Məhkəmə qərarları › İş №2-1(102)-568/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-568/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-568/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “VEMTAS-a daxil edilmiş məlumatların dəyişdirilməsi, ünvanlı sosial yardımın verilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvanlı sosial yardım verilməsi məqsədilə Azərbaycan Respublikası Cavabdeh2 yanında Sumqayıt şəhər şöbəsinin VEMTAS-a ailənin ümumi gəliri və mobil telefon xərcləri barədə daxil edilmiş məlumatların dəyişdirilməsi, ona və ailə üzvlərinə hər ay çatacaq ünvanlı sosial yardım məbləğinin 1003 manat məbləğində müəyyən edilməsi, 2018-ci ilin may ayından ünvanlı sosial yardımın verilməmiş 3245,16 manat hissəsinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 2018ci ilin may ayından dekabr ayınadək ödənilməmiş 4326,88 manat ünvanlı sosial yardımın ona və ailə üzvlərinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 2019-cu ilin yanvar ayından etibarən ünvanlı sosial yardımın məbləğinin hər ay 1276 manat müəyyən edilərək ona və ailə üzvlərinə ödənilməsi öhdəliyinibn cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-211/2019 saylı, 28 yanvar 2019cu il tarixli qərardadı ilə ərizə i craata qəbul edilmişdir.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-211/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarına əsasən iddia tələbi rədd edilmişdir.

5. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(85)-211/2019 saylı, 04 aprel 2019- cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)416/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-211/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. İşə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində yenidən baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvanlı sosial yardım verilməsi məqsədi ilə Azərbaycan Respublikası Cavabdeh2 üzərinə VEMTAS-a ailə üzvlərinin ümumi gəliri və mobil telefon xərcləri barədə daxil edilmiş məlumatların dəyişdirilməsi, ona və ailə üzvlərinə hər ay çatacaq ünvanlı sosial yardım məbləğinin 1003 manat məbləğində müəyyən edilməsi, 2018-ci ilin may ayından ünvanlı sosial yardımın verilməmiş 3245,16 manat hissəsinin ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2002/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 ilə əvəz edil mişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-386/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadına əsasən inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-386/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 21(118)- 386/2020 saylı, 25 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq, apellyasiya şikayəti təmin edilməmişdir.

12. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)151/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5401/2021 nömrəli, 6 iyul 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5401/2021 nömrəli, 6 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. İddiaçı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

18. İddiaçı kassasiya şikayətini prosessual müddətin buraxılması ilə təqdim etmiş və bu barədə prosessua l müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

19. Ərizədə kassasiyaçı apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qərarını almadığını və qanunvericilikdə nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmədiyini qeyd etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət prose s iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbu lundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı iddiaçı tərəfindən 6 may 2022-ci il tarixdə qəbul edilmiş və bu barədə qəbz işə əlavə edilmişdir. (iş cild 2. səh. 78)

23. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayət inin verilməsi müddəti (qərar təqdim olunduğu gündən 1 (bir) ay müddətində) barədə qeyd edilməsinə baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayəti təqdim edilərkən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Bu səbəbdən, hazırda təqdim olunmuş prosessual müddətin bərpası barədə ərizə əsassızdır və formal xarakter daşıyır.

24. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

25. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üzürsüz səbəbdən müddəti buraxmış, müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir mötəbər sübut təqdim etməmiş və bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və kassasiya şikayəti mümkün sayılmam alıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə rədd edilsin. Kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar