Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-570/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; rəngsaz, quraşdırıcı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2886/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1981-1984cü illərdə Bakı Politexnik Texnikumunda “Sənaye və mülki tikintilər” ixtisası üzrə tam kursu bitirmişdir.
2. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, 1984-cü ildə texnikumu bitirmiş, xx.xx.1984-xx.xx.1989-cu illərdə, xx.xx.1989-xx.xx.2002-ci illərdə, xx.xx.2002-xx.xx.2007ci illərdə, xx.x x.2007-xx.xx.2012-ci illərdə, xx.xx.2012-xx.xx.2017-ci illərdə, xx.xx.2019xx.xx.2019-cu ildə, xx.xx.2019-xx.xx.2019-cu ildə və xx.xx.2019-cu il tarixdən halhazıradək müxtəlif peşələr üzrə əmək fəaliyyəti məşğul olmuşdur.
3. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli güzəştli arayışa əsasən iddiaçı həqiqətən Bakı Stasionar dərinlik özülləri zavodunun paslanma əleyhinə sahəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək, Təmir Tikinti Sahəsində xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək və paslanma əleyhinə Sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək rəngsaz peşəsində işləmiş, iş stajı 4 il 7 ay 20 gündür; - “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsinin 5 saylı sahəsində x x.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək rəngsaz peşəsində işləmiş, iş stajı 4 il 11 ay 25 gün təşkil etmişdir. İddiaçı rəngsaz işlədiyi müddətdə aşağıda qeyd olunan sintetik boya və həlledici materiallar tətbiq etməklə tapşırıqlar yerinə yetirmişdir: emal interzona 505, interthane 990 so qat boya, həlledici GTA-220, həlledici inter.thin.713, həlledici araqat boya üçün 0077; - “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək quraşdırıcı peşəsində işləmiş, iş stajı 8 il 3 ay 4 gün təşkil etmişdir; - Texnoloji prosesə əsasən iddiaçının işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz” peşəsinə, quraşdırıcı peşəsi isə həmin siyahının 29-cu bölməsinin “a” bəndində göstərilən “polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 17 il 10 ay 9 gün təşkil edir. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli güzəştli arayışa əsasən iddiaçı "xxxx" MMC-də xx.xx.2002-ci il tarixdən boru quraşdırıcısı peşəsinə işə qəbul olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir. İddiaçı yenidən xx.xx.2012-ci il tarixdə metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul olmuşdur. O, xx.xx.2013-cü il tarixdə quraşdırıcı briqadir vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdən bu günədək metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləməyə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun "xxxx" MMC-də güzəştli əmək şəraitin də iş müddəti 5 il 6 ay 10 gün təşkil edir.
5. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 9 iyun 2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.
6. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 11 iyun 1984cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında və “BOS Şelf’ MMC-nin ona dair HR2019/BOS/GHA/R-00/478 nömrəli 7 yanvar 2020-ci il tarixli güzəştli arayışında xx.xx.2002xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə boru quraşdırıcı, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində yığıcı çilingər, xx.xx.2013xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə quraşdırıcı briqadir vəzifələrində işlədiyi qeyd edilmişdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay 16 gün (xx.xx.1994-xx.xx.2002-ci il, xx.xx.2012-xx.xx.2013-cü il və xx.xx.2019-xx.xx.2021ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edi lmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı 9 iyul 2021-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuş, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmət keçmiş, 1981-1984-cü illərdə Bakı Politexnik Texnikumunda təhsil almaqla texnik-inşaatçı ixtisası almışdır. xx.xx.1984-cü ildə işə qəbul edilərək adına İT-İ 122325 saylı əmək kitabçası verilmişdir. Əmək kitabçasına əsasən ümumi əmək stajı 40 ildən çoxdur və hazırda da işləyir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar olaraq, cavabdehə müraciət etsə də, güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İmtina edilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” istinad edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, çalışdığı iş yerləri qeyd edilən qərarın tələblərinə tamamilə uyğundur. Təqdim etdiyi arayışlara əsasən SOCAR sistemində güzəştli şərtlərlə xidmət işlərinə görə təqaüd verən iş stajı 17 il 10 ay 19 gün, Bos Şelf MMC sistemində 5 il 6 ay 10 gün i lə birlikdə 23 il 4 ay 29 gün təşkil edir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin dəqiq göstərilməsinə, orada çalışanların digər işçilərdən fərqli olaraq əlavə güzəştlərdən istifadə etdikləri barədə daha ətraflı məlumatlara malik olan işəgötürənlər tərəfindən verilən güzəştli arayışlara müvafiq icra hakimiyyəti orqanının şübhə ilə yanaşması tam qanunsuzdur. Cavabdehin etirazları:
9. Cavabdehin yazılı etirazının dəlilləri onun iddiaçıya ünvanladığı 9 iyun 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
10. Məhkəməyə təqdim edilmiş Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən iddiaçı Azərbaycan Resp ublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində: - Bakı stasionar dərinlik özülləri zavodunun: paslanma əleyhinə sahəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək, Təmir tikinti sahəsində xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, paslanma əleyhinə sahəsində xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək; - “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma İdarəsinin 5 saylı sahəsində xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 9 il 7 ay 15 gün təşkil etmişdir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Emal İnterzona 505, İnterqard 269 astar boya (İngiltərə), İnterqard 251 astar bo ya (ingiltərə), İnterthane 990 sonn qat boya, İnterqard 475 HS araqat boya (İngiltərə), Həlledici GTA-220, Həlledici İnter.Thin.713, araqat boya üçün həlledici və s. materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ-Ümumi peşələr bölməsində 23200000-13450 vəzifə kodunda müəyyən edilmiş “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinin və sahənin xüsusiyyətləri ilə eynidir. Birinci instansiya məhkəməs inin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-1587/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının xx.xx.2006cı il tarixədək güzəştli iş stajı olaraq yalnız xx.xx.1994-xx.xx.2002-ci il tarixləri nəzərə almışdır. Halbuki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş arayışlara əsasən iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək stajı da onun güzəştli iş stajına daxil edilməlidir. İddiaçı 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı ha qqında” Qanunun 13-cü maddəsinin 1ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2886/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-1587/2022 nömrəli qərarı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini 57 yaşdan, yəni xx.xx.2017ci il tarixdən qeyd edilməklə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin hallarından aydın olduğu kimi iddiaçının 57 yaşı xx.xx.2017-ci ildə tamamlandığı halda birinci instansiya məhkəməsi texniki yanlışlığa yol verərək hüququn yaranma tarixini 57 yaşdan, yəni xx.xx.2014-cü ildən yarandığını qeyd etmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, ona 60 yaşının tamam olması ilə əlaqədar olaraq zərərli iş ə görə əmək pensiyasına çıxmasına köməklik göstərilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçının müraciətindən təmin edilməsindən imtina edilmişdir. Sonradan iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1587/2022 nömrəli qərarı ilə isə iddiaçının iddiası təmin olunaraq ona 57 yaşdan, yəni hüququnun yaran dığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi məhkəmə səhvə yol verərək, onun iddiasını 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən deyil, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan başqa bildirilir ki, iddiaçının Mərkəzi Filiala müraciəti 57 yaşdan deyil, 60 yaşdan pensiya təyinatı ilə bağlı olmuşdur və ona məhz 60 yaşdan pensiya təyinatından imtina verilmişdir. Belə olan halda iddia mümkün sayılmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun u: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada)... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərl ə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 n ömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a—14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar... 23200000 – XXXİİİ. Ümumi peşələr... 23200000—13450 – təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlər də məşğul olan rəngsazlar...
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gös tərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişd irilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş ə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi xüsusat ondan ibarətdir ki, iddiaçı cavabdehə 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etsə də, birinci instansiya məhkəməsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yəni iddiaçının Mərkəzi Filiala müraciəti 57 yaşdan deyil, 60 yaşdan pensiya təyinatı ilə bağlı olmuşdur və ona məhz 60 yaşdan pensiya təyinatından imtina verilmişdir. Buna görə də, cavabdeh iddianın mümkün sayılmaması qənaətindədir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinasını n əsasını iddiaçının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək stajının güzəştli iş stajına daxil edilməməsi təşkil edir.
30. Qeyd edilən xüsusat aşağı instansiya məhkəmələri tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşənin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ-Ümumi peşələr bölməsində 23200000-13450 vəzifə kodunda müəyyən edilmiş “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zə rərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğun olması öz təsdiqini tapmışdır. İddiaçının 1.1.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olduğu nəzərə alındıqda, iddiaçı 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır.
31. Ona görə də, iddiaçının cavabdehə 57 yaşdan deyil, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti hazırkı iddia tələbinin mümkün sayılmamasına əsas ola bilməz və kassasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.
32. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd edir ki, məhkəmə səhvə yol verərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən deyil, xx.xx.2014cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən iddiaçının 57 yaşı xx.xx.2017-ci ildə tamamlandığı halda, birinci instansiya məhkəməsi texniki yanlışlığa yol verərək hüququn yaranma tarixini 57 yaşdan, yəni xx.xx.2014-cü ildən yarandığını qeyd etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-1587/2022 nömrəli qərarını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinini 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən qeyd etməklə dəyişdirilmədən saxlamışdır.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli 21(103)-2886/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.