Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-571/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: şöbəyə “İdarə” statusu verilməsi nəzərə alınaraq, pensiya məbləğinin idarə rəisinin vəzifə maaşına uyğunlaşdırılmaqla ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iştirakı ilə) qarşı Bakı şəhəri Qaradağ rayon Şöbəsinə həmin xidmətin rəisinin xx xxxx 2012-ci il tarixli əmri ilə “İdarə” statusu verilməsi nəzərə alınaraq, pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq, xidmətin Qaradağ rayon İdarəsinin rəisinin vəzifə maaşına uyğunlaşdırmaqla ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2182/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq xx xxxxxx 2020-ci il tarixdə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1945-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı Bakı şəhəri Qaradağ rayon Şöbəsinə həmin xidmətin rəisinin xx xxxx 2012-ci il tarixli əmri ilə “İdarə” statusu verilməsi nəzərə alınaraq, pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq, xidmətin Qaradağ rayon İdarəsinin rəisinin vəzifə maaşına uyğunlaşdırmaqla ödənilmə sinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-1727/2018 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2018-ci il tarixli 2-1(103)-2361/2018nömrəli (hakimlər Elmira Nağı yeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Tofiq Səmədov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1 (81)-1727/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi, iddiaçının pensiya məbləğinin 2012-ci ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisinin vəzifə maaşına uyğunlaşdırmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ciil tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə y eni qərarın qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)858/2019nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, X1 Hüseynova) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2361/2018 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2182/2019 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alı nmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisənin predmeti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx xxxx 2012-ci il tarixli əmri ilə Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına Səfərbərlik Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsi statusu verilməsi ilə əlaqədar təminat xərclərinin də artırılması nəzərə alınmaqla pensiya məbləğinin artırılması barədə tələb olmuşdur.Apelyasiya instansiyası məhkəməsinin iddia predmetindən kənara çıxaraq, Qaradağ rayon Hərbi Komissarlığını 2-ci dərəcəli hərbi komissarlıq hesab edərək, Qaradağ rayon Hərbi Komissarı vəzifəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon Şöbəsinin rəisi vəzifəsinə bərabər sayılmasına əsaslanaraq qərar qəbu l etməsi qanunsuzdur. Məhz, hazırkı mübahisənin predmeti də şöbənin idarə statusuna keçirilməsi ilə əlaqədar artmış təminat xərclərinin (pul təminatının) qanunvericiliyə əsasən pensiyaçılara da tətbiq olunmasıdır. Bundan əlavə, məhkəmə kollegiyası kasasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş, iş üçün əhəmiyyət daşıyan, araşdırılması zəruri olan Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına Xidmətin Bakı şəhəri Qaradağ rayon İdarəsi statusu verilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2012-ci il tarixli əmrinin hansı normativ aktdan irəli gəlməsi, həmçinin Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığının hansı hüquqi aktla 2-ci dərəcəli komissarlıq hesab edilməsi kimi xüsusatlar araşdırılaraq hüquqi qiymət verilməmişdir. Bütün yuxarıd a göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2182/2019 saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxx xx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı da Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzi bati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının, onun vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçının kasasiya şikayətində qeyd olunmuşdur ki,mübahisənin predmeti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx xxxx 2012-ci il tarixli əmri ilə Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına Səfərbərlik Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsi statusu verilməsi ilə əlaqədar təminat xərclərinin də artırılması nəzərə alınmaqla pensiya məbləğinin artırılması barədə tələb olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin iddia predmetindən kənara çıxaraq, Qaradağ rayon Hərbi Komissarlığının 2-ci dərəcəli hərbi komissarlıq hesab edərək, Qaradağ rayon Hərbi Komissarı vəzifəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon Şöbəsinin rəisi vəzifəsinə bərabər sayılmasına əsaslanaraq qərar qəbul etməsi qanunsuzdur. Məhz, hazırkı mübahisənin predmeti də şöbənin idarə statusuna keçirilməsi ilə əlaqədar artmış təminat xərclərinin (pul təminatının) qanunvericiliyə əsasən pensiyaçılara da tətbiq olunmasıdır. Bundan əlavə, məhkəmə kollegiyası kasasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş, iş üçün əhəmiyyət daşıyan, araşdırılması zəruri olan Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına Xidmətin Bakı şəhəri Qaradağ rayon İd arəsi statusu verilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2012-ci il tarixli əmrinin hansı normativ aktdan irəli gəlməsi, həmçinin Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığının hansı hüquqi aktla 2-ci dərəcəli komissarlıq hesab edilməsi kimi xüsusatlar araşdırılaraq hüquqi qiymət verilməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 3.2-ci bölməsinə əsasən ikinci dərəcəli hərbi komissarlıqlarda əvvəlki vəzifə adı hərbi komissar şöbə rəisi adlandırılmışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (bundan sonra mətndə - Qanun) 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı məsələlərin h əlli zamanı nəzərə alınmalı olan pul məbləği təminat xərcliyində əks olunmalıdır. Təminat xərcliyinin zəruriliyi Qanunun 20.1.11-ci və ona müvafiq olaraq 9.5 və 20.14cü maddələrində əks olunmuşdur və həmin maddələrdə hərbi qulluqçuların pensiyalarına qulluq stajına görə əlavələrin məbləğinin təminat xərclərində göstərilmiş məbləğin müvafiq faiz nisbəti ilə hesablanması müəyyən edilmişdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən isə, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi bar ədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara. Azərbaycan Respublikasının Müdafiə Nazirliyində (...) xidmət edən hərbi rütbəli şəxslərə (...) əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların (...) müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fon duna təqdim olunur. Qeyd olunan bu normalarda isə təminat xərcliyinin bir halda pensiya hüququ ilə təmin olunan şəxsin müraciəti əsasında pensiyanın təyin edilməsi zamanı, digər halda isə təminat xərcliyində baş vermiş artımlar olduqda təminat xərcliyinin həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi müəyyən edilmişdir. Bilavasitə qanun qüvvəli normativ aktda təminat xərcliyinin hərbi qulluqçuların xidmət etdiyi müvafiq qurumlar tərəfindən cavabdehə göndərilməsi nəzərdə tutulmamışdır. Qanunda yalnız müvafiq qaydalar əsasında təminat xərcliyi ilə bağlı məsələlərin həll olunması göstərilmişdir. Yeni pensiyanın hesablanması ilə bağlı təminat xərcliyinin göndərilməsinin təşəbbüskarı kimi şəxsin xidmət etdiyi qurum olduğu barədə göstəriş birbaşa olaraq qanun qüvvəli aktla deyil, qanunvericilik sisteminə daxil olunan normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında əks olunmuşdur. İş materiallarından göründüyü kimi, tərəflər arasında mübahisələndirilən məsələ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın tətbiqi ilə bağlıdır. Belə ki, həmin siyahının 3.1- ci bəndində pensiya təyin edilməsi üçün hərbi qulluqçunun müraciət etdiyi vaxt mövcud olmayan Azərbaycan Respublikasının Hərbi Komissarlıqların hərbi xidmət vəzifəsinin adı “birinci dərəcəli hərbi komissarlıqların hərbi komissarı” vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mövcud hərbi xidmət vəzifəsinə “idarə rəisi” kimi uyğunlaşdırılması müəyyən edilmişdir. Həmin siyahının 3.2-ci bəndində isə müəyyən olunmuşdur ki, “ikinci dərəcəli hərbi komissarlıqların hərbi komissarı” vəzifəsi Xidmətin “şöbə rəisi” vəzifəsinə uyğunlaşdırılmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli 19 saylı məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvv ələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0218 nömrəli məktubuna əsasən, 1992-2007-ci illərdə keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığının tabeliyində olan Qaradağ rayon hərbi komissarlığı müvafiq ştat dərəcəsinə görə 2-ci dərəcəli hərbi komissarlıq olmuşdur. İstinad edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı xüsusi sahəni tənzimləyən normativ hüquqi akt olduğundan, yəni bilavasitə pensiyanın təyin edilməsi üçün müvafiq məsələləri tənzimlədiyindən, mübahisə yarandığı təqdirdə yalnız bu qərarın normaları tətbiq edilməlidir. Hüquq doktrinasında xüsusi normanın ümumi normadan daha üstün olduğunu bildirən “generalia specialibus non degrogant” prinsipi mövcuddur. Bu prinsip “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakı qayd ada öz təsdiqini tapmışdır: 10.2-ci maddəsinə əsasən normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir; 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aid olsun; 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Göstərilənləri nəzərə alaraq kollegiy a hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları həzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: q ə r a r a a l d ı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2182/
Məhkəmə qərarları › İş №2-1(102)-571/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-571/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver