Məhkəmə qərarları › İş №2-1(102)-565/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-565/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-565/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2752/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfat Birliyi ilə Mirzəyev X16 arasında bağlanmış 12629 nömrəli, xx.xx.1977-ci il tarixli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləyə görə, Ləhiş bağlar sahəsindəki 815 nömrəli, sahəsi 0,25 ha olan bağ sahəsi Mirzəyev X14 icarəsinə verilmişdir.

2. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2366/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, keçmiş X9 tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 815 nömrəli bağ sahəsinin istifadəyə veril məsinə dair xx.xx.1977ci il tarixli, 12629 nömrəli müqavilənin xx.xx.1938-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.

3. İddiaçı qeyd edilən sənədlər əsasında cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının müraciətini təmin etməmiş, bu barədə xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin göstərilən bağ sahəsi digər bağların ərazisinə uyğundur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 815 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 2290 kv.m olan 815 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavab dehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi ilə onun arasında 07 fevral 1977-ci ildə bağlanmış 12629 saylı müqaviləyə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 815 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən də bağ onun istifadəsindədir. O, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0.25 ha olan 815 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə İdarəyə müraciət etmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2021-ci il tarixli ca vab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin göstərilən bağ sahəsi digər bağ sahələrinin ərazisinə uyğundur. Lakin hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Sözügedən torpaq sahəsi ona Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ayrılmışdır. O vaxtdan onun istifadəsində olmuşdur. İmtina məktubunda qeyd edilən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcud olması və digər bağ sahələrinin ərazisinə uyğun olması formal bir yanaşmadır. Belə ki, 1977-ci ildən onun qonşularla heç bir mübahisəsi olmamış və bu uyğunsuzluq yalnız naturada biruzə olunur və faktiki olaraq isə ayrı- ayrı bağlardır. Bütün bunlar reallıqda sözügedən bağ sahələrinin faktiki olaraq üst-üstə düşməsi anlamını verir. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin, göstərilən bağ sahəsi digər bağların ərazisinə uyğundur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********39 nömrəli, xx.xx.2021-ci il tarixli, məktubu ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********72 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən, idarənin müvafiq şöbəsinin mühəndisi tərəfindən bağ sahəsinə texniki baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi mişar daşı düzülərək şərti olaraq sərhədlənmişdir, tikili mövcud deyil. İdarənin elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən sahə bağların bölgüsünə dair yardımçı vasitə kimi istifadə edilən sxematik xəritəyə əsasən 814, 816, 911 saylı digər bağların və bağlararası yolun ərazisinə düşür. Həmin məktuba əlavə edilmiş bağ sahəsinə dair sxematik xəritənin surətindən görünür ki, 815 saylı bağ sahəsi həmin xəritədə qeyd edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********72 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən 814 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Sabun çu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0,1168 ha olan 911/837a saylı bağ sahəsi X3, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0,1159 ha olan 911/837 saylı bağ sahəsi X1 xüsusi mülkiyyətindədir. 18 iyun 1966-cı il tarixli, 12631 nömrəli bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsindəki 0,23 ha. sahəsi olan 890 nömrəli bağ sahəsi X8, 22 yanvar 1979-cu il tarixli, 12631 nömrəli bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsindəki 0,25 ha. sahəsi olan 816 nömrəli bağ sahəsi X8, 15 may 1967-ci il tarixli, 13061 nömrəli bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsindəki 0,25 ha. sahəsi olan 911 nömrəli bağ sahəsi X6, 16 iyun 2006-cı il tarixli, 13061 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha. sahəsi olan 911/837 nömrəli bağ sahəsi X2, 16 iyun 2006-cı il tarixli, 37786 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha. sahəsi olan 911/837a nömrəli bağ sahəsi X4 icarəyə verilmişdir.

11. X13 və Ekspertiza Mərkəzi MMC tərəfindən məhkəməyə ünvanlanmış 65 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aparatı vasitəsi ilə qeydə alınıb kameral şəraitdə ortofoto görüntülərinə və ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, iddiaçı ona ayrılmış, sahəsi 0,25 ha olan 815 saylı bağ torpaq sahəsinin sərhədlərini digər bağ torpaq sahələrindən yerə mişar daşı düzərək naturada ayırmışdır. 815 saylı bağ torpaq sahəsinin 210 kv.metri qonşu torpaq istifadəçisinin mülkiyyətinə işlənməklə həmin qonşu tərəfindən daş hasara alındığından iddiaçının faktiki istifadəsində 2290 kv.metr torpaq sahəsi qalmışdır. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 815 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, sərhəd xətlərinin hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür, bağ sahəsinin yerləşmə mövqeyində hər hansı uyğunsuzluq yoxdur, yaşayış məntəqələrinin torpaqlarına aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnz ibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(112)-1621/2022 nömrəli (hakim Ş.Həsənova) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 2290 kvm. olan 815 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı faktiki istifadəsində olan və iddia etdiyi bağ sahəsi ona X7 12629 nömrəli, xx.xx.1977-ci il tarixli icarə müqaviləsi əsasında verilmişdir və həmin müqavilə ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlid ir. Qanunvericiliyə görə müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bağ sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı digər hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi halları məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. İddiaçı qanuni əsaslarla (icarə müqaviləsinə əsasən) istifadəsinə verilmiş torpaq sahəsindən uzun müddət istifadə etməklə həmin torpaq sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ” əldə etmişdir.

14. Birinci instansiya məhkəməsi, həmçinin hesab etmişdir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 815 saylı bağ sahəsinin daşı nmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qeydiyyatdan imtina üçün hallarla bağlı heç bir tutarlı dəlil təqdim etməmişdir. İddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin e dilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2752/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh hesab edir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdu r ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin arxiv cizgisi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur Belə ki, göstərilən bağ sahəsi 814, 816 və 911 saylı bağların ərazisinə uyğun gəlir, bu əsasla da bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasını mümkünsüz hesab edir. Hesab edilir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, kassasiya şikayətində göstərilən dəlillərin heç birinin əsası yoxdur, göst ərilən xüsusatlar formal xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Buna görə də, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavil ələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış...

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar ı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

26. Şikayətin əsas dəlili ondan ibarətdir ki, göstərilən bağ sahəsi 814, 81 6 və 911 saylı bağların ərazisinə uyğun gəlir, bu əsasla da bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasını mümkünsüz hesab edir.

27. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən adıçəkilən (814, 816 və 911) bağ sahələrinin sərhədlərini naturada pozmadığı, habelə həmin bağ sahibləri ilə aralarında heç bir mübahisə mövcud olmadığı halda, onun müraciətinə cavabdeh tərəfindən imtina cavabı verilməsi əsassızdır.

28. Cavabdehin məhkəməyə ünvanlanmış **********72 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, adıçəkilən 814 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində mövcud deyildir. 911/837a saylı bağ sahəsi X3 və 911/837 saylı bağ sahəsinə X1 adına olan reyestrdən çıxarışlara əsasən onların xüsusi mülkiyyətində, 816 nömrə li bağ sahəsi icarə müqaviləsi əsasında X8, 911 nömrəli bağ sahəsi də həmçinin icarə müqaviləsi əsasında X5 istifadəsində olmaqla, onların iddiaçının istifadə etdiyi 815 saylı bağ sahəsinə aidiyyəti olmayan ayrı-ayrı bağ sahələridir.

29. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçı ona ayrılmış sahəsi 0,25 ha olan 815 saylı bağ torpaq sahəsinin sərhədlərini digər bağ torpaq sahələrindən yerə mişar daşı düzərək naturada ayrılmış, torpaq sahəsinin 210 kv.metri qonşu torpaq istifadəçisinin mülkiyyətinə işlənməklə həmin qonşu tərəfindən daş hasara alındığından iddiaçının faktiki istifadəsində 2290 kv.metr torpaq sahəsi qalmış, həmin bağ sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, sərhəd xətlərinin hər hansı torpaq sahəsi ilə üst-üstə d üşmür, bağ sahəsinin yerləşmə mövqeyində hər hansı uyğunsuzluq yoxdur, yaşayış məntəqələrinin torpaqlarına aiddir.

30. İddiaçının mübahisəli bağ sahəsindən istifadəsi üçüncü şəxslərin (o cümlədən 814, 816, 911 saylı bağ sahiblərinin) hüquqlarını pozmur, naturada özünə ayrılmış torpaq sahəsindən istifadə edir.

31. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia olunan bağ sahəsi 07 fevral 1977-ci il tarixdə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında “bağ sahəsinin uzunmuddətli icarəyə verilməsi barədə” 12629 saylı müqavilə bağlanmışdır. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddəsinin tələbinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrı lmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

33. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2752/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar