Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-567/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə dair aparılmış hüquqi qeydiyyatın ləğv edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (X21 və X22 üçüncü şəxs qismində cəlb olunmaqla) “bağ sahəsinə dai r daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və aparılmış hüquqi qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnaməyə əsasən X18 xx xxxxx 1968-ci il tarixdə anadan olmuşdur, atası qrafasında X9, anası qrafasında X23 yazılmışdır.
2. Ölüm haqqında şəhadətnaməyə əsasən X12 26 oktyabr 1999-cu il tarixində vəfat etmişdir.
3. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 5 iyun 2013-cü il tarixdə verilmiş 1113 saylı akt qeydindən çıxarışa əsasən X23 4 mart 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
4. Buzovna qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 88 saylı bağ xx.xx.1981-ci il tarixli 17732 saylı müqavilə ilə mərhum X3 məxsus olmuş, sonuncunun razılığı ilə həmin bağın 0.12 ha hissəsi H.İ.İbrahimovun və ailə üzvlərinin razılığı ilə Elmar İbrahimovun adına keçirilib və həmin 12 sola dair 88a nömrə verilməklə yeni müqavilə bağlanmışdır. 5. 88 saylı bağın qalan 0,12 ha torpaq sahəsi X50 vəfatından sonra 01.1 1.2002-ci il tarixli 17732 saylı müqavilə ilə arvadı X13 adına keçirilmişdir. İddiaçının hazırki iddiası isə sırf Məsumə İbrahimovanın adına olan 12 sol torpaq sahəsi ilə bağlı olmuşdur.
6. Məsumə İbrahimova xx.xx.2013-cli ildə vəfat edib, onun övladı Elmar İbrahimovun müraciəti əsas ında 12 sol torpaq sahəsi olan 88 saylı bağa dair 11 iyul 2013cü ildə Məsumə İbrahimovanın adına çıxarış verilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 6 sentyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan sənədlərə əsasən Xəzər rayonu Buzovna qəsəbəsi 88 nömrəli bağ sahəsi (0.25 hektar) keçmiş X20 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1981-ci il tarixli, 17732 nömrəli müqavilə əsasında X3 icarəyə verilmişdir. X2 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 hektar hissəsi X5 adına keçirilmiş və onunla 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır. Daha sonra Buzovna qəsəbəsi, 88a nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır v ə özgəninkiləşdirilmişdir. Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 hektar hissəsi isə X2 vəfatından sonra X13 adına keçirilmişdir və onunla xx.xx.2002-ci il tarixdə 17732 nömrəli müqavilə bağlanılmışdır. Buzovna qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 88 nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixdə X13 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri, 16 saylı notariat kontorunda xx.xx.2014-cu ıl tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2014-cü il tarixdə X5 adına qeydiyyata alınmış və daha sonra özgəninkiləşdirilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X13 adında açıq qalmışdır.
8. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış 22 oktyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, X13 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun etibarnamə üzrə nümayəndəsi X19 xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 saylı bağ sahəsi 2V-58 reyestr nömrəli, xx.xx.2016- cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2016-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınm ış alqısatqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin 1/2 hissəsi xx.xx.2017-ci il tarixdə X7 qeydiyyata alınmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı xx.xx.2018-ci il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0.06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X7 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X13 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 11 iyul 2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, keçmiş X20 və İstismarı Birliyi ilə mərhum X9 arasında 25 sentyabr 1981-ci il tarixdə bağlanılmış 17732 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsindən ibarət olan 88 saylı bağ sahəsi mərhum X3 icarəyə verilmişdir. Sonradan mərhum H.A.İbrahimovun və onun ailə üzvlərinin razılığı əsasında 88 saylı bağ sahəsinin 0,12 ha hissəsi H.A.İbrahimovun oğlu X5 adına keçirilmiş və ayrılmış həmin sahə 88 a saylı yeni bağ sahəsi hesab edilməklə, həmin bağ sahəsinə dair X20 və İstismarı Bi rliyi ilə X19 arasında yeni icarə müqaviləsi bağlanılmışdır. Həmin 88 saylı bağ sahəsinin yerdə qalan hissəsi isə X2 istifadəsində saxlanılmışdır. H.A.İbrahimov 21 oktyabr 1999-cu ildə vəfat etmiş və onun vəfatından sonra 88 saylı bağ sahəsi H.A.İbrahimovun həyat yoldaşı X13 adına keçirilmiş və onunla X20 və İstismarı Birliyi arasında 01 noyabr 2002-ci il tarixdə, 17732 saylı yeni icarə müqaviləsi bağlanılmışdır. İddiaçı X13 ailə üzvü olmaqla 88 saylı həmin bağ sahəsindən anası Məsumə İbrahimova ilə birlikdə istifadə etmişdir. X23 04 mart 2013-cü ildə vəfat etmişdir. Bundan sonra həmin bağ sahəsi İddiaçı istifadəsində qalmışdır. Lakin bu yaxınlarda iddiaçı həmin bağ sahəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığını görmüş və həmin şəxsin kimliyi və bağ sahəsinə hansı əsasla daxil olaraq, orada tikinti işləri apardığı ilə maraqlandıqda həmin şəxs 88 saylı bağ sahəsinin X21 tərəfindən ona satıldığını bildirmişdir. Bundan sonra iddiaçı həmin məsələ ilə bağlı müvafiq araşdırmalar aparmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğulara verilmiş 06 sentyabr 2019-cu il tarixli və 22 oktyabr 2019-cu il tarixli cavab məktubları ilə müəyyən edilmişdir ki, iddiaçının anası X23 vəfat etdikdən təqribən dörd ay sonra onun oğlu X19 mərhum Məsumə İbrahimovanın ona verdiyi etibarnamədən istifadə edərək, onun adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət əsasında 88 saylı bağ sahəsi 11 iyul 2013-cü il tarixdə Məsumə İbrahimovanın adına dövlət reyestrində qeydə al ınmışdır. X39 04 mart 2013-cü ildə vəfat etdiyi üçün onun adından verilmiş etibarnamə hüquqi qüvvəsini itirmişdir və bu halda Elmar İbrahimov həmin etibarnamədən istifadə edə bilməzdi. Bundan başqa Məsumə İbrahimovanın öz sağlığında Elmar İbrahimova həmin bağ sahəsinə dair hər hansı etibarnamə verib- vermədiyi də dəqiq müəyyən deyildir. X29 Eldar və Rəna adlı iki övladı olmuş və hələ əri X9 sağ olarkən ümumi razılıq əsasında onlar 88 saylı bağ sahəsinin 0,12 ha-dan ibarət olan bir hissəsini Elmara ayırmış və buna dair onun adına yeni icarə müqaviləsi bağlanılmış, qalan hissəsini isə qızları Rənaya, yəni iddiaçıya saxlamışlar. Buna görə də mərhum Məsumə İbrahimovanın həmin bağ sahəsinə dair oğlu Elmar İbrahimova hər hansı etibarnamə verməsi də inandırıcı deyildir.
11. Cavabdeh iddiaya dai r etirazını onunla əsaslandırmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan sənədlərə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi (0.25 hektar) keçmiş X20 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1981ci il tarixli, 17732 nömrəli müqavilə əsasında X3 icarəyə verilmişdir. X2 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 hektar hissəsi X5 adına keçirilmiş və onunla 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır. Daha sonra Buzovna qəsəbəsi, 88a nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi isə X2 vəfatından sonra X13 adına keçirilmişdir və onunla xx.xx.2002-ci il tarixdə 17732 nömrəli müqavilə bağlanılmışdır. Buzovna q əsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 88 nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixdə X13 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 16 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2014-cü il tarixdə X5 adına qeydiyyata alınmış, onun vəfatından sonra notarius X41 tərəfindən imzalanmış xx.xx.2016-ci il tarixində 2V58 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həyat yoldaşı X6 adına qeydə alınmış və notarius X32 tərəfindən imzalanmış 4Ə-840 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyat a alınmışdır. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X13 adında açıq qalmışdır.
12. Üçüncü şəxs X22 iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, X1 Rəsmiyyə Tofiq qızı ilə aralarında Bakı şəhəri 51 saylı notariat kontorunda 18 oktyabr 2016-cı il tarixli AN-İ №0579657 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,06 ha, 1/2 hissəsini 36000 (otuz altı min) manat ödəməklə almışdır. Qeyd olunan alqı-satqı müqaviləsinin 3-cü bəndində göstərildiyi kimi həmin müqavilə bağlanarkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2016-cı il tarixli, qeydiyyat №si 701110 3880 saylı arayışa əsasən müqavilə bağlananadək aldığı torpaq sahəsi ipoteka il ə yüklü olmamış, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı müqaviləsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinin prinsiplərinə tam riayət olunması digər bəndlərdə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. Mülki Məcəllənin 157.3-cü maddəsinin mənasına görə əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə vicdanlı sahib hesab olunur. X1 Rəsmiyyə Tofiq qızı ilə bağ sahəsinə dair alqı-satqı müqaviləsi bağlayarkən o, həmin vaxt notariat kontoruna vərəsəlik şəhadətnaməsini də təqdim etmişdir. Eyni zamanda həmin vaxt X22 həmin sahənin mülkiyyətçisi olmuş X4 ölümündən xəbəri olmamışdır. X14 özünə məxsus olan 0,06 ha torpaq sahəsini satmışdır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə təqdim etmiş və həmin idarə tərəfindən onun adına xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 88Q saylı bağ sahəsinə (0,06 ha torpaq) xüsusi mülkiyyət hüququna dair RX seriyalı ******* №li Çıxarış verilmişdir. Bundan əlavə aldığı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Torpaq sahəsinin planı və ölçüsünə dair” A№302179 saylı şəhadətnamə və həmin torpaq sahəsinin bölgü sxemi verilmişdir. Sonra Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və mülkiyyətində olan 88Q saylı bağ sahəsində layihə əsasında yaşayış evinin tikintisinə icazə verilməsi üçün Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmiş və icra hakimiyyətinin M-257- 151 №li, xx.xx.2015-ci il tarixli razılıq və icazə haqqında məktubuna əsasən tikinti işlərinə başlamışlar. Hazırda maddi imkanına müvafiq olaraq evin tikinti işlərini hissə-hisə davam etdirir. Aldığı bağ sahəsinə mütəmadi olaraq gedib-gəlir, bir neçə ildir ki, bağ sahəsi ona məxsusdur. Ona heç kim heç bir irad bildirməmişdir. Çünki aldığı bağ sahəsi X15 məxsus olmuşdur. O, heç vaxt iş üzrə İddiaçı Hüseyn qızını görməmişdir. O, vicdanlı alıcı kimi 88Q saylı bağ sahəsini halal zəhmətlə və ailənin bir neçə il ərzində topladığı nağd pulu ödəməklə almışdır. Bu günə kimi ətraf hasarın çəkilməsinə, tikintiyə külli miqdarda pul vəsaiti sərf etmişdir. Bütün qeyd edilənlərə əsasən bildirir ki, iddiaçının ona və digərlərinə qarşı qaldırdığı iddia qərəzli, heç bir sübutla təsdiqini tapmayan əsassız və qanuna zidd iddiadır, ona görə də təmin olunmamalıdır. Qeyd etdiklərinə baxmayaraq İddiaçı Hüseynağa qızı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, bu faktdan xəbəri olmasına baxmayaraq, yenidən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Bakı İnzibati Məhkəməsinə və Bakı Apel lyasiya məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixdə, 2(103)-3974/2020 №li iş üzrə qəbul etdiyi qərara əsasən İddiaçı Hüseynağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018ci il tarixli qətnaməsi əsassız olaraq ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir. Qeyd edilən qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya şikayəti verilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim X45, 2-1(112)-453/2021 saylı iş) xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X13 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və X13 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, X23 öldüyü vaxtdan onun tərəfindən X10 verilmiş etibarnamənin qüvvəsinə xitam verilmişdir. Qüvvədən düşmüş etibarnamə əsasında, daha dəqiq deyilsə ölmüş şəxsin adından ona verilmiş etibarnamə üzrə nümayəndəsinin müraciəti əsasında hüququn qeydiyyata alınmasına dair cavabdehin hərəkətləri qanunsuz olmuşdur.
15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsində ki icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X33məruzəçi, X42 və X34, 2-1(103)-2505/2021 saylı iş) 25 noyabr 2021-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxs X8 apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X13 mülkiyyət hüququnun dövlət reyestrində 11 iyul 2013-cü il tarixdə qeydə alınması ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərindən irəli gəlmişdir.
18. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15, 22-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Üçüncü şəxs R.Mehdiyeva kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ t əsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə ta m adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 22.2. müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan ö ldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə mə lumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, hə min qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
26. İddiaçının iddia tələbinin və kassasiya şikayətinin əsaslarına görə bağın icarəyə verilməsi haqqında 17732 saylı, 01 noyabr 2002-ci il tarixli müqavilə əsasında hüququn qeydiyyata alındığı vaxt, yəni xx.xx.2013-cü il tarixdə X23 artıq vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 saylı bağ sahəsinin X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun etibarnamə üzrə nümayəndəsi X19 xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət etmişdir. İbrahimov X11 Məsumə Məmməd qızının vərəsəsi olaraq deyil, onun adından verilmiş etibarnamə üzrə nümayəndəsi qismində onun ölümündən sonra müraciət edərək, hüququn qeydiyyata alınmasını tələb etmişdir.
27. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. İş materiallarına əlavə edilmiş arxiv sənədlərinə əsasən Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mübahisələndirilən 88 saylı bağ sahəsi, ilk öncə. 0.25 ha ölçüdə keçmiş X20 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1981-ci il tarixli, 17732 nömrəli müqavilə əsasında X3 (iddiaçının atası) icarəyə verilm işdir.
29. X2 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 hektar hissəsi onun oğlu X5 adına keçirilmiş və bununla bağlı onunla X20 və İstismarı Birliyi arasında 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmış, daha sonra onun adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Konkret halda, 88a saylı bağ sahəsi məhkəmə araşdırmasının predmetini təşkil etmir, iddiaçı tərəfindən mübahisələndirilmir.
30. Hazırkı mübahisənin predmetin təşkil edən 0.25 ha ilkin ölçüyə malik bağ sahəsinin X2 88 saylı bağ sahəsi kimi öz adında qalan 0,12 ha hissəsi isə onun ölümündən sonra arvadı X13 (İddiaçı və adıçəkilən Elmar İbrahimovun anası) adına keçirilmiş və X20 və İstismarı Birliyi ilə aralarında xx.xx.2002-ci il tarixdə 17732 nömrəli icarə müqaviləsi bağlanmışdır.
31. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixi 1113 №-li arayışa əsasən X23 04 mart 2013-cü il tarixdə ölmüşdür.
32. Həmin bağ sahəsinin icarəçisi X23 vəfat etdikdən sonra notariusda vərəsəlik işi açılmış və xx.xx.2014-cü il tarixində notarius X35 tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən miras əmlak bağ sahəsinin 1/2 hissəsinin ölmüş Məsumə İbrahimovanın vərəsəsi (oğlu) X5 almalı olduğu təsbit olunmuş, digər ½ hissəsi isə açıq saxlanılmışdır.
33. Həmin vərəsəlik şəhadətnaməsi əsasında da cavabdeh orqan tərəfindən ½ hissədə X5 adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq, bu barədə ona ******* saylı çıxarış verilmişdir. Söz ügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv olunmamış, bu günədək qüvvəsindədir.
34. Beləliklə məhkəmə kollegiyası işin göstərilən hallarını hazırkı qərarın 22-ci bəndində qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından qiymətləndirərək hesab edir ki, hər hansı bir etibarnamə təqdim edilib-edilməməsindən asılı olmayaraq, istənilən halda, ölmüş şəxsin vərəsəsinin müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrinin daşıyıcısı olan cavabdeh orqan ölmüş şəxsin adına reyestrdə qeydiyyat aparmaqda və bu barədə çıxarışı vərəsəyə verməkdə haqlıdır.
35. Yuxarıda qeyd edilən vərəsəlik haqqında şəhadətnaməyə əsasən 88 saylı bağ sahəsinə dair 11 iyul 2013-cü il tarixdə ölmüş şəxsin (Məsumə İbrahimovanın) adına reyestrdə qeydiyyatın aparılması və bu barədə çıxarış v erilməsi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən vərəsənin müraciətinə əsasən həmin qeydiyyatın aparılması və çıxarış verilməsi onun qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz.
36. Cavabdeh inzibati orqan tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə dair X13 mülkiyyət hüququnun dövlət reyestrində 11 iyul 2013-cü il tarixdə qeydə alınması ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
37. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bak ı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2505/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.