Məhkəmə qərarları › İş №2-1(102)-566/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-566/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-566/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasport və çıxarışa düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2476/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qarabağ küçəsi ev 23, mənzil 31 iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir.

2. Həmin mənzilin texniki pasportuna əsasən, mənzil 3 otaqdan ibarətdir. Ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm., 1-ci otağın sahəsi 14,5 kvm., 2-ci otağın sahəsi 18,0 kvm., 3-cü otağın sahəsi 15,0 kvm., mətbəxin sahəsi 20,3 kvm., ön girişin sahəsi 6,0 kvm., daxili dəhlizin sahəsi 4,5 kvm., ayaqyolu nun sahəsi 3,0 kvm.-dir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57 kvm. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdən iddiaçıya məxsusdur.

4. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********65-05101093022 reyestr nömrəli iddiaçıya məxsus ünvan 2 ünvanına dair texniki pasportun surətinə əsasən mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 57,0 kvm., yaşayış sahəsi 47,3 kvm., dəhlizmətbəxin sahəsi 9,7 kvm., yaşayış otağının sahəsi 15,3 kvm., yaşayış otağının sahəsi 16,7 kvm., yaşa yış otağının sahəsi 15,3 kvm.-dir.

5. İddiaçı cavabdehə müraciət edərək onun mülkiyyətində olan mənzilin çıxarışı və texniki pasportunda düzəliş edilərək yeni çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********13 nömrəli imtina məktubu ilə bildirmişdir ki, qeyd olunan mənzil yaşayış sahəsi 47,3 kv.m., ümumi sahəsi 57,0 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş xx.xx.1994-cü il tarixli texniki pasporta mənzilin faktiki vəziyyəti öz əksini tapsa da, əlavə 22,2 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada bird ən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri-yaşayış kimi istifadə edilir. Qeyd olunanlara əsasən tələb olunan texniki pasportun yenidən tərtib olunması qanunvericiliyə uyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 saylı evin 31 saylı mənzilinə 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kv.m., yaşayış sahəsinin 47, 5 kv.m. göstərilməklə yeni çıxarışın və texniki pasportun tərtib olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil qüvvədə olan qanunvericilik normaları əsasında tərəfindən alınmışdır və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatının Texniki İnventarlaşıdrma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə onun həmin mənzilə toxunulmaz mülkiyyət hüququ qeydə alınmışdır. Bu qeydiyyat vəsiqəsi ilə birlikdə həmin mənzilə cavabdeh tərəfindən ona xx.xx.1994-cü il tarixli texniki pasport da tərtib edilib verilmişdir. Həmin xx.xx.1994-cü il tarixli texniki pasportda mənzilin sahələri müvafiq olaraq 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq) ), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kvm., yaşayış sahəsinin 47,5 kvm. mövcud olması göstərilmişdi. Cavabdehə müraciəti ilə bağlı ona məxsus mənzilə xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 57 kvm. qeyd edilmişdir. Bu çıxarışla birlikdə onun mənzilinə dair yeni texniki pasport da tərtib edilib verilmişdir. xx.xx.2019-cu il tarixli texniki pasportda mənzilin sahələri 9.7 (1 saylı, dəhlizmətbəx), 15.3 (2 saylı, yaşayış otağı), 16.7 (3 saylı, yaşayış otağı) və 15.3 (4 saylı, yaşayış otağı) sahələrin, ümumi sahənin 57 kvm., yaşayış sahəsinin 47,3 kv m. olması göstərilmişdir. Mənzilinə dair göstəricilər arasında əhəmiyyətli ziddiyyətlərin olmasına ilk əvvəl o qədər də əhəmiyyət verməsə də, sonradan əsl göstəricilər üzrə sənəd tərtib edilməsi üçün cavabdehə müraciət etmək qərarına gəlmişdir. Belə ki, istər mənzilin say tərkibləri, istərsə də ölçüləri üzrə pasportlardakı göstəricilər uyğunluq təşkil etmir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bu mənzildə yenidənqurma, rekonstruksiya, yeni planlama işləri görülməmiş, mənzilin tərkib hissələri dəyişməz qalmışdır. Belə olan halda ünvan 5 saylı evin 31 saylı mənzilinə dair çıxarışın və xx.xx.2019-cu il tarixli texniki pasportunun yenidən tərtib olunması zərurəti yaranmış olurdu. Tərəfindən hazırkı iş üzrə cavabdehə müraciət olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********61 3 saylı məktubu ilə onun xahişinin yerinə yetirilməsindən imtina olunmuşdur. Ümumi məlum olan hala görə daşınmaz əmlaka dair köhnə nümunəli qeydiyyat vəsiqələrində mənzilə dair göstəricilər qeyd olunmurdu. Həmin göstəricilər mənzilə dair texniki pasportda öz əksini tapırdı. Bu isə sahənin reyestrdə qeydiyyatı kimi nəzərə alınırdı. Ona görə cavabdehin bu imtina məktubunda “əlavə sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir” kimi qənaəti əsaslı hesab oluna bilməz. Digər bir halda məktubda “Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bundan əlavə, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri yaşayış sahəsi kimi istifadə edili r” qeydi işin faktiki hallarına və mövcud sənəddəki qeydlərlə uyğun gəlmir. Belə ki, xx.xx.1994-cii il tarixli texniki pasportda qeyd olunan əlavə sahələr daim iddiaçının mülkiyyətində olmaqla, tərəfindən istismar olunmuşdur və hazırda da onun istifadə və sahibliyindədir.

9. Cavabdeh iddia tələbinə qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-448/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilərək ünvan 5 nömrəli evin 31 nömrəli mənzilinə dair ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm. (1 saylı, ön giriş 6,0 kvm., 2 saylı, mətbəx 8,4 kvm., 3 saylı, 1-ci otaq 14,5 kvm., 4 saylı, 2-ci otaq 18,0 kvm., 5 saylı, 3-cü otaq 15,0 kvm., 6 saylı, mətbəx 1 1,9 kvm., 7 saylı, daxili dəhliz 4,5 kvm. və 8 saylı, tualet 3,0 kvm.) göstərilməklə iddiaçının adına yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsinin faktiki olaraq 84 kvm. təşkil etdiyi və həmin daşınmaz əmlakın texniki göstəricilərinin xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmiş və ünvan 3 ünvanında yerləşən əmlakın texniki göstəricilərinin xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilmiş 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul etmişdir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının mülkiyyətində ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm. olan daşınmaz əmlakın olması müəyyən edildiyindən, həmin hal ekspert rəyi ilə də təsdiqini tapdığından cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmaqla iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində bi rinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2476/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci ildə cavabdehə müraciət etmiş və aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 57 kv.m olan (yaşayış sahəsi: 47.3 kv.m, köməkçi sahə: 9.7 kv.m) 31 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.

18. Təqdim edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportda məzilin faktiki vəziyyəti öz əksini tapsa da, mənzilə əlavə inşa olunmuş 24.3 kv.m sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Əlavə olunmuş sahə ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, həmin sahənin altında y erləşən torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

19. İddiaçının cavabdehə müraciəti zamanı mütəxəssislər tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzildə daxili rekonstruksiya işləri aparılaraq faktiki qeyri yaşayış kimi istifadə edilir. 4 saylı sahədən küçəyə olan pəncərələrdən biri qapı ilə əvəz olunmuşdur. 1 və 2 saylı yaşayış otaqlarının arası açılmış, 1 saylı sahədəki küçəyə olan qapı bağlanmış, 3 və 4 saylı sahələr arasında qapı açılmışdır.

20. Göründüyü kimi yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosesual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qa nunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Prosessual Məcəllə: Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya pr oses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haql ıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildi yi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

27. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 saylı evin 31 saylı mənzilinə 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kvm., ya şayış sahəsinin 47,5 kvm. göstərilməklə yeni çıxarışın və texniki pasportun tərtib olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Qarabağ küçəsindəki 23 №-li yaşayış evinin 31 №-li mənzili iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir.

29. Həmçinin apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən tərtib edilmiş iddiaçıya məxsus Nərimanov rayonu, Qarabağ küçəsi, ev 23, mənzil 31 ünvanına dair tə rtib edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportun surətindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Ümumi sahəsi 81,3 kvm., yaşayış sahəsi 47,5 kvm., 1-ci otağın sahəsi 14,5 kvm., 2-ci otağın sahəsi 18,0 kvm., 3-cü otağın sahəsi 15,0 kvm., mətbəxin sahəsi 20,3 kvm., ön girişin sahəsi 6,0 kvm., daxili dəhlizin sahəsi 4,5 kvm., ayaqyolunun sahəsi 3,0 kvm. qeyd edilmişdir.”

30. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57 kvm. olan mənzil xüsusi mül kiyyət hüququ üzrə xx.xx.2019-cu il iddiaçıya məxsusdur.

31. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli iddiaçıya məxsus ünvan 2 ünvanına dair texniki pasportun surətindən görünür ki, mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 57,0 kvm., yaşayış sahəsi 47,3 kvm., dəhlizmətbəxin sahəsi 9,7 kvm., yaşayış otağının sahəsi 15,3 kvm., yaşayış otağının sahəsi 16,7 kvm., yaşayış otağının sahəsi 15,3 kvm. qeyd olunmuşdur.

32. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 29 №-li sərəncamına əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cu il tarixli qanununa əsasən Qarabağ küçəsi, ev 23, yerli sovetə məxsus sahəsi 47,59 kvm. olan, 1 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən tam kommunal şəraitli 3 otaqlı, 31-ci mənzil əvəzsiz olaraq şəxsi mülkiyyət kimi iddiaçıya verilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli Qanuna əsasən göstərilən şəxslərə yaşadıqları dövlət evlərində və mənzillərinin pulsuz olaraq şəxsi mülkiyyət köçürmək hüququnun verilməsi ilə əlaqədar Qarabağ küçəsi 23, mənzil 31 iddiaçıya verilmişdir.

33. Həmçinin apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “idarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********13 №-li məktubdan görünür ki, qey d olunan mənzil yaşayış sahəsi 47,3 kvm., ümumi sahəsi 57,0 kvm. kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Təqdim edilmiş xx.xx.1994cü il tarixli texniki pasporta mənzilin faktiki vəziyyəti öz əksini tapsa da, əlavə 22,2 kvm. sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, əlavə sahənin altında yerləşən torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir”.

34. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsinin faktiki olaraq 84 kvm. təşkil etdiyi və həmin daşınmaz əmlakın texniki göstəricilərinin xx.xx.1994cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmiş və ünvan 3 ünvanında yerləşən əmlakın texniki göstəricilərinin xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir.

35. Bütün yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “İddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 5 saylı evin 31 saylı mənzilinə 6.0 (1 saylı, ön giriş), 8.4 (2 saylı, mətbəx), 14.5 (3 saylı, 1-ci otaq), 18.0 (4 saylı, 2-ci otaq), 15.0 (5 saylı, 3-cü otaq), 11.9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kvm., yaşayış sahəsinin 47,5 kvm. göstərilməklə yeni çıxarışın və texniki pasportun tərtib olunmasından imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.”

36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi sözügedən qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə riayət etməmişdir.

37. Belə ki, apellyasiya instansiya məhkəməsi iş üzrə 20 oktyabr 2020-ci il tarixli qərarı qəbul edərkən, ümumi sahəsi 81.3 kv.m yaşayış sahəsi 47,5 kv.m kimi göstərilmiş xx.xx.1994-cü il tarixli texniki pasporta əsaslanmış, halbuki cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda iddiaçıya məxsus mənzilin ümumi sahəsi 57.0 kv.m yaşayış sahəsi isə 47.3 kv.m kimi qeyd edilmişdir.

38. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işdə olan (iş səh. 5,6) xx.xx.1994-cü il tarixli texniki pasport (orada mənzilin ümumi sahəsi 81.3 kv.m yazılmışdır - qeyd Ali Məhkəmənin), MPM-nin 89.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.

39. Belə ki, işdə həmin texniki pasportun lazımi qaydada təsdiq olunmamış kserosurəti mövcud olmaqla, texniki pasport heç kim tərəfindən imzalanmamış və texniki pasportu ona vermiş idarənin möhürü vurulmamışdır.

40. Lakin apellyasiya məhkəməsi bunu araşdırma mış və sözügedən texniki pasportu yanlış olaraq mötəbər sübut kimi qiymətləndirmişdir. Buna görə də apellyasiya məhkəməsi işə təkrar baxarkən sözügedən xx.xx.1994-cü il tarixli texiniki paportun əslinin əldə edilməsi üçün müvafiq dövlət orqanlarına sorğular göndərməli, həmin texniki pasportunun əslini əldə etdiyi halda, xx.xx.1994-cü il və xx.xx.2019-cu il tarixli texniki pasportları müqayisə etməklə tutuşdurmalı və bundan asılı olaraq qanuni və əsaslı məhkəmə qərarı qəbul etməlidir.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2-1(103)2476/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayə ti qalan hissədə təmin edilməməlidir.

42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2476/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar