Məhkəmə qərarları › İş №2-1(102)-565/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-565/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-565/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasına qulluq stajına görə əlavənin hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının yenidən hesablan ması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2857/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 23 il 10 ay 10 gün Azərbaycan Respublikasının gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmiş və xx.xx.2014-cü il tarixdə onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. 2. xx.xx.2014-cü il tarixdən iddiaçıya xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyaya əlavənin məbləği onun gömrük orqanlarında 23 il xidmət dövrü nəzərə alınaraq, təminat xərcliyinin 59%-i (20 ilə görə 50%, 3 ilə görə (3x3%) 9%) həcmində müəyyən edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, onun xidmət dövrünün qalan 10 ay 10 günü təminat xərcliyinin illik 3%-i miqdarında nəzərə alınmaqla əmək pensiyasına əlavənin məbləğinin hesablanmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əmək pensiyasına xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasına xidmət illərinə görə əlavənin 10 ay 10 gün stajı əlavə olunmaqla mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 2014-cü ildən ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onun əsaslandırmışdır ki, 2014-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində əmək pensiyasına əlavənin xidmət müddətinin 20 ildən artıq hər ili üçün təminat xərcliyinin 3% miqdarında hesablanması nəzərdə tutulmuşdur. Ona görə də, ona pensiya təyin olunarkən il tamam olmadığı üçün iş stajının 10 ay 10 günü nəzərə alınmamışdır. 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə dəyişiklik olunaraq, maddəyə “il tamam olmadıqda isə natamam illərdəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. Bu səbəbdən hesab edir ki, əmək pensiyasına əlavə qalan iş stajının 10 ay 10 günü nəzərə alınmaqla, təminat xərcliyinin illik 3%-i hesabı ilə yenidən hesablanıb təminat xərcliyinin 61,58% miqdarında müəyyən edilməli və qanunvericiliyə edilmiş dəyişiklik vəziyyətini yüngülləşdirdiyindən keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləği hüququnun yarandığı 2014-cü ildən ona ödənilməlidir. Onun qeyd edilənlərlə bağlı cavabdehə etdiyi müraciətinə cavab verilməmiş, sonradan isə pensiyasına əlavənin məbləği qanunsuz olaraq təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılmışdır.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi pensiya təyinatı aparılarkən nəzərə alınmayan dövrün staja daxil edilərək yenid ən hesablanması barədədir. Qeyd edilməlidir ki, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2014-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq 23 il 10 ay xidmət müddətinə görə iddiaçıya təminat xərcliyinin (1090,29 manat) 59 faizi (20 ilə görə 50%, 3 ilə görə (3x3%) 9%) – 643,27 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2017-ci il tarixindən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tələblərinə uyğun qaydada hesablanm aqla (57,66 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmiş, 2023-cü il 1 yanvar tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində on ların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 13 iyun 2023-cü il tarixli, 21(112)-7964/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətləri qanunsuz sayılmış, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajına malik xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin olunarkən əmək pensiyasına xidmət illərinə görə əlavənin onun təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9%, 10 ay 10 günə görə 2,58%) miqdarında hesablanmasından cavabdehin imtinası qanunsuz sayılır. Belə olan halda, həmçinin iddiaçının müvafiq müraciətindən sonra cavabdehin onun əmək pensiyasına xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59%-dən 57,66%dək azaldılmaqla yenidən hesablanması hərəkətləri də qanuna zidd qiymətləndirilir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fər manı isə, iddiaçının əmək pensiyası hüququ yarandığı və pensiya təyin olunduğu tarixdən sonrakı dövrdə qəbul olunmuşdur və vəziyyətini ağırlaşdıran normativ hüquqi akt kimi ona münasibətdə tətbiq oluna bilməz.

9. İddia tələbində göstərilən keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixdə (imtina barədə xx.xx.2019-cu il tarixli, **********4 nömrəli məktubdan görünür) müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son üç ilə aid hissəsi ödənilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olu nmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 10 yanvar 2024-cü il tarixli, 2-1(103)-429/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş və iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” Azərbaycan Respublikası Preziden tinin 2022-ci il 15 dekabr tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesabının sığorta hissə sində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcəkdir.

13. Adı çəkilən sərəncama əsasən 2023-cü il 1 yanvar tarixinədək “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən edilən faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Hazırkı işdə iddiaçıya inzibati orqan tərəfindən xx.xx.2014-cü il tarixdən pensiya təyin olunan zaman qüvvədə olan qanunvericiliyin, yəni yuxarıda adı çəkilən Fərmanla təsdiq olunmuş “2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qayda sı”nın inzibati orqan tərəfindən tətbiqi düzgün olmuşdur və bu zaman iddiaçıya münasibətdə “bərabərlik” və “mütənasiblik” prinsipləri pozulmamışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 02 may 2024-cü il tarixli, 2-1(102)-1266/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya pen siyanın xx.xx.2014-cü il tarixdə təyin edilməsi işin təkzibolunmaz faktıdır və aydındır ki, o zaman “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə nə yeni əlavələr edilmiş, nə də ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı mövcud olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasını rədd edərkən həmin məsələləri diqqətə almamış, araşdırmamış və məhz sözügedən maddi hüquq normalarının müddəalarına əsaslanaraq, onları geriyə, yəni iddiaçıya xx.xx.2014-cü il tarixdə pensiya təyin olunduğu zamana şamil etmiş, bununla da Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hərəkət etməmişdir. Halbuki Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziy yətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

17. Burada işin önəmli bir halına xüsusi diqqət yetirilməlidir. Belə ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə pensiya təyin olunduğu zaman, onun iş stajından 10 ay 10 gün müddəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, nəticə etibarı ilə də ümumi pensiya məbləğinə hesablanmamış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx. xx.2017-ci il tarixə qədər olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağa da olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Həmin maddənin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüq uqi aktların qüvvəsi geriyə şamil edilmir.

18. Heç şübhəsizdir ki, iddiaçının natamam ildəki iş stajının, yəni 10 ay 10 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir. Həmçinin məhkəmə kollegiyası ayrıca olaraq “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək redaksiyasında mövcud olan hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması məsələsinin hazırkı işin düzgün həll olunması baxımından xüsusi önəm daşıdığını qeyd edir.

19. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya aid təminat xərcliyi barədə: 1) 2014-cü il təminat xərcliyi - 1090 manat; 2) xx.xx.2018-ci il təminat xərcliyi – 1127,99 manat; 3) xx.xx.2019-cu il təminat xərcliyi – 1263 manat; 4) xx.xx.2020-ci il təminat xərcliyi – 1909 manat. İddiaçının xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi 1090,29 manat, xx.xx.2018-ci il tarixindən sonrakı təminat xərcliyi 1127,99 manat arasındakı fərq məbləğinin (37,70 manat) 57,66 faizi – 21,74 manat xx.xx.2018-ci il tarixinədək olan pensiyanın (643,27 manat) üzərinə əlavə olunmaqla 665,01 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi həmin məlumat vərəqlərinin dəqiq tarixlərini və mahiyyətini araşdırmayaraq, iş üzrə məhkəmə qərarı qəbul etmişdir. Halbuki söz ügedən məsələnin tam və hərtərəfli araşdırılması iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün çox əhəmiyyətlidir.

20. Belə ki, burada xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5ci bəndinə diqqət yetirilməlidir (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir). Həmin bənddə göstərilmişdir ki, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qur umlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (xx.xx.2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

21. Sözügedən bəndin ən diqqət çəkici məqamı o ndan ibarətdir ki, “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərm anı ilə ləğv edildiyindən bu qayda xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur).

22. Adı çəkilmiş Qaydanın 2.5-ci bəndindəki sözügedən müddəa “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamış, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Lakin inzibati mübahisəni həll etmiş apellyasiya məhkəməsi, sözügedən qanunvericilikdə mövcud olan həmin hüquqi məqamları nəzərə almadan, onları incələmədən və araşdır madan iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir. Halbuki hazırkı inzibati mübahisənin hansı zaman mərhələsində qüvvədə olmuş maddi hüquq normaları üzrə həll edilməli olması (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında, həmin Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “2017ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndi – xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir) və nəticə etibarı ilə də iddiaçının əmək pensiyasının düzgün hesablanmasının müəyyən olunmasının həmin maddi hüquq normalarına uyğun olaraq həyata keç irilməli olması zəruridir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Səadət Səlimova /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Mehriban Qarayeva) 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2857/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyindən, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmədiyindən, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 142 saylı 25 i yun 2018-ci il tarixli Fərmanı iddiaçının əmək pensiyası hüququ yarandığı və pensiya təyin olunduğu tarixdən sonrakı dövrdə qəbul olunduğu üçün vəziyyətini ağırlaşdıran normativ hüquqi akt kimi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Ona görə də iddiaçıya Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajına malik xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin olunarkən əmək pensiyasının xidmət illərinə əlavənin onun təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9%, 10 ay 10 günə görə 2,58%) miqdarında hesablanmasından cavabdehin imtinası qanunsuzdur. Bu səbəbdən kollegiya iddianın “cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaç ının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması” hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir.

25. Kollegiya iddiaçı tərəfindən tələb edilən keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixdə (imtina barədə xx.xx.2019-cu il tarixli, **********4 nömrəli məktubdan müəyyən olunur) müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son üç ilə aid hissəsi ödənilməli olmasına dai r birinci instansiya məhkəməsinin qənaəti də əsaslıdır.

26. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

27. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcbu ri dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü ma ddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Maddə 9.5.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 20.14 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasın a əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla; 20.14.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. İlk növbədə qey d edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsin əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların ar aşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

35. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları il ə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

36. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış, lakin mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Hazırkı kassasiya şikayətinin predmetini təşkil etməsi baxımından iddiaçının tələbi onun əmək pensiyasına xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59%-dən 57,6 6%-dək azaldılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılmasına, əmək pensiyasına xidmət illərinə görə əlavənin onun 10 ay 10 gün iş stajı əlavə edilməklə mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanmasına və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsinə yönəlmişdir.

38. İş üzrə iddiaçının əsl hüquqi marağı və məqsədi isə onun əmək pensiyasına xidmət illərinə görə əlavənin hesablanması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılmasına, onun Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajının ilkin pensiya təyinatı zamanı nəzərə alınmamış 10 ay 10 gün hissəsinin təminat xərcliyinin illik 3 faizi miqdarında nəzərə alınmaqla əmək pensiyasın ın yenidən hesablanmasına və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsinə nail olmaqdan ibarətdir.

39. Mübahisəyə dair işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün xidmət etmiş və ona xx.xx.2014-cü il tarixdən xüsusi rütbəli şəxs kimi “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olan redaksiyada 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq 23 il xidmət müddətinə görə təminat xərcliyinin 59 faizi (20 ilə görə 50%, 3 ilə görə (3x3%) 9%) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

40. İddiaçının təminat xərcliyində xx.xx.2017-ci il tarixdən sonrakı artımlara münasibətdə isə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na (Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir) və dolayısı ilə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 20.14.1-ci maddəsinin tələblərinə istinad edilməklə təminat xərcliyinin əvvəlki məbləği ilə sonrakı məbləği arasındakı fərqin 57,66 faizi (20 ilə görə 50%, 3 ilə görə (3x2%) 6%, 10 aya görə 1,66%) məbləğində hesablama aparılmaqla müvafiq artımadək olan əmək pensiyası məbləğinin üzərinə əlavə edilmişdir. İddiaçı da məhz cavabdehin təminat xərcli yindəki sonrakı artımlara münasibətdə apardığı hesablamalarda ifadə olunan hərəkətlərini mübahisələndirir və qanunsuz hesab edilməsini xahiş edir.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əmək pensiyasına xidmət illərinə görə əlavənin təminat xərcliyinin hesablanması (59%-dən 57,66%-dək azaldılma) ilə bağlı cavabdehin qeyd edilən hərəkətlərinin qanunsuz sayılması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. İddiaçının Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajının ilkin pensiya təyinatı zamanı nəzərə alınmamış 10 ay 10 gün hissəsinin təminat xərcliyinin illik 3 faizi miqdarında nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 43. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 20.14.1-ci maddəsinə görə, hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) əmək pensiyasına əlavələr, təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvi m ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. 44. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 20.14.1-ci maddəsində isə hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) əmək pensiyasına əlavələrin 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilməsi qaydası təsbit edilmişdir.

45. Göründüyü kimi, iddiaçının xx.xx.2017-ci il tarixədək əmək pensiyasına xidmət illərinə görə əlavə hesablanarkən Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajının 10 ay 10 gün (əslində 10 ay, qanunvericilikdə iş stajı günlərinin nəzərə alınması təsbit edilməmişdir) hissəsinin nəzərə alınmasını tələb etmək hüququ olmamış, onun həmin məzmunda tələb hüququ yalnız xx.xx.2017-ci il tarixdən sonra, yəni qanunvericiliyə müvafiq dəyişiklik qüvvəyə mindikdən sonra yaranmışdır və cavabdehin iddiaçının həmin 10 ay iş stajı nəzərə alınmaqla əmək pensiyasına xidmət illərinə görə əlavənin yenidən hesablanmasından imtinası qanunauyğun sayıla bilməz.

46. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunverici xx.xx.2017-ci il tarixdən hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) əmək pensiyasına xidmət illərinə görə əlavə hesablanarkən 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) natamam ildəki iş stajı ayları da daxil olmaqla hər ilinin müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla nəzərə alındığını müəyyən etmişdir. Başqa sözlə, iddiaçının yuxarıdakı məzmunda tələb hüququ yalnız onun bu hüququnu müəyyən edən normanın tələbləri çərçivəsində təmin edilə bilər. Ona görə də, iddiaçı Azərbaycan Respublikasının gömrü k orqanlarında 23 il 10 ay 10 gün iş stajının 10 ay 10 gün hissəsinin təminat xərcliyinin illik 3 faizi miqdarında nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin tələb hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən əvvəlki dövrə aid hissəsinin ona ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz.

47. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilməli, iddiaçının Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajının yalnız 10 ay 10 gün hissəsinə münasibətdə əmək pensiyasına əlavənin “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına (2 faiz dərəcəsi tətbiq olunmaqla) müvafiq olaraq hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2017-ci il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidi r.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2857/2024 nömrəli qərarı qismən, yəni iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilir. İddiaçının Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajının yalnız 10 ay 10 gün hissəsinə münasibətdə əmək pensiyasına əlavənin “Əmə k pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına (2 faiz dərəcəsi tətbiq olunmaqla) müvafiq olaraq hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin xx.xx.2017-ci il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2857/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar