Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-564/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və üzərində olan tikintiyə mülkiyyət hüququnun qeydə alınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m. olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-582/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AZE********; FİN – xxxxxxx) Ağdaş ray., Yenicə kəndində anadan olub, Bakı şəh., Yasamal ray., A.Abbasov küç., ev 11, m. 17 qeydiyyatda olmaqla, Xızı şəh., C.Cabbarlı küç., ev 22 yaşayır.
2. Xızı rayonu Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamə əsasında ünvan 2 ünvanında yer ləşən 0,06 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir.
3. İddiaçı Xızı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X4 torpaq sahəsinə qanunsuz müdaxilələrinin qarşısının alınması və həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsinə cəhd etməsinin sonuncuya qadağan edilməsi və torpaq sahəsinin onun istifadəsində olmasının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Xızı Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(068)-22/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsini qismən təmin edərək onun 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m. olan fərdi yaşayış evinə qanunsuz müdaxilələr cavabdeh X7 qadağan edilməs i və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq onun istifadəsində olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmışdır.
5. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m. olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713,0 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv.m. olan fərdi yaşayış evinin plan-ölçü sxeminin tərtib edilməsi və hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi X6 həyat yoldaşı X8 tərəfindən 2003-cü ildə 550 ABŞ dollarına onun mərhum həyat yoldaşı X1. Torpaq sahəsini alan zaman Xızı rayonu X5 22.10.1998-ci il tarixli 17 saylı qərarı ilə JN-048A saylı şəhadətnamədə X9 ata adı soyadı göstərilmədiyi üçün alqı-satqı rəsmiləşdirilə bilməmişlər. Mərhum həyat yoldaşı X11 rayonu, Xızı şəhəri C.Cabbarlı küçəsi ev 22 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini aldıqdan sonra ümumi sahə si 163,04 kv.m. yaşayış sahəsi, 91,64 kv.m. köməkçi sahədən, 71,40 kv.m. dən ibarət mənzil tikmişdir. İddiaçı cavabdehə rəsmi müraciət etsə də cavabdeh qurum onun müraciətlərini rəsmi cavablandırmamışdır. O, bir neçə dəfə cavabdeh quruma gedərək oradan rəsmi cavab verilməsini istəmiş, lakin cavabdeh qurum məlum COVİD 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşları qəbul etmədiklərini və yaşadığı evə rəsmi məktub göndəriləcəyini bildirmiş, nəticədə onlara etdiyi müraciətə rəsmi cavab verilmədiyindən onların məktubunu almasına dair poçt bildirişi əsasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı müraciəti ilə əlaqədar olaraq ona bildirilmişdir ki, Daşınmaz əmlakın dövlə t reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan heç biri təqdim edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bununla yanaşı həmin şəxs tərəfindən qanunvericiliyin tələblərinə cavab verən müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra müraciətinə qanunauyğun qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona 28 oktyabr 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumq ayıt Ərazi idarəsinə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) iddianın rədd edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan yaranmış hüquqların təqdim edilən sənədlər əsasında dövlət qeydiyyatını aparan orqandır. İnzibati orqan tərəfindən mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsi üçün, qeydiyyat üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərin mülkiyyət hüququnun qeydiyyat əsası olmasını müəyyən edən hər hansı bir norma mövcud olmadığına görə, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur
11. İddiaçı həmin qə rardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-582/2021 nömrəli qərarı ilə (hakimlər Rəşadət Ağayev - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Hökümə Babayeva) iddiaçının apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(118)-790/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlara və kassasiya şikayətinin dəlillərinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qərar çıxarılmışdır. Belə ki, məhkəmə qərarında belə nəticəyə gəlmişdir ki, Xızı rayon məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(068)-22/2019 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv. metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv. metr olan fərdi yaşayış evi faktiki olaraq onun istifadəsində olması müəyyən edilsə də, həmin məhkəmə qərarı ilə onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarım tanınmamış, cavabdeh inzibati orqanın üzərinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi qoyulmamışdır və bu səbəbdən mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilmədiyindən və bununla bağlı hər hansı bir norma mövcud olmadığına görə cavabdeh inzibati orqanın imtinasını qanuni əsas hesab edərək iddia ərizəni rədd etmişdir.
16. Məhkəmənin bu hissədə mövqeyi əsassız olduğundan qərar ləğv edilməlidir. Çünki Xızı rayon məhkəməsinin 2(068)-22/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 713,00 kv. metr torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163,04 kv. metr olan fərdi yaşayış evi 2003cü ildən faktiki olaraq iddiaçının istifadəsində o lması müəyyən edilmişdir və torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi artıq 18 ildir ki onun istifadəsindədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya edilməmişdir. şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam et dirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-582/2021 nömrəli qərarı ilə və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edirik ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən mübahisənin baxılmasına səthi yanaşmış, iş üzrə qanuni ilə düzgün qərar qəbul edilməsi üçün işdə olan sübutları və işin həqiqi hallarını tam və hərtərəfli araşdırmamışdır.
22. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində ünvan 3 ünvanında yerləşən 713.00 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m. olan fərdi yaşayış evinə onun hüquqlarının qeyd edilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddiaçı hansı hüquqlarının (mülkiyyət, istifadə, icarə) qeydə alınmasını istədiyini yazıb dəqiqləşdirməmiş, məhkəmə isə İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya sözügedən məsələdə yardım etməli olduğu halda, bunu etməmişdir.
23. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçı həm iddia ərizəsində, həm də sonradan apellyasiya şikayətində hal-hazırda isə kassasiya şikayətində Xızı rayon Məhkəməsinin 2(068)-22/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsinə istinad edir ki, həmin qətnaməyə görə iddiaçının iddiası qismən təmin edilərək, iddiaçının 2003-cü ildən faktiki istifadəsində olaraq daimi yaşadığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m. olan fərdi yaşayış evinə qanunsuz müdaxilələrin cavabdeh X7 qadağan edilməsi, həmin ünvanda yerləşən ümumi sahəsi 713.00 kv. metrdən ibarət torpaq sahəsinin v ə həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m. olan fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən edilmişdir.
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məhkəmə qətnaməsini ümumiyyətlə nəzərə almamış, nəticə etibarı ilə də qətnamədəki müddəaları araşdırmamış, onlara münasibət bildirməmişdir.
25. Belə ki, apellyasiya məhkəməsi həmin qətnamənin ən azından qanuni qüvvəyə minməsini yoxlamamışdır.
26. Halbuki adıçəkilən qətnamə qanuni qüvvəyə mindiyi halda, hazırki işin mübahisə predmetini təşkil edən 713.00 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 163.04 kv.m. olan fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olması faktı müəyyən edilmişdir ki, bu da hazırki işdə iddiaçının sözügedən əmlaklara istifadə hüququnun qeyd alınmasını istədiyi təqdirdə (yuxarıda artıq göstərildiyi kimi bu məsələ məhkəmənin “yardım etmək vəzifəsi” müddəası baxımından araşdırılmalıdır) apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmalı və predyusial xarakter daşıyıb-daşımadığı müəyyən edilməlidir.
27. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçının iddia ərizəsinə qarşı məhkəməyə göndərdiyi 12 mart 2021-ci il tarixli etiraz məktubunda iddiaçının sözügedən xahişinin cavabdeh tərəfindən imtinasının konkret əsası göstərilməmiş, sadəcə olaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmiş, halbuki, məlum olduğu kimi, həmin maddədə əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün bir neçə konkret əsaslar bəndlər üzrə müəyyən edilmişdir.
28. Lakin apellyasiya məhkəməsi sözügedən məsələyə formal və səthi yanaşaraq, onu ümumiyyətlə araşdırmamışdır.
29. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında yazır ki, “məhkəmə kollegiyasının sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, arxiv materiallarına əsasən Xızı rayonu, Köhnə Xızı qəsəbəsi ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində vətəndaş Muğbilin (şəhadətnamədə şəxsin soyadı və ata adı qeyd olunmamışdır) tam mülkiyyət hüquqi ləğv edilmiş DTXK-si tərəfindən 11 dekabr 2001-ci il tarixində JN-048A (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə da ir Şəhadətnamə” ilə qeydiyyata alınmışdır, sözügedən şəhadətnamənin təsdiq edilmiş surəti də məktuba əlavə edilmişdir.”
30. Lakin iddiaçı iddia ərizəsində göstərir ki, onun mərhum həyat yoldaşı tərəfindən sözügedən 0,06 ha torpaq sahəsi 2005-ci ildə ölmüş X6 həyat yoldaşı X3 2003cü ildə 550 ABŞ dollarına alınmışdır.
31. Qeyd edilməlidir ki, bu məsələ ümumiyyətlə apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır, halbuki işdə olan (iş səh. 11) Xızı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 yanvar 2015-ci il tarixdə arayışından görünür ki, iddiaçı 2003-cü il tarixdən hal-hazıra kimi ünvan 5 ünvanında daimi pasport qeydiyyatı olmadan yaşayır.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsi nin 23 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə iş üzrə əlavə sübutlar araşdırılması zəruri olduğundan təmin edilməməlidir.
33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-582/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.