Məhkəmə qərarları › İş №2-1(102)-564/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-564/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-564/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki xəstəxanada çəkilən müalicə xərclərinin və mənəvi iztiraba görə pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müalicə xərcləri üçün 30.000 manat, mənəvi iztiraba görə 20.000 manat pulun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2815/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən, o, xx.xx.1992ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin dəftərxanasına iş icraçısı vəzifəsinə təyin edilmişdir, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət müddəti xx.xx.1992-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (28 il, 11 ay, 0 gün, imtiyazlı: 33 il, 03 ay, 12 gün) olmuşdur.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi Xüsusi-Həkim Komissiyası tərəfindən İddiaçı təqdim edilmiş 376 saylı xəstəlik haqqında şəhadətnaməyə görə, o, xx.xx.2020-ci il tarixdə Dİ N-nin Heydər Əliyev adına Bakı NEZM üzrə Polis İdarəsinin göndərişinə əsasən şəhadətləndirilmişdir. O, 1967-ci il təvəllüdlüdür, daxili işlər orqanlarında 1992-ci ildən hazırkı dövrədək xidmət edir. Rütbəsi polis mayoru, vəzifəsi kadr və peşə hazırlığı üzrə inspektordur. (XBT-10) E11.7 “Şəkərli diabet İİ tip orta ağırlıqda insulin tələbli mərhələ. E08.3Diabetik katarakta retinopatiya, OS- Vitreoektomiyadan sonrakı vəziyyət İOL +molekulyar ödem. Ürəyin işemik xəstəliyi. Hipertenziya İİ. Çoxdüyünlü entireoid ur. Uşaqlığın leyomioması (xoşxassəli). Vertebrogen lumboişalgiya. Xəstəliyi daxili işlər orqanlarında xidmətkeçmə dövründə almışdır. Xüsusi-Həkim Komissiyasının xidmətə yararlıq haqqında qərarı – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 25 saylı xx.xx.2002-ci il tarixli əmri nin xəstəliklər cədvəlinin 35a, 13b, 43b maddəsinə əsasən İddiaçı daxili işlər orqanlarında xidmətə yararsızdır.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş arayışa əsasən, polis mayoru İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində işləmişdir. Ona, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsində işlədiyi müddətdə 2008, 2009, 2010, 2011, 2012-ci illərdə xəstəliyə görə müavinət, 2012-ci ilin yanvar ayında 1999, 2001, 2002-ci illər üçün istifadə etmədiyi əsas məz uniyyətlərə görə kompensasiya ödənilmişdir. 08 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə pulla mükafatlandırılmış və ödənilmişdir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində əmək haqqını vaxtlı-vaxtında almış və hər il bir dəfə ona məzuniyyət və xəstəlik müavinətləri ödənilmişdir. Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli Ə3311ş/h-001-20 saylı əmri ilə xx.xx.2020-ci il tarixdən 135-ci maddənin 6-cı bəndi i lə səhhətinə görə xidmətdən xaric edilməsi ilə əlaqədar olaraq 5 aylıq vəzifə və rütbə maaşı məbləğində, 3005 manat son haqq-hesab İddiaçı əmək haqqı kart hesabına köçürülmüşdür.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xidmət etdiyi dövrdə müxtəlif diaqnozlarla Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmuşdur. Müalicə müddətində xəstə instrumental və laborator müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər N azirliyi Baş Mühafizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı DİO-da xidmət etdiyi dövrdə Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında ödənişsiz qaydada stasionar müalicədə olmuşdur.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilir: Araşdırma zamanı Sizin 13 noyabr 2012-ci il tarixdən 28 sentyabr 2020-ci il tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində kadr və peşə hazırlığı üzrə inspektor vəzifəsində xidmət etdiyiniz və DİN-in Baş Mühafizə İdarəsinin 28 sentyabr 2020-ci il tarixli Ə3311 Ş/h-001-20 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında x idmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric edildiyiniz müəyyən edilmişdir. Bildirir ki, xidmətdən xaric edildikdən sonra Sizə müvafiq qanunvericiliyə uyğun olaraq xidmətdən tərxis olunma ilə əlaqədar 3005,00 (üç min beş) manat təqaüd müavinəti hesablanmış və hesablanmış vəsait Sizin kart hesabınıza tam olaraq köçürülmüşdür. Hal-hazırda İdarənin Sizə ödənilməmiş borcu yoxdur. Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır, əməkdaşlara eləcə də mülki işçilərə əməkhaqqı və digər müavinətlərin ödənilməsi mülkiyyətçilərdən alınan mühafizə haqları hesabına həyata keçirilir. Mülkiyyətçilərlə bağlanmış müqavilələrdə əməkdaş və mülki işçilərə əlavə vəsaitin ödənilməsi nəzərdə tutulmamışdır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə və hüquqmühafizə orqanları işçilərinin, DİN-in xüsusi rütbəli əməkdaşlarının xidməti vəzifələrinin bilavasitə icrası ilə bağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisəsi hesab edilir. Lakin Sizin xəstəliyiniz bilavasitə xidməti vəzifənizin icrası ilə bağlı olmadığından qanunvericiliyə uyğun olaraq sığorta hadisəsi hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) bi rinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, halhazıradək çəkdiyi müalicə xərcləri üçün 30.000 manat, mənəvi iztiraba görə 20.000 manat pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 il 11 ay 0 gün, imtiyazlı 33 il 03 ay 12 gün daxili işlər orqanında xidmət etmişdir. Səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl pensiyaya çıxmışdır. Xidmət etdiyi dövrdə bir çox xəstəlikdən tibbi qeydiyyatda olmuşdur. Şəkərli diabetdən əziyyət çəkmiş, bunun nəticəsində 2019-cu ildən retnopatiyadan əziyyət çəkir və davamlı olaraq müxtəlif klinikalarda müalicə almaq məcburiyyətindədir. Hər ay gözlərinə avastin, altuzan adlı iynə əməliyyatı keçir ir. Bu isə çox bahalı bir prosedurdur. Davamlı göz iynələri, göz damcıları, vitraktemiya və katarakta əməliyyatı keçirmiş və yenə də əməliyyat olunmalıdır. Xidmət etdiyi dövrdə ona heç bir yardım edilməmişdir. Xaricə gedə bilmək üçün kömək məqsədi ilə icazə istəsə də icazə verilməmişdir. Məcbur qalaraq təqaüdə çıxmışdır. Köməksiz və çarəsizlikdən təkcə maddi deyil, həm də mənəvi sıxıntılara, iztiraba məruz qalmışdır. Rəsmi və qeyri-rəsmi müalicə xərcləri 30 000 manata yaxındır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2633/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Pol is İdarəsində xidmət etdiyi müddət ərzində hər il bir dəfə ona xəstəlik müavinətləri ödənilməsi, həmçinin, işlədiyi həmin müddətdə iddiaçı 5892,45 manat xəstəlik müavinəti ilə təmin edilməsi cavabdeh tərəfindən təqdim edilən sənədlərlə öz təsdiqini tapır. Bundan başqa, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən təqdim edilmiş epikrizlərlə iddiaçıya 2019-2020-ci illərdə müxtəlif vaxtlarda orada pulsuz tibb xidmətinin göstərilməsi təsdiq olunur.

12. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddiaçının dövlət tibb müəssisəsi olmayan X2 və X1 Hospitalda xəstəxana xərclərinin ödənilməsi vəzifəsi qanunvericiliklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəsi və öhdəl iyi kimi nəzərdə tutulmadığından iddiaçı 30 000 manat məbləğində pul vəsaitinin (iddia edilən müalicə xərclərinin) və bununla əlaqədar mənəvi iztiraba görə 20 000 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2815/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi biri nci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin dəlillərini iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”: Maddə

97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Resp ublikası müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Maddə

98. Daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir. 20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarı

21. Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irə li gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı kassasiya baxışının predmetini təşkil etməsi baxımından, iddiaçının iddia tələbi çəkdiyi müalicə xərcləri üçün 30.000 manat, mənəvi iztiraba görə 20.000 manat pulun verilməsinə yönəlmişdir.

30. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin: 97-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tibb müəssisələrində pulsuz tibb x idməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Həmin Əsasnamənin 98-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir.

31. Qanunvericiliyin tələblərinə görə, daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir, habelə daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbayc an Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda isə daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir.

32. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmət etdiyi dövrdə hər il ona müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilmişdir və o, müxtəlif diaqnozlarla DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında ödənişsiz qaydada stasionar müalicədə olmuş, müalicə müddətində müayinələrə cəlb edilmiş, lazımi dərman preparatları ilə təmin olunmuşdur.

33. Bundan başqa nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüy ünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd ed ilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaq la şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi s arsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

35. Göründüyü kimi sadalanan qanunvericilik normalarına əsasən, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

36. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edərək qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. İddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilməmişdir.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2815/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar