Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-570/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Hakimlər: Zakir Quliyev - məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs "xxxx" MMC) “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı tamamilə ləğv olunması və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)2714/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1, İddiaçı2, "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı( "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarının tamamilə ləğv olunması və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-1(112)-825/2021 nömrəli qərarına əsasən (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı ləğv edilmiş, "xxxx" MMC-yə məxsus “Белоcнежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir.
3. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2714/ 2021 nömrəli qərarına əsasən (sədrlik edən Səadət Bəktaşi, hakimlər Azər Hüseynov və Aida Hüseyn) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-1(112)-825/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Məhkəmə qərarı üçüncü şəxsə 15 dekabr 2021-ci il tarixində təqdim edilmişdir.
6. Üçüncü şəxs 17 yanvar 2022-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)2714/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
22. Müddətlər (-) 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
8. Mülki Prosessual Məcəllə Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, pros essual hərəkətləri etmək hüququ keçmiş olur. (-) KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPMin 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2714/2021 nömrəli qərarı üçüncü şəxsə 15 dekabr 2021-ci il tarixində təqdim edilmiş, üçüncü şəxs 17 yanva r 2022-ci il tarixində kassasiya şikayəti vermişdir.
11. Yuxarıda göstərilən mümkünlük şərtləri baxımından işin halları araşdırıldıqda görünür ki, kassasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən müəyyən olunmuş tələblərə əməl olunmadan verilmişdir. Yəni, üçüncü şəxs kassasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə (vəsatət) verməmişdir.
12. Kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi, kassasiya şikayətinin mümkün sayılmaması üçün əsaslardan biridir.
13. İPM-nin 95.2-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə tərəfindən üçüncü şəxsə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanı 4 aprel 2022-ci il tarixə q ədər aradan qaldırmaq təklif edilmiş və əks halda kassasiya şikayətin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin üçüncü şəxs tərəfindən bu nöqsan aradan qaldırılmamış, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutlar təqdim edilməmiş və o, 4 aprel 2022-ci il tarixədək müddətin buraxılmasının səbəblərini izah edə bilməmişdir.
14. Buna görə də üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 21(103)-2714/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytar