Məhkəmə qərarları › İş №2-1(102)-569/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-569/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-569/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-455/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus PT-İ seriyalı ******* nömrəli, 29 yanvar 1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər 88 nömrəli texniki məktəbdə təhsil almış; - xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər heyvandarlıq sovxozunda fəhlə işləmiş; - xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixə qədər Azərbaycan SSR SənayeTikinti Nazirliyinin 8 nömrəli trestinin 85 saylı Təmir-Tikinti İdarəsində 4-cü dərəcəli suvaqçı (xx.xx.1983-cü il tarixli 98-c nömrəli, xx.xx.1989-cu il tarixli 101-c nömrəli əmrlər) işləmiş; - xx.xx.1989-cu il tarixdən 85-saylı Təmir-Tikinti İdarəsindən köçürülməklə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Fondunun Əsaslı Təmir-Tikinti Trestinin 2 saylı TəmirTikinti İdarəsinə suvaqçı təyin edilmiş (xx.xx.1989-cu il tarixli 6 nömrəli əmr); - xx.xx.1992-ci il tarixdə tikinti ustası vəzifəsinə keçirilmiş (xx.xx.1992-ci il tarixli 51 nömrəli əmr); - xx.xx.1992-ci il t arixdə iş icraçısı vəzifəsinə keçirilmiş (xx.xx.1992-ci il tarixli 72 nömrəli əmr), xx.xx.1993-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş (xx.xx.1993-cü il 70 nömrəli əmr); - xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Azərbaycan Korlar Cəmiyyətinin Tikinti İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində baş mühəndis işləmiş (xx.xx.1993-cü il tarixli 4/д p.1 saylı, xx.xx.1994-cü il tarixli 7/Kп.4. saylı əmrlər); - xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək 5 saylı İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində rəis işləmiş (xx.xx.1994-cü il 7/Kп.4. saylı, 7/k p.1. saylı əmrlər); - xx.xx.1996-cı il tarixindən 29 dekabr 2005-ci il tarixədək 5 saylı İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində iş icraçısı işləmişdir (xx.xx.1996-cı il 12 П.9 saylı, 20 p.8 saylı əmrlər).

3. İddiaçı ilk dəfə 17 may 2019-cu il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdeh 22 dekabr 2020-ci il tarixli, **********0 nömrəli məktub ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim edilən 29 yanvar 1981-ci il tarixli PT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “Azərbaycan Korlar Cəmiyyəti”nin 5 saylı Təmir Tikinti İdarəsində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin idarənin xx.xx.1996-cı il və sonrakı illərinə dair sənədlərin saxlanılmadığı və arxivə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də onu n əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən (24 il 1 ay 23 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 8 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşından, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Ona məxsus əmək kitabçası əsasında xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamaqla (xx.xx.1978-xx.xx.1980-cı illərdə Sovet ordusunda həqiqi hərbi xidmət dövrü daxil - “Əmək pensiyaları haqqında” AR Qanunun 21.2.11. maddəsi) müxtəlif peşələrdə xx.xx.2015-ci ilədək işləmişdir. Bu müddətin xx.xx.2006-cı ilədək olan dövrü ərzində ümumi iş stajı 25 ildən çoxdur ki, bu stajın da 12 il 6 ayından çoxunu güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə (siyahısında) - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmuş — suvaqçı (2290100a-19727 şifrə), usta (2290000b — 23419 şifrə), iş icraçısı (2290000b - 24441 şifrə) peşələrində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır ki, onun əmək kitabçası əsasında xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 ildən çoxdur və bu müddətin 12 il 6 aydan çoxunu da güzəştli şərtlərlə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuş peşələrdə çalışmışdır. Cavabdeh heç bir qanuni əsas olmadan ona pensiya təminatından imtina etmişdir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

8. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Tikinti-İstehsalat Birliyinin xx. xx.2021-ci il tarixli, 245 nömrəli arayışına əsasən iddiaçı həqiqətən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Tikinti-İstehsalat Birliyində xx.xx.1993-cü il tarixli 4/d p.1 saylı əmrlə xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək 1 saylı TTİ-də baş mühəndis, xx.xx.1994-cü ildə 7/k p.4. saylı əmrlə 5 saylı TTİ-də rəis təyin olunmuş, xx.xx.1996-cı ildə 7/k p.1. saylı əmrlə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1996-cı il 12 p.9 saylı əmrlə 5 saylı TTİ-də iş icraçısı təyin edilmiş, 29 dekabr 2005-ci il tarixdə 20 p.8 saylı əmrlə işdən azad edilmişdir. İşlədiyi həmin dövrün xx.xx.1993-cü ildən 29 dekabr 2005-ci il tarixədək olan 12 (on iki) il 26 (iyirmi altı) gün müddətini işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 2 nömrəli əlavəsində - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b və 2290000b-24441 şifrələri ilə mövcuddur.

9. Bakı İnzibati Məhkəməsinin 2 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3701/2021 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi stajına xx.xx.1977-xx.xx.1978-ci illərdə 88 nömrəli texniki məktəbdə təhsil müddəti (1 il 2 ay 18 gün), xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmət müddəti (2 il 05 gün), xx.xx.1981- xx.xx.1983-cü illərdə heyvandarlıq sovxozunda fəhlə (1 il 11 ay 27 gün), xx.xx.1983xx.xx.1992-ci illərdə suvaqçı (9 il 06 ay 08 gün), xx.xx.1992-xx.xx.1992-ci illərdə tikinti ustası (3 ay 1 gün), xx.xx.1992-xx.xx.1993-cü illərdə iş icraçısı (1 il 1 gün), xx.xx.1993xx.xx.1994-cü illərdə baş mühəndis (4 ay 1 gün), xx.xx.1994-xx.xx.1996-cı illərdə rəis (1 il 11 ay 26 gün) və xx.xx.1996-xx.xx.2005-ci illərdə iş icraçısı (9 il 8 ay 29 gün) işlədiyi müddətlər hesablanmaqla ümumilikdə 28 il 1 ay 6 gün ümumi iş stajı var. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Fondunun Əsaslı Təmir-Tikinti Trestinin 2 saylı TəmirTikinti İdarəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər tikinti ustası (3 ay 1 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər iş icraçısı (1 il 1 gün), Azərbaycan Korlar Cəmiyyətinin Tikinti İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış TəmirTikinti İdarəsində xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək baş mühəndis (4 ay 1 gün), 5 saylı Təmir-Tikinti İdarəsində xx.xx.1994-cü ildən xx.xx.1996-cı il tarixədək rəis (1 il 11 ay 26 gün), xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixə qədər iş icraçısı (9 il 8 ay 29 gün) vəzifələrində işləyərək ümumilikdə 13 il 03 ay 28 gün güzəştli iş stajını toplamışdır. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Tikinti-İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 246 nömrəli arayışı həmin müəssisənin xx.xx.2021-ci il tarixli, 245 nömrəli arayışı ilə eyni məzmunda olmuşdur.

13. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlərin Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********366900 nömrəli məktubundan görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Tikinti-İstehsalat Birliyinin 5 nömrəli Təmir-Tikinti İdarəsi xx.xx.1994-cü il tarixdə 9303 nömrə ilə dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin ləğvinə dair məlumat aşkar edilməmişdir.

14. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Tikintiİstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 253 nömrəli arayışı həmin müəssisənin xx.xx.2021-ci il tarixli, 245 nömrəli arayışı ilə eyni məzmunda olmuş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.1996-cı ildən 29 dekabr 2005-ci il tarixədək olan 9 (doqquz) il 9 (doqquz) ay müddətində işlədiyi “iş icraçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 2 nömrəli əlavəsində - Bina, qu rğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b-24441 şifrəsi ilə mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, suvaqçı peşəsi də həmin Siyahının 2 nömrəli əlavəsində - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290100a-19727 şifrəsi ilə mövcuddur.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-455/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3701/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının xx.xx.1996-xx.xx.2005-ci illərdə “Azərbaycan Korlar Cəmiyyəti”nin 5 saylı Təmir Tikinti İdarəsində işləməsi əmək kitabçasında həmin təşkilatın adı, işə qəbul tarixi, vəzifənin adı, müvafiq əmrlərlə rəsmiləşdirilməsi kimi rekvizitlər və məsul şəxsin (kadrlar müfəttişinin) imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunur. Həmin müəssisənin sənədlərinin arxivə təhvil vermək vəzifəsi iddiaçının öhdəliyi deyil və müəssisə tərəfindən həmin dövrün arxivinin təhvil verilməməsi sonuncunun hüquqlarını məhdudlaşdıra bilməz.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırmamış, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə əməl olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsd iq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən iste hsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri... 2290000b - b) rəhbərlər və mütəxəssislər... 2290000b—24441 - iş icraçıları... 22901000 -

1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) 2290100a - a) fəhlələr... 2290100a—19727 - suvaqçılar... 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslər dən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikay əti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şika yətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdır ılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.

32. Belə ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1) iddiaçının 57 yaşının tamam olması; 2) azı 25 il sığorta stajına malik olması; 3) 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.

33. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının ümumi iş stajı 25 ildən (24 il 1 ay 23 gün), güzəştli iş stajı isə 12 il 6 aydan (3 il 8 ay) azdır. Cavabdeh iddiaçının xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Korlar Cəmiyyəti”nin 5 saylı Təmir-Tikinti İdarəsində iş icraçısı vəzifəsində işlədiyi müddəti mübahisələndirmiş, həmin illərə dair sənədlərin saxlanılmadığını və arxivə təhvil verilmədiyini əsas göstərərək qeyd olunan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını qeyd etmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işdəki sübutlar və apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Tikinti-İstehsalat Birliyinin 1 və 5 nömrəli Təmir-Tikinti İdarəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2005 -ci il tarixədək (xx.xx.1996-xx.xx.1996-cı il müddət istisna olmaqla) müxtəlif vəzifələrdə işləmişdir.

35. Bundan başqa, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Tikinti-İstehsalat Birliyinin 5 nömrəli Təmir-Tikinti İdarəsi xx.xx.1994-cü il tarixdə 9303 nömrə ilə dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin ləğvinə dair məlumat aşkar edilməmişdir.

36. Cavabdehin mübahisələndirdiyi dövr üzrə iddiaçının xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 5 nömrəli Təmir-Tikinti İdarəsində iş icraçısı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və gö stəricilərin 2 nömrəli Siyahısı”nın “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) rəhbərlər və mütəxəssislər” sahəsinin “2290000b—24441” kodu ilə qeyd edilən “iş icraçıları” peşəsinə uyğundur.

37. Hazırkı qərarın 24-cü bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

38. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

39. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az ümumi s taja malik olması və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 aydan az işləməsi barədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.

40. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)-455/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar