Məhkəmə qərarları › İş №2-1(102)-570/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-570/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-570/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(104)-593/2023 nömrəli qərarından ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********0310 nömrəli qərarı ilə iddiaçıya münasibətdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi n əzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. xx.xx.2021-ci il tarixli, **********0311 nömrəli tələbnamə ilə bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekt və təsərrüfat subyektləri barədə sənədlər, xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibatlıq-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə e-qaimə, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhvil-təslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair elektron faylların təqdim edilməsi iddiaçıdan tələb olunmuşdur. 3. xx.xx.2021-ci il tarixdə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, 2573/7 4-cü məhəllə ünvanında yerləşən anbarında 1172 adda mal aşkar edilmiş və bu barədə DVX seriyalı, 001257 nömrəli siyahı tərtib edilmişdir. Həmin siyahıya əsasən iddiaçıya məxsus 1172 adda mal-materialların alış qiyməti 790708,15 manat, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği isə 312876,97 manat təşkil edir.

4. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2198 nömrəli qərarı ilə iddiaçıya məxsus anbarda olan mal-materialların (mebellərin) orta real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" MMC – X3 ekspert kimi dəvət edilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, MB 13-1257 nömrəli əsas vəsaitlərin qiymətləndi rilməsi üzrə hesabata əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllədə yerləşən anbarda iddiaçıya məxsus 1172 adda mal-materialların (mebellərin) orta real bazar qiymətləri (satış qiyməti) 1250267,72 manat təşkil edir. 6. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş DVX seriyalı, 001790 nömrəli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən anbarda alış qiyməti ilə 790708,15 manat məbləğində mal qalığı aşkar olunmuş, 36B invoys, e-QF, alış aktları ilə üzləşmə aparılmış, 312876,97 manat dəyərində sənədsiz mal qalığı aşkar olunmuşdur. Malların alış dəyəri ekspert rəyinə əsasən götürülmüşdür.

7. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 31287,70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

8. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli, 39 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instans iya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tərəfindən həmçinin iddianın qaldırılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmiş və birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin edilərək iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0310 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən obyektdə operativ vergi nəzarət tədbirləri həyata keçirilmiş və alış dəyəri 312876,97 manat olan malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticələrinə dair xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 001790 nömrəli akt tərtib edilmiş və tərtib edilmiş akta baxılmanın nəticəsinə dair cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərar qəbul olunaraq iddiaçı barəsində 31287,70 manat ma liyyə sanksiyası tətbiq olunmuşdur. Operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunmuş alış sənədləri olmayan malların qiyməti "xxxx" MMC-nin təqdim etdiyi qiymətləndirmə rəyi əsasında müəyyən edilmişdir. Onların əksəriyyəti köhnəlmiş, qüsurları olan, təmiri mümkün olmayan və bu səbəbdən illərdir anbarda qalmış mallardır və satışı faktiki olaraq mümkün deyildir. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, MB-13-1257 nömrəli qiymətləndirmə rəyində malların köhnə, qüsurları olan, təmiri mümkün olmayan mallar olması nəzərə alınmamış və real qiymətlərindən dəfələrlə artıq qiymət müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” xx.xx.2021-ci il tarixli qərarından inzibati qaydada şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarına əsasən iddiaçı tərəfindən verilmiş inzibati şikayət təmin edilməmiş və cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarından iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına verilmiş şikayət təmin edilməmiş və sonuncunun xx.xx.2022-ci il tarixli, 39 nömrəli qərarına əsasən cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********0310 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən anbarında malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərti b edilməsinə nəzarət edilməsinə dair operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin etibarnamə üzrə nümayəndəsi Əliyeva Günay “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla və operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə tanış edilmiş və onun tərəfindən imzalanmışdır. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus anbarda alışı Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada rəsmiləşdirilməyən mallar aşkar olunmuşdur. Həmin malların alış qiymətlərini müəyyənləşdirmək üçün “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2198 nömrəli qərar əsasında e kspert cəlb edilmişdir. Vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən anbarında alış qiyməti ilə 790708,15 manat dəyərində malın olduğu müəyyən olunmuşdur. 36B invoys, E-QF, alış aktları ilə üzləşmə aparılmış, 312876,97 manat dəyərində malın alışının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilmədiyi müəyyən olunmuşdur. Bu faktla bağlı vergi ödəyicisinin iştirakı ilə xx.xx.2021 tarixli, DVX seriyalı, 001790 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib olunmuş, akt və akta əlavə olunmuş siyahının hər səhifəsi iddiaçı tərəfindən imzalanmışdır. İddiaçının yoxlamanın nəticəsinə dair aktla bağlı hər hansı etirazı olmadığı üçün Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbləri gözlənilməklə iddiaçı barəsində keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 001790 nömrəli akt əsasında xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilər ək, iddiaçı 31287,70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçının yoxlamanın nəticəsinə dair akta hər hansı etirazı olmamış, yoxlamanın nəticəsini qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Lakin operativ vergi nəzarətinin nəticəsinə dair aktdan da göründüyü həmin akta dair iddiaçının hər hansı etirazı olmamış, a ktı imzalamış, aktın bir nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə qəbul etmişdir. Vergi orqanı da bu səbəbdən Vergi Məcəlləsinin 49.1.1-ci maddəsində göstərilən qərarı qəbul etmişdir. Bundan əlavə, iddiaçı ərizəsində malların əksəriyyətinin köhnəlmiş, qüsurları olan, təmiri mümkün olmayan və səbəbdən illərdir anbarda qalmış mallar olduğunu, həmin malların satışının fakti mümkün olmadığını, "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində malların köhnə qüsurları olan, təmiri mümkün olmayan mallar olmasının nəzərə alınmadığını qeyd edir. İddiaçının bu dəlilinin əsassız olduğunu yuxarıda qeyd edilənlər kifayət qədər sübut edir. Çünki iddiaçı mallar üzrə tərtib olunmuş siyahını, eyni zamanda, aktı imzalamış, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aktda hər hansı qeyd aparmamışdır. Həmin sənədləri imzalamaqla faktiki olaraq anbarında olan malların qiymətinin məhz müəyyən olunan kimi olmasını etiraf etmiş, operativ vergi nəzarəti tədbirinin nəticəsini qəbul etmişdir. Beləliklə, iddia ərizəsinə və işin faktiki hallarına nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur. İddiaçı cavabdehin qanuni səlahiyyətləri daxilində qəbul edilmiş qərarı mübahisələndirməklə tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək, mövcud vergi öhdəliyini yerinə yetirməmək niyyətini ehtiva etdirmişdir.

14. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MB 15/1260 nömrəli qiymətləndirmə hesaba tına əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllədə yerləşən anbarda iddiaçıya məxsus 1172 adda mal-materialların (mebellərin) orta real bazar – satış qiymətləri 147950 manat təşkil edir.

15. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/148 nömrəli ekspert rəyi ilə siyahıda qeyd olunan malmaterialların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 147950 manat müəyyən olunmuşdur. Rəy verilərkən Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilmişdir.

16. Cavabdehin iddiaya qarşı etirazına əlavədə qeyd edilmişdir ki, "xxx x" MMC-nin xx.xx.2022-ci il tarixli, MB 15/1260 nömrəli ekspert rəyi sübut kimi qəbul edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən anbarında alış qiyməti ilə 790708,15 manat dəyərində malın olduğu müəyyən olunmuşdur. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2198 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən obyektdə (anbarda) olan malmaterialların (mebellərin) orta real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və müvafiq ekspertizanın aparılması "xxxx" MMC-nin qiymətləndiri ci eksperti X2 həvalə edilmişdir. xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 000091 nömrəli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma protokolu” iddiaçının iştirakı ilə tərtib edilmişdir. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli rəylə tanış olmuş, hər səhifəsini imzalamışdır. Belə olan halda qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli rəyin mötəbərliyini iddiaçı qəbul etmişdir. Sonradan, yəni yoxlamanın keçirilməsindən 1 il sonra (xx.xx.2022-ci il tarixdə) iddiaçının "xxxx" MMC-yə müraciət edərək həqiqiliyi şübhə doğuran rəy əldə etməsi onun qanunla müəyyən edilmiş vergi öhdəliyinin icrasından yayınması kimi başa düşülməlidir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli rəyə tənqidi yanaşır və hesab edir ki, sübut kimi qəbul edilməməl idir. Sözügedən rəyə tənqidi yanaşmanın səbəbləri bunlardan ibarətdir: Birincisi, iddiaçı vergi orqanında olan uçot baza məlumatlarına əsasən sahibkarlıq fəaliyyətini 3 fərqli obyektdə həyata keçirir. Məhz vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri də həmin obyektləri əhatə etmişdir. Lakin xx.xx.2022-ci il tarixli rəydə ekspertin iddiaçının fəaliyyət göstərdiyi hansı obyekt üzrə malların bazar qiymətinin müəyyən edildiyi göstərilməmişdir. Rəyin nəticə hissəsində, ümumiyyətlə, iddiaçıya məxsus olan əsas vəsaitlərin qalıq dəyəri göstərilmişdir. İkincisi, cavabdehin xx.xx.2022-ci il tarixli rəylə razılaşmadığı məqam ekspertin iddiaçıya məxsus olan əsas vəsaitlərin xx.xx.2022-ci il tarixə olan bazar qiymətinin müəyyən edilməsi ilə bağlıdır. Nəzərə alınsa ki, Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən anbarda operativ vergi nəzarəti xx.xx.2021-ci tarixdə aparılmışdır. Belə olan halda, ekspertin yoxlamadan 1 il sonra mebel məmulatlarının qiymətləndirilməsini aparması tamamilə əsassız yanaşmanı özündə ehtiva edir. Cavabdehin növbəti razılaşmadığı məqam xx.xx.2022-ci il tarixli ekspert rəyini tərtib etmiş X1 peşəkarlığını sübut edən sənədə istinad olunması və rəyə əlavə edilməməsi ilə bağlıdır. xx.xx.2021-ci il tarixli, MB 13-1257 nömrəli rəyi tərtib etmiş X3 Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin verdiyi xx.xx.2017-ci il tarixli sertifikata əsasən “İstehlak mallarının qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə əsasən müvafiq ixtisas kursunu müvəffəqiyyətlə bitirmişdir. Bu mənada qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli rəy daha peşəkar qiymətləndirici tərəfindən tərtib olunmuşdur. Eləcə də, xx.xx.2022-ci tarixli rəydəki qiymətlər bazar qiymətindən dəfələrlə aşağı olaraq qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, 9/148 nömrəli ekspert rəyi tədqiq edilmişdir. Rəyin nəticəsi əsassız olduğundan, işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul edilməməlidir. Yuxarıda qeyd edilən xüsusatlardan görünür ki, yoxlama tədbirinin nəticəsi üzrə müvafiq sənədlərlə təsdiqini tapmamış 312876,97 manat dəyərində mal qalığının olması faktı iddiaçının imzası ilə qəbul edildiyindən sonradan ekspertin hər hansı mötəbər sübuta əsaslanmadan gəldiyi nəticə sübut kimi qəbul edilə bilməz. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli rəy tədqiq edilərkən müəyyən ed ilmişdir ki, sözügedən rəydə göstərilmiş qiymətlər bazarda həmin mallar üçün mövcud olmuş qiymətlər əsasında deyil, ekspertin şəxsi təxəyyülünün nəticəsi olaraq qeyd edilmişdir. Belə ki, qiymətlər dəfələrlə aşağı dərəcədə göstərilmişdir. Nəticədə ekspert iddiaçının vergi öhdəliyindən yayınması üçün şərait yaratmışdır.

17. Gəncə İnzibati Məhkəməsinin (hakim: Zəfər Quliyev) 31 may 2023-cü il tarixli, 2-1(114)-121/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarı qismən, yəni iddiaçının 16492,70 manat həcmində vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/148 nömrəli ekspert rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edilir. İddiaçının cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş mallar üzrə siyahını, xx.xx.2021 tarixli, DVX seriyalı, 001790 nömrəli aktı, xx.xx.2021-ci il tarixli, MB 13-1257 nömrəli rəyi imzalaması onun həmin sənədlərdə əks olunan malların dəyəri ilə razı olması anlamına gəlmir və gələcəkdə bunu mübahisələndirilməməsi üçün əsas da hesab olunmur. Belə olan halda, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərar qismən, yəni iddiaçının 16492,70 (31287,70-1479 5) manat həcmində vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv olunmalı, qalan hissədə iddia təmin edilməməlidir.

19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 19 sentyabr 2023-cü il tarixli, 2-1(104)-593/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/148 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən həyata keçirilmiş qiymətləndirmə zamanı malların qiymətləri üzrə fərqli rəylər təqdim edilmişdir. Həmçinin cavabdeh orqanın əməkdaşları tərəfindən xx.xx.2021-ci ildə tərtib olunmuş siyahıda 1172 adda malın yekun məbləği cavabdehin qərarı ilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, MB 13-1257 nömrəli əsas vəsaitlərin qiymətləndirilməsi üzrə hesabatdakı yekun məbləğdən az qeyd olunmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin dəlillərində qeyd edilmiş iddianın mümkün lüyü ilə bağlı qeyd etmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şikayət edərək “Mal qalıqlarının qiymətinin yenidən hesablanmasının təmin olunmasını” xahiş etmişdir. Şikayət xx.xx.2021-ci il tarixdə **********577000 nömrəsi ilə Dövlət Vergi Xidmətində qeydiyyata alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının “Operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən verdiyi inzibati şikayəti” təmin edilməmiş və cavabdehin xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarı dəyişdiri lmədən saxlanılmışdır. İddiaçı daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmiş, iddiaçının inzibati şikayəti sonuncunun xx.xx.2022-ci il tarixli, 39 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı inzibati qaydada şikayət verməsi səbəbindən qərarın məhkəmədə mübahisələndirilməsi ilə bağlı prosessual müddəti ötürmüşdür. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə buraxılmış prosessual müddəti bərpa etmişdir.

23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tamamilə təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə mü əyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliy yəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin poz ulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə ma lların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilə n hazır məhsullara münasibətdə tətbiq edilmir; 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutl ar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul et miş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verə n şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı müb ahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən vergi qərarının qismən ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi zamanı Bakı şəhəri, Sabunçu rayonu, 2573/74-cü məhəllə ünvanında yerləşən iddiaçıya məxsus anbarda 1172 adda mal-materiallar aşkar edilmiş, həmin mallardan 510 adda olanı istisna olmaqla, qalan malların alışına və mədaxilinə dair hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmin malların ümumi dəyəri 312876,97 manat qiymətləndirilmiş və hazırda mübahisələndirilən qərar ilə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə əsasən malların dəyərinin 10 faizi miqdarında – 31287,70 manat dəyərində iddiaçı ver gi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı həmin qərardan yuxarı orqanlara şikayət versə də, şikayətləri təmin edilməmişdir.

37. Hazırkı iş üzrə əsas mübahisə ondan ibarətdir ki, aşkar edilmiş malların dəyəri vergi orqanı tərəfindən düzgün müəyyən edilməmişdir. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MB 15/1260 nömrəli qiymətləndirmə hesabatını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən malların dəyəri dəfələrlə artıq göstərilmişdir.

38. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, 2573/74cü məhəllə ünvanında yerləşən anbarda mal-materialların 2021-ci ilin sentyabr ayına olan bazar qiymətinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x x.xx.2023-cü il tarixli, 9/148 nömrəli ekspert rəyi ilə siyahıda qeyd olunan mal-materialların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymətinin təxminən 147950 manat olduğu müəyyən olunmuşdur.

39. Birinci instansiya məhkəməsi də həmin ekspert rəyinə istinadən hesab etmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərar qismən, yəni iddiaçının 16492,70 (31287,70-14795) manat həcmində vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv olunmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/148 nömrəli e kspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən həyata keçirilmiş qiymətləndirmə zamanı malların qiymətləri üzrə fərqli rəylər təqdim edilmişdir. Həmçinin cavabdeh orqanın əməkdaşları tərəfindən xx.xx.2021-ci ildə tərtib olunmuş siyahıda 1172 adda malın yekun məbləği cavabdehin qərarı ilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, MB 13-1257 nömrəli əsas vəsaitlərin qiymətləndirilməsi üzrə hesabatdakı yekun məbləğdən az qeyd olunmuşdur.

41. İddiaçının cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş mallar üzrə siyahını, xx.xx.2021 tarixli, DVX seriyalı, 001790 nömrəli aktı, xx.xx.2021-ci il tarixli, MB 13-1257 nömrəli rəyi imzalamış olması barədə cavabdehin kassasiya şikayətinin təkrar edən dəlilinə münasibətdə mə hkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının həmin sənədləri imzalamış olması onun həmin sənədlərdə əks olunan malların dəyəri ilə razı olması anlamına gəlmir və gələcəkdə bunu mübahisələndirilməməsi üçün əsas da hesab olunmur.

42. İddianın mümkünlüyü ilə bağlı kassasiya şikayətinin təkrar edən dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şikayət edərək “Mal qalıqlarının qiymətinin yenidən hesablanmasının təmin olunmasını” xahiş etmişdir. Şikayət xx.xx.2 021ci il tarixdə **********577000 nömrəsi ilə Dövlət Vergi Xidmətində qeydiyyata alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının “Operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən verdiyi inzibati şikayəti” təmin edilməmiş və cavabdehin xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmiş, iddiaçının inzibati şikayəti sonuncunun xx.xx.2022-ci il tarixli, 39 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı inzibati qaydada şikayət verməsi səbəbindən müddəti ötürməmişdir.

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(104)-593/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar