Məhkəmə qərarları › İş №2-1(102)-57/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-57/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-57/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğvi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X5, X18, X12, X13, X11 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışın fərdi yaşayış evinə münasibətdə X18, X12, X13 və X11 ümumi birgə mülkiyyət hüququna münasibətdə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 21(107)-247/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2007-ci il tarixli vəsiyyətnaməyə əsasən, X1 rayonu Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tik ilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki iki tonluq su çənini iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə Yevlax ŞİH başçısının Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəsi Ş.H. Hacıyev tərəfindən təsdiq olunmuş və reyestrdə 26 nömrə ilə qeyd edilmişdir. 2. 905550 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 3. 571495 nömrəli “Nikah haqqında şəhadətnamə”yə əsasən, X19 ilə X20 arasında nikah xx.xx.2010-cu il tarixdə bağlanmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********05 nömrəli məktubuna əlavə olunmuş JN-203F kodlu, 90102068 nömrəli şəhadətnaməyə əsasən, Yevlax rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X 5, X18, X12, X13 və X14 verilmişdir.

5. RX seriyalı, ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, Yevlax rayonu Xanabad kəndində yerləşən 0,06 ha torpaq sahəsi X5, X18, X12, X13 və X11 ümumi birgə mülkiyyətindədir. Torpaq və fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

6. İddiaçı cavabdehə müraciət edərək, 7 yanvar 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X18, X12, X13 və X14 aid hissədə ləğv olunmasını xahiş etmişdir.

7. Cavabdeh 26 may 2021-ci il tarixli, **********24 nömrəli imtina məktubu ilə bildirmişdir ki, fərdi yaşayış evinə X2, X15, X12nun, X7 və X11 ümumbirgə mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin çıxarışın verilməsi üçün əsas olduğu üçün çıxarışda hər hansı bir düzəlişin olunması və ya onun ləğv edilməsi cavabdehin səlahiyyətində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X18, X12, X13 və X11 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışı fərdi yaşayış evinə münasibətdə X18, X12, X13 və X11 ümumi birgə mülkiyyət hüququna münasibətdə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun nənəsi X5 xx.xx.2007-ci ildə Yevlax rayonu Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş ikiotaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki iki tonluq su çənini iddiaçıya vəsiyyət etmişdir. C.Allahverdiyeva xx.xx.2007-ci ildə vəfat etmişdir. O vəfat etməzdən əvvəl iddiaçı ailə qurmuş və Türkiyə Respublikasına köçmüşdür. Bu səbəblə nənəsinin ölümündən xəbəri olmamış və xx.xx.2021-ci ildə Xanabad kənd İcra nümayəndəliyindən v əsiyyətnamənin surətini götürdükdən sonra bundan məlumatlı olmuşdur. İddiaçı nənəsindən qalmış miras əmlakı sənədləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin ona məlum olmuşdur ki, JN-203F nömrəli şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində X5, X18, X12, X13 və X11 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblə iddiaçı həmin şəxslərin adına çıxarışın onlara aid hissədə ləğv olunması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)-123/2022 nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh torpağın mülkiyyətə verilməsinə dair JN203F nömrəli şəhadətnamə əsasında üçüncü şəxslərin və iddiaçının mərhum nənəsinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə onun üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparmış, üçüncü şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu X5 ilə birlikdə qeydə almışdır. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində X23 filialının xx.xx.2022-ci il tarixli, 21/10 nömrəli məktubunda qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyinin (Xanabad kəndi üzrə) 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabında 1954-cü il təvəllüdlü X16 təsərrüfat başçısı kimi yazılmışdır. X16 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra anası X6 ilə yanaşı, hazırkı iş üzrə üçüncü şəxs olan hə yat yoldaşı və övladlarının adları təsərrüfatbaşına kitablarda qeyd olunmaqda davam etmişdir. Beləliklə cavabdeh mübahisəli çıxarışın verilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmamış, inzibati orqanın daşınmaz əmlakın qeydiyyatı ilə bağlı üzərinə düşən vəzifələri icra etmişdir. Digər tərəfdən, iddiaçının istinad etdiyi vəsiyyətnamə iddiaçıya hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün ona subyektiv mənada hüquq tanısa da, çıxarışı mübahisələndirdiyi fərdi yaşayış evinə münasibətdə evin məhz X3 tam pay hüququ əsasında məxsus olması faktı iş materialları ilə öz təsdiqini tapmamışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiya məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2-1(107)-247/2022 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)-123/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, Cəmilə Allahverdiyevanın mülkiyyətində olan fərdi yaşayış evini evə aidiyyətı olmayan şəxslərin adına mülkiyyət hüququ əsasında qeydə almaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin və “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələblərini pozmuşdur. Adından da göründüyü kimi, “Torpağın mülkiyyətə verilməsi haqqında Şəhadətnamə”yə əsasən torpaq sahəsi mülkiyyətinə verilmiş şəxslərə bu hüquq yarananadək Cəmilə Adıgözəlovanın mülkiyyətində olan fərdi yaşayış evi, hansı ki, 1988-ci ildə aparılan inventarizasiya ilə əlaqədar Cəmilə Adıgözəlovanın anası Gülsavad Allahverdiyevanın adına tərtib olunmuş fərdi yaşayış evinin pasportu olmasına baxmayaraq, həmin yaşayış evini başqa şəxslərin adına qeydə almışdır. Göründüyü kimi, Cəmilə Adıgözəlovaya anası Gülsavad Allahverdiyevadan miras qalmış həm in fərdi yaşayış evi “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edildiyindən, cavabdeh orqanın hərəkətləri qanunsuz olsa da məhkəmə kollegiyası bunları nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikd ə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab olun a bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından çıxarışın X18, X12, X13 və X11 adlarına verilmiş hissədə ləğv edilməsi üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfində n lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-203F nömrəli şəhadətnamə əsasında iddiaçının mərhum nənəsi X4 və üçüncü şəxslərin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqları cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış v ə bu barədə xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

29. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Yevlax rayon Bucaq kənd İƏV nümayəndəliyinin (Xanabad kəndi üzrə) 1991-1995-ci illərə dair 15 saylı təsərrüfatbaşına kitabında 1954-cü il təvəllüdlü X16 təsərrüfat başçısı kimi qeyd olunmuşdur. X16 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra təsərrüfatbaşına kitablarda anası X6 ilə yanaşı, hazırkı iş üzrə üçüncü şəxs olan həyat yoldaşı və övladlarının adları qeyd olunmuşdur.2006-2010-cu illərin təsərrüfatbaşına kitabında təsərrüfatda yaşayış evinin 1974-cü il tarixdə tikildiyi, sahəsinin 64 kv.metr olduğu qeyd edilmişdir.

30. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısnın 2.3-cü bəndinə görə, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlər i üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində təsbit olunmuşdur.

31. İş materiallarına əlavə edilmiş vəsiyyətnaməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, X6 mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın ancaq ona məxsus olan hissəsini və ya ona aid olan payını iddiaçıya vəsiyyət edə bilərdi. Başqa sözlə, iddiaçı yalnız X4 əmlak hüququ ilə əhatə olunan hissəyə iddia etməkdə haqlı sayıla bilər.

32. Bu baxımdan iddiaçıya izah olunur ki, miras əmlakla, o cümlədən vəsiyyətnamə üzrə miras əmlakla bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə dair hissədə üçüncü şəxslərə münasibətdə ləğvini tələb etməzdən əvvəl, bu qərarın 32-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla, iddia çı ilk növbədə özünün həmin əmlakda vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi ilə bağlı məsələnin həllinə nail olmalıdır. Yalnız vəsiyyətnamə üzrə miras payın müəyyən edilməsi ilə bağlı məsələ həll olunduqdan və iddiaçının miras əmlakda payının həcmi dəqiqləşdikdən sonra, zərurət yarandığı təqdirdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı miras əmlakdan ona çatan pay həcmində və ya hissədə mübahisələndirə bilər.

33. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.

34. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılma lı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 21(107)-247/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar