Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-563/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə pensiya təyin olunması zamanı sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsait ödənilməklə pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğə çatdırılmasının hüquqi nəticəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslü m oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili X2 qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “işlədiyi müddətin iş stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli 2-1(107)-477/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur və Ağsu rayonunda yaşayır.
2. İddiaçının barəsində Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 02.03.2020-ci il tarixli və 06.03.2020-ci il tarixli arayışlarda iddiaçının 1981-1985-ci illərdə Ağsu rayonunda fəaliyyət göstrmiş “M.B.Qasımov” adına kolxozda kolxozçu, 05 fevral 1986-cı il tarixdən 21 oktyabr 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, 02 mart 1992-ci il tarixdən 26 dekabr 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi qeyd olunmuşdur.
3. İddiaçıya 29.05.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olun masından imtina etmiş və 15.06.2020-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, iddiaçının pensiya hüququ ona ikinci dərəcəli əlillik verilmiş 29.05.2019-cu il tarixdən yaranmışdır. İddiaçının mübahisələndirilən iş stajı 1981-1985-ci illərdə “M.B.Qasımov” adına kolxozda kolxozçu, 05 fevral 1986-cı il tarixdən 21 oktyabr 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, 02 mart 1992-ci il tarixdən 26 dekabr 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi dövrlərdir. Onun iddia tələbində qeyd etdiyi arxiv arayışlarına əsasən iş stajı 24 il 2 ay 10 gündür ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 01.01.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17.481 manat 02 qəpik pensiya kapitalı vardır. İddiaçıya ikinci dərəcəli əlillik verildiyi 29.05.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi üçün minimum 12 il 4 ay sosial sığorta stajı və 17.760 manat pensiya kapitalı tələb olunur. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd olunan iş stajı sosial sığorta stajına daxil edilsə belə, ona əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Axsu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1981-1985-ci illərdə Ağsu rayonunda fəaliyyət göstərmiş “M.B.Qasımov” adına kolxozda kolxozçu, 05 fevral 1986-cı il tarixdən 21 oktyabr 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibəmakinaçı, 02 mart 1992-ci il tarixdən 26 dekabr 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi müddəti iş stajına daxil etməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Çünki o, 1981-1985-ci illərdə Ağsu rayonun “M.B.Qasımov” adına kolxozda kolxozçu, 05 fevral 1986-cı il tarixdən 21 oktyabr 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, 02 mart 1992- ci il tarixdən 26 dekabr 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə vəzifəsində işləmişdir. Ona TSEK tərəfindən 29 may 2019-cu il tarixdən ikinci dərəcəli əlillik verilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1039/2020 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı əlilik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sıgorta stajı olsa da, iddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadıgından ona əlilliyə görə pensiya təyin edilməsi qeyri-mümkündür.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2-1(107)-477/2020 nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və İ.Şükürov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1039/2020 nömrəli qərarı ləgv edilmiş, yeni qərar çıxarılmaqla iddia təmin edilmiş, İddiaçı 1981-1985-ci illərdə Ağsu rayonun “M.B.Qasımov” adına kolxozda kolxozçu, 05 fevral 1986-cı il tarixdən 21 oktyabr 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, 02 mart 1992-ci il tarixdən 26 dekabr 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnolog iyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında işlədiyi müddətin sosial sıgorta stajına daxil edilməsi və hüququnun yarandığı 29.05.2019-cü tarixdən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün ona əlilliyin təyin edildiyi tarixə 12 il 4 ay sosial sığorta stajının olması zəruridir və iddiaçının həmin tarixə stajı arxiv arayışlarına əsasən 24 il 2 ay 10 gün təşkil edir. Həmçinin iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində 17760 manat pensiya kapitalının olması tələb edilir. İddiaçın ın fərdi hesabının sığorta hissəsində 17481 manat 02 qəpik pensiya kapitalı olmuşdur və iddiaçı sığortaolunanlar üzrə xüsusi hesaba 300 manat ödəməklə pensiya kapitalının məbləğini tələb olunan 17760 manata çatdırmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində cavabdehin iddiaçıya pensiya təyin olunmasından imtina edilməsi barədə məktubda göstərilən işin faktik halları təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçıya 2-ci dərəcəli əlillik verildiyi 29.05.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi üçün minimum 12 il 4 ay sosi al sığorta stajı və 17.760 manat pensiya kapitalı tələb olunur. İddiaçının həmin tarixə pensiya kapitalı 17.481 manat 02 qəpik təşkil edir. Göründüyü kimi, iddiaçının müvafiq iş stajı olsa da, onun əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmır. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir. İddianın rədd edilməsi məqsədə müvafiq olmaqla qanuna əsaslanırdı. Lakin apelyasiya instansiyası məhkəməsi mərhələsində iddiaçı tərəfindən çatışmayan pensiya kapitalı ödənilmiş, bu səbəbdən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni, əsaslı qərarını ləğv etmişdir. b. Kassasiya şikayətinə etirazlar
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəki li kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizl iyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə
1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra h akimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi hesabın yığım hissəsi – sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllüsosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyət i orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərt ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ nat amam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
19. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə P AS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 20. “İnzibati icraat haqqında” qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı ya “İddiaçı 1981-1985-ci illərdə Ağsu rayonun “M.B.Qasımov” adına kolxozda kolxozçu, 05 fevral 1986-cı il tarixdən 21 oktyabr 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, 02 mart 1992-ci il tarixdən 26 dekabr 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət müəssisəsinin Ağsu poçt filialında işlədiyi müddətin sosial sıgorta stajına daxil edilməsi və... əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə qoyulması” barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya pensiyanın “hüququnun yarandığı 29.05.2019-cü tarixdən” təyin olunması hissəsində səhvə yol vermişdir.
25. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən pensiya təyin olunması üçün aşağıdakı şərtlərin mövcud olması mütləqdir: 1. əlilliyin müəyyən edilməsi;
2. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;
3. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Başqa sözlə, iddianın təmin olunması üçün bu şərtlərin eyni vaxtda mövcud olması zəruridir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işi n hallarını bu normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya 29.05.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuşdur və bu, işin mübahisəsiz halıdır. Yəni Qanunun 12.1-ci maddəsində nəzərdə tutlmuş birinci dispozisiya şərti mövcuddur. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı xx xxx 1967-ci il doğulmuşdur və əlillik təyin edildiyi 29 may 2019-cu il tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 12 il 4 ay sığorta stajı tələb olunurdu (əlillik dərəcəsi verilərkən olan yaş 52 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 37 il x 4 ay = 148 ay: 12 = 12 il 4 ay). İddiaçının ümumi iş stajı isə əlillik təyin edildiyi tarixə 24 il 2 ay 10 gün təşkil edir.
26. Məhkəmənin bu qənaəti iş materiallarına və əlilliyə görə pensiya təyin olunmasını tə nzimləyən maddi hüquq normalarına (“Əmək pensiyaları haqqında” Qanunun 11, 12.1-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə və Əmək Məcəlləsinin 42-ci maddəsinə) uyğundur.
27. Cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi bu dəlillə razılaşmamış, araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçıya əlillik müəyyən edildiyi 29.05.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 17760 manat pensiya kapitalı tələb olunur. Bunun qarşılığında iddiaçının fərdi hesa bının sığorta hesabında 17481 manat kapital vardır. Lakin iddiaçı “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasının tələblərinə uyğun olaraq, 24.11.2020-ci il tarixdə xüsusi hesabına 300 manat pul ödəmiş və pensiya kapitalının məbləğini əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyin etməyə imkan verən məbləğə çatdırmışdır. Bu halda iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş bütün şərtlər mövcud olur və məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Lakin məhkəmənin iddiaçıya əlilliyə görə pensiyanın 29.05.2019-cü tarixdən təyin edilməsi barədə gəldiyi nəticə səhvdir. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçıya pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” qanunun 12.1-ci maddəsində göstərilən şərtlər eyni vaxtda mövcud olmalıdır. İddiaçıya əlillik təyin edildiyi 29.05.2019-cü tarixdə bu şərtlərdən biri – əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud deyildi və həmin məbləğ 24.11.2020-ci il tarixdə tamamlanmışdı. Buna görə də iddiaçıya pensiya həmin tarixdən təyin oluna bilərdi. Odur ki, apelyasiya məhkəməsinin qərarı qismən - pensiyanın 29.05.2019-cu ildən təyin olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla iddiaçıya əlilliyə görə 24.11.2020-ci ildən pensiya təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli 21(107)-477/2020 nömrəli qərarı qismən - pensiyanın 29.05.2019-cu ildən təyin olunması hissəsində ləğv edilsin. İddiaçıya yaşa görə əmək pensiyası 24.11.2020-ci ildən təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.