Məhkəmə qərarları › İş №2-1(102)-566/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-566/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-566/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRAR (İş № 2-1(102)-566/2022) (Açar sözlər: əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxslər “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX X10 hissəsi və “Azərbaycan X9” QSC) “əlillik dərəcəsinin bərpa edilməs i” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 21(103)-1272/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2017-ci il 18 aprel tarixdə TSERAS üzərindən qiymətləndirilərək, ona "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebro-bazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik” səbəbindən 2022-ci il 18 aprel tarixədək ikinci qrup əlillik dərəcəsi təyin edilmişdi r (“Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX X10 Hissəsinin göndərişi əsasında). 2. 2019-cu il 29 yanvar tarixli, MC 02/02-45 nömrəli məktub ilə “Azərbaycan X9” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə “rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə” məktub ünvanlanaraq bildirilmişdir ki, təqdim etdikləri siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublarına əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəflərindən uyğun hesab olunur.

3. İddiaçının əlilliyi cavabdeh tərəfindən “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX X10 Hissəsinin 4405003AABMQ saylı göndərişinin əsassız hesab edilməsi səbəbi ilə etibarsız hesab edilmişdir.

4. İddia çı ərizə ilə cavabdehə müraciət edərək onun əlillik vəziyyətinin araşdırılmasını xahiş etmişdir.

5. Cavabdeh 15 iyul 2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinin araşdırılması barədə müraciətinə baxılan zaman müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX X10 Hissəsinin 4405003AABMQ saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında onun əlilliyi barədə müayinə **********1 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş dir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX X10 hissəsinin göndərişi (Forma 88) əsasında 18 aprel 2017-ci il tarixdən 5 illik müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Həmin tarixdən etibarən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin, 1 mart 2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə əlilliyə görə əmək pensiyasının hansı əsaslarla dayandırılmasını müəyyənləşdirmək üçün müraciət etdikdə isə əlillik dərəcəsinin etibarsız hesab edilməsini bildirmişdirlər. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə hansı əsaslarla əlillik dərəcəsinin etibarsız hesab edilməsini müəyyənlə şdirmək üçün ərizə ilə müraciət etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti cavab məktubu ilə “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX X10 hissəsinin 4405003AABMQ saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında əlilliyin müayinə **********1 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız hesab edilməsi bildirilmişdir. “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX X10 hissəsinə müraciət etdikdə isə belə bir məktubun tərəflərindən göndərilmədiyi ona bildirilmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin qeyd edilən əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli Tibb sanitar hissəsinin qanuni əsaslarla tərəfindən göndərdiyi göndəriş (Forma 88) əsasında ona əlillik d ərəcəsi verildiyindən və tərəflərindən heç bir əsassız göndərişin verilməsi barədə cavabdehə məktub göndərilmədiyindən əlillik dərəcəsi bərpa olunmalıdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti X9 QSC-nin Sosial inkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsinin 4405003AABMQ saylı göndərişi əsasında 18 aprel 2017-ci il tarixdə qiymətləndirilmiş və "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik səbəbindən beş il müd dətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Azərbaycan X9" QSC-nin 29 yanvar 2019-cu il tarixli, MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 44005003AABMQ saylı göndəriş əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemındə iddiaçıya aid müayinə etibarsız edilmişdir.

9. Üçüncü şəxs “Azərbaycan X9” QSC Sosial İnkişaf İdarəsi MDX “X10 hissəsi” MMC yazılı mülahizə təqdim etmişdir. Mülahizədə göstərilmişdir ki, X10 hissəsi 12 iyun 2018-ci ilə qədər Azərbaycan X9nin tabeliyində olmuş, gəmiçilik işçilərinə və onların ailə üzvlərinə, habelə poliklinikanın ətrafında yerləşən, 24200 nəfər əhalisi olan əraziyə tibbi xidmət göstərmişdir. 12 dekabr 2018-ci ildən “X10 Hissə” MMC təsis edildiyi üçün (əmr № 272) "xxxx" QSC-lə əlaqələr dayandı rılmış, lakin ərazidə yaşayan sakinlər poliklinikada müayinə və müalicələrini fərdi qaydada davam etdirmişlər. 12 iyun 2018-ci ildən 12 dekabr 2018-ci ilədək poliklinika “X11” ASC-nin nəzdində fəaliyyət göstərmişdir. Ərazidə yaşayan xəstə 1982-ci il təvəllüdlü İddiaçı, 2016-2017-ci illərdə dəfələrlə stasionar və ambulator müalicədə olmuş, dispanser qeydiyyata götürülmüş və xəstəliyin uzun müddətli müalicəyə ehtiyacı olmasını, habelə proqnozun qeyri-kafi olmasını nəzərə alaraq, 2017-ci ildə o, əlilliyin təyini məqsədi ilə HƏEK-ya göndərilmiş və ona 5 il müddətinə 2 qrup əlillik təyin edilmişdir. 2017-ci ildə Əhmədli TSH ərazisində yaşayan sakinlərə tibbi xidmət göstərirdi və xəstələrin HƏEK-ya göndərilməsi işlərinin tərkib hissələrindən biri idi.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-354/ 2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə “Azərbaycan X9” QSC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-354/2020 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçıya verilmiş əlillik dərəcəsinin bərpa edilməsi cavabdehə həvalə olunmuşdur.

12. Birinci instansiya məhkəməsi Azərbaycan X9” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə əsas olmuş sözügedən məktubu mötəbər hesab etməyərək qeyd etmişdir ki, sözügedən məktubda göndərişləri rəsmiləşdirilmiş şəxslərin, göndərişlərinin əsaslılığına dair şübhələr olduğuna istinad edilsə də, həmin göndərişlərin əsassızlığını təsdiq edən mötəbər sübutlar nə sö zügedən məktubda göstərilməmiş, nə də ki məhkəmə icraatı araşdırması zamanı məhkəməyə təqdim edilmişdir. Əksinə məhkəmə araşdırması zamanı işdə olan sənədlərlə müəyyən olunmuşdur ki, üçüncü şəxs “Azərbaycan X9” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi-Sanitar Hissəsi iddiaçı barəsində göndərişin rəsmiləşdirilməsində səlahiyyətli olmuş, Əhmədli Tibbi-Sanitar Hissəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişin etibarsız hesab olunması üçün heç bir əsas olmamışdır. Beləliklə, sözügedən məktub əlilliyin etibarsız sayılması üçün əsas qəbul edilə bilməz.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-1272/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə iddiaçının etibarsız hesab edilmiş əlilliyinin bərpa olunmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən araşdırma aparılması və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır.

15. Həmin qərardadın icrası ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 1 oktyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçının Agentlikdə nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına 7 iyul 2021-ci il tarixli çağırış məktubu göndərilmiş, iddiaçı 2021-ci ilin sentyabr ayında əyani müayinəyə gəlmiş və diaqnozun dəqiqləşdir ilməsi məqsədilə müayinə üçün dövlət səhiyyə müəssisəsinə göndərilmiş, lakin cari tarixə kimi müayinələrin nəticələri ilə cavabdehə müraciət etməmişdir.

16. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 sentyabr 2021-ci il tarixli protokolu təqdim edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 sentyabr 2021-ci il tarixli protokolunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı, 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.13-cü bəndinə uyğun olaraq İİ dərəcə 5 il müddətinə əlilliyin təyini qərarı verilmişdir. Müayinələr göstərmişdir ki, İddiaçı 18 ap rel 2017-ci il tarixdə verilən İİ dərəcə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları təsdiqini tapmamış, bu səbəbdən də həmin tarixdən əlilliyin təyini mümkün deyildir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-1272/2021 nömrəli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi) X6, X8) ilə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, hazırkı işdə cavabdeh inzibati orqan tərəfindən yuxarıda göstərilmiş maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edilməmiş, həmçinin iddiaçının əlillik dərəcəsinin təyin edi lməsi barədə olan inzibati akt ləğv edilmədən, bu barədə ayrıca qərar qəbul edilmədən, əlillik altsistemində müayinə etibarsız hesab edilmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməmiş, nəticədə inzibati icraatın keçirilmədiyi müəyyən olunur ki, bu da iddiaçının qanunsuz olaraq etibarsız hesab edilmiş əlillik dərəcəsinin bərpa edilməsi üçün əsas verir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qey d edilmişdir ki, əlilliyin qiymətləndirilməsi üçün əsas olan dövlət səhiyyə müəssisələrinin göndərişləri həmin göndərişləri verən orqan (qurum) tərəfindən əsassız sayıldığından həmin göndərişlərin nəticəsi olaraq qəbul edilmiş əlilliyin müəyyən edilməsi barədə qərar onu qəbul edən cavabdeh tərəfindən ləğv edilmişdir. Bununla əlaqədar olaraq əlilliyin ləğv edildiyi vaxtdan iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi də dayandırılmışdır. İddiaçıya pensiya ödənişinin dayandırılmasına baxmayaraq inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçı əlilliyinin 2019-cu ilin fevral ayından ləğv edilməsinə baxmayaraq 5 aydan sonra 2019-cu il 24 iyun tarixdə əlilliyin hansı səbəbdən ləğv edilməsi barədə əlilliyi müəyyən edən quruma deyil, DSMF-nin Xətai rayon şöbəsinə müraciə t etmişdir. Cavabdeh tərəfindən ona verilən cavabda “Azərbaycan Respublikasının X9” QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibb sanitar hissəsinin 4405003AABMQ saylı göndərişin əsassız olması barədə QSC-nin məktubu əsasında əlilliyinin ləğv edildiyi bildirilmişdir. Bununla belə, o, əlilliyə səbəb olmuş xəstəliyinə dair sənədləri Agentliyə təqdim etməmiş və əlilliyin təkrar qiymətləndirilməsi üçün müraciət etməmişdir. Belə ki, “Azərbaycan X9” QSC-nin MC 02/02-45 saylı, 29 yanvar 2019-cu il tarixli məktubu ilə qiymətləndirilməyə əsas verən 44005003AABMQ saylı göndərişin əsassız hesab edildiyi bildirildiyindən bununla əlaqədar “Əlillik altsistemi”ndə iddiaçıya aid müayinə etibarsız hesab edilmişdir. Bununla da inzibati icraata səbəb olan sənəd ləğv olunmuş sayılır. Həmin sənəd ləğv olunduğund an inzibati icraatın həyata keçirilməsinə zərurət yoxdur və İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi üçün yenidən sənədlərlə “Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC-yə müraciət etməli idi. Yalnız həmin halda inzibati icraata yenidən başlanılması mümkün olacaqdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb isosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilm iş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlill iyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 23. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyekt iv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başq a səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

28. İddiaçı 2017-ci il 18 aprel tarixdə TSERAS üzərindən qiymətləndirilərək, ona "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik” səbəbindən 2022-ci il 18 aprel tarixədək ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir.

29. İddiaçının əlilliyi cavabdeh tərəfindən “Azərbaycan X9” QSC Sosia l İnkişaf İdarəsi MDX X10 Hissəsinin 4405003AABMQ saylı göndərişinin əsassız hesab edilməsi səbəbi ilə etibarsız hesab edilmişdir. 30. “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.

31. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

32. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məlumatına istinad etm əklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır.

33. Bundan başqa, hazırkı qərarın 21-ci bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər.

34. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edil diyi halda iddiaçının əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

35. İddiaçının əlilliyinin 18 aprel 2017-ci il tarixdə 5 illik müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh 18 aprel 2017-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir.

36. Qanu nverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 18 aprel 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 18 aprel 2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

37. Həmçinin cavabdeh tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 sentyabr 2021-ci il tarixli protokolda (bax: bənd 16) göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçıda müayinələrlə 18 aprel 2017-ci ildə təyin olunmuş ikinci dərəcə əlillik təyinatına əsas verən xəstəlik mövcud olmuş, lakin həmin xəstəliklərdə ağırlaşma mövcud olmamışdır. Beləliklə, iddiaçıda əlilliyin mövcudluğu həmin protokolda öz əksini tapmışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-1272/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar