Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-563/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ evinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci tarixli, 2-1(103)-670/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Texniki İnventarlaşdırma Bürosu tərəfindən X3 verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Bilgəh qəsəbəsi, “Daça” küçəsində yerləşən 1722E nömrəli bağ şəxsi mülkiyyət hüququ ilə 30/2694 saylı qeydiyyat nömrəsi ilə xx.xx.1991-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır.
2. AZ-İ № 089506 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X4 xx.xx.2004-cü il tarixdə ölmüşdür.
3. İddiaçı tərəfindən 4.9.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquql arın dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 20 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1991-ci ildə iddiaçının atası X3 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağlar ərazisində 1722E nömrəli bağ sahəsi verilmişdir. Həmin bağ sahəsinə Bakı şəhəri ZDS İK-nin Texniki İnventarlaşdırılma Bürosu tərəfindən xx.xx.1991-ci il tarixli, 30/2694 saylı Qeydiyyat v əsiqəsi verilmişdir. Sözügedən bağ sahəsi 1991-ci il tarixdən etibarən hazırki vaxta kimi qanuni əsaslarla onların sahibliyində və istifadəsindədir. Hazırda zərurət yarandığından sözügedən bağ evinin köhnə Qeydiyyat vəsiqəsi dəyişdirilərək – dövlət reyestrindən Çıxarış verilməsi üçün iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq **********35 saylı xx.xx.2020-ci il tarixli imtina məktubu ilə əmlakın (fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat tapılmaması səbəbi ilə) köhnə qeydiyyat vəsiqəsinin dəyişdirilərək reyestrindən çıxarış verilməsindən imtina olundu. Cavabdehin imtina məktubunda göstərdiyi hallar mülkiyyətində olan bağ sahəsinə dair köhnə qeydiyyat vəsiqəsinin yeni ç ıxarışla əvəz edilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin verdiyi imtinanın heç bir hüquqi əsası olmadığına görə əsassız və qanunsuzdur. Həmçinin, cavabdeh şablon xarakterli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1- ci maddəsinə əsaslansa da, həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların iddiaçının hazırki işi ilə heç bir əlaqəsi yoxdur.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, təqdim edilmiş fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin verilməsi barədə İdarənin arxivində və qeydiyyat şöbəsində heç bir məlumat aşkar olunmamışdır. Bağ evlərinin qeydiyyata alınması barədə ilk reyestr kitabı 1995-ci ilə aiddir. Həmçinin bu ərazi ilə bağlı digər fiziki şəxslər – X8 (1722b), Maraqlı şəxs (1722v) tərəfindən dəfələrlə müraciətlər olunmuş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1146/2020 saylı xx.xx.2020ci il tarixli məhkəmə qərarı ilə Maraqlı şəxs adına 1722v nömrəsi ilə sözügedən əraziyə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi İdarənin üzərinə qoyulmuşdur. Sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1146/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə qərardadı ilə sözügedən ərazidə hər hansı tikinti işlərinin, sənədləşdirmənin aparılması 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən iddia edilən bağ sahəsi 1722b nömrəsinə uyğun gəlir (istifadəçi X8), 1722e saylı bağ sahəsi sxematik xəritədə qeyd olunmamışdır. Habelə, qeydiyyat vəsiqəsi bağ evinə aid olsa da, 2020-ci ilin aprel ayının Google xəritəsində bağ sahəsində yalnız yarımçıq tikilinin bünövrəsi öz əksini tapmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim M.T.Hacıbəyova).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli bağ evinə dair 30/2694 nömrəli, xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin mötəbərliyi toplanmış sənədlərlə təsdiq olunmur. Belə ki, sözügedən qeydiyyat vəsiqəsinin alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər (müqavilə, qərar, order və s.) aşkar olunmamış, bu sənədlərin mövcud olması barədə məlumat verilməmişdir. Bundan başqa bağ evindən 1991-ci ildən iddiaçı və onun atası tərəfindən faktiki istifadə edilməsi barədə dəlil də əsaslı və inandırıcı deyil. Bələ ki, qeydiyyat vəsiqəsində bağ evi kimi göstərilmiş daşınmaz əmlak həqiqətdə yarımçıq tikilidir.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn-sədrlik edən, S.İ.Bəktaşi və A.S.Hüseynov) 7 oktyabr 2022-ci il tarixli, 21(103)-670/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ləğv edilmiş, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Azərbaycan SSR X2 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evi iddiaçıya ayrıldığından və bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçı bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Odur ki, qeyd edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və bu barədə reyestrdən çıxarışı n verilməsindən cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə və iddiaya qarşı verilmiş etirazın məzmunu eynilik təşkil etmişdir. Əlavə olaraq şikayətdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddia olunan torpaq sahəsi mübahisəlidir. Belə ki, həmin torpaq sahəsi digər şəxslər - Maraqlı şəxs "1722v" saylı bağ sahəsi kimi və X8 "1722b" saylı bağ sahəsi kimi iddia edir. Həmin torpaq sahəsi isə arxiv məlumatlarına əsasən "1722b" sayli bağ sahəsinin ərazisinə uyğun gəlir. "1722e" saylı bağ sahəsi isə sxematik xəritədə qeyd olunmamışdır. İddiaçı tərəfindən təqdim edilən qeydiyyat vəsiqəsi bağ evinə aid olsa da, 2020-ci ilin aprel ayında google xəritəsində bağ sahəsində yalniz yarımçıq tikilinin bünövrəsi öz əksini tapmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyiinin cavabdehin üzərinə qoyulması ilə bağlı digər şəxslərin - Maraqlı şəxs "1722v" saylı bağ sahəsi kimi və X5 məhkəmə mübahisəsi mövcuddur.
15. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11 və “Torpaq islahatı haqqında” Qanunun 4 və 10-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülü yünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlər in forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Q anunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılm alıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya mə hkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir.
24. Cavabdeh sözügedən mənzilə çıxarış verilməsindən imtina edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş fərdi yaşay ış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat aşkar olunmadığını və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığını bildirmişdir.
25. Daha sonra iddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zərur i olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
27. Belə ki apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Texniki İnventarlaşdırma Bürosu tərəfindən X3 verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Bilgəh qəsəbəsi, “Daça” küçəsində yerləşən 1722E nömrəli bağ şəxsi mülkiyyət hüququ ilə 30/2694 saylı qeydiyyat nömrəsi ilə xx.xx.1991-ci il tarixdə İddiaçı a dına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumatın aşkar olunmaması iddiaçının məsuliyyəti ilə əhatə olunmayan haldır. Qeyd olunan halın iddiaçının ziyanına şərhi yol verilməzdir.
28. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli Qeydiyyat vəsiqəsi həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin qeydiyyat vəsiqəsi ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətində olan möhürün hansı orqana məxsus olması, adı möhürdə qeyd edilən orqanın həqiqətən qeydiyyat vəsiqəsi vermək səlahiyyəti və qeydiyyat vəsiqəsini verməsi, qeydiyyat orqanının (onun hüquqi varisinin) mövcudluğu məhkəmə tərəfindən yoxlanılmamış, həmin orqanlara, o cümlədən dövlət arxivinə sorğular edilməmişdir.
30. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeydiyyat vəsiqəsinin əslini növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmiş, lakin vəsiqənin əsli məhkəməyə təqdim olunmamış, məhkəmə tərəfindən əslinə baxış keçirilməmiş, vəsiqənin mötəbərliyi ilə bağlı araşdırma aparılmamışdır.
31. İşdə to rpaq sahəsində yarımçıq tikilinin mövcud olmasına dair fotoşəkillər mövcuddur. Birinci instansiya məhkəməsi qeydiyyat vəsiqəsində bağ evi kimi göstərilmiş daşınmaz əmlakın yarımçıq tikili olmasını bildirmişdir. Həmin fotoşəkillərin çıxarışın verilməsi tələb olunan bağ evinə aid olması, zəruri olarsa tikiliyə yerində baxış keçirilməsi, tikilinin iddianın predmeti ilə bağlı olması, yarımçıq tikiliyə çıxarışın verilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılmamışdır.
32. Cavabdeh iddia ərizəsinə etirazında bağ evlərinin qeydiyyata alınması barədə ilk reyestr kitabının 1995-ci ilə aid olduğunu bildirmiş, apelyasiya məhkəməsi cavabdehin bu dəlili ilə bağlı araşdırma aparmamış, bağ evlərinə dair 1991-ci illərin qeydiyyat kitabları olmasını, olduğu halda həmin kitablara baxış keçirilməsini müz akirə etməmişdir.
33. Həmçinin işdə olan məhkəmə qərarlarından görünür ki, iddia tələbində qeyd edilən bağ evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı başqa şəxslərlə mübahisə vardır. İşə baxan məhkəmə tərəfindən digər şəxslərin 3-cü şəxs kimi icraata cəlb edilməsi müzakirə olunmamış, 3-cü şəxs kimi icraata cəlb olunma barədə vəsatət əsaslandırılmadan rədd edilmişdir.
34. İddiaçı tələbi 1722 E saylı bağla bağlı olub. İşdə olan başqa iş üzrə məhkəmə qərarından görünür ki, başqa şəxsin 1722 b saylı bağ sahəsinə dair iddiası üzrə İddiaçı üçüncü şəxs kimi tanınmış, həmin iş üzrə İddiaçı məhkəmə qərarından apelyasiya şikayəti vermişdir. Həmin işdə olan iddiaçı bu iş üzrə üçüncü şəxs kimi cəlb edilməsi barədə vəsatət vermiş, lakin vəsatət hər hansı səbəb göstərilmədən təmin edilməmiş, apelyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələbinə uyğun araşdırma aparmamışdır.
35. Apelyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12, 28 və 58-ci maddələrinin tələbləri təmin olunmadığından qəbul etdiyi qərar ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
36. Maraqlı şəxs Ali Məhkəməyə vəsatət təqdim edərək 3-cü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir.
37. Təkrar apellyasiya baxışında yuxarıda qeyd edilənlərlə yanaşı Maraqlı şəxs üçüncü şəxs kimi işə cəlb edilməsi barədə vəsatətinə münasibət bildirilməlidir.
38. Cavabdeh şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İPM-in 96.5-ci maddəsinə əsasən iş üzrə araşdırmanın davam etdirilməsi zəru ri olduğundan şikayət bu hissədə təmin edilə bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci tarixli, 21(103)-670/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.