Məhkəmə qərarları › İş №2-1(102)-57/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-57/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-57/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəh əri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2-1(103)-457/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1602 nömrəli qərar ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən tikinti obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontra ktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli DVX seriyalı 006472 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən tikinti obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 25 nəfər fiziki şəxsin əmək müqaviləsi olmadan işə cəlb olunması müəyyən edilmişdir. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0759 nömrəli qərara əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 50.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 4. xx.xx.2020-ci il tarixli “əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən və xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X27 "xxxx" MTK-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi “ekskavatorçu” vəzifəsində, eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “X49” MTK-də işləmişdir. 5. “X49” MTK ilə iddiaçı şirkət arasında bağlanılmış 54 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, icarəyə verənə məxsus texnika iddiaçının icarəsinə verilmişdir. “X49” MTK-nin İ/Ə 02 saylı xx.xx.2021-ci il tarixli əmri ilə X27 ”Salvarti” MMC-yə ekskavatorçu işləmək üçün təhkim edilmişdir. 6. 24 nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, X27 ilə "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və işçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 4 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********776100 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən anbarında, əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmadığından təmir işləri görülməsi məqsədi ilə 21 nəfərlə xidməti (mülki) müqavilə bağlayıb təmir işləri görərkən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əmakdaşları operativ vergi nəzarəti tədbiri tikinti obyektində həyata keçirmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) təqdim edilmədən, vergi ödəyicisinin “Nəzarət kitabçası”nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmadan, operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar alınmadan və zəruri sənədlərlə tanış olmadan, vergi ödəyicisinin v ə ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilmədən, vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirimədən, işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin və ya xidməti müqavilələrin mövcudluğu araşdırılmadan, bu müqavilələrin surətləri götürülmədən, vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan əmək müqavilələri və ya xidməti müqa vilələrin bağlanaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilmədən və bu şəxslərin siyahısı tərtib olunmadan, cavabdeh orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarətinin nəticələri barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan akt tərtib edilmişdir. Onlar qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla tanış edilməmişdir. Cavabdeh vergi orqanı əməkdaşları yoxlama zamanı obyektdə iddiaçının əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olmadığından xidməti (mülki) müqavilə əsasında işləyən 25 nəfərdən 21 nəfərinin əmək müqaviləsi bağlanmadan işə cəlb ed ilməsi ilə bağlı operativ vergi nəzarətinə dair xx.xx.2022-ci il tarixdə akt tərtib etmiş, akt yalnız vergi orqanının əməkdaşları tərəfindən imzalanmışdır. Müqavilə bağlamadan işə cəlb edildiyi iddia edilən: 1.X22;

2. X9;

3. X10;

4. X23;

5. X2;

6. X28;

7. X13;

8. X24;

9. X25;

10. X36;

11. X14;

12. X3;

13. X29;

14. X11;

15. X30;

16. X31;

17. X43;

18. X7;

19. X15;

20. X4;

21. X8;

22. X5;

23. X6;

24. X32;

25. X16 izahatları alınmamışdır. Cavabdehin əməkdaşlarının xx.xx.2022ci il tarixli aktda istinad etdikləri pozuntu barədə halların foto və video çəkiliş vasitəsilə qeydə alınmaması, eləcə də aktda hər hansı digər mötəbər dəlillərin təsdiqini tapmaması və əlavələrində aşkar edilmiş pozuntuların hal şahidlərinin ştirakı ilə rəsmiləşdirilməməsi vergi ödəyicisinin konstitusion hüquqlarının pozul masını bir daha sübut edir. Vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini aşkar etdiyi qeyd etdiyi 25 nəfər və əsasən onlardan dördü: 1.X1;

2. X23;

3. X5;

4. X6 həmin obyektdə konkret həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas, yaxud əlavə iş yeri olması kimi məsələləri araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. Beləliklə, cavabdeh vergi orqanı onun VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusunu törətməsini sübut edən icraat materialları, o cümlədən 25 nəfərin iddiaçıya məxsus obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müqavilə (kontrak) bağlamadan işə cəlb edilməsinə dair cavabdeh orqanın əməkdaşları tərəfində yazılmış izahatlar, foto və ya video görüntülər və s. sübutlar, hər hansı digər mötəbər dəlillərin təsdiqini tapması mövcud olmadığından cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********0759 nömrəli Qərarında öz əksini tapmadığından, cavabdehin təqdim etdiyi materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imzası və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab edilə bilməz.

9. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1602 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini hə yata keçirdiyi AZ1100, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında yerləşən tikinti obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 25 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006472 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmamış və 25 nəfərdən 5-nin izahatı alınmış, qalan fiziki şəxslər operativ vergi nəzarəti tədbiri zamanı izahat verməkdən imtina etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0759 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 5 0.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********776100 nömrəli məktubu ilə vergi ödəyicisinin göndərilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 006472 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəll əsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsaslı tərtib olunmuşdur. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nda qeyd edilmişdir ki, Nəzarət kitabçası olmadıqda və ya təqdim edilmədikdə tədbiri keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu barədə tədbirin nəticəsinə dair tərtib edilmiş aktda müvafiq qeydlər aparılır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 26 may 2023-cü il tarixli, 21(112)-3296/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli **********0759 saylı qərarı qismən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X12 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. İddia qalan hissələrdə rədd edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X27 iddiaçı ilə xidməti münasibətlərdə olan MTK-nin işçisidir və həmin MTK tərəfindən iddiaçının istifadəsinə verilmiş texnik a üzrə ekskavatorçu peşəsini icra etməkdədir. Yəni, yoxlama həyata keçirilən zaman həmin şəxs MTK və iddiaçı arasında bağlanılmış müqavilə üzrə MTK-nın adından iddiaçının anbarına təhkim edilmiş (əmr iş materiallarında mövcuddur), əmək fəaliyyətini həyata keçirən şəxsdir ki, həmin şəxslə əmək müqaviləsinin bağlanılmasının gözlənilməsi işin hallarına uyğun olmamışdır. Belə ki, həmin şəxs MTK-nın əmək müqaviləsi olmaqla yoxlama aparılan zaman işçisi olmuşdur. Mülki müqavilə əsasında və təhkim əmri əsasında da iddiaçının anbarında öz peşəsi üzrə əmək fəaliyyətini həyata keçirmişdir ki, cavabdeh həmin halı nəzərə almadan, işin həmin halını araşdırmadan həmin şəxsə münasibətdə də maliyyə sanksiyasının tətbiq edilməsini həyata keçirmişdir ki, həmin sanksiyanın tətbiq edilməsinə münasibətdə qərar ləğv edilməlidir. Göründüyü kimi cavabdeh 24 nəfər şəxsin əmək fəaliyyətinə əmək müqaviləsi olmadan cəlb edilməsinə münasibətdə düzgün nəticəyə gələrək məsuliyyətə cəlb etmə barədə qərar qəbul etsə də, 1 nəfər fiziki şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsində səhvə yol vermişdir ki, bu səbəbdən iddia qismən təmin edilməli, qərar qismən ləğv edilməlidir

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova (sədrlik edən və məruzəçi), R.Ə.Səmədov və E.Ə.Əliyev) 29 may 2024-cü il tarixli, 21(103)-457/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-3296/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya əsaslandırılmışdır. şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələ ri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslə rin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək h üququ vardır. 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

19. Azərbaycan Respublikasının Əmək M əcəlləsi:

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs ol duqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilm iş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haq qında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inz ibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə mə suliyyətə cəlb edilməsi haqqında qərarın qismən, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X12 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları nı da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X27 "xxxx" MTK-də xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə, eyni zamanda xx.xx.2020- xx.xx.2022-ci il tarixlərdə “X49” MTK-də işləmişdir. Bundan başqa, “X49” MTK ilə iddiaçı şirkət arasında bağlanılmış müqaviləyə əsasən icarəyə verənə məxsus texnika iddiaçının icarəsinə verilmişdir. “X49” MTK-nın müvafiq əmri ilə isə X27 ”Salvarti” MMC-yə ekskavatorçu işləmək üçün təhkim edilmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşa raq bildirir ki, həqiqətən yoxlama həyata keçirilən zaman həmin şəxs MTK və iddiaçı arasında bağlanılmış müqavilə üzrə MTK-nın adından iddiaçının anbarına təhkim edilmiş (əmr iş materiallarında mövcuddur), əmək fəaliyyətini həyata keçirən şəxsdir ki, həmin şəxslə əmək müqaviləsinin bağlanılmasının gözlənilməsi işin hallarına uyğun olmamışdır. Belə ki, həmin şəxs MTK-nın əmək müqaviləsi olmaqla yoxlama aparılan zaman işçisi olmuşdur. Mülki müqavilə əsasında və təhkim əmri əsasında da iddiaçının anbarında öz peşəsi üzrə əmək fəaliyyətini həyata keçirmişdir ki, cavabdeh həmin halı nəzərə almadan, işin həmin halını araşdırmadan həmin şəxsə münasibətdə də maliyyə sanksiyasının tətbiq edilməsini həyata keçirmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 21(103)-457/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar