Məhkəmə qərarları › İş №2-1(102)-565/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-565/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-565/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “torpaq sahəsinin planı və öl çüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 21(105)-323/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X8 mülkiyyətində olan 0,35 ha. torpaq sahəsindən 0,15 ha. torpaq sahəsini 21 may 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır.

2. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı N0030741 №-li 12 iyun 2009-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən 0,15 ha. torpaq sahəsi üzərində İddiaçı mül kiyyət hüququ qeydə alınmışdır.

3. X8 mülkiyyətində olan 0,35 ha. torpaq sahəsindən 0,15 ha. torpaq sahəsini iddiaçıya satdıqdan sonra, qalan 0,20 olan torpaqdan 0,04 ha. torpağı X12, 0,02 ha torpağı isə X4, sonuncular isə öz növbəsində 0,06 ha torpağı X1.

4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində 6 iyul 2015-ci il tarixdə qeydiyyata alınmış və 0,06 ha torpaq sahəsinə dair 24 iyun 2015-ci tarixdə AA seriyalı, 039257 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

5. X11 26.11.2015-ci il tarixdə İddiaçı qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(012)-291/2016 nömrəli qətnaməsi ilə X5 Abşeron rayon Masazır Bələdiyyəsi, X6, İddiaçı qarşı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 06.07.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,0482 ha hissəsinin boşaldılması, həmin torpaq sahəsində İddiaçı tərəfindən tikilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi qət edilmiş, iddia Abşeron rayon Masazır Bələdiyyəsi və X3 aid hissədə rədd edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019cu il tarixli 2(105)-991/2019 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2(012)-291/2016 saylı qətnaməsi torpaq sahəsində İddiaçı tərəfindən tikilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3418/2020 saylı, 21 iyul 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, X5 mülk iyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı tərəfindən 0,0585 ha hissəsi tutulmuş, tutulmuş torpaq sahəsinin 0.003027 ha. (30,27 kv.m.) hissəsində İddiaçı tərəfindən tikili inşa edilmişdir.

9. Həmçinin, məhkəmə qərarı ilə X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin naturada koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 12 iyun 2009-cu il tarixli, AA seriyalı, 017020 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının verilmiş sənədlərə əsasən üst-üstə düşmədiyi, eləcə də, N.İsmayılovanın mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə çıxarışa qədərki koordinatlarının eyni olduğu müəyyən edilmişdir.

10. İddiaçının, ona verilmiş plan və ölçünün koordinatlarının ləğv edilməsi və ilkin torpaq ayırma sənədinə uyğun koordinatların qeyd edilməsi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh 25 avqust 2020-ci il tarixli məktubla bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,85 ha. torpaq sahəsi Abşeron rayon Masazır Bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 10 nömrəli qərarı və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0680 nömrəli “Torpaq sahəsinin planıölçüsü” əsasında 0,85 ha. torpaq sahəsi 25 fevral 2008-ci il tarixli, **********72 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilmişdir. Sözügedən 0,85 ha. torpaq sahəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələri əsasında bir hissəsi özgəninkiləşdirilmişdir. Bundan başqa, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 0,15 ha. torpaq sahəsi ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0680 nömrəli “Torpaq sahəsinin planı-ölçüsü” əsasında verilmiş 0,85 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus olan və Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndində X3 məxsus 0,8580 ha. torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsindən 0,15 ha hissəsi 2008-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda Hüsniyyə Şahmuradovanın adından etibarnamə əsasında oğlu X7 tərəfindən İddiaçı satılmışdır. Torpaq sahəsini aldıqdan sonra, torpaq sahəsi yerdə və naturada iddiaçıya təqdim edilmişdir. Torpaq sahəsi iddiaçıya təqdim edilərkən yolun səkisindən təxminən 2-3 metr aralı məsafədən yerləşdiyi bildirilmişdir. Təxminən 2018-ci ildə iddiaçıya məlum o lmuşdur ki, Hüsniyyə Şahmuradovaya məxsus olmuş 8580 kv.m. torpaq sahəsi ona və qeyrilərinə satıldıqdan sonra cavabdeh tərəfindən düzgün, yəni ilkin torpaqayırma sənədinə uyğun koordinatlar vurulmamışdır. Torpaq sahəsi koordinatlara uyğun yerində ölçülərkən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan yolun mühafizəsini nəzərə almadan torpaq sahəsinin başlanğıc hissəsini səkidən vurmuşdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək plan və ölçü sənədlərində göstərilən koordinatların ilkin torpaqayırma sənədlərinə uyğunlaşdırılmasını xahiş etmişdir. Lakin cavabdeh ərizəni təmin etməyərək onun mülkiyyətində olan 0.15 ha hissənin 0.85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini bildirmiş və faktiki olaraq bununla iddiaçının müraciətini təmin etməkdən imtina etmişd ir.

13. Cavabdeh imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-361/2021 nömrəli qərarı (hakim Vəfa Əzizova) ilə iddia təmin edilərək, İddiaçı məxsus olan və Abşeron rayonu Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********707 reyestr nömrəli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Məhkəmə qeyd etmiş dir ki, göstərilən torpaq sahəsinin yerində sərhədlərinin dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021ci il tarixli 2-1(105)-323/2021 nömrəli qərardadına əsasən X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021ci il tarixli 2-1(105)-323/ 2021 nömrəli qərarına əsasən (sədrlik edən Hökümə Babayeva, hakimlər Rəşadət Ağayev və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-361/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha. torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında hər hansı uyğunsuzluğun olması müəyyən edilmədiyindən, eləcə də, iddiaçının faktiki olaraq zəbt etdiyi torpaq sahəsi (0,0241 ha.) üçüncü şəxsin mülkiyyətində olmaqla, həmin sahədən çıxarılmasına dair qanuni qüvvə yə minmiş məhkəmə qərarı olduğundan qaldırılmış iddia tələbi əsassızdır.

20. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(105)-323/2021 nömrəli qərarın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni tam əsaslandırmamış, torpaq sahəsini ayıran Masazır Bələdiyyəsinin ilkin torpaq ayırma sxemini nəzərə almamışdır. Bundan başqa, iş üzrə təyin edilmiş ekspertiza zamanı ekspert qar şısına qoyulmuş suallardan biri də, torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olub-olmaması qeyd edilmişdir. Ekspertlər isə həmin suala cavab verməmişlər. İddiaçının tələbi isə ilkin torpaqayırma sənədlərinə uyğun olaraq koordinatların dəyişdirilməsi idi. Məhkəmə isə həmin halları tam araşdırmadan iş üzrə yekun qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutlar, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmu nunu qərarda şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinin tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin başqa məhkəmədə araşdırılması və cavabdehin verdiyi arayışın əsaslı olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə ilkin torpaq ayıran orqan kimi Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, torpaq sahəsinin ilkin mülkiyyətçisini müəyyən etməklə həmin qanunvericiliyin tələblərinə uyğun olaraq texniki səhv və yaxud “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanla rının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli araşdırılmasına xidmət etmiş olardı. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Torpaq Məcəlləsi Maddə

43. Yerquruluşu

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. (-)

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: (-) torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edi lmiş formada sənədlərin tərtibi (-) Maddə

65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 25. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı (-)

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki: (-) 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatların ın idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (-) 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; (-) 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

16. Dövlət rey estrində düzəlişlər (-) 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İşin hallarından məlum olduğu kimi, iddiaçı mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsini aldıqdan sonra cavabdeh tərəfindən ve rilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların düzgün vurulmadığını bildirərək, ilkin torpaq ayırma sənədlərinə uyğun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

32. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən ilkin torpaq ayırma sənədlərinə uyğun olaraq düzgün vurulmadığını iddia etdiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən halın aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis rəyi alınmışdır.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 5 avqust 2021ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, iddiaçının X2 aldığı 0,15 ha torpaq sahəsi satıcının mülkiyyətində olmuş 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir, başqa sözlə cavabdeh tərəfindən iddiaçıya verilmiş plan-ölçüdəki koordinatlar ilkin topraqayırma sənədlərinə uyğundur. Eyni zamanda, rəydən və rəyə əlavə edilmiş torpağın faktiki istifadə vəziyyətinə dair sxemdən görünür ki, iddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin 0,1289 ha. hissəsindən faktiki olaraq istifadə edir, qalan 0,0241 ha torpaq sahəsi isə başqa şəxsin mülkiyyətində olmaqla iddiaçı tərəfindən zəbt edilmişdir.

34. Kassasiya şikayətində iddiaçı bu rəyin mötəbər olmadığını, məhkəmənin mötəbər olmayan mütəxəssis rəyinə istinad etdiyini bildirmiş, lakin bu dəlillərini təsdiq edən hər hansı sübut məhk əməyə təqdim etməmişdir. İddiaçı mütəxəssis qarşısında qoyulmuş sualların hər birinə cavab verilmədiyini iddia etsə də, iş materiallarında olan 5 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən (iş v. 75-76) görünür ki, məhkəmə tərəfindən qoyulmuş suallar üzrə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Bakı LayihəTədqiqat İdarəsinin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmış və onların hər biri cavablandırılmışdır. Həmin rəyin mötəbərliyini şübhə altına alan hal olmadığından məhkəmə haqlı olaraq həmin rəyi mötəbər hesab etmişdir.

35. İddiaçı faktiki istifadə etdiyi vəziyyətə uyğun, yəni başqa şəxsin mülkiyyətində olan və özünün zəbt etdiyi 0.0241 ha sahə də daxil olmaqla koordinatların dəyişdirilməsini tələb etsə də, məhkəmə araşdırmaları ilə müəyyən ed ilmişdir ki, iddiaçının zəbt etdiyi torpaq sahəsinin mülkiyyətiçisi X10r və onunla iddiaçı arasında zəbt edilmiş torpaq sahəsinin boşaldılmasına dair məhkəmə mübahisəsi olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı tərəfindən 0,0585 ha hissəsi tutulmuş, tutulmuş torpaq sahəsində İddiaçı tərəfindən 0.003027 ha (30.27 kv.metr) hissəsində tikili inşa edilmişdir. Həmçinin, məhkəmə qərarı ilə X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin naturada koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 12 iyun 2009-cu il tarixli, AA seriyalı, 017020 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının verilmiş sənədlərə əsasən üst-üstə düşmədiyi, eləcə də, X5 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə çıxarışa qədərki koordinatlarının eyni olduğu müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 26-cı bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı koordinatların dəyişdirilməsini tələb etsə də, ona verilmiş plan və ölçünün koordinatlarında qeyri-dəqiqliyin olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyas ı məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(105)-323/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(105)-323/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar