Məhkəmə qərarları › İş №2-1(102)-567/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-567/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-567/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: X5, X7, X4) “order və sərəncamın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2022ci il tarixli, 2-1(103)-3478/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının protokolunun təsdiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının “1.20. "xxxx" MTK-nın üzvü X3 orderin verilməsinə Komissiyanın “Razılıq verilməsi”nə” dair xx.xx.2006-cı il tarixli 2B №-li protokolu təsdiq edilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının protokolunun təsdiq edilməsi ha qqında” xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən, ailə tərkibi 3 nəfərdən (özü, arvadı və oğlu) ibarət X3 Bakı şəhəri, S.Vəzirov küçəsi, ev 11 h, mənzil 10-a dair 23 mart 2006-cı il tarixli 010734 №-li order verilmişdir. 3. "xxxx" MTK üzvlərinin iclasının 56 saylı xx.xx.2015-ci il tarixli protokolundan çıxarışa əsasən, X5 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 11h ünvanda 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 158,0 kv. metr olan, 4 otaqlı 10 saylı mənzil və pay haqqı X1 adından İddiaçı adına keçirilmiş və o, kooperativə üzv qəbul edilmişdir.

4. X1 xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli № 010734 №-li orderə əs asən ona məxsus Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 11H, giriş 1, mərtəbə 3, 83.1 kv. m. 4 otaqlı, 10 №-li mənzilini İddiaçı satdığını, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 010734 №-li orderin ləğv edilməsini istədiyini bildirmiş və ünvan 2 ünvanında yerləşən 83.1 kv. metr, 4 (dörd) otaqlı mənzilin İddiaçı adına rəsmiləşdirilməsini, bütün hüquqmüəyyənedici sənədlərin onun adına verilməsini xahiş etmiş, ünvan 2 ünvanında yerləşən 83.1 kv. metr 4 (dörd) otaqlı mənzilə dair hər hansı iddia, etiraz və tələbinin olmadığını və həmin mənzilin İddiaçı məxsus olduğunu bildirmişdir.

5. X2 xx.xx.2015-ci il tarixdə notarial qaydada verdiyi ərizə əsasında "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 11h ünvanda 1 giriş, 3 mərtəbə, yaşayış sahəsi 158,0 kv. metr olan, 4 otaqlı 10 saylı mənzilə dair müqavilə bağlanmışdır.

6. Bundan sonra, MTK-nın əvvəlki üzvü X1 müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 57 saylı sərəncamına əsasən ailə tərkibi 3 nəfərdən (özü, arvadı və oğlu) ibarət X3 Bakı şəhəri, S.Vəzirov küçəsi, ev 11 h, mənzil 10-a dair 010734 №-li orderin “Dublikat”ı verilmiş, həmin dublikat və orderdə göstərilən ailə üzvlərinin razılıqlarına əsasən mənzil R.Tanrıverdiyevin adına özəlləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə sonuncunun adına qeydiyyat aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonra dan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli 10 saylı mənzilə dair R.Tanrıvedrdiyevin adına verilmiş orderin və orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı Sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 29.7.2021-ci il tarixli, 2-1(112)-3480/2021 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli order mülki hüquq subyektləri olan iki tərəf, yəni hüquqi və fiziki şəxs arasında yaranan xüsusi hüquq münasibətlərini rəsmiləşdirən sənəddir, yəni ümumi (publik) hüquq sahəsinə a id olan məsələni nizamlayan sənəd - inzibati akt deyildir. İddiaçı mübahisələndirilən xx.xx.2006-cı il tarixli orderin və xx.xx.2006-cı il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia ilə mübahisələndirdiyi order barədə, X6 tərəfindən həmin orderlə ona ayrılan mənzilin iddiaçıya satması səbəbi ilə ləğv edilməsinə dair notarial qaydada ərizə verdiyi və həmin ərizə əsasında "xxxx" MTK ilə qeyd edilən mənzilə dair müqavilə bağladığı gün məlumatlı olmuşdur. Beləliklə, iddiaçı mübahisələndirilən orderin məzmunundan ən geci xx.xx.2015-ci il tarixdə məlumatlı olsa da, həmin order və orderin verilməsinə əsas olan sərəncamın ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun mü ddət sonra, yəni xx.xx.2021ci il tarixdə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8.4.2022-ci il tarixli, 2-1(103)281/2022 nömrəli qərardadı ilə (hakimlər: A.Hüseyn – sədrlik edən və məruzəçi, S.Bəktaşi, A.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 29.7.2021-ci il tarixli, 2-1(112)-3480/2021 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, b irinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur. c. Birinci instansiya məhkəməsində ikinci icraat

8. Bakı İnzibati Məhkəməsinin 2.9.2022-ci il tarixli, 2-1(112)-8773/2022 nömrəli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil.

10. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üç ün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamdan müvafiq olaraq rəsmi qaydada məlumatı olduğu 2018-ci ildən 3 il, həmin sərəncamın qəbul olunduğu vaxtdan isə 15 il keçdikdən sonra, yəni 2021-ci ildə məhkəməyə müraciət etmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə işin birinci instansiya məhkəməsinə geri qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-3478/2022 nömrəli qərardadı ilə (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, X.Cəmilova, A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2.9.2022-ci il tarixli, 2-1(112)-8773/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və şikayətə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd edir ki, onun işi illərlə mülki məhkəmə icraatı instansiyasında qalmış və iddiaçı yekun qərarı gözləmişdir. Həmin hal üzrlü hesab olunmalı, onun xeyrinə hesablanmalı və müddətin ötürülməsi kimi qiymətləndirilməməli idi.

16. İddiaçı eyni zamanda qeyd e dir ki, işin materiallarında mübahisə edilən orderin ona təqdim olunması və ya sərəncamdan xəbərdar olmasını təsdiq edən heç bir sübut yoxdur. Bu səbəbdən müddət ötürülmüş hesab edilə bilməz.

17. İddiaçı həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi subyektivlik məsələsini araşdırarkən mübahisəli sərəncamın 2006-ci ildə qəbul olunduğunu qeyd edərək 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunmalı olduğunu qeyd etmişdir. Lakin unutmuşdur ki, iddiaçıya mübahisəli mənzil 2015-ci ildə satılmışdır. Mənzilin özəlləşdirilməsi barədə mülki icraat qaydasında məhkəmədə 2018-ci ildə iddia qaldırılmışdır. Bir neçə il məhkəmə mübahisəsi davam etdikdən sonra yuxarı məhkəmə orqanlarının müvafiq qərarları ilə işə inzibati icraatda baxılmalı olduğu müəyyən edilmişdir. Həmin döv rdə isə xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi mövcud idi və onun müddəaları da tətbiq edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, na tamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə d air özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. O na görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 23. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

24. Beləliklə, tələb inzibati akta qarşı yönəldikdə, bu, inzibati i craatla bağlı sual doğurmur və həmin inzibati akta qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi), yaxud tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. 25. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

26. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.

27. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı və o, qanunsuz sayılsaydı (məsələn, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulan əsaslara görə), onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı.

28. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsin ə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir.

29. Hazırkı işdə, iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edir. Bu tələbin əsasları isə, hazırkı inzibati məhkəmə icraatında həm for mal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır.

30. İşin materiallarından da göründüyü kimi, iddiaçı cavabdehə müraciət edərək 23 mart 2006-cı il tarixli 010734 №-li orderin ləğv edilməsi və orderin dublikatının etibarsız hesab edilməsi barədə müvafiq rəsmiləşdirmənin aparılmasını xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin 9.12.2020-ci il tarixli, M-24 №-li cavab məktubunda orderin məhkəmə qaydasında etibarsız hesab edilməsinin mümkünlüyü bildirilmişdir (İİ cild, iş v.55).

31. Beləliklə, məhkəmə iddiaçının cavabdehə müraciətinin məzmununu, həmçinin iddiaçının iddia ərizəsinin, iş materiallarında olan izahat və şikayətlərinin (o cümlədən, digər icraatlar üzrə qəbul edilmiş və hazırkı işə əlavə edilmiş məhkəmə aktların da təsvir edilən) ifadə tərzini, buradan, iddiaçının, əslində hansı hüquqi nəticəyə nail olmaq arzusunda olduğunu dəqiq müəyyən etməli, iddiaçıya yardım etməklə onun iddia tələbinin məzmununu məhz arzuladığı nəticəyə uyğunlaşdırılmasının təmin etməli idi.

32. Məhkəmələr nəzərə almalı idilər ki, iddiaçı cavabdehə müraciətində, yuxarıda qeyd olunduğu kimi, digər tələblə yanaşı, həm də orderin dublikatının etibarsız hesab edilməsi barədə müvafiq rəsmiləşdirmənin aparılmasını xahiş etmiş, müraciətinin təmin olunmasından imtina edildikdən sonra isə hazırkı məzmunda tələblə məhkəməyə müraciət etmiş, lakin orderin dublikatının hüquqi taleyi ilə bağlı tələbini ərizəsində göstərməmişdir. Halbuki, mübahisəli mənzil sahəsinin üçüncü şəxsin adına özəlləşdirilməsinin əsası kimi (daşınmaz əmlakın reye strini aparan orqanın məlumatına əsasən) cavabdehin faktiki xarakterli fəaliyyətinin nəticəsi olaraq verilmiş “orderin dublikatı” çıxış etmişdir.

33. İddiaçı tələbini fərqli məzmunda göstərsə də, o, hər bir halda, cavabdehin (özəlləşdirmənin əsası kimi çıxış edən orderə və ya onun dublikatına münasibətdə) faktiki xarakterli fəaliyyətinin nəticəsindən müdafiə olunmaq istəyir.

34. Bu zaman, həm də nəzərə alınmalıdır ki, orderin dublikatı üçüncü şəxsin kooperativdə üzvlüyünə xitam verildikdən və onun payı iddiaçıya satıldıqdan sonra verilmişdir.

35. Beləliklə, iddiaçının cavabdehə müraciətinin, iddia ərizəsinin, izahat və şikayətlərinin ifadə tərzinə uyğun olaraq arzuladığı nəticə nəzərə alındıqda, üçüncü şəxsin müraciəti üzrə cavabdehin hər hansı inzibati araşdırma aparılmadan (üçüncü şəxsin kooperativin üzvü və kooperativdəki payın mülkiyyətçisi kimi qalıb-qalmadığını müəyyən etmədən) orderin dublikatının verilməsində ifadə olunan faktiki xarakterli hərəkəti (fəaliyyəti) araşdırma predmeti ola bilər. Məhz bu mənada, məhkəmə hazırkı mübahisə üzrə uyğun müdafiə üsulu seçməkdə iddiaçıya yardım etməli idi.

36. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı əvvəlki qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə qeyd edir ki, işin hallarının araşdırılması, proses iştirakçılarına yardım edilməsi iddianın mümkünlüyünə də aiddir. Qeyd olunanlar məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

37. Beləliklə, İPM-in 12.1, 13, 35.1, 82-ci maddələrinin tələbləri pozulduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərini n təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)3478/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar