Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-571/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 03.11.2021-ci il tarixli 21(103)-1363/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 14.02.2018-ci il tarixli **********140266 saylı qərarı ilə iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticəsi 04.07.2019-cu il tarixli **********140319 saylı aktla rəsmiləşdirilmişdir.
2. Həmin akt əsasında qəbul edilmiş 27.08.2019-cu il tarixli **********189006 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla digər tədiyyələr ilə yanaşı, 2017-ci ilin ƏDV üzrə 78162,82 manat azaldılmasına görə 39081,41 manat maliyyə sanksiyasının tətbiq edilməsi qər ara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin 27.08.2019-cu il tarixli **********89006 saylı qərarının 78162.82 manat ƏDV azaldılması və ona görə 39081.41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qəbul edilən məsuliyyət qərarı əsassız və qanunsuzdur. Belə ki, cavabdeh müəyyən etmişdir ki, iddiaçı MMC müvafiq dövr üzrə 463.000 manat dəyərində tikinti materialları almış, həmin tikinti materiallarından bir qismini, yəni 28.763 manat dəyərində olan hissəsini istifadə edərək ƏDV ödəsə də, 434.237 manat dəyərində tikinti materialla rı hal-hazırda mövcud olmadığından göstərilən məbləğə də ƏDV ödənilməlidir. Halbuki, həmin tikinti materialları MMC-nin daxili ehtiyaclarının təmin edilməsində, MMC-yə məxsus əmlakların təmir-tikintisində istifadə olunmuşdur. Lakin cavabdeh heç bir araşdırma aparmadan akt tərtib etmiş, əsassız vergi və maliyyə sanksiyası hesablamışdır. Cavabdehdən iddiaçının qanuni istifadəsində olan əmlaklara baxış keçirərək və müvafiq ekspertiza təyin edərək həmin obyektlərə sərf olunan tikinti materiallarının dəyərinin müəyyən edilməsi xahiş olunsa da, buna əhəmiyyət verilmədən Vergi Məcəlləsinin tələblərinə əməl edilməmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə 463533,33 manat (ƏDV- siz), dövriyyədən hesablanan ƏDV 83436,00 manat, əvəzləşdirilən ƏDV 82479,38 manat, büdcəyə hesablanan ƏDV 956,62 manat (972,40 manat (büdcəyə ödəmə) – 15,78 manat (büdcədən qaytarma)) təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir. "Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" 29.05.2018-ci il tarixli **********152075 nömrəli Qərarına əsasən müəssisənin fəaliyyət göstərdiyi ünvana (ofis) baxış keçirilən zaman qeyd edilən ünvanda vergi ödəyicisinə məxsus hər hansı mal qalığı və vergi ödəyicisinə məxsus digər ünvanlarda obyektin olması aşkar edilməmiş, baxışın nət icəsi 06.06.2018-ci il tarixli **********153366 nömrəli "Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə" protokolla rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən aparılmış inventarizasiya nəticəsində tərtib olunmuş 06.07.2018-ci il tarixli akta əsasən, müəssisənin hüquqi ünvanı yaşayış sahəsi olduğundan, müəssisənin qeyd etdiyi obyektlər isə rəsmi qaydada vergi orqanında uçotda olmadığından, eyni zamanda, hər hansı mal-material (o cümlədən, xammal, nağd pullar, hazır məhsul, qiymətli kağızlar və s.) aşkar edilmədiyindən inventarizasiya keçirilməsi mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (yerinə yetirilmiş işlərin qəbul aktları forma-2, qaimə fakturalar, EQF, VHF, bank sənədlərinə) əsasən Vergi Mə cəlləsinin 166-cı maddəsinin tələbləri gözlənilməklə vergi ödəyicisinin dövriyyəsi 463.533,33 manat (ƏDVsiz) və mal qalığı üzrə qeyd olunmuş 434.237,91 manat (ƏDV-siz) məbləğ də nəzərə alınmaqla ƏDV üzrə ümumi dövriyyə 897.771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) təqdim olunmuş forma-2 üzrə silinməsindən sonra (mütəxəssis rəyinə əsaslanaraq) 434.237,91 manat dəyərində əskik gəlməsi müəyyən edilmiş (Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir) və Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV hesablanmışdır. Yoxlama ilə ƏDV məbləğinin 78162,82 min manat azaldılması aşkar edilmişdir.
6. Bak ı İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-1(112)-700/2020 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cəmiyyət tərəfindən əldə edilmiş 434.237,91 manat dəyərində mallar yoxlama ilə əhatə olunan dövrdə qalıqda olmadığından, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq əskik gəlmə kimi qiymətləndirilməklə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə uyğun olaraq yoxlama ilə büdcəyə 78.162,82 manat ƏDV hesablanmışdır.
8. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3 - məruzəçi, hakimlər - X2 və X1) 19.08.2020-ci il tarixli, 2-1(103)-136 5/2020 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2-1(112)-700/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021ci il tarixli, 2-1(102)-41/2021 nömrəli qərarına əsasən (sədrlik edən Kəmaləddin Bədəlov, hakimlər Nigar Rəsulbəyova, İlqar Hüseynov) iddiaçının verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2- 1(103)1365/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh səyyar vergi yoxlamasını növbədənkənar qaydada aparsa da, bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsasların olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, apellyasiya məhkəməsi isə bu əsasların mövcudluğunu yoxlamamış və qiymətləndirməmişdir. Həmçinin, eyni il üzrə müxtəlif vergi tədiyyələri üzrə iddiaçının dövriyyəsi ilə bağlı ziddiyyətli məlumatlar qeyd edilmişdir. Yoxlama nəticəsində iddiaçının ƏDV üzrə ümumi dövriyyə məbləği təxminən iki dəfə artırılmış, lakin bu hal əsaslandırılmamışdır. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi, növbədənkənar aparılan səyyar vergi yoxlamasının qanuniliyini yoxlamalı, bundan əlav ə, dövriyyə ilə bağlı ziddiyyətli halları aradan qaldırmaqla işə baxmalıdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2021-ci il tarixli, 21(103)-1363/2021 nömrəli qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə, Cahangir Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17.03.2020-ci il tarixli 2-1(112)-700/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı müəssisədə 3 nəfər işçinin işləməsi, yoxlanılan dövr üzrə ümumilikdə 3083,04 ton sementin və 624,3 kub metr taxtanın alınması və tikintiyə istifadə oluması, bu işlərin görülməsi üçün 3 n əfər işçi qüvvəsinin yetərli olması absurd doğurduğu üçün vergi orqanı tərəfindəndən vergidən yayınma əlamətlərinin mövcudluğunun yoxlanılması zərurəti yaratmışdır. Buununla yanaşı, yoxlanılan dövrdə ümumi 98,25 ton sement, 56,87 m3 taxta materiallarından istifadə olunması kimi hallar iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olmuşdur.
16. Həmçinin, vergi ödəyicisinin ƏDV üzrə dövriyyəsi Vergi Məcəlləsinin 159.5-ci maddəsi nəzərə alınmaqla mənfəət vergisinə nəzərən müəyyən edilmiş dövriyyədən 434.237,91 manat çox müəyyən edilmiş, nəticədə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 78162,82 manat əlavə ƏDV hesablanmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2021-ci il tarixli, 2-1(103)-13 63/2021 nömrəli qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Mövcud olmayan tikinti materialları iddiaçının daxili ehtiyacları üçün istifadə olunmuşdur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh, növbədənkənar səyyar vergi yoxlaması aparsa da, məhkəmə belə yoxlamanın aparılması üçün qanunvericilikdə göstərilən əsasların olub-olmamasını araşdırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın də lilləri iddiaya qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. (-) 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəl lənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; (-) 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. (-) Maddə
39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyici sinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. (-) Maddə 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfl ərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üç ün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, səyyar vergi yoxlaması növbədənkənar qaydada keçirilsə də, bunun üçün qanunvericilikdə göstərilən əsasların mövcudluğu məhkəmə tərəfindən yoxlanılmamışdır. Apellyasiya instansiyası məhkəməsi onunla bağlı qeyd etmişdir ki, iddiaçı müəssisədə 3 nəfər işçinin işləməsi, yoxlanılan dövr üzrə ümumilikdə 3083,04 ton sementin və 624,3 kub metr taxtanın alınması və tikintiyə istifadə oluması, bu işlərin görülməsi üçün 3 nəfər işçi qüvvəsinin yetərli olması absurd doğurduğu üçün vergi orqanı tərəfindən vergidən yayınma əlamətlərinin mövcudluğunun yoxlanılması zərurəti yaratmışdır. Bununla yanaşı, yoxlanılan dövrdə ümumi 98,25 ton sement, 56,87 m3 taxta materiallarından istifadə olunması kimi hallar iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olmuşdur. Kollegiya qeyd edir ki, sözügedən hallar Vergi Məcələsinin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamə tlərinin müəyyən edilməsi) uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas hesab edilə bilər.
26. Cavabdehin 14.02.2018-ci il tarixli **********140266 saylı qərarı ilə iddiaçı barəsində növbədənkənar aparılmış səyyar vergi yoxlamasının nəticəsi 04.07.2019-cu il tarixli **********140319 saylı aktla rəsmiləşdirilmiş, həmin akt əsasında 27.08.2019-cu il tarixli **********189006 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla digər tədiyyələr ilə yanaşı, 2017-ci ilin ƏDV üzrə 78162,82 manat azaldılmasına görə 39081,41 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.
27. Cavabdeh müəyyən etmişdir ki, iddiaçı MMC müvafiq dövr üzrə 463.000 manat dəyərində tikinti materialları almış, həmin tiki nti materiallarından bir qismini, yəni 28.763 manat dəyərində olan hissəsini istifadə edərək ƏDV ödəsə də, 434.237 manat dəyərində tikinti materialları hal-hazırda mövcud olmadığından göstərilən məbləğə də ƏDV ödənilməlidir.
28. İşin hallarından məlum olur ki, mənfəət vergisi üzrə vergi ödəyicisinin dövriyyəsinin 463533.33 manat olması mübahisələndirilməyən haldır. Mənfəət vergisi və ƏDV üzrə dövriyyə arasında fərq isə vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) yoxlama zamanı əldə olunmuş mütəxəssis rəyinə əsasən təqdim olunmuş Forma-2 aktları üzrə silinməsindən sonra 434237.91 manat dəyərində əksik gəlməsi nəticəsində yaranmışdır. Yəni, vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə VHF-lərə əsasən alınmış 3083,04 ton sement və 624,3 kub.metr taxtaya mün asibətdə 98.25 ton sement, 56.87 kub.metr taxta materialları istifadə olunmuş və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində hər hansı mal qalığı göstərilməmişdir. Belə ki, vergi ödəyicisinin ƏDV üzrə dövriyyəsi Vergi Məcəlləsinin 159.5-ci maddəsi nəzərə alınmaqla mənfəət vergisinə nəzərən müəyyən edilmiş dövriyyədən 434.237.91 manat çox müəyyən edilmiş, nəticədə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 78162.82 (434.237.91X18%) əlavə ƏDV hesablanmışdır.
29. Cavabdeh tərəfindən vergi məsuliyyətinə cəlb edilməyə dair qərar Vergi Məcəlləsinin 159.5-ci maddəsinə istinadla qəbul edilmişdir. Həmin norma müəyyən edir ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna m alikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
30. Hazırkı iş üzrə mallardan (işlərdən, xidmətlərdən) ƏDV-nin hesablanmasını istisna edən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr barədə şərtlərdən hər ha nsı birinin mövcudluğu öz təsdiqini tapmamışdır.
31. Belə ki, iddiaçı sözügedən tikinti materiallarının MMC-nin daxili ehtiyaclarının təmin edilməsində, MMC-yə məxsus əmlakların təmir-tikintisində istifadə edildiyini qeyd etmiş, lakin bu hal üzrə sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq onun tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
32. Bu baxımdan məhkəmə kollegiyası vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq iddiaçı müəssisəyə ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78162,82 manat azaldılmasına görə 50% miqdarında, yəni 39081,41 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qanuni və əsaslı olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
33. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1363/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.