Məhkəmə qərarları › İş №2-1(102)-569/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-569/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-569/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası ilə əvəz edilməsi; əmək kitabçasında qeyd olunmuş iş dövrü sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi; əmək kitabçasındakı qeydlərin mötəbərliyinin təsdiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvə llüdlü; FİN:OTHX2MK) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı “xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-290/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2014-cü il tarixli 0539 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsini xahiş etmişdir.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçının sığorta stajı 16 il 04 ay təşkil edir. xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün yerində qarşılıqlı yoxlanması zərurəti yaranmış, lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək müraciətin icrasından imtina edilmişdir. Məhkəmə sorğularına cavab: 4. 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, reyestr məlumatlarında “Pircahan” kooperativinin, “Çinar-93 KM-nin, “Sontexnik” (“Santexnik”) kooperativinin, və Orbita-Servis texniki mərkəzinin 4 nömrəli sexi barədə heç bir məlumat aşkar edilməmişdir.

5. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının işlədiyi “Pircahan” kooperativinin, Çinar-93 KMnin, Çinar LTD firmasının, Sontexnik” (“Santexnik”) kooperativinin və Orbita-Servis texniki mərkəzinin arxiv sənədləri filiala dövlət mühafizəsinə təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 2006-cı ilədək müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. Bu hal ona məxsus əmək kitabçasında da öz əksini tapır. Pensiya yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən müraciətinə baxılmış və imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.1992-ci ildən xx.xx.2006cı il tarixədək işlədiyi dövr iddiaçının əmək kitabçasında öz təsdiqini tapır.

9. Cavabdeh həmin illərdə işlədiyi idarələrin hüquqi ünvanının məlum olmadığını əsas gətirərək sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını və bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabça sına əsasən müəyyən edilir. xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr əmək kitabçasında öz təsdiqinin tapdığından sözügedən Qaydaların 3.1.1-ci bəndinin tələbinə əsasən işlədiyi həmin dövrlər sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin etirazı:

10. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, cavabdehin xx.xx.2014cü il tarixli 0539 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

11. İddiaçı xx.xx.2021-ci il tarixində filiala müraciət edərək onu əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirməyi xahiş etmiş, lakin filialın xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubu ilə ona imtina verilmişdir.

12. İddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1975xx.xx.1977-ci illərdə (1 il 11 ay 12 gün) hərbi xidmətdə olmuşdur.

13. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial sığorta stajı, xx.xx.1977-xx.xx.1977-ci illərdə Mənzil Kommunal İdarəsində işlədiyi müddət (1 ay 2 gün), xx.xx.1978-xx.xx.1991-ci illərdə Böyük məişət texnikasının təmiri atelyesində işlədiyi müddət (12 il 4 ay 2 gün), xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt şəhər İstehlak Cəmiyyəti”nin 19 №-li mağazasında işlədiyi müddət (1 il 3 ay 19 gün), cəmi 15 il 8 ay 5 gün təşkil edir.

14. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində (8 ay 21 gün), xx.xx.1993xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində (3 il 3 ay 8 gün), xx.xx.1997xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində (7 ay 2 gün), xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında (1 il 10 ay 25 gün) və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində (6 il 5 ay 15 gün), ümumilikdə, 12 il 11 ay 9 gün təşkil edir.

15. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının işlədiyini iddia etdiyi “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin mövcudluğunu və iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək həmin müəssisələrdə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********185100 nömrəli cavab məktubun da reyestr məlumatlarında “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativi ilə bağlı heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 27 nömrəli cavab məktubunda “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-422/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya mə hkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin normasına görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi öz təsdiqini tapmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir.

18. İddiaçı həmin qərardan apellyas iya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-458/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(118)-422/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının x x.xx.2022-ci il tarixli, 2-1(102)-2418/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, “iddiaçının qeyd olunan müəssisələrdə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin mötəbərliyini müəyyən etmək mümkün olmamışdır”. Başqa sözlə, apellyasiya məhkəməsi iddiaçının əmək kitabçasındakı sözügedən qeydləri şübhə altına almaqla, dolayısı ilə də əmək kitabçasının mötəbər olmayan sənəd kimi qiymətləndirmişdir.

24. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri h esab edir ki, rəsmi sənəd olan əmək kitabçasının mötəbərsizliyi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının və Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin yuxarıda göstərilmiş 2 (iki) məktubla sübut edilə bilməz və bu məsələnin həlli yalnız ekspertiza təyin edilməklə, əmək kitabçasının və oradakı qeydlərin mötəbər olub-olmamasının müəyyən edilməsidir.

25. Apellyasiya instansiyası məhkəməsi bunu etməmiş, nəticə etibarı ilə İPM-in 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərini pozaraq, əmək kitabçasındakı qeydlərin mötəbər olmamasına dair qənaətə gəlmişdir.

26. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin iddiaçının əmək kitabçasındakı mötəbər sübut kimi qəbul etmədiyi “qeydlər” 1992-2006-cı illəri əhatə edir ki, həmin dövrdə iddiaçı 4 (dörd) müxtəli f təşkilatlarda işləmiş, birində hətta müdir vəzifəsində çalışmışdır, belə olan halda iddiaçı şəxsən özü məhkəməyə dəvət edilməli və ondan izahat alınmalıdır, eyni zamanda sözügedən təşkilatlar da Dövlət Statistika Komitəsinə, Yerli İcra Hakimiyyətinə və Vergi Xidmətinə ətraflı sorğular verilməklə müəyyən edilməli, bu olan halda yuxarıda göstərilmiş dövrdə sözügedən təşkilatlarda işləmiş işçilər iddiaçının orada fəaliyyət göstərib-göstərməməsi ilə bağlı dindirilməlidirlər.

27. Bununla yanaşı, qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının “İşin halları” adlanan hissəsindən görünür ki, cavabdeh iddiaçının eyni əmək kitabçasına əsasən, yəni həmin əmək kitabçasını mötəbər sənəd (19771992-ci illərə görə) kimi qəbul edərək, iddiaçıya əlilliklə əlaqədar əmək p ensiyası təyin edir, lakin iddiaçı yaşa görə əmək pensiyası növünə keçirilməsinə dair xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edildiyi zaman, cavabdehin iddiaçının əmək kitabçasındakı qeydlərlə bağlı şübhəsi yaranır.

28. Sözügedən məsələdə apellyasiya məhkəməsinin apardığı məhkəmə araşdırmasının kənarında qalmış və nəticə etibarı ilə də hazırkı inzibati mübahisə tam və hərtərəfli araşdırmamışdır. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)290/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/747-5/748 nömrəli məktubunda qeyd edilmişdir ki, sənədlərin surəti keyfiyyətsiz olması tədqiqatın aparılması üçün yararlı deyildir. Məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

30. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ona xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövr sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-290/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-422/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbinin təmin edilməsi ba rədə yeni qərar qəbul edilmişdir.

32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır, cavabdeh inzibati orqan iddiaçının malik olduğu sosial sığorta stajının 15 il 8 ay 5 gün hissəsində qəbul edir, digər 12 il 11 ay 9 gün sosial sığorta stajı əmək kitabçasında qeyd olunsa da, inzibati orqan qeydlərin mötəbərliyinə şübhə ilə yanaşaraq həmin müddəti sosial sığorta stajı kimi qəbul etməmişdir.

33. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərə (xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il) aid iddiaçının işə qəbul və işdən azad olunması barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür.

34. Digər tərəfdən, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əmək kitabçası məhz 2006-cı ilin yanvar 1-nə qədər əmək stajının hesablanmasında yeganə rəsmi sənəd hesab olunurdu.

35. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya məxsus olan əmək kitabçasına dair eyni məlumatlar ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair inzibati icraatın materiallarında da mövcud olmuşdur.

36. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya aid əmək kitabçasını 1977-1992-ci illərə aid dövrlə bağlı mötəbər sənəd kimi qəbul etməsi, habelə ona əlilliyə görə pensiya təyin edilməsi (həmin icraat materiallarında da eyni əmək kitabçasının mövcud olması) indiki halda isə həmin əmək kitabçasında mövcud olan digər dövrlərə aid qeydlərin mübahisələndirilməsi halı özlüyündə cavabdeh inzibati orqanın ziddiyyətli yanaşmasını ifadə edir.

37. Eyni zamanda, hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasının əsli təqdim edilmədiyindən (iddiaçı əmək kitabçasının əslinin cavabdeh inzibati orqana təqdim edildiyini bildirmişdir), əmək kitabçasının notarial təsdiq edilmiş surəti olduğundan, habelə cavabdeh inzibati orqanın özündə iddiaçıya aid əlilliyə görə təyin edilmiş pensiya işinin materiallarında da həmin əmək kitabçasının surəti olduğundan (iş materiallarında olan əmək kitabçasının notarial təsdiq edilmiş surəti ilə eynilik təşkil etmişdir) iş üzrə əmək kitabçasının tədqiqi ilə bağlı müvafiq məhkəmə ekspertizasının keçirilməsi mümkün olmamışdır. Həmçinin bu halın iddiaçının ziyanına şərh edilməsi özlüyündə inzibati icraat haqqında qanunvericiliyin və konstitusion norma və prinsiplərin tələbinə zidd olmuş olar.

38. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş məktubda “Çinar-93” kiçik müəssisəsi xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olması, “Santexnik” kooperativinin adı ilə 2 statistik vahid olduğu, onlardan birinin xx.xx.1996xx.xx.2006-cı il tarixlərdə qeydiyyatda olduğu, digəri barəsində xx.xx.1996-cı il tarixində qeydiyyat alınsa da, hər hansı əlavə məlumat olmaması qeyd edilmişdir. Bu hal özlüyündə cavabdehin həmin müəssislərlə bağlı istinad etdiyi halları təkzib edir.

39. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı ilə “Orbita Servis” Texniki Mərkəzində işləyən şəxslər şahid qismində dindirilmiş, həmin şəxslərə məxsus olan əmək kitabçasına baxış keçirilmiş, onlara məxsus əmək kitabçasında da məhz həmin idarəyə aid qeydlərin olması aşkar edilmiş, habelə həmin şəxslər də öz ifadələrində iddiaçı ilə həmin müəssisədə bir yerdə işlədiklərini, müəssisənin adının əvvəlcə Məişət texnikası Təmiri İdarəsi kimi olduğunu, sonradan adının dəyişdirilərək, “Orbita Servis” Texniki Mərkəz olduğunu bildirmişlər. Qeyd edilən hallar da özlüyündə cavabdeh inzibati orqanının imtinası əsası kimi istinad etdiyi halları təkzib edir.

40. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının əsasları yuxarıda istinad edilən hallar və iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuş, nəticə e tibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur.

41. Həmçinin, məhkəmə iclasında iddiaçı özü izahat verərək, əmək kitabçasında qeyd edilmiş müəssisələrin hər birində işlədiyini, həmin hallarla bağlı onda heç bir sənədin qalmadığını bildirmişdir.

42. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyindən, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sosial sığorta stajı tamamlanmış olur. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan (xx.xx.2006-cı il tarixədək), habelə mübahisəli dövrlərə aid əmək kitabçasında qeydlər olduğundan, həmin qeydləri təkzib edə hal müəyyən ed ilmədiyindən, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir.

43. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

44. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)290/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/747-5/748 nömrəli məktuba əsasən sənədlərin surəti keyfiyyətsiz olması tədqiqatın aparılması üçün yararlı deyildir. Məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının apar ılmasından imtina edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasındakı işləməsi ilə bağlı qeydlərin mötəbərliyinin cavabdeh orqan tərəfindən şübhə altına alınmadığını qeyd edərək apellyasiya şikayətini təmin etmişdir. Halbuki, yuxarıda qeyd edilən sorğular və onlara verilmiş cavab məktubları ilə iddiaçıya məxsus əmək kitabçasında olan sözügedən qeydlərin şübhəli olması öz təsdiqi tapmışdır. Həmçinin Ali Məhkəmənin qərarında işə təkrar baxan məhkəməyə ekspert rəyi əsasında qərar qəbul edilməli olması barədə bir başa göstəriş verilsə də, məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və apellyasiya məhkəməsi iş üzrə təkrar ekspertiza təyin etməmişdir.

46. Göstərilənlərdən məlum o lur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

47. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərə aid iddiaçının işə qəbul və işdən azad olunması barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına almırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür. Belə ki, məhz cavabdeh inzibati orqan iddiaçıya məxsus olan əmək kitabçasında mövcud olan qeydlərin əsassız olması halına istinad edirsə, bu halı sübut etməlidir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən hə min hala dair heç bir dəlilə istinad edilməmiş, bununla bağlı yalnız həmin müəssisələrin mövcudluğu ilə bağlı məlumatın əldə edilməsinin mümkün olmaması halı əsaslandırmışdır ki, bu hal isə özlüyündə iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun hüquqlarının məhdudlaşdırılması və ya məhrum edilməsi əsası qismində çıxış edə bilməz.

48. Digər tərəfdən isə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əmək kitabçası məhz 2006-cı ilin yanvar 1-nə qədər əmək stajının hesablanmasında yeganə rəsmi sənəd hesab olunurdu. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya məxsus olan əmək kitabçasına dair eyni məlumatlar ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair inzibati icraatın materiallarında da mövcud olmuşdur. Göründüyü kimi cavabdeh inzibati or qan tərəfindən iddiaçıya aid əmək kitabçasını 1977-1992-ci illərə aid dövrlə bağlı mötəbər sənəd kimi qəbul etməsi, habelə ona əlilliyə görə pensiya təyin edilməsi ( həmin icraat materiallarında da eyni əmək kitabçasının mövcud olması) indiki halda isə həmin əmək kitabçasında mövcud olan digər dövrlərə aid qeydlərin mübahisələndirilməsi halı özlüyündə cavabdeh inzibati orqanın ziddiyyətli yanaşmasını ifadə edir.

49. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasının əsli təqdim edilmədiyindən (iddiaçı əmək kitabçasının əslinin cavabdeh inzibati orqana təqdim edildiyini bildirmişdir), əmək kitabçasının notarial təsdiq edilmiş surəti olduğundan, habelə cavabdeh inzibati orqanın özündə iddiaçıya aid əlilliyə görə təyin edilmiş pensiya işinin materiallarında d a həmin əmək kitabçasının surəti olduğundan (iş materiallarında olan əmək kitabçasının notarial təsdiq edilmiş surəti ilə eynilik təşkil etmişdir) iş üzrə əmək kitabçasının tədqiqi ilə bağlı müvafiq məhkəmə ekspertizasının keçirilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edirik ki, bu halın iddiaçının ziyanı şərh edilməsi özlüyündə inzibati icraat haqqında qanunvericiliyin və konstitusion norma və prinsiplərin tələbinə zidd olmuş olar.

50. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən həmin dövrlərlə bağlı bir sıra sorğular göndərilmiş, həmin müəssisələr barəsində dövlət reyestr məlumatlarında, habelə yerli icra hakimiyyəti orqanlarında, arxiv məlumatlarda hər hansı məlumat aşkar edilməmişdir.

51. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Stat istika Komitəsi tərəfindən verilmiş cavab məktubunda “Çinar-93” kiçik müəssisəsi xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olması, “Santexnik” kooperativinin adı ilə 2 statistik vahid olduğu, onlardan birinin xx.xx.1996-xx.xx.2006-cı il tarixlərdə qeydiyyatda olduğu, digəri barəsində xx.xx.1996cı il tarixində qeydiyyat alınsa da, hər hansı əlavə məlumat olmaması qeyd edilmişdir. Bu hal özlüyündə cavabdehin həmin müəssisələrlə bağlı istinad etdiyi halları təkzib edir.

52. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı ilə “Orbita Servis” Texniki Mərkəzində işləyən şəxslər şahid qismində dindirilmiş, həmin şəxslərə məxsus olan əmək kitabçasına baxış keçirilmiş, onlara məxsus əmək kitabçasında da məhz həmin id arəyə aid qeydlərin olması aşkar edilmiş, habelə həmin şəxslər də öz ifadələrində iddiaçı ilə həmin müəssisədə bir yerdə işlədiklərini, müəssisənin adının əvvəlcə Məişət texnikası Təmiri İdarəsi kimi olduğunu, sonradan adının dəyişdirilərək, “Orbita Servis” Texniki Mərkəz olduğunu bildirmişlər. Göründüyü kimi, qeyd edilən hallar da özlüyündə cavabdeh inzibati orqanının imtinası əsası kimi istinad etdiyi halları təkzib edir.

53. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının əsasları yuxarıda istinad edilən hallar və iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuş, nəticə etibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

54. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirak çılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

55. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

56. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. Kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

58. Apelyasiya instansiyası məhkəməsi iddianın əsaslılığı ilə bağlı nəticəyə gələrkən iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydləri mötəbər sübut kimi qəbul etmişdir.

59. Məhkəmə kollegiyası nəzərə alır ki, şəxsin xx.xx.2006-cı il tarixədək iş stajı onun əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunm ası qadağandır.

60. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçiləri n əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 4.1-ci bəndinin tələbinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

62. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Sontexnik” kooperativində işlədiyi qeyd olunsa da, həmin iş yeri ilə bağlı qeydi imzalayan şəxsin vəzifəsi (məsul şəxs olduğu) göstərilməmiş, qeydlər həmin hüquqi şəxsin möhürü ilə deyil, sahibkar fiziki şəxsə məxsus möhürlə təsdiq edilmişdir.

63. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlum atların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi, apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı statistik vahidlərin dövlət reyestrində “Santexnik” kooperativi adı ilə 2 statistik vahidin olduğu qəbul edilsə belə, iddiaçının əsaslandığı “Sontexnik” kooperativinin məhz fəaliyyəti, həmçinin iddiaçının həmin kooperativlə əmək münasibətlərində olduğu (əmək prosesində iştirakı) barədə hər hansı digər mötəbər məlumatın aşkar edilmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş stajının qəbul edilməsi istisna edilir.

64. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin qeyd etmişdir ki, “...iddiaçıya məxsus olan əmək kitabçasına dair eyn i məlumatlar ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair inzibati icraatın materiallarında da mövcud olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya aid əmək kitabçasını 1977-1992-ci illərə aid dövrlə bağlı mötəbər sənəd kimi qəbul etməsi, habelə ona əlilliyə görə pensiya təyin edilməsi (həmin icraat materiallarında da eyni əmək kitabçasının mövcud olması) indiki halda isə həmin əmək kitabçasında mövcud olan digər dövrlərə aid qeydlərin mübahisələndirilməsi halı özlüyündə cavabdeh inzibati orqanın ziddiyyətli yanaşmasını ifadə edir.”.

65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi özü də təsdiq edir ki, cavabdeh iddiaçıya əlill iyə görə əmək pensiyası təyin edərkən 1977-1992-ci illərə aid dövrü nəzərə almışdır. Göründüyü kimi, həmin dövr cavabdehin mübahisələndirmədiyi 15 il 08 ay 05 gün müddətə aid olmuş və həmin müddət əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün yetərli olmuşdur.

66. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 15 il 08 ay 05 gün, mübahisələndirilən iş stajı isə, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək müddət də daxil olmaqla 12 il 11 ay 09 gün təşkil edir.

67. Beləliklə, mötəbərliyi qəbul edilməyən xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək müddət (06 il 05 ay 15 gün) apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığort a stajı tamamlanmır. Buradan, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-290/2023 saylı qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar