətində olan (*7.*5.2*16-cı il tarixli RX seriyalı, *85396 saylı Çıxarışa əsasən) Sumqayıt Dəmiryol vağzalının yaxınlığında, Çerkassı küçəsində yerləşən *.*7 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınmışdır.

29. İddiaçının iddia tələbinin dəlillərindən, məhkəmə iclasında verdiyi izahatlardan belə aydın olur ki, onun faktiki tələbi, yəni hüquqi marağı Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahibkarlıq məqsədi ilə 7** kv.m. torpaq sahəsinin icarəyə verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında qərarın ləğv edilməsidir.

30. Göründüyü kimi, iddiaçı hüquqi marağına uyğun iddia tələbi formalaşdırmamış, işə baxan birinci instansiya məhkəməsi isə bununla bağlı ona yardım etməmiş, Sumqayıt İnzibati Məhkəməsi *9 avqust 2*21-ci il tarixli qərarı ilə İPM-nin 52-ci maddəsinin tələblərindən kənara çıxaraq, iddia tələbini aşağıdakı formada təmin etmişdir: “iddia tələbi təmin edilsin və Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi kü çəsində sahibkarlıq məqsədi ilə 7** kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt bələdiyyəsinin 27.*5.2*16-ci il tarixli *9 saylı iclasın 35 saylı qərarı ləğv edilsin”.

31. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi İPM-nin 13 və 52-ci maddələrinin tələblərini pozmaqla işə baxmış, apellyasiya instansiya məhkəməsi də bu hala qiymət vermədən, birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

32. Bununla bağlı, məhkəmə tərkibi qeyd edir ki, qeyd edilən prosessual hüquq normalarının tələbləri pozulsa da, bu hal işin təkrar baxılması məqsədi ilə apellyasiya instansiya məhkəməsinə göndərilməsi üçün əsas deyildir. Çünki, iddia tələbi hər iki formada – yazılı və faktiki- mümkünlük şərtlərinə cavab vermir.

33. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüququ malik olmasıdır.

34. Hazırkı iş üzrə iddiaçının Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxı nlığı, Çerkassi küçəsində sahibkarlıq məqsədi ilə 7** kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını mübahisələndirməkdə hüquqi marağı (faktiki tələbinə uyğun) ondan ibarətdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 18.*9.2**1-ci il tarixli 293 N-li “Torpaq sahəsinin ayrılması barədə” Sərəncamı ilə iddiaçıya maye-qaz doldurma məntəqəsinin tikintisi məqsədi ilə Dəmiryolu vağzalı rayonunda, Ü.Hacıbəyov küçəsinin qarşısında 1*** kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.12.2*18-ci il tarixli, RX seriyalı, 14*3957 saylı çıxarışına əsasən, həmin ünvanda yerləşən yanacaq doldurma məntəqəsi (sahə 195.3 kv.m) üzərində iddiaçının mülkiyyət hüququ (xüsusi) qeydə alınmışdır. Çıxarışa əsasən, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsi (*.*4665 ha) dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 18.12.2*18-ci il tarixdə yanacaqdoldurma stansiyasının Texniki Pasportu tərtib edilmişdir. İddiaçı hesab edir ki, Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahibkarlıq məqsədi ilə 7** kv.m. torpaq sahəsi yanacaqdoldurma məntəqəsinin mühafizə zolağında yerləşir və buna görə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alına bilməzdi.

35. Bu dəlillə bağlı məhkəmə tərkibi qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə ə sasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Həmçinin, Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

36. Q eyd edilməlidir ki, qanunvericilikdə torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydə alınması prosedurunu qadağan edən birbaşa norma nəzərdə tutulmamışdır. Digər tərəfdən, qeyd edilən normaların tələblərinə görə isə yalnız elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaqların istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə bağlı məhdudiyyətlər vardır. Həmçinin, iddiaçının yanacaqdondurma məntəqəsinin mühafizə zolağı ilə bağlı dəlillərini əsaslandırmaq üçün istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 1*3 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri”ndə mühafizə zolağı boru kəmərləri üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının yanacaqdoldurma məntəqəsinin mühafizə zolağının mövcudluğu və bələdiyyənin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınmasının qanunsuzluğu ilə bağlı dəlilləri əsassızdır və bu dəlillərə istinad etməklə bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınmasını mübahisələndirməyə subyektiv hüququ yoxdur.

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının *4.*5.2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.*7.2**8-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüqu qlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

38. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə münasibətdə qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

39. İddi açının formalaşdırdığı yazılı tələbə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, mülkiyyətində olan torpaq sahəsinin hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı qərar qəbul etmək, qanunvericiliklə bələdiyyənin müstəsna hüququdur və bu hüququn məhdudlaşdırılması ilə bağlı iddiaçının tələb irəli sürməsi üçün yuxarıda qeyd edilən əsaslara görə subyektiv hüququ yoxdur.

40. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, işə baxılarkən prosessual hüquq normalarının təlbələri pozulmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

41. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəm əsinin İnzibati kollegiyasının 2-1(1*5)-62*/2*21 saylı, 16 dekabr 2*21-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar