Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-564/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına qarşı işə dair QƏRARİ Açar sözlər: kolxozdakı iş illərinin sosial sığorta stajına daxil edilməsi, arxiv arayışının mövcudluğu, əmək kitabçasının istisna olunması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X6, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi və vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına (bundan sonra cavabdeh) qarşı “1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin əmək stajlarının həmin illər üzrə sosial sığorta stajı kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-472/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 filialının xx xxxx 2020-ci il tarixli arxiv arayışına əsasən Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Malbinəsi kənd “Kommunist” kolxozunun 1975-1988, Kövər kənd “Qarabağ” kolxozunun 1989-1996, “Elşən” İcarə Kollektivinin 1997-1999-cu illər şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçı qeyd olunan təsərrüfatlarda işləmişdir.
2. İddiaçı pensiya hüququ yarandıqdan sonra cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin iddiaçı əmək kitabçası olmadığı üçün cavabdeh orqana təqdim edə bilməmiş və bu səbəbdən də pensiya təyin edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx xxx 2020-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin əmək stajlarının həmin illər üzrə sosial sığorta stajı kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 1975-1988-ci illərdə Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu olaraq işləmişdir. Həmin ill ərdə işləməyi ilə əlaqədar olaraq sözügedən kolxozun sənəd və materiallarında, mühasibatlıq sənədlərində iddiaçının işləməsi əks etdirilmişdir. İddiaçı bu kolxozda fasiləsiz olaraq 13 il işləmişdir. Sonra 1989-1996-cı illərdə Kövər kənd ərazisində “Qarabağ” kolxozunda 8 il işləmişdir. Bundan sonra iddiaçı əmək fəaliyyətini davam etdirərək 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləmişdir.
5. Cavabdeh iddiaçının tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının pensiya hüququ xx xxx 2020-ci ildə yaranmışdır. Onun mübahisəli iş stajı 25 il, mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. İddiaçının tələbdə qeyd etdiyi 25 il iş stajı arxiv arayışı əsasında təsdiq olunub və əmək kitabçası yoxdur. Bu barədə qarşılıqlı yoxlama Aktı tərtib edilmişdir.
6. Cavabdeh m əhkəməyə ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya pensiya təyin olunmayıb, Onun mübahisələndirilən iş stajı 25 ildir. Mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. İddiaçının əmək kitabçası olmadığından onun iş stajı X8 filialının xx xxxx 2020-ci il tarixli arxiv arayışına əsasən təsdiq edilir. Bu barədə qarşılıqlı yoxlama aktı tərtib edilmiş və məktuba əlavə edilmişdir. 7. 1x xxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi və arxiv müdirinin iştirakı ilə tərtib edilmiş aktda qeyd edilir ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış və arxiv arayışında yazılanların doğru olduğu müəyyən edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-1029/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarı i lə iddia təmin edilərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının üzərinə İddiaçı 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1 və 46.3-cü maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
10. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X2 və X1, 2-1(107)-472/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı qərarın surətini xx xxxxxx 2020-ci il tarixdə alıb, cavabdeh xx xxxxxx 2021-ci il tarixdə həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikasının Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı it tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tari xədək olan müddət üzrə sosial sığorta stajı.
14. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir.
15. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçının əmək pensiyasının təyin edilməsinin əsası qismində çıxış edən vətəndaşın əmək stajını təsdiq edən müvafiq əmək kitabçası yoxdur. Bu səbəbdən, DSMF X10 Yevlax rayon Filialının müvafiq imtina məktubu əsaslı və qanunidir.
16. İddiaçının 1975-1988-ci illərdə “Kommunist” kolxozunda, 1989- 1996-cı illərdə “Qarabağ” kolxozunda, 1997-1999-cu illərdə “Elşən” icarə kollektivində işlədiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Həmçinin, sözügedən müəssisələrdə iddiaçının işə qəbul, işdən azad edilmə əmrləri arxivdə qeydə alınmamışdır. Qeyd olunanlar iş materiallarında olan sənədlərin saxta olmasına ciddi əsaslar verir.
17. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
18. Şikayət əsaslandırılarkən “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.3-cü, Mülki Prosessual Məcəllənin 385 1.1, 386-cı, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin ed ilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 23.2. 1992-ci il yanva rın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
24. SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il ta rixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117ci maddəsinin q) bəndi. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 25. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu. 67-ci maddənin birinci hissəsi. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 26. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvəd ən düşmüşdür) Maddə 67....Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
27. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı xx xxxx 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarlarında da x xxxxxx 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda, 1989-1996-cı illərdə Kövər kəndində “Qarabağ” kolxozunda, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləmişdir. Bu dövr bütövlükdə 2 5 iş təşkil edir. İddiaçı pensiya yaşına çatdıqdan sonra cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin bəhs olunan dövrdə işləməsini təsdiq edən əmək kitabçası olmadığından cavabdeh iddiaçıya pensiya təyin etməmişdir. Cavabdehin dəlilinə görə iddiaçının pensiya yaşı xx xxx 2020-ci ildə yaranmışdır. Onun kolxozda iş dövrü 25 il təşkil edir. İddiaçının tələbdə qeyd etdiyi 25 il iş stajı əmək kitabçası ilə təsdiq olunmadığına görə iddiaçının pensiya hüququ yaranmamışdır. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə iddiaçının əmək pensiyası hüququ yaranması üçün azı 25 il sığorta stajına malik olmalıdır. Mübahisə iddiaçının 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “K ommunist” kolxozunda, 1989-1996-cı illərdə Kövər kəndində “Qarabağ” kolxozunda, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi dövrün onun sığorta stajına aid edilməsi ilə bağlıdır. Cavabdeh xx xxxx 2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının pensiya hüququ xx xxx 2020-ci ildə yaranır, 25 il stajı mübahisəlidir. Arxivdə aparılan qarşılıqlı yoxlama zamanı iddiaçının kolxozda 25 il işləməsi təsdiq edilir, lakin iddiaçının əmək kitabçası olmamışdır (səh.12). İddiaçının 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda, 1989-1996-cı illərdə Kövər kəndində “Qarabağ” kolxozunda, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləməsi Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 86/10 nömrəli arxiv arayışı, habelə cav abdehin arxivdə apardığı qarşılıqlı yoxlama aktı ilə təsdiq olunmuşdur. İddiaçının kolxozda işlədiyi dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki iş stajı 25 il təşkil edir. Arayışlardan görünür ki, bütün dövrlərdə hər üç iş yerində adam günü norması 180 olmuş, adam günü 180-dən çox olmuşdur. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi üçün əsasdır. Odur ki, iddiaçının kolxozda işlədiyi müddəti onun sığorta stajına aid etməklə məhkəmə haqlı olmuşdur. İddiaçı xx xxxxxx 1958-ci ildə doğulduğundan, cavabdehin də bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən xx xxx 2020-ci ildə yaşa görə pensiya hüququ yaranmı ş olur. İddiaçının pensiya hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbləri- 25 ildən az olmayan sığorta stajı və pensiya yaşı mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə koll egiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-472/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.