Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-569/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddianın əsassızlığına görə iddianın mümkün sayılmaması, iddiaçının subyektiv hüququnun olmaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X14, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı üçüncü şəxslər X11 və X4 (bundan sonra üçüncü şəxslər) qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2825/2019 saylı, 3 dekabr 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: ünvan 1 ünvandakı mənzil 1 avqust 2018-ci il tarixdə verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. İddiaçı cavabdehə müraciət edərək üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh 15 avqust 2019-cu il tarixli məktubu ilə üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi barədə məhkəmədə vəsatət qaldırılmasını təklif etmiş, bundan sonra iddiaçı cavabdehə qarşı 22 avqust 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvandakı mənzilindən qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X12 həyat yoldaşı X5 vəfat etdikdən sonra qaynatası X1 və qaynanası X6 qarşı “mülk və əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddia ərizəsində göstərilən və ona məxsus cehiz və qızıl-zinət əşyalarının, mülk (mənzil), əmlak və paltarların, həmin əmlaklar mövcud olmadıqda onların dəyərinin və 19.000 ABŞ dolları və 106.260 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin 9 aprel 2018-ci ildə X12, X2 və X11 “Barışıq sazişi” imzalamış və məhkəmə icla sında təqdim edilərək, Azərbaycan Respublikası MPM-in 191, 261, 262-ci maddələrinin məzmunun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları “Barışıq sazişi”nin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. X2 və X11 öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirərək X7 və nəvələrini evlə təmin etmələrinə baxmayaraq X12 məhkəmənin qərardadı ilə təsdiq olunmuş “Barışıq sazişi” ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, İddiaçı ünvan 2 ünvanda şəxsi mülkiyyətində olan mənzilindən uşaqları ilə birlikdə qeydiyyatdan çıxmamış və qeydiyyatdan çıxmaqdan da imtina edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışd ır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2825/2019 saylı 3 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmayaraq 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 25 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv, iddianın mümkün sayılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxslərlə aralarında təsdiq edilmiş barışıq sazişinə və barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadına əsasən üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildən imtina etmişlər. Bundan sonra üçüncü şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi üçün əlavə məhkəmə qətnaməsi alınmasına zərurət qalmır. Barışıq sazişinə əsasən üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququ itirilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Apellyasiya məhkəməsi hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X4, X10 və X8 yaşayış sahəsindən çıxarıldıqdan və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdən sonra Cavabdeh tərəfindən yuxarıda göstərilən mənzildən qeydiyyatdan çıxarıla bilər. Məhkəmənin bu qənaəti barışıq sazişinin ruhuna ziddir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının icl asında şikayətin dəlillərini müdafiə edərək apelyasiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-c ü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. İddiaçı üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmiş, cavabdeh imtinasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək iddiaçıya üçüncü şəxslərin mənzildə olan istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1)Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 9-cu maddəsində şəxsin y aşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməs i əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. İddiaçı üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını üçüncü şəxslərlə imzalanmış barışıq sazişinə və həmin sazişin təsdiq edilməsi barədə Bakı şəhəri Səbail rayon Məhkə məsinin 5 aprel 2018-ci il tarixli qərardadına istinad etmişdir. Şəxsin qeydiyyatdan çıxarılmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, hazırkı vəziyyətdə həmin halların hər hansı biri mövcud olmasa belə, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində şəxsin yaşayış yerinə anlayış verilmiş və üçüncü şəxsin yaşayış yerinin Qanunun bu müddəasının təsir dairəsinə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzi ldə əmlak hüququ olubolmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Üçüncü şəxsin iddiaçının (sabiq) ailə üzvü olması və mənzildə əmlak hüququ, o cümlədən istifadə hüququ əldə etməsi də müəyyən edilməmişdir. Həmçinin işdə olan sənədlərlə üçüncü şəxsin mənzildə yaşadığı da araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə hər hansı əmlak hüququ olması ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. İddiaçı ilə üçüncü şəxslər arasında əvvəllər və hazırda hər hansı ailə bağlarının olması, üçüncü şəxsin iddiaçılara məxsus mənzildə istifadə hüququnun olub-olmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatlar ı, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hə rtərəfli qiymətləndirməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər tərəfin mə hkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamış, lakin iddianı mümkün saymamasının nədə ifadə edilməsini, iddianın mümkün sayılmamasına əsas olan halları qərardadında əsaslandırmamışdır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidi r. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2825/2019 saylı, 3 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-569/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-569/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver