Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-562/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Qədiməliyeva Balacaxanım Zeynal qızı) qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat N azirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Qədiməliyeva Balacaxanım Zeynal qızı) qarşı “texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2830/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə üçüncü şəxsin ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İ darəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağların torpaq bağ sahəsinə Qədiməliyeva Balacaxanım Zeynal qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə əri zə təqdim edərək, ünvan 1 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Qədiməliyeva Balacaxanım Zeynal qızının adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qərardadı ilə Qədiməliyeva Balacaxanım Zeynal qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə).
4. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 12 aprel 2023-cü il tarixli, 21(112)-1623/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Qədiməliyeva Balacaxanım Zeynal qızının adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızı apellyasiya şikayəti vermiş və Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 21(112)-1623/2023 nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Ə.Səmədov (sədrlik edən) X.A.Cəmilova və A.P.Oruczadə) 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)2830/2023 nömrəli qərarı ilə üçüncü şəxs Qədiməliyeva Balacaxanım Z eynal qızının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(112)-1623/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
8. Ərizədə qeyd olunmuşdur ki, məhkəmə qərarı onun anası tərəfindən 12 oktyabr 2023-cü il tarixdə poçt xəbərnaməsinə imza atılmaqla qəbul edilsə də, anasının səhhətindəki problemlərdən dolayı həmin qərardan 16 oktyabr 2023-cü il tarixdə məlumatlı olmuşdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını aldıqdan sonra üzrlü səbəbdən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqd im edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
12. İ ş materiallarından görünür ki, üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızı apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını 6 oktyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza atmaqla əldə etmişdir. Kassasiya şikayəti isə qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə 16 noyabr 2023-cü il tarixdə verilmişdir.
13. Üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızı ərizəsində müddəti ötürdüyünü etiraf etsə belə bu halın onun təqsiri olmadan buraxılmasını və buraxılmış müddətin üzrlü sayılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da hazırkı mübahisəyə münasibətdə üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızı tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə sübut təqdim edilməm işdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavas itə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
15. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üz rə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”.
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddətini üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızı üzrlü səbəb olmadan ötürdüyündən buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Qədiməliyeva Balacaxanım Zeynal qızının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2830/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikay