Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-568/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-568/2022) (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.04.2022 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X14 qızı və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti) “torpağa mülkiyyət hüququnun qeydə alınması” təl əbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(103)2111/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (şəxsiyyət vəsiqəsinin nömrəsi - AA*******, FİN kodu - xxxxxxx, doğum tarixi - xx xxxxxx 1956-ci il) ünvan 1 ünvanında qeydiyyatdadır. 2. ünvan 2ğı 21 dekabr 2010-cu il tarixli qətnaməsi ilə X16 1 yanvar 1935-ci il tarixdə ölümünün qeyd edilmə faktı və X13 isə 1 yanvar 1953-cü il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilərək, ünvan 8 mülkün 1 iyul 1931-ci il tarixdə dövlət balansına keçməsinə dair aktın etibarsız hesab edilməsi və həmin mülkün əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olara q X11, X8, X9, X29 və X7 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması və bu barədə müvafiq qeydiyyatın aparılması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı 0354056, 0354057, 0354058, 0354059, ******* №li çıxarışlar ilə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi müvafiq olaraq X2, X5, X20, X7 və X3 adlarına xüsusi mülkiyyət kimi 31 mart 2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində 259 №-li reyestr kitabında, 24033 №-li vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlardan göründüyü kimi, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2015-ci il tarixli, 2(103)-28/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və X14 qızının iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evə onların mirası qəbul etmələri faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə X14 qızının pay hüquqları müəyyən edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışı ilə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə X1 adına xüsusi mülkiyyət kimi 1 fevral 2019-cu il tarixdə v ə 2/3 hissədə isə İddiaçı Məmmədli qızının adına xüsusi mülkiyyət kimi 4 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabında, 24033 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışdan göründüyü kimi, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır.
6. İddiaçının müraciəti iş materiallarında mövcud deyil. Cavabdehin imtina məktubuna əsasən müəyyən edilir ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi ünvanında yerləşən 34/36 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi sənədləşdirilməsini xahiş etmişdir.
7. Cavabdeh 4 may 2020-ci il tarixli məktubla müraciətin təmin olunması ndan imtina edərək bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Həmçinin fərdi yaşayış evinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 2020-ci il 5 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 4 may 2020-ci il tarixli, **** ******56 saylı torpağa mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinə dair məktubunun əsassız hesab edilməsini, ünvan 4 ünvandakı (keçmiş Muxtadır küçəsi) mülkün - 450 kv. metrlik torpaq sahəsinin 2/3 hissəsinə mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 5 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 kv. metr torpaq sahəsinə X2, X5, X3, X20 və X6 mülkiyyət hüquqlarının qeydə alınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-1071/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 6 ünvan da yerləşən fərdi yaşayış evinin (keçmiş Muxtadır) 2\3 hissəsi onun mülkiyyətinə vərəsəlik hüququ ilə keçmişdir. Mülk 1931-ci ilə kimi yaxın qohumlarının şəxsi mülkü olmuş, həmin il qanunsuz olaraq dövlət hesabına keçirilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli, 2(004)-4889/10 saylı qətnaməsi ilə S.Rüstəmov küçəsi (34-36) 34\36 saylı mülkün (keçmiş Muxtadır) 1931-ci ildə dövlət balansına keçirilməsinə dair aktı etibarsız hesab edilmiş və mülkün hüquqi vəziyyəti ilkin qeydiyyatdan keçən tarixə qaytarılmışdır. Əvvəlki məhkəmə araşdırmaları zamanı əldə edilmiş sənədlərlə təsdiq olunmuşdur ki, sözügedən mülk 450 kv. metrlik torpaq sahəsi və 335 kv. metrlik tikilidən ibarət olmuşdur. Mövcud olan plan-ölçü ilə də təsdiq olunmuşdur ki, sözügedən mülk bir yox 8 yaşa yış otağından və 10 qeyri-yaşayış sahəsindən ibarət olmuşdur. Uzun illər məhkəmə çəkişməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından sonra 4 iyul 2019-cu il tarixdə mülkün 2\3 hissəsinə iddiaçının hüququ tanınaraq cavabdeh tərəfindən qeydə alınmaqla ona 24033 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrindən verilmiş olduğu RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən 34\36 saylı evin 1\3 hissəsi isə bacısı X14 qızının xüsusi mülkiyyətindədir. Yasamal rayonu, S.Rüstəmov küçəsi 34\36 saylı fərdi yaşayış mülkünün 2\3 hissəsinə mülkiyyət hüququ tanınsa da qanuni istifadədə olan mülkün altındakı 450 kv. metr torpaq sahəsinin 2\3 hissəsinə isə mülkiyyət hüququ qeydə alınmamışdır. İddiaçı cavabdehə müraciət etsə də, cavabdehin ona ü nvanladığı məktubda hüquqlarının qeydiyyatından imtina etmişdir. Cavabdehin imtinası tamamilə əsassızdır.
12. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər.
13. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2-1(112)-1071/2021 nömrəli qərardadı ilə X14 qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1071/2021 nömrəli qərardadı ilə Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1071/2021 nömrəli qərarı (hakim: X10) ilə iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən daşın maz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İddiaçı tərəfindən mübahisəli torpağın onun mülkiyyətinə verilməsinə əsas kimi istinad etdiyi məhkəmə qətnamələri ilə isə torpağın deyil, yalnız ünvan 8 ünvanda yerləşən mülkün ilkin hüquqi qeydiyyatının bərpa olunması qət edilmişdir. Həmçinin ünvan 8 ünvanda yerləşən mülkün X11, X8, X9, X29 və X7 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması və bu barədə müvafiq qeydiyyatın aparılması cavabdeh tərəfindən icra olunaraq, həmin fərdi yaşayış evi müvafiq olaraq X2, X5, X20, X7 və X3 adlarına xüsusi mülkiyyət kimi 31 mart 2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınarkən, qeydiyyata alınmış daşınmaz əmlakın al tındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmış, həmin qeyd mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmiş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsi ndəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(103)-2111/2021 nömrəli qərardadı (hakimlər: X33 (sədrlik edən və məruzəçi) X4 və X19) ilə Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının X8, X11, X9, X29 və X12 adından onların mülkiyyət hüquqlarının qeydə alınması barədə iddia irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2015-ci il tarixli qətnaməsi ilə yalnız Bakı şəhəri, Muxtadır (Səid Rüstəmov) küçəsi, 34/36 saylı evə dair İddiaçı mirası qəbul etmələri faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə İddiaçı pay hüququ m üəyyən edilmiş, mülkün altındakı torpaq sahəsinə dair isə iddiaçının hər hansı vərəsəlik qaydasında və s. formada hüququnun olması müəyyən edilməmişdir. İddiaçının adıçəkilən şəxslərin mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, yəni iddiaçının ünvan 5 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 kv. metr torpaq sahəsi üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sübut aşkarlanmamışdır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə X1 adına xüsusi mülkiyyət kimi 1 fevral 2019-cu il tarixdə və 2/3 hissədə isə iddiaçının adına xüsusi mülkiyyət kimi 4 iyul 2019-cu il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində 259 №-li reyestr kitabında 24033 №-li vərəqində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışdan göründüyü kimi, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır. İddiaçı ona məxsus olan fərdi yaşayış evi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə arasında Mülki Məcəlləyə əsasən 20 noyabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlamış və mənzilin dəyəri tələb-təklif əsasında formalaşmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (satıcı) İddiaçı S.Rüstəmov küçəsi, 34 saylı ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı ko mpensasiyaya (177.250 manat) görə alıcı Yasamal Rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmiş, fərdi yaşayış evini Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. İddiaçı tərəfindən alğı-satqı müqaviləsi və orada göstərilən məbləğ mübahisələndirilməmişdir. Müqavilə bağlandığı andan qüvvəsini almış, müddəaları tərəflər üçün məcburi olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur.
20. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərə k qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində qeyd edilmişdir ki, 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyani sahə, fərdi, mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətlərinə keçirilmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququ üzrə ona vərəsəlik qaydasında məxsus olan evin yerləşdiyi torpaq sahəsi üzərində də mülkiyyət hüququnu həmin normaya əsasən əldə etmişdir. “X22” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, k ollektiv və kooperativ bağlarının, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydaya əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin şərhinə əsasən torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Torpağa mülkiyyət hüququnun reyestri Qanun tələbinə əsasən cavabdehə həvalə edildiyindən və iddiaçıya məxsus olan evin arxiv sənədləri cavabdehdə saxlandığından bütün məsuliyyət cavabdehin xidmətçi idarə olaraq üzərindədir. Digər tərəfdən cavabdeh tərəfindən qonşuluqda olan fərdi yaşayış evlər inə dair torpağa mülkiyyət hüququnu təsdiq edən çıxarışın verməsini, lakin iddiaçıya imtina edilməsi ayrı seçkiliyə yol verildiyi iş materialları ilə sübut edilir. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. Üçüncü şəxs Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı 0354056, 0354057, 0354058, 0354059, ******* №li çıxarışlardan müəyyən olunur ki, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır. İş materiallarında olan məhkəmə qətnamələri ilə isə torpağın deyil, yalnız ünvan 8 ünvanda yerləşən mülkün ilkin hüquqi qeydiyyatının bərpa olunması qət edilmişdir. B undan əlavə, ünvan 8 ünvanda yerləşən mülkün X11, X8, X9, X29 və X7 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qayıtması və bu barədə müvafiq qeydiyyatın aparılması DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən icra olunaraq həmin fərdi yaşayış evi müvafiq olaraq X2, X5, X20, X7 və X3 adlarına xüsusi mülkiyyət kimi 31 mart 2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınarkən, qeydiyyata alınmış daşınmaz əmlakın altındakı torpaq dövlət mülkiyyəti olmaqla, mülkiyyətçilərin istifadə hüququ üzrə qeydə alınmışdır. Daha sonra, məhkəmə qətnaməsi əsasında sözügedən evin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə X14 qızının pay hüquqları müəyyən edilmişdir. Həmin qeyd mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Göründüyü kimi, torpaq sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlərin olmaması və fərdi yaşayış evinin artıq iddiaçının və Tağıyeva Solmazın mülkiyyətində olarkən əvvəlki mülkiyyətçilərin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hazırkı mülkiyyətçinin (yəni iddiaçının) iddia qaldırmaq üzrə subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən, Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddianın mümkün saymamasına dair mövqeyi tam əsaslıdır.
23. Cavabdeh və üçüncü şəxs X14 qızı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsas lılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştir akçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3cü bənd).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsində n imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və ş ikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qa ydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
31. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olubolmamasını özündə ehtiva edir.
32. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa mal ik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.
33. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır.
34. Hazırkı iş üzrə iddiaçı da iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamışdır.
35. İşin hallarına görə iddiaçı məhkəmədən ünvan 5 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 k v. metr torpaq sahəsinə X2, X5, X3, X20 və X6 mülkiyyət hüquqlarının qeydə alınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir.
36. İddiaçı X8, X11, X9, X29 və X6 adından onların mülkiyyət hüquqlarının qeydə alınması barədə iddia irəli sürmək üçün subyektiv hüququ mövcud deyil.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2015-ci il tarixli qətnaməsi ilə yalnız Bakı şəhəri Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evə dair İddiaçı mirası qəbul etmələri faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə İddiaçı pay hüququ müəyyən edilmiş, mülkün altındakı torpaq sahəsinə dair isə iddiaçının hər hansı vərəsəlik qaydasında və s. formada hüququnun olması müəyyən edilmir.
38. İddiaçının adıçəkilən şəxslərin mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, yəni iddiaçının ünvan 5 ünvanındakı mülkün (keçmiş Muxtadır) 450 kv. metr torpaq sahəsi üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sübut aşkarlanmır.
39. Həmçinin iddiaçı ona məxsus olan fərdi yaşayış evi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə arasında Mülki Məcəlləyə əsasən 20 noyabr 2018-ci il tarixli alqısatqı müqaviləsi bağlamış və mənzilin dəyəri tələb-təklif əsasında formalaşmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (satıcı) İddiaçı S.Rüstəmov küçəsi, 34 saylı ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya (177250 (yüz yetmiş yeddi min iki yüz əlli) manat) görə alıcı Yasamal Rayon İcra Hakimiyyətinin xeyrinə imtina et miş, fərdi yaşayış evini Yasamal Rayon İcra Hakimiyyətinə satmışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi və orada göstərilən məbləğ mübahisələndirilməmişdir. Müqavilə bağlandığı andan qüvvəsini almış, müddəaları tərəflər üçün məcburi olmuşdur.
40. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 21(103)-2111/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsı