Məhkəmə qərarları › İş №2-1(102)-564/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-564/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-564/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: prosessual məsələlər, ərazi aidiyyəti) Giriş hissə: 04.02.2020 Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı cavabdeh Vergilər Nazirliyinə qarşı işə bərpa tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2655/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbu l etdi. Təsviri hissə: İddiaçı cavabdeh Vergilər Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli **********084600 nömrəli “İşdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrin iddiaçıya aid hissəsinin ləğv edilməsi, xx.xx.2018-ci il tarixli əmək müqaviləsi yenidən bağlanmış hesab edilməklə, məcburi iş buraxma ilə əlaqədar işdə olmadığı müddətdə almalı olduğu əmək haqqının və digər ödənişlərin ödənilməsi ilə işə bərpa olunması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1835/2019 nömrəli (sədrlik edən hakim E.Məmmədov) qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı xx.xx.2019-cu il tar ixli **********084600 nömrəli əmrin iddiaçıya aid hissəsinin ləğv edilməsi, xx.xx.2018-ci il tarixli əmək müqaviləsi yenidən bağlanmış hesab edilməklə, işə bərpa olunması tələblərinə dair 2-1(81)1835/2019 saylı işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-26 55/2019 nömrəli (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan qanunu düzgün tədbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hazırkı işə yenidən Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olduğuna dair qəbul etdiyi qərardadında qeyd etmişdir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə və arayışa əsasən müəyyən olunur ki, iddiaçının yaşayış və qeydiyyat yeri Qəbələ rayonu, Nohurqışlaq kəndidir. Qəbələ rayonu isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasında yerləşir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə həyata keçirilə bilər ki, yaşayış yeri dedikdə isə şəxsin şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu yer başa düşülməlidir. Beləliklə, məhkəmə mövcud qanunvericiliyinin tələblərini nəzərə alaraq belə hesab etmişdir ki, Qəbələ rayonu, Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasında yerləşdiriyindən hazırkı iş aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməlidir. Bununla bağlı bildirir ki, İddiaçı məhkəmədə iddia qaldırarkən onun qeydiyyat ünvanı ünvan 1a instansiya məhkəm əsi işin ərazi aidiyyəti ilə bağlı məsələyə hüquqi qiymət verərkən belə nəticəyə gəlmişdir ki, həmin vaxt İddiaçı şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 132, mənzil 7 ünvan əsas götürülməklə məhkəmə işinin ərazi aidiyyəti ilə bağlı məsələ həll edilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardaından iddiaçı tərəfindən kasasiya şikayəti verilmədiyi üçün qərardad öz qanuni qüvvəsini almışdır. İddiaçı məhkəmə icraatı başlandıqdan (yəni iddia ərizəsini məhkəməyə təqdim etdikdən) və həmçinin artıq apelyasiya instansiya məhkəməsi tərəfindən aidiyyət ilə bağlı məsələyə hüquqi qiymət verildikdən sonra öz qeydiyyat ünvanının dəyişdirilməsi həmin məhkəmə işinin ərazi aidiyyətinin dəyişməsinə (başqa məhkəməyə aid olmasına) səbəb ola bilməz və mahiyyəti üzrə həmin məhkəmədə baxılmalıdır. Belə olan halda, hesab edir ki, iddiaçının məhkəmə icraatı başladıqdan və ərazi aidiyyəti ilə bağlı məsələ yuxarı instansiya məhkəməsində həll edildikdən sonra qeydiyyat ünvanının Qəbələ rayonuna keçirilməsi hazırkı məhkəmə işinin ərazi aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə uyğun deyil. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2655/2019 saylı qərardadının ləğv edilməsini, işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə gör ə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2655/2019 saylı qərardadla, birinci instansiya məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 8.1.2, 8.1.3, 8.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindək i dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə və arayışa əsasən müəyyən olunur ki, iddiaçının yaşayış və qeydiyyat yeri Qəbələ rayonu, Nohurqışlaq kəndidir. Qəbələ rayonu isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasında yerləşir. İş materiallarından göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1431/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı qəbul edilərkən məhkəmə kollegiyasında işə baxılarkən iddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatında olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə həyata keçirilə bilər ki, yaşayış yeri dedikdə isə şəxsin şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu yer başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yerinin müəyyən edilməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə həyata keçirilə bilər, yaşayış yeri dedikdə isə şəxsin şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu yer başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı i ddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəlləsinin 8.1.3-cü maddəsinə görə “İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu hall arın heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Ali Məhkəmənin İnzibati Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Qəbələ rayonu, Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasında yerləşdiyindən hazırkı iş aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməlidir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2655/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar