Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-567/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması, prokurorluq işçisinə verilən əlavələr) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2281/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı1 (bundan sonra - iddiaçı) xx.xx.1951-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının mərhum əri X3 1988-ci ildən 1993-cü ilədək prokurorluq orqanlarında işləmiş, 1993-cü ildə həlak olmuşdur. İddiaçıya 2009-cu ildə cavabdeh tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2001-ci ildə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanuna əsasən prokurorluq işçilərinə verilən məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələr nəzərə alınmaqla ona ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması xahişi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli, **********77 saylı məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinası onunla əsaslandırılmışdır ki, X1 həmin əlav ələri almadığından pensiya hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbinə ziddir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının mərhum ərinin prokurorluq işçisi kimi məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələr nəzərdə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri X3 uzun illər prokurorluq orqanlarında çalışmış və xx xxxx 1993-cü il tarixdə Samux rayon prokuroru işləyərkən vəzifə başında həlak olmuşdur. İddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, lakin düzgün hesablanma aparılmamış, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qa nunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrinə əsasən əlavələr nəzərə alınmamışdır. Həmin əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından imtina onunla əsaslandırılmışdır ki, qanuna əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi nəzərdə tutulmuşdur. X1 1993-cü ilədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında işləmiş və o, qeyd edilən əlavələri, həmçinin müalicə pulunu almamışdır. İddianın maddi hüquqi əsası kimi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.1-cimaddələrinə istinad olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrinə əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. İddiaçının mərhum əri X3 1988-ci il tarixdən 1993-cü il tarixədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş və o, həmin dövrdə qeyd edilən əlavələri, həmçinin müaliəcə pulunu almamışdır. Həmin əlavələrin pensiya hesablanması üçün nəzərə alınması qanunvericiliyə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin 2-1(82)- 4532/18 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının mərhum ərinin prokurorluq işçisi kimi məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələri nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-913/2019 saylı, xx xxxxx 2019-cu il qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) ilə cavabdehin apellyasiya şikayəti təmin edil ərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-2231/2019 saylı, xx xxxx 2019-cu il qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və İ.A.Dadaşov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-913/2019 saylı, xx xxxxx 2019-cu il qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2281/2019 saylı, xx xxx xxxx 2019-cu il qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)- 4532/18 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin gəldiyi nəticəyə əsasən prokurorluq orqanının əməkdaşının pensiya hüququ yaranan zaman pensiya təy in olunarkən hər hansı məhdudiyyət qoyulmadan məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələr nəzərə alınır. Bu zaman məhkəmə xx.xx.1999-cu il tarixdə qəbul edilmiş və xx.xx.1999-cu ildə qüvvəyə minmiş “Prokurorluq haqqında" AR Qanununun 38-ci maddəsinin birinci bəndinə istinad etmişdir. Lakin qeyd etmək lazımdır ki, iddiaçının X1 "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikası qanunları qüvvəyə minənə qədər prokurorluq orqanlarında xidmət keçmiş və istinad olunan əlavələri almamışdır. Bu səbəbdən həmin əlavələrin pensiya hesablanarkən nəzərə alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində ( İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra b eynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1-ci maddəsinə əsasən, tutduqları vəzifəyə və prokurorluq orqanlarında iş stajına uyğun olaraq prokurorlar, prokurorluğun müstəntiqləri və əməliyyatçıları, o cümlədən hərbi prokurorlar və hərbi prokurorluğun müstəntiqləri üçün ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr müəyyən edilir. 18.15-ci maddəsinə əsasən, rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və geyim forması ilə təmin olunurlar. Rütbəyə görə əlavə haqq pensiyaya çıxmış və rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır. 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 21.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. 21.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.1 və 21.4-cü maddələri iddiaçının vəziyyətini yüngülləşdirən və yaxşılaşdıran normativ hüquqi akt olduğundan, qeyd edilən aktın hüquqi qüvvəsi iddiaçıya münasibətdə geriyə tətbiq edilməklə pensiya məbləği yenidən hesablanaraq ona ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2281/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-567/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-567/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver