Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-568/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya icraatının mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətə vəkilin orderinin əlavə edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İd arəsinə qarşı cavabdehin üzərinə üçüncü şəxs X1 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-665/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə üçüncü şəxs X1 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 mənzildən qeydiyyatdan çıxarılması öh dəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1552/2023 saylı, 15 may 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilmiş, X3, X8 və X5 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 13 mənzil 37 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
3. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüquqları olmadığından iddiaçının tələbi əsaslı olmuşdur.
4. Üçüncü şəxs apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
5. Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-665/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X4 və X2) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1552/2023 saylı, 15 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. Üçüncü şəxsin kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
9. Bununla əlaqədar ve rilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 26 yanvar 2024-cü il tarixinə təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Bu Qərarın 10-11-ci bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
13. Üçüncü şəxsin şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən, bu barədə, ona müvafiq məhkəmə bildirişi göndərilməklə yuxarıda qeyd olunan çatışmazlığın aradan qaldırılması, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi təklif olunsa da, həmin çatışmazlıqlar aradan qaldırılmamışdır.
14. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda üçüncü şəxsin şikayəti üzrə kassasiya mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(105)-665/2023 nömrəli qərarından üçüncü şəxsin tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.