Məhkəmə qərarları › İş №2-1(102)-565/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-565/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-565/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X16 Departamentinəqarşı iş üzrə QƏRAR (açar sözlər:operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq malların alqı-satqısına dair invoyslar və gömrük mədaxil orderlərinin əslləri məhkəməyə təqdim edilmiş, həmin invoys (faktura) sənədlərində qızıl əşyalarının qramı, dəyəri və s. qeyd edilmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X8, vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X16 Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(103)-2000/2019 saylı qərarından cavabdeh Bakı şəhəri X16 Departamenti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X16 Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X16 Departamentinin 26496.70 manat məbləğində v ergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2017-ci il tarixli, **********7344 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN üzrə fəaliyyət göstərmiş, zinət mallarını rəsmi olaraq gömrük orqanlarında qeydiyyatdan keçirmiş, 20142015-ci illərdə xarici ölkələrdən qızıl-zinət əşyaları gətirərkən Heydər Əliyev adına hava limanında bu malları gömrük işçilərinə təhvil verirdi, gömrük işçiləri bunun əsasında onlara əşyaların çəkisini təsdiq edən sənəd verirdilər. Sabiq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Xətai Metrosunun yanında yaradılan ofisdən faiz ödəmək şərti ilə malları geri qaytarılırdı. Ödədikləri pul miqdarında onlara çek verilmirdi, bu səbəbdən onlardan qanunsuz olaraq təl əb olunan qaiməni itirdiklərini deyərək özlərində saxlayırdılar ki, gələcəkdə sübut kimi istifadə edə bilsinlər. 2017-ci il 26 sentyabr tarixdə vergilər departamentinin əməkdaşları ona mal qalığı çıxartmış və zinət əşyalarının gömrükdən keçmə sənədi olmadığı üçün mallarının 10 % dəyərinin vergiyə ödəməli olacaqlarını bildirmişlər. O, həmin gömrük qaimələrini rəsmi qaydada vergi departamentinə təqdim etmiş, lakin bu hadisədən təqribən 2 ay sonra 26.496,70 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmasını bilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)500/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri X16 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017- ci il tarixli, **********7344 saylı qərarı ləğv edilmişdir (hakim – Ş.A.Məmmədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2729/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdeh Bakı şəhəri X16 Departamentinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(102)-1657/2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) cavabdeh Bakı şəhəri X16 Departamentinin kassasiya şikayəti qismən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2000/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh Bakı şəhəri X16 Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Bakı şəhəri X16 Departamenti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə vergi orqanı tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin qanuniliyini tanımış, yəni tədbir nəticəsində aşkarlanmış alış sənədləri olmayan malların həqiqətən mövcud olduğunu qəbul etmiş, bununla belə iddiaçının əsassız iddia ərizəsini təmin edərək ziddiyyətli qərar qəbul etmiş, belə ki, məhkəmə qərarında 2017-ci il 26 sentyabr tarixdə vergi ödəyicisi iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektində aşkar edilmiş alış sənədi olmayan malların vergi ödəyicisinə deyil, onun atası X2 məxsus olduğunu bildirmiş, həmçinin məh kəmə iddiaçıda aşkar edilən qalıq malların 2010-cu ildə onun atası tərəfindən Azərbaycan Respublikasına bəyan edilməklə gətirilən malların qalığı olmamasını sübut edə bilməmək öhdəliyini vergi orqanının üzərinə qoymuş, iddiaçının atası malları idxal edərkən ƏDV qeydiyyatında olmuş, mallar iddiaçıya pərakəndə qaydada təqdim edilmədiyindən, qeyd olunan əməliyyat elektron vergi hesab fakturası ilə rəsmiləşdirilməli idi, belə olan halda iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının əsaslılığı baxımından iddiaçının atasının həmin malları idxal etməsinin belə heç bir əhəmiyyəti yoxdur, məsuliyyət qərarı o zaman əsassız hesab edilə bilərdi ki, iddiaçının atası tərəfindən malların iddiaçıya təqdim edilməsi elektron vergi hesab fakturası ilə rəsmiləşdirilərdi, göstərilənlər məhkəmə tərəfindən madd i hüquq normasının tələblərinin pozulduğunun və mübahisələndirilən qərarın qanuniliyinin birbaşa sübutudur, eyni zamanda yoxlama zamanı müəyyən edilmiş malların 2010-cu ildə alınmış mallar olmaması vergi ödəyicisi tərəfindən 2016-cı ilin 4-cü rübü üzrə təqdim edilmiş bəyannamədə yoxlama zamanı aşkar edilmiş malların mal qalığı siyahısında göstərilməməsi ilə sübut edilir, bu məhkəmənin ehtimal etdiyi malların 2010-cu ildən alınmasını istisna edir, bundan əlavə, məhkəmə vergi orqanının “mal qalığını hansı dövrdə almasını müəyyən etmədiyini” bildirsə də, məhkəmə araşdırması zamanı özü tərəfindən malların hansı dövrdə alınması vəzifəsi olduğu halda məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X13 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya ş ikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-c ü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkə məsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi X8, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2000/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən e dilmişdir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən X3 ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını X7 öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə vermiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qiymətli Metallara və X14 Dövlət Xidmətinin 074774 nömrəli xx.xx.2012-ci il tarixli Lisenziyasına əsasən X2 qiymətli metalların və qiymətli daşların dövriyyəsini həyata keçirməyə icazə verilmiş, Bakı şəhəri X16 Departamentinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0674 saylı qərarına əsasən X7 (VÖEN: **********) məxsus ünvan 2 ünvanında yerləşən obyektində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elek tron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, qeyd edilən yoxlamanın nəticələri xx.xx.2017-ci il tarixli VN-16 № 000907 seriyalı aktla rəsmiləşdirilmiş, X9 Bakı şəhəri X16 Departamentinə xx.xx.2017-ci il tarixdə yazılı izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən qızıl mağazası ona məxsusdur, qeyd olunan ünvandan başqa digər bir ünvanda satış və müvəqqəti saxlama yerləri mövcud deyildir, obyektdə olan mal materialları atası X1 almış, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X16 Departamentinin xx.xx.2017-ci il tarixli, VN-16 № 000907 Aktı əsasında xx.xx.2017-ci il tarixli, **********7344 saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilərək, iddiaçıya 26.496,70 manat vergi borcu hesablanmış, məhkəmə baxışı zamanı Dövlət Gömrük Komitəsinə sorğu göndərilmiş və sorğuya verilmiş cavab məktubunda göstərilmişdir ki, X3 tərəfindən xx.xx.2010-cu il tarixində qızıl məmulatlarının bəyan edilməsi və qanuna müvafiq rəsmiləşdirilərək ödənişlərinin ödənilməsi faktı qeydə alınmış, lakin X3 tərəfindən qızıl-zinət əşyalarının gətirilməsinə dair digər sənədlər nomenklaturasına əsasən məhv edildiyi səbəbindən məktubda qeyd edilən məsələ ilə əlaqədar əlavə məlumatın təqdim edilməsi mümkün deyildir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, məhkəmə araşdırılmaları nəticəsində operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq malların alqı-satqısına dair invoyslar və gömrük mədaxil orderləri məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, həmin invoys (faktura) sənədlərində sözügedən qızıl əşyalarının qramı, dəyəri və s. təsbit edilmiş, bundan başqa gömrük mədaxil orderlərindən qızıl əşyalarının ölkə ərazisinə gətirildiyi və tədiyəçinin X4 olduğu görünür, həmçinin ödəniş tapşırıqlarına görə həmin qızılların dəyərinin iddiaçı tərəfindən bank vasitəsilə ödəlildiyi də təsdiq olunur, eləcə də mağazada aşkarlanan qalıq malların əvvəllər iddiaçının atası X4 tərəfindən satın alındığı və onun tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan oğlu X7 verildiyi həm iddiaçının vergi orqanına ünvanlanmış yazılı izahatında, həm də nümayəndəsinin məhkəmədə verdiyi izahatında öz əksini tapmış, malları ər əb ölkələrindən idxal edən X5 iddiaçının atasıdır, iddiaçının atasının 2010-cu ildə ərəb ölkələrindən satın aldığı və gömrük orqanlarında bəyan edilmiş qızıl əşyalarını satmaq üçün fərdi sahibkar kimi qızılların satışı ilə məşğul olan oğluna verməsi ağlabatandır və mövcud praktika bu cür malların verilməsinin sənədləşdirilmədiyini göstərir, iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq mallara dair hüquqmüəyyənedici sənədlər operativ vergi nəzarətinə qədər mövcud olmuş, beləliklə, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyya r vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında; Məcəlləsinin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1ci maddəsində göstərilən uçot sənədlərini qanunverici liklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Məcəllənin 71.3-cü maddəsinə əsasən vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. Məcəllənin 71.4-cü maddəsinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çə kildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq malların alqı-satqısına dair invoyslar və gömrük mədaxil orderlərinin əsllərinin məhkəməyə təqdim edildiyini və həmin invoys (faktura) sənədlərinə əsasən qızıl əşyalarının qramı, dəyəri və s. təsbit edildiyini, gömrük mədaxil orderlərinə görə qızıl əşyalarının ölkə ərazisinə gətirildiyini və tədiyəçinin X4 olduğunu, həmin qızılların dəyərinin bank vasitəsilə ödəlilməsinin də təsdiq olunduğunu, eləcə də mağazada aşkarlanan qalıq malların əvvəllər iddiaçının atası X4 tərəfindən satın alındığı və onun tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan oğlu E.Ağacanova verildiyinin həm iddiaçının vergi orqanına ünvanlanmış yazılı izahatında, həm də nümayəndəsinin məhkəmədə verdiyi izahatında öz əksini tapdığını, cavabdeh tərəfindən isə qeyd edilən halları təkzib edən mötəbər sübutların işə baxan məhkəmələrə təqdim edilmədiyini, beləliklə, iddiaçıya məxsus mağazada aşkar edilmiş qalıq mallara dair hüquqmüəyyənedici sənədlərin operativ vergi nəzarətinə qədər mövcud olduğunu, cavabdehin qəbul etdiyi qərarın isə qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu nəzərə alaraq kassasiya şikayətinin buna dair dəlillərini əsassız hesab edir. A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2000/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2000/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar