Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-566/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh ləğv prosesində olan Cavabdeh1-yə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-566/2019 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: ləğv edilmiş sığorta şirkətinin kreditorlarının siyahısına daxil edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Zakir Quliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsini n nümayəndəsi Araz Məmmədovun, cavabdeh ləğv prosesində olan Cavabdeh1-nin nümayəndəsi XXX və vəkili XXXn iştirakları ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin baş direktorunun müavini XXX1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2661/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti (bundan sonra mətndə ərizəşi) cavabdeh ləğv prosesində olan Cavabdeh1-yə qarşı (bundan sonra mətndə cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək, ləğv olunan müəssisənin kreditoru kimi tanınmasını xahiş etmişdir. İşin fakti ki vəziyyəti Ərizəçi bildirmişdir ki, departamentdə vergi ödəyicisi kimi qeydiyyatda olan, müflis elan olunmuş və iflas proseduruna başlanılmış Cavabdeh1-nin dövlət büdcəsinə vergilər üzrə 8188,38 manat, sosial sığorta haqları üzrə 3152,42 manat borcu olduğudan, onlar kreditor kimi tanınmalıdırlar. Cavabdeh ərizəyə qarşı yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı2 xx xxxxxx 2016-cı il tarixli, 22 saylı qərarı ilə cəmiyyətə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş və onun iflas proseduruna başlanmasına dair ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Palatanın qərarı ölkə ərazisində nəşr olunan dövlət qəzetində dərc olunmuş və xx/xx-2484 saylı, xx xxxxxx 2016-cı il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilmişdir. Bu ndan sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-4072/2016 saylı qərarı ilə cəmiyyət müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. Qanunvericilik kreditorların öz tələblərini borclunun müflis olma barədə bildirişin dərc edildiyi tarixdən 60 gün ərzində yazılı şəkildə vermələrini nəzərdə tutmuşdur. İflas haqqında bildiriş xx xxxxxx 2016-cı ildə rəsmi nəşrdə müvafiq qaydada dərc edilmişdir. Məhkəmənin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə reyestr təsdiq edilmişdir. Ərizəçi isə kreditorların reyestrinə qeydiyyata alınması ilə bağlı hüququndan istifadə etməmiş və nəzərdə tutulmuş müddəti ötürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)4072/2016 saylı qərardadı ilə (hakim Elçin M əmmədov) ərizə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik kreditorun borcluya olan tələbini borclunun müflis elan olunması barədə bildirişin dərc edildiyi tarixdən ən gec 60 gün keçənədək yazılı şəkildə verilə bilməsini müəyyən etmişdir. Cavabdehin müflis elan olunduğu dövrdə məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən səlahiyyətli orqan qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində borcluya öz tələbləri barədə yazılı müraciət etməmişdir. Həmin qərardaddan ərizəçi apellyasiya şikayəti verərək onun ləğv, ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2661/2019 saylı qərardadı ilə (sədrlik edən İlham Əhmədov, hak imlər Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuş əsasları öz qərardadında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, qanunvericilik öhdəlikdə şəxslərin dəyişilməsi zamanı iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsini istisna etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 43, 46, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan ərizəçi kassasiya şikayəti verərək onun ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. K assasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Ərizəçi şikayətində bildirmişdir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən, ləğv edilən müəssisənin vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası yerinə yetirir. Məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta sahəsində idarəetməni vergi orqanı həyata keçirdiyindən, ləğv olunmuş müəssisənin məcburi dövlət sosial sığorta haqları borcları üzrə vergi orqanı həmin müəssisənin kreditoru kimi qeydə alınmalıdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi ərizəçi Azərbaycan Respublikası Vergi Məc əlləsinin 1.4, 79.1,79.2, Azərbaycan Respublikası Konstitusiyasının 60, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında ərizəçi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məh kəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İddiaçı2 xx xxxxxx 2016-cı il tarixli, 22 saylı qərarı ilə Cavabdeh1-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya xx xxxxxx 2016-cı il tarixdən etibarən ləğv edilmiş və iflas proseduruna başlanılması barədə məhkəməyə müraciət olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə xx xxxxxx 2016-cı il tarixli, xx/xx-2484 saylı məktub ünvanlanaraq, bu barədə məlumat verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)4072/2016 nömrəli qərarı ilə Cavabdeh1 müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. Məhkəmənin xx xxxxx 2017-ci il tarixli, 2-1(81)-4072/2016 saylı qərardadı ilə ləğv prosesində olan Cavabdeh1-nin ləğvetmə komissiyasının kreditorlarının tələblərinin reyestri təsdiq edilmişdir. Ərizəçi 2 ildən çox müddət ötürərək, yəni qanunvericilikdə nəzərdə tutulmuş 60 günlük müddətə riayət etmədən ərizə ilə müraciət etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Proses sual hüquq normalar yoxlanılarkən ərizənin Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi ərizənin qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kreditor borcluya öz tələbini borclunun müflis elan olması barədə bildiriş dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərdi. Lakin hazırki iş üzrə ərizəçi 2 ildən çox müddət ötürdüyündən, ərizə əsassızdır. Bu mövqeyi ərizəçi o əsasla mübahisələndirmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta sahəsində idar əetməni vergi orqanı həyata keçirdiyindən, ləğv olunmuş müəssisənin məcburi dövlət sosial sığorta haqları borcları üzrə vergi orqanı həmin müəssisənin kreditoru kimi qeydə alınmalıdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: - 115.3-ci maddəsinə əsasən, məcburi qaydada ləğv edilən sığortaçının kreditorlarının siyahısı X2 orqanının təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir; - 115.4-ci maddəsinə əsaəsn, sığortaçının müflisləşmə ilə bağlı ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; - 119.1. Sığortaçı ləğv edildikdə, onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələ bləri aşağıdakı qaydada ödənilir: 119.1.7. səkkizinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir. Maddələrin tələbləri belə izah olunur ki, iflas prosedurunda olan sığortaçının kreditorlarının siyahısı məhkəmə tərəfindən təsdiq olunmalı və kreditor tələblərinə həmçinin vergilər və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər aiddir. Yəni, qeyd edilmiş tələblərin qeydə alınması üçün hər hansı bir ayrı qayda nəzərdə tutulmamış və ümumi əsaslar üzrə həmin tələbləri irəli sürmək hüququna malik olan k reditorlar müvafiq siyahıya daxil olunmalıdırlar. qanunvericliklə tənzimlənmişdir. İiflas prosedurun aparılması qaydası isə xüsusi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun: - 43-c maddəsinə əsasən, (2) kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. (3) Kreditorların bu maddənin 2-ci bəndinə müvafiq surətdə verdiyi hər hansı tələbə əmlak inzibatçısı həmin tələbi aldığı vaxtdan 10 iş günü müddətində baxır. Əmlak inzibatçısı bu Qanunun müddəalarına uyğun olaraq kreditorların tələblərinin reyestrini tərtib edir; - 46-cı maddəsinə əsasən, əmlak inzibatçısı kreditorların tələblərinin verilməsi üçün ayrılmış 60 günlük m üddət qurtardıqdan sonra 7 gündən gec olmayaraq tələblərin reyestrini tərtib edir. Əmlak inzibatçısı kreditorların tələblərinin reyestrini tərtib etdikdən sonra 3 gün müddətində məhkəmənin təsdiqinə verir. Sadalanmış müddəalara görə, müflis borcluya qarşı tələblər borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən 60 gün ərzində irəli sürülməli və əmlak inzibatçısı tərəfindən qeydə alınmalıdır. Daha sonra tələblərin reyestri tərtib edilməklə məhkəmənin təsdiqinə verilməlidir. İşin hallarından göründüyü kimi, Cavabdeh1-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya xx xxxxxx 2016-cı il tarixdən etibarən ləğv edilmiş və iflas proseduruna başlanılması barədə məhkəməyə müraciət olunmuş,xx xxxxx 2017-ci il tarixində kreditorların tələblərinin reyestri təsdiq e dilmişdir. Lakin ərizəçi bu müddətdən sonra müraciət etməklə qanunvericliklə müəyyən edilmiş müddəti ötürdüyündən, məhkəmə tərəfindən düzgün olan nəticə əldə edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, d əyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin baş direktorunun müavini XXX1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2661/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-566/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-566/2020
24.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver