Məhkəmə qərarları › İş №2-1(102)-572/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-572/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-572/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-572/2022) (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Kərimov Səyyad Əli oğlu-məruzəçi, Nəbizadə Rahib Sahib oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 20 21-ci il tarixli, 2-1(103)-2830/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (şəxsiyyət vəsiqəsinin nömrəsi - 0*******; FİN kodu - 3ROUHAP; Doğum tarixi - xx xxxxxxx 1960-cı il) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçı 8 sentyabr 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, 16 oktyabr 1980-ci il tarixə kimi «Qax rayonu Taxıl məhsulları kombinatı»nda fəhlə vəzifəsində işləmiş, 17 noyabr 1980-ci il tarixdən 13 dekabr 1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 1 avqust 1983-ci il tarixdən Qax Avtonəqliyyat müəssisəsində avtoçilingər vəzifəsində, 23 mart 1990-cı il tarixdən 2015-ci il tarixə kimi "xxxx" ASC-də şin təmiri ustası vəzifəsində işləmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 18 yanvar 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24.532,05 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 2 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşının tamam olduğu 12 oktyabr 2012-ci il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən (2 dekabr 2020-ci ildən) əvvəlki üç il müddət üçün, yəni 2 dekabr 2017-ci ildən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu 12 oktyabr 2017-ci il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən (2 dekabr 2020-ci ildən) əvvəlki üç il müddət üçün, yəni 2 dekabr 2017-ci ildən hesablanmaqla və hesablanmış pensiyanın ümumi məbləğinin 36 aya bölünərək aylıq pensiya məbləğinə əlavə edilərək ödənilməsi şərtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-4519/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 8 sentyabr 1976-cı il tarixindən əmək fəaliyyətinə başlamış, 17 noyabr 1980-ci ildən 13 dekabr 1982-ci ilə kimi hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra müxtəlif yerlərdə işləmişdir. 1 avqust 1983-cü ildən 9 aprel 2015-ci ilə k imi "xxxx" ASC-də vulkanizator-şin təmiri ustası vəzifəsində işləmişdir. Cavabdehə 2020-ci ilin dekabr ayında müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh 18 yanvar 2021-ci il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir(40.400 manat tələb olunduğu halda, cəmi 24.532,05 manat təşkil edir).

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının faktiki çalışdığı peşələrlə iddia etdiyi (kodlara istinad olunan peşələr) peşələr üst-üstə düşmür. İddiaçı güzəştli iş stajını təsdiqləyən arayışı təqdim etməmişdir. İddiaçı xüsusi iş stajı şərtini yerinə yetirsə belə, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. İddiaçıya münasibətdə, pensiya kapitalına dair şərt reallaşmamışdır. Dolayısı ilə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli, 2-1(112)-4519/2021 nömrəli qərarı (hakim X4) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 12 oktyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (2 dekabr 2020-ci il) əvvəlki üç il üçün, yəni 2 dekabr 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həval ə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi “rezin məmulatların təmiri üzrə çilingər-vulkanizator” peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23200000-18003” kodu ilə nəzərdə tutulmuş “vulkanizasiya ilə məşğul olan rezin məmulatların təmirediciləri (sənayedə və nəqliyyatda)” peşəsi ilə uyğunluq təşkil etdiyi "xxxx" ASC-nin 8 may 2021-ci il tarixli, 8 nömrəli arayışı ilə təsdiq olunur. Həmin arayışda iddiaçının xüsusi stajı ətraflı olaraq qeyd edilmiş, faktiki olaraq g ördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu göstərilmişdir. İşin hallarına əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun 57 yaşı tamam olmuşdur, hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 1 yanvar 2006-cı ilədək ümumilikdə 29 il 1 ay 5 gün olmaqla 25 ildən çox əmək stajı vardır (cavabdeh tərəfindən mübahisələndirilməmişdir) və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası hüququ verən peşədə işləmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(103)-2830/2021 nömrəli qərarı (hakimlər X2- məruzəçi və sədrlik edən, X3, X1) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kas sasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 13-cü maddənin “b” bəndi: əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Şikayətdə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi tələb olunduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusə n məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Cavabdehin kassasiya şikayətinin ə sas dəlilləri ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının işlədiyi və əmək kitabçasında qeyd olunmuş peşələrin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulmuş müvafiq peşələrə uyğun olmadığı iddia edilir.

28. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ona 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı 12 oktyabr 2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Bu baxımdan hazırkı mübahisə 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir.

29. Bununla bağlı qeyd olunmalıdır ki, qərarın 17-ci bəndində istinad olunan normaya görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların müddəaları baxımından 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olsun.

30. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 8 oktyabr 2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunveric iliklə təyin olunur. Bu qərarın 18-ci bəndində istinad olunan normaya görə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

31. Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

32. İstinad edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.

33. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 1 yanvar 2006 -cı ilə qədər, hərbi xidmət dövrü də daxil olmaqla azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığı məhkəmələr tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi, güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri olan tam əmək stajı şərti, yəni ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcuddur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Nəzərə alınmalıdır ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqınd a” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir.

35. Nəzərə alınmalıdır ki, bu qərarın 17-ci bəndində istinad olunan Qanunun 9.8ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə m üvafiq surətdə təyin edilir. 36. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə olunur.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pe nsiya kapitalı ilə bağlı tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməkdə cavabdeh haqlı sayıla bilməz.

38. Kassasiya şikayətinin iddiaçının işləmiş olduğu peşələrin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş müvafiq peşə kodlarına uyğun olmaması barədə dəlili ilə bağlı qeyd edilməlidir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısına əs asən müəyyənləşdirilməlidir. 39. "xxxx" ASC-nin 8 may 2021-ci il tarixli, 08 nömrəli arayışında həmin müəssisənin işçisi olmuş İddiaçı 1 avqust 1983-cü ildən çilingər, 23 mart 1990-cı ildən 9 aprel 2015-ci ilədək rezin məmulatların təmiri üzrə çilingər-vulkanizator vəzifəsində işlədiyi qeyd edilmişdir. Arayışda qeyd olunmuşdur ki, iddiaçının müəssisədəki işi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin, göstəricilərin” 2 nömrəli Siyahısında 23200000-18003 kodu ilə nəzərdə tutulmuş vulkanizasiya ilə məşğul olan rezin məmulatların təmir ediciləri (sənayedə və nəqliyyatda) peşəsinə-vəzifəsinə uyğundur. Belə ki, müəssisədə işləd iyi müddətdə faktiki olaraq vulkanizasiya ilə məşğul olmuş, rezin məmulatların təmiri və bərpası üzrə işləri (xüsusilə avtonəqliyyat vasitələrinin şinlərinin-təkərlərinin təmiri, bərpası, kamerlərin yonulması, yamanması, aparatda bişirilməsi, təkərlərin balans olunması və s.) yerinə yetirmişdir.

40. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının işlədiyi peşələr qeyd olunan 2 nömrəli Siyahının 23200000 kodlu XXXİİİ. “Ümumi peşələr” bölməsində “23200000-18003 şrifti ilə nəzərdə tutulmuş vulkanizasiya ilə məşğul olan rezin məmulatların təmirediciləri (sənayedə və nəqliyyatda) peşəsinə uyğundur və güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərə alınmalıdır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmas ını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

42. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsin in iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 21(103)-2830/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar