Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-571/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia vermə müddətinin əvvəlki qanuna görə ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X18, X5, X12, X16) “üçüncü şəxs X13 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, yəni Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli protokolunun qərarına əsasən X6 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin hissədə 0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-605/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar xx. xx.2023-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X13 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, yəni Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli protokolunun qərarına əsasən X6 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin hissədə 0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslandırılması:
2. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolundan çıxarışa əsasən M.Füzuli adına kolxozun ərazisində yaşaya n Yuxarı Ağcayazı kənd sakini X6 müəyyən olunmuş sahədən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi xx.xx.1989-cu il tarixli Aktla torpaq sahəsinin ayrılması işləri üzrə Təftiş Komissiyasının vəzifəli şəxslərinin iştirakı ilə X6 Yuxarı Ağcayazı kəndində məktəb aralığı adlanan sahədən eni 24 metr uzunu 35 metr olmaqla yerində tanıdılaraq verilmişdir. Ayrılan torpaq sahəsi komissiya üzvlərinin iştirakı ilə yeri və ölçüləri göstərilməklə verilmişdir.
3. Bundan başqa, Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2021-ci il tarixli 241 saylı arxiv arayışında da qeyd edilir ki, Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 08 №li təsərrüfatbaşına kitabının 562/439 №li təsərrüfatı X3 adına olmaqla təsərrüfat ında X9 (ailə başçısı), İddiaçı2 (h.yoldaşı), İddiaçı1 və adına 0.10 ha torpaq sahəsi vardır.
4. X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçılar onun vərəsələridirlər və uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar, hər dəfə onlar verilən torpaq barəsində mərhum X2 xəbər aldıqda o, torpaq sahəsinə qardaşı X10 ailəsi ilə birlikdə sənəd verildiyini demiş və həmin torpaq sahəsinin Elxanın həyətyanı torpaq sahəsinə bitişik olduğunu bildirmişdir.
5. X18 mərhum Məhyəddin Abdullayevin qardaşı olmaqla istifadəsində və mülkiyyətində 0.6765 ha torpaq sahəsi vardır – hansıki həmin vaxt torpaqlar paylanan zaman heç kimin ailəsinə bu qədər həyətyanı torpaq verilməmişdir, qeyd edilən 0.6765 ha torpaq sahəsi adambaşına verilən torpaq normasından artıqdır.
6. Mübahisə predmeti olan həmin torpaq sahəsinə X10 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış Elxan Abdullayevə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir.
7. İddiaçılar daha əvvəl xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət etsələr də, xx.xx.2023cü il tarixli 2-1(116)-188/2023 Qərardadla iddia mümkün sayılmamış və onlara həmin qərardadla izah edilmişdir ki, “mübahisələndirilən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli həmin çıxarışın ləğvi ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üst-üstə düşən 0,10 ha hissədə ləğv edilməsi üçün cavabd eh orqana müraciət edilməlidir”. Ona görə də təkrarən məhkəməyə müraciət etmişlər.
8. Şəki İnzibati Məhkəməsində işə baxılarkən ekspertiza aparılmış və müəyyən edilmişdir ki, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X6 verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsi X13 verilən JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür.
9. İddiaçılar cavabdeh orqana 2 dəfə müraciət etmiş, ilk dəfə müraciəti itirilmiş, daha sonra təkrar müraciət etmiş və onların ikinci müraciətlərinə cavab olaraq cavabdeh orqan özünün xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1320/2023 saylı məktubu ilə bildirmişdir ki, onlar bu məsələdə səlahiyyətli deyildir. Bundan başqa mütəxəssis rəyində üst-üstə düşən hissənin X10 mülkiyyətində olan torpaq olduğu anlamına gəlmir. Halbuki daha əvvəlki tələbimizlə əlaqədar alınmış mütəxəssis rəyində açıq şəkildə qeyd edilmiş və göstərilmişdir ki, “Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X6 verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsi X13 verilən JN151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür”.
10. Cavabdeh orqan onların ikinci müraciətinə də laqeyd yanaşaraq daha əvvəl iddianın təmin edilmədiyini qeyd etməklə torpaq sahələrinin həmin torpaq sahəsi olmadığını bildirmişdir. Halbuki cavabdeh anlamır ki, daha əvvəl iddia tələbi mümkün sayılmamış və Şəki İnzibati məhkəməsi tərəfindən bildirilm işdir ki, “mübahisələndirilən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli həmin çıxarışın ləğvi ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üst-üstə düşən 0,10 ha hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Cavabdehin etirazları:
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının X10 adına tərtib edilmiş, JN-151F KOD 90306038 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin qismən ləğvinə dair ərizə ilə müraciətinə 17 saylı Yevlax Ərazi idarəsində baxılmışdır.
12. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaş dırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Nəticə etibarı ilə Ağdaş rayonu. Məhəmməd Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X6 ayrılmış həyətyanı torpaq sahəsinin vətəndaş X10 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin ləğvi Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir.
13. İddiaçı bundan əvvəl də oxşar tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibatı Məhkəməsinin 2-1(116)-188/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X4 və İddiaçı1 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı "********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokoluna qərarına əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissə də ləğv edilməsi və həmin 0,10 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Üçüncü şəxsin etirazları:
14. Üçüncü şəxs X18 iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.1989-cu il tarixli 05 saylı ümumi iclas protokolundan Çıxarışda mərhum Məhyəddin Abdullayevə 0.10 hektar torpaq sahəsinin verilməsi aydın oxunmur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.1989-cu il tarixli akından aydın görünür ki, Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində yaşayan X6 Yuxarı Ağcayazı kəndində “Mək təb aralığı” adlanan sahədən eni 24 metr, uzunu 35 metr 0.10 hektar torpaq sahəsi verilib. Həmin akt Məhyəddin Abdullayev tərəfindən də imzalanıb. Aktdan görünür ki, ayrılmış torpaq sahəsinin eni 29 metr, uzunluğu 35 metr olmaqla ümumi sahəsi 1000 kv.metr yox, cəmi 840 kv.metr, yəni 0.084 hektar təşkil edir.
15. İddiaçılar tərəfindən qərar və aktdan əlavə həmin torpaq sahəsinin torpaq islahatına qədər mərhum X3 qanuni istifadəsində olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
16. İddiaçılar tərəfindən mübahisələndirilən 0.10 hektar (əslində akta əsasən ona 0.0840 hektar ayrılaraq verilib) torpaq sahəsinin islahat zamanı Aqrar İslahat Komissiyasının qərarı ilə əvəzsiz olaraq mərhum X3 mülkiyyətinə verilməsinə dair yerli və rayon Aqrar İslahat Komissiyasının Yuxarı Ağcay azı kəndi üzrə qərarlarını (kolxoz üzvü olan və pay almaq hüququ olan subyektlərin siyahısı) və 0.10 hektar həyətyanı torpaq sahəsinə görə mərhumun adına dövlət kadastr kitabında qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iddia ərizəsinə əlavə edilməmişdir.
17. Əgər belə bir qərarlar və ya şəhadətnamə mövcud olmamışdırsa, xx.xx.2021ci il tarixdə vəfat etmiş X1 adının Yerli və rayon X8 pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısına salınmasını nə üçün mübahisələndirməmişdir və bu hüquqdan istifadə etməmişdir.
18. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonunun Ağcayazı kəndində “məktəb aralığı” adlanan ərazidən onunla birlikdə bir neçə nəfər kənd sakininə qanuni istifadələrində olan həyətyanı torpaq sahələri mülkiyyətlərinə verilmişdir. Həmin ərazinin çox hissəsi isə islahata qədər həyətyanı torpaq sahəsi kimi vətəndaşlara verilmədiyindən İslahat Komissiyasının qərarı ilə bələdiyyənin balansına verilmişdir.
19. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və yuxarıda göstərdiklərindən məlum olur ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilən Ağdaş rayonu Fizuli adına kolxozun həmin qərarı qəbul edilməsinə, torpağın ayrılmasına dair akt tərtib edilməsinı baxmayaraq, həmin 0.10 hektar torpaq sahəsinin koordinatları (döngə nöqtələri) müəyyən edilməmiş, həmin qərar o vaxt qüvvədə olmuş torpaq qanunvericiliyinin tələblərinə uyğun müvafiq icra orqanında qeydiyyata alınmamışdır. Məhz ona görə də həmin torpaq sahəsi islahat zamanı kolxozun yaşayış məntəqələri torpaqları kateqoriyasına daxil edilmiş və hazırda bələdiyyənin balansındadır. Əgər həmin 0.10 ha torpaq sahəsi qanuni yolla əldə olunmuş və istifadədə olan torpaqlar siyahısında olsaydı Yerli və Rayon X8 müvafiq qərarları ilə iddiaçıların mülkiyyətinə verilərdi və bu barədə mərhumun adına dövlət kadastrı kitabında müvafiq nömrə ilə qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərdi.
20. Belə ki, iddiaçılar iddia ərizəsində torpaq sahəsinin onlara kolxozun qərarı ilə verildiyini, bundan sonra Yuxarı Ağcayazı kəndinə aid 08 nömrəli təsərrüfatbaşına kitabının 562/439 nömrəli təsərrüfatının məhz X9 və ailəsinin adının olması və adına 0.10 ha torpaq sahəsinin olmasını etiraf edirlər. Həmin kitab üzrə onun və ailə üzvlərinin təsərrüfatı ayrı göstərilmişdir və həmin təsərrüfatda ancaq onun və ailəsinin adla rı, ailəsinin istifadəsində 0.68 hektar həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Məhz ona görə də rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 0.68 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir və bu barədə adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamənin “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik ərazilər koordinat nöqtələri üzrə aydın qeyd edilmişdir. Orada mərhum X10 adına rast gəlinmir. Onun və ailə üzvlərinin adına verilmiş JN-151F kod 90306038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”ndə onun torpaq sahəsinə bitişik torpaq sahələrinin gediş gəliş yolu üçün ay rılmış bələdiyyə, X17, X22 və X20 mülkiyyətlərinə verilmiş torpaq sahələrindən ibarət olması tam aydın görünür.
21. Əgər iddiaçıların mübahisələndirdikləri 0.10 hektar torpaq sahəsi həqiqətən də onun xüsusi mülkiyyətimdə olan 0.68 hektar torpaq sahəsinin daxilində olsaydı, həmin torpaq sahəsinin ümumi sahəsi 0.68 hektar yox, 0.78 hektar olmalı idi və yaxud iddiaçıların iddia etdikləri 0.10 hektar torpaq sahəsi onun mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin daxilində yerləşsəydi rayon Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı ilə ona və ailə üzvlərinə 0.68 hektar yox, 0.58 hektar torpaq sahəsi verilərdi və ya onun və ailə üzvlərinin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mülkiyyətçilərinin adlılar siyahısında iddiaçıların və mərhum qardaşının da adları yazılardı. Lakin onların təsərrüfatı ayrı olduğuna görə İslahat Komissiyası haqlı və qanuni olaraq 0.68 hektar torpaq sahəsini onun qanuni istifadəsində olduğundan həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə qərar qəbul etmişdir.
22. İddiaçılara verilmiş torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə bitişik olması ilə bağlı bildirdikləri tamamilə yalandır.
23. İddia olunan 0.10 hektar həyətyanı torpaq sahəsi kolxozun qərarı ilə mərhum X6 verilsə də, həmin ayrılmış torpaq sahəsinin sxematik planı və digər zəruri sənədlər hazırlanmadığından və torpaq islahatı zamanı islahat Komissiyalarına təqdim olunmadığı üçün həmin torpaq sahəsi islahata salınmamışdır. Yəni həmin torpaq sahəsi mərhum X3 qanuni istifadəsində olan torpaq sahəsi hesab olunmadığından yerli və rayon X8 müvafiq qərarına əsasən adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənməmişdir. Bunu əksi olaraq onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.68 hektar həyətyanı torpaq sahəsinə qanuni istifadələrində olduğundan Ağdaş rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə onun və digər 3 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Göründüyü kimi adına işlənmiş JN-151F kod 90306038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı əsasında verilmişdir. Həmin qərar mərhum X9 tərəfindən qanunla ona verilmiş müddətdə mübahisələndirilməmişdir. Aqrar İslahat Komissiyasının ona münasibətdə həmin qərarı qüvvədə olduğu təq dirdə adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi üçün iddiaçıların heç bir subyektiv hüquqları olmamışdır və yoxdur. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
24. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2120/2023 nömrəli qərardadı ilə iş üzrə X18, X5, X12 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
25. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2120/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdeh orqana qarşı tələbi iki hissədən ibarətdir:
1. X13 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsin ə dair” Şəhadətnamənin qismən, 0.10 ha torpaq sahəsinə aid hissədə ləğvi, 2. həmin hissədə 0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçılar, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolu qərarına əsasən verildiyini iddia etdikləri 0,10 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş 0.6765 ha torpaq sahəsinin hüdudları daxilində olduğunu bildirir və buna görə də sözügedən çıxarışın verilməsinə əsas olmuş JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni üst-üstə düşən 0,10 ha hissədə mübahisələndirirlər.
28. Sözügedən şəhadətnaməyə əsasən X13 3 nəfər ailə üzvü ilə birlikdə 0.68 ha torpaq sahəsi Ağd aş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verilmişdir.
29. Məhkəmə iclasında iddiaçılar hazırda mübahisələndirilən şəhadətnamənin məzmunundan 2010-cu ildən məlumatlı olmalarını və ötən müddət ərzində mərhum Məhyəddin Abdullayev və üçüncü şəxs Elxan Abdullayevin anasının xətrinə (İddiaçı1 nənəsi) sözügedən Şəhadətnaməni mübahisələndirmədiklərini bildirmişlər. Belə olan halda, iddiaçılar mərhum Məhyəddin Abdullayevə ayrıldığını iddia etdikləri torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bildikləri zaman mübahisə açmalı idilər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, 13 il keçdikdən sonra hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmişlər.
30. Nəzərə alınmalıdır ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verilmişdir.
31. X8 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
32. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi xx.xx.2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi ta rixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
33. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçıya bildirir ki, ləğv edilməsini tələb etdiyi Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verildiyindən və müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş sənədlər ləğv edilə bilməz.
34. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.
35. İddia tələbinin “0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi” hissəsinə münasibətdə izah edilir ki, iddiaçılar sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Məhyəddin Abdullayevə məxsus olmasını iddia et sələr də, tələbin həmin hissəsi ilkin tələblərdən asılı tələbdir. Yəni, ilk növbədə iddiaçılar inzibati məhkəmə icraatı qaydasında “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğvinə nail olmalı, həmin məsələ müsbət həllini tapdıqdan sonra isə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Məhyəddin Abdullayevə məxsus olması ilə bağlı cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda isə) analoji iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidirlər. Yəni, iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən digər şəxsə məxsus mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməz.
36. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərarda dın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
37. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-605/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2120/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
38. Kassasiya şik ayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
39. İddiaçı əlavə olaraq qeyd edir ki, məhkəmələr mübahisələndirildiyi iddia edilən AİK-in qərarını Arxivdən tələb etməyi belə özlərinə vəzifə borcu hesab etmirlər, halbuki, İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən bu məhkəmənin birbaşa vəzifəsidir. Əgər AİK qərarı tələb edilərək arxivdən alınsa idi, onda həmin qərarla üçüncü şəxsə ayrılan torpaq sahəsinin ölçüsü və həcmi bilinəcəkdi, o zaman da mübahisə qalmayacaqdı. Lakin nədənsə həm birinci instansiya məhkəməsi, həm də Şəki Apellyasiya Məhkəməsi araşdırma aparmaqdan imtina etmiş, işi asan yola çəkərək hüquq anlayışını məhv etmiş, qanunvericiliyi heçə sayaraq məhkəmə iclasında bizi dinləmədən, dinləmə hüququmuzun olduğuna belə imkan tanımadan iddiamızı müm künsüz hesab etmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
45. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiy i vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. H əm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
46. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzl ər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
47. Beləliklə, iddiaçılar İPM-in 35.1-ci maddəsinə əsasən hüquqlarının pozuluduğnu iddia edə bilməzlər.
48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-605/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.