Məhkəmə qərarları › İş №2-1(102)-563/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-563/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-563/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təminat xərcliyinə dair yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (3-cü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “iddiaçının təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Alayının (X1 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-630/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (ş/v AZE № ********; FİN xxxxxxx) xx xxxxx 1949-cu ildə Ermənistanın Yexeqnadzor rayonunda doğulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Rayon Polis şöbəsində qey diyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır.

2. İddiaçı 9 dekabr 1975-ci ildən DİO-da xidmətə başlamış, müxtəlif vəzifələrdə işləmiş, o cümlədən 30 dekabr 1994-cü ildən 6 aprel 1995-ci ilədək Bakı şəhər Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəis müavini, 6 aprel 1995-ci ildən və 5 iyun 1995-ci ilədək Suraxanı RPİ-nin 31-ci PB-nin növbətçi baş inspektoru vəzifəsində işləmişdir. 3. 18 may 1995-ci il tarixli raporta əsasən iddiaçı Azərbaycan Respublikası DİNnə müraciət edərək öz xahişi ilə DİO-dan təqaüdə göndərilməsini xahiş etmişdir.

4. İddiaçı “Daxili işlər orqanlarında sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi barədə Müvəqqəti Təlimatın” 4-cü maddəsinin “E” bəndinə (öz xahişi ilə) əsasən daxili işlər orqanlarından xaric edilmişdir.

5. İddiaçının pensiya təyini üçün xi dmət müddəti təqvimi hesablama ilə 21 il, 6 ay, 11 gün, imtiyazlı xidmət müddəti 28 il, 29 gün təşkil etmişdir.

6. Daxili işlər orqanlarından xaric olunduğu vaxt xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 74 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir.

7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti Alayının (X1 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsini xahiş etmişdir.

8. Cavabdeh 045-2044A-3220 nömrəli, 29 yanvar 2020-ci il tarixli məktubla id diaçıya imtina edərək bildirmişdir ki, daxili işlər orqanları əməkdaşlarının pensiya təminatını tənzimləyən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əməkdaşlara pensiya təyin edilərkən təminat xərcləri onların sonuncu vəzifəsinə uyğun olaraq hesablanır. Daxili işlər orqanlarında iddiaçının tutduğu sonuncu vəzifə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru olduğundan, pensiya bu vəzifəyə uyğun olaraq təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Alayının (X1 Alayının) komandir müavini vəzifəsindən qanunve riciliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur ona görə ki, əvvəla o, 1995-ci ilin mart və aprel ayında öz xahişi ilə DİOdan işdən azad olunması barədə 2 raport yazmış və həmin raportları da yazanda onun tutduğu vəzifə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru yox, Bakı şəhəri Baş polis İdarəsinin Post Patrul Xidməti Alayının komandir müavini olmuşdur. O, ümumiyyətlə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru vəzifəsində heç vaxt çalışmamış və həmin vəzifədə raport yazm amışdır. Belə olan halda onun çalışmadığı vəzifədən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi və həmin vəzifəyə uyğun olaraq ona pensiya təyin edilməsi qeyrimümkündür. Məhz buna görə də o, inzibati orqana 11 sentyabr 2020-ci il tarixində yenidən müraciət edərək, qeyd olunan xüsusatların aydınlaşdırılmasını, işdən azad olunması barədə raportların və AR DİN-in şəxsi heyət üzrə 05 iyun 1995-ci il tarixli əmrinin surətinin ona təqdim edilməsini xahiş etmiş, lakin hazıradək müraciətinə cavab ala bilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-6894/2020 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il ta rixli, 2-1(112)-1985/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

13. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-890/2021 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində iştirakına xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

14. Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Suraxanı RPİ-nin baş növbətçi inspektoru vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə “öz xahişinə görə” 5 iyun 1995-ci il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidm ət müddəti təqvimi hesablama ilə 21 il, 6 ay, 11 gün, imtiyazlı xidmət müddəti 28 il, 29 gün təşkil etmişdir. Daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən, pensiya almaq hüququ olan 28 il güzəştli xidmət illəri nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 74 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə (təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən Dövlət Sosial Müdafiə Fondundan Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən hazırda iddiaçıya ödənilən pensiya təminatı: vəzifə maaşı - 458 manat, rütbə maaşı -154 manat, xidmət illərinə görə əlavə 30 faiz - 183,60 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 160,30 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat nəzərə alınmaqla cəmi 1019,90 manat təminat xərcliyindən yeni hesablama qaydasına görə 735,36 manat təşkil edir.

15. Sumqayıt İnzibati Məhkəməsinin 5 avqust 2021-ci il tarixli, 2-1(118)-890/2021 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 40-cı m addəsinin 2-ci hissəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır. Göründüyü kimi, bu normanın tətbiqi üçün hərbi qulluqçunun səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi tələb olunur. Lakin iddiaçı üçün isə bu şərtlər mövcud deyil.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(105)630/2021 nömrəli iş üzrə 9 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər R.Ağayev sədrlik edən və məruzəçi, G.Tağızadə və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 5 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

22. Şikayətdə, həmçinin göstərilmişdir ki, məhkəmələr 1992-ci il tarixli “Hərbi qulluqçul arın pensiya təminatı haqqında” Qanunun 4-cı maddəsini düzgün şərh etmirlər. Belə ki, DİO-da yaşı və səhhəti ilə bağlı şəxslərin xidmət nəfinə təyin olunma əmrləri olmur və belə bir vəzifə yoxdur. Bu hal məcazi məna daşıyaraq hərbi qulluqçular təqaüdə çıxarkən işlədikləri ən yuxarı vəzifədən hesablanma anlamına gəlir. Belə ki, yuxarı vəzifəyə qalxmaq üçün pillə-pillə qalxaraq daha məsuliyyətli cavabdehlik olur. Müvəqqəti təlimata görə axırıncı vəzifə yenə də işlədiyi vəzifədən bir pillə üstün vəzifəni nəzərdə tutaraq ən azı bir ay işlədiyi vəzifə nəzərdə tutulur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin 12 aprel 1995-ci il tarixli 112 nömrəli əmrinə əsasən dövlət çevrilişinə sui-q əsd zamanı xidməti vəzifələrinin icrasına vicdanla yanaşmadığı, hadisələrə qeyri dəqiq münasibət bəslədiyinə görə və ikitərəfli mövqe tutduğuna görə 25-ci PB-nin rəis müavini polis podpolkovniki İddiaçı tutduğu vəzifədən azad edilmişdir. DİN-nin 6 may 1995-ci il tarixli 273 nömrəli əmrinə əsasən İddiaçı Suraxanı RPİ-nin 31-ci PB-nin növbətçi baş inspektoru vəzifəsinə təyin edilmişdir. 18 may 1995ci il tarixli raportdan görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-nə özü müraciət edərək öz xahişi ilə DİO-dan təqaüdə göndərilməsini xahiş etmiş və 5 iyun 1995-ci ildə daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsaslanaraq pensiya hesablanarkən azı bir il çalışdığı vəzifə üzrə maaşının nəzərə alınmasını tələb edə bilməz. Belə ki, həmin Qanunun 40-cı maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır. İşdə olan əmrlərdən də aydın olur ki, iddiaçı səhhəti və ya yaşı ilə əlaqədar deyil, dövlət çevrilişinə sui-qəsd zamanı xidməti vəzifələrinin icrasına vicdanla yanaşmaması, hadisələri qeyri dəqiq münasibət bəsləməklə ikitərəfli mövqe tutması səbəbindən 12 aprel 1995-ci il tarixində xidmət etdiyi 25-ci PB-nin rəis müavini vəzifəsindən azad olunaraq 6 may 1995-ci il tarixdə 31-ci PB-nin növbət çi baş inspektoru vəzifəsinə təyin edilmiş, nəhayət təyin edildiyi vəzifədə olarkən 5 iyun 1995-ci il tarixdə öz xahişinə əsasən DİO-dan xaric edilmişdir. İddiaçı DİN tərəfindən ödəmə vərəqəsi tərtib edilərkən fövqəladə vəziyyət elan edilməsi haqda SSRİ Nazirlər Kabinetinin 5 sentyabr 1989-cu il tarixli 795-173 nömrəli qərarının tələblərini nəzərə almayaraq 2 il 10 ay 20 gün müddətin onun iş stajına əlavə edilmədiyindən 31 il iş stajı əvəzinə ona 28 il hesablanması barədə dəlili əsassızdır. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində konkret olaraq hansı hallarda bir xidmət ilinin iki xidmət ili kimi hesablanması və bunun müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməsi öz əksini tapmamışdır. Göstərilənlər ə əsasən cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını və iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Mübahisəli hüquq münasibətinin yarandığı 1995-ci ildə qüvvədə olmuş “Hərbi qull uqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 19 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanunla qüvvədən düşmüş hesab edilmişdir) 40-cı maddəsinə (Pensiyanın hesablanması üçün təminat xərcliyi) əsasən, hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), əsgəri və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna m alik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır.

29. İşdən göründüyü kimi, iddiaçı səhhəti və ya yaşı ilə əlaqədar deyil, məhz dövlət çevrilişinə sui-qəsd zamanı xidməti vəzifələrinin icrasına vicdanla yanaşmaması, hadisələrə qeyri-dəqiq münasibət bəsləməklə ikitərəfli mövqe tutması səbəbindən 12 aprel 1995-ci il tarixində xidmət etdiyi 25-ci PB-nin rəis müavini vəzifəsindən azad olunmuş, 6 may 1995-ci il tarixdə 31-ci PB-nin növbətçi baş inspektoru vəzifəsinə təyin edilmiş, təyin edildiyi vəzifə üzrə xidmətdə olarkən 18 may 1995-ci il tarixli raportuna əsasən 5 iyun 1995-ci il tarixli əmrlə öz xahişinə əsasən DİO-dan xaric edilmişdir.

30. İddiaçı 31-ci PB-nə xidmətə təyin olunmas ı barədə 6 may 1995-ci il tarixli əmri və DİO-dan xaric edilməsi barədə 5 iyun 1995-ci il tarixli əmri mübahisələndirməmişdir. İşdə həmin əmrlərin ləğvinə və ya hər hansı səbəbə görə qüvvədən düşdüklərinə dair məlumat yoxdur.

31. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək qeyd edir ki, məhkəmə qərarının nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli, 2-1(105)-630/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar