Məhkəmə qərarları › İş №2-1(102)-568/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-568/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-568/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz: ailə başçısını itirməyə görə pensiyanın “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun olaraq mərhum ərinin vəzifə maaşının 15 % miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi nəzərə alınmaqla hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Mü slüm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiаçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın 01.05.2012-ci ildən yenidən hesablanaraq yaranmış məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Iddiaçı **.**.1975-ci ildə X ilə nikaha daxil olmuş, nikahdan sonra arvada “X ” soyadı verilmişdir. Iddiaçı 12.04.1976-21.06.1982-ci illərdə X Məhkəməsinin, 21.06.1982-ci ildən 04.07.1987-ci ilədək X Məhkəməsinin hakimi (sədri), 04.07.1987-ci ildən 29.08.1990-cı ilədək X Məhkəməsinin üzvü olmuş, 14 mart 2012-ci ildə vəfat etmişdir. İddiaçı 01.05.2012-ci ildən etibarən DSMF-nin Nərimanov rayon şöbəsindən ailə başçısını itirməyə görə pensiya alır. İddiaçı ailə başçısını itirdiyinə görə aldığı pensiyanının məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə 08.10.2010cu ildə edilmiş əlavəyə uyğun olaraq mərhum ərinin vəzifə maaşının 15 % miqdarında vergilərdən azad olunan aylıq pul təminatının, məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış məbləğin birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 12 sentyabr 2018-ci il tarxili ***** nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının 05.09.2018-ci il tarixli ərizəsi DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən araşdırılmış, cavab olaraq bildirilmişdir ki, ona “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 01.05.2012-ci ildən Fondun Nərimanov rayon şöbəsindən ailə başçısını itirən kimi əmək pensiyası ödənilir. Ərizədə hazırda hakimlərə verilən müalicə pulunun və məzuniyyət haqqına görə əlavələrin ailə başçısı itirməyə görə pensiyanın hesablanmasına şamil edilməsini xahiş etmişdir. “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikl ər edilməsi barədə” 08.10.2010-cu il tarixli 1092111 QD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 %-i miqdarında aylıq pul təminatı verilir və həmin Qanun 01.11.2010-cu ildən qüvvəyə minmişdir. Mərhum əri Iddiaçı 1976-cı ildən 1982-ci ilədək X və 1982-ci ildən 1987-ci ilədək X rayon Məhkəməsində hakim (sədr) vəzifəsində işləmiş və o, həmin dövrdə qeyd edilən 15 % əlavəni, həmçinin müalicə pulun almamışdır. Odur ki, qeyd olunan 15 % əlavə və müalicə pulunu hakimlər aldıqları halda onların pensiyalarının hesablanmasında nəzərə alınır. Bundan sonra iddiaçı X cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona t əyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” 08 oktyabr 2010-cu il tarixli, 1092-111QD saylı Qanunla birinci instansiya məhkəmələrinin sədri vəzifə maaşlarının 15 % miqdarında aylıq pul təminatı ödənilməsini nəzərə alınmasının cavabdeh DSMFnin Nərimanov rayon şöbəsinə həvalə edilməsi, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 08 oktyabr 2010-cu il tarixli, 1092- 111QD saylı Qanunu nəzərə alaraq, hesablanmış pensiya üzrə əlavə məbləğin birdəfəlik qaydada ona ödənilməsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla ə saslandırılmışdır ki, iddiaçının əri Iddiaçı 2011-ci ildə DSMF-nin Nəsimi rayon şöbəsində ll qrup əlil olması ilə əlaqədar pensiya təyin edilmiş, 2012-ci ildə vəfat etmişdir. İddiaçı yoldaşının vəfatından sonra onun aldığı təqaüdün 80%-ni bu günə qədər alır. İddiaçı hesab edir ki, ona pensiya düzgün hesablanmayıb. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ailə başçısını itirdiyinə görə aldığı pensiyasının məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə 08.10.2010-cu ildə edilmiş əlavəyə uyğun olaraq mərhum ərinin vəzifə maaşının 15 % miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi nəzərə alınmaqla, pensiyasının 01.05.2012-ci ildən yenidən hesablanaraq yaranmış məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-268/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-268/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlan ılmışdır. Məhkəmə hesab etmişdir ki, əsasən iddiaçının tələb etdiyi artımlar iddiaçının mərhum əri həmin vəzifədən çıxdıqdan sonrakı müddətdə qəbul edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə əsasən iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə, iddiaçıya münasibətdə qüvvəsi geriyə şamil edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı “əmək haqqının sonrakı artımı” kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Ə mək Məcəlləsinin 154-cü maddəsinin I hissəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, Əmək Məcəlləsi hakimlərə şamil edilmir. Bundan əlavə, iddiaçının mərhum həyat yoldaşı tələb olunan müavinət və pul təminatını almamışdır. Kassator İPM-nin 96-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegi yası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, Iddiaçı**.**.1975-ci ildə X ilə nikaha daxil olmuş, nikahdan sonra arvada “X ” soyadı verilmişdir. Iddiaçı 12.04.1976-21.06.1982-ci illərdə X Məhkəməsinin, 21.06.1982ci ildən 04.07.1987-ci ilədk X Məhkəməsinin hakimi (sədri), 04.07.1987-ci ildən 29.08.1990-cı ilədək X Məhkəməsinin üzvü olmuş, 14 mart 2012-ci ildə vəfat etmişdir. İddiaçı 01.05.2012-ci ildən etibarən DSMF-nin Nərimanov rayon şöbəsindən ailə başçısını itirməyə görə pensiya alır. İddiaçının tələbi ailə başçısını itirdiyinə görə aldığı pensiyasının məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə 08.10.2010-cu ildə edilmiş əlavəyə uyğun olaraq mərhum ərinin vəzifə maaşının 15 % miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi nəzərə alınmaqla, pensiyasının 01.05.2012-ci ildən yenidən hesablanmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hall arda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələb etdiyi artımlar iddiaçının mərhum əri həmin vəzifədən çıxdıqdan sonrakı müddətdə qəbul edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinə əsasən iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə, iddiaçıya münasibətdə qüvvəsi geriyə şamil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya b u yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanuna 08 oktyabr 2010-cu il tarixli düzəliş edildikdən son ra 107-ci maddə yeni redaksiyada verilmiş və onun 2-ci bəndi ilə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı verilməsi nəzərdə tutulmuşdur. Göstərilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq maddələri-nin şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il və 18 iyul 2008-ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hak imlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlan-dır-ma hüququna malikdirlər. Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbl əğdə pensiya verilməsinə təminat verilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişd ir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar