Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-573/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz:prokurorluq işçisinin pensiyasının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmaqla yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiаçının vəkili, cavabdehin vəkili iştirakı ilə İddiаçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın əvvəlki tarixdən təyin edilməsi və yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli 21(103)-2108/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.1952-ci il təvəllüdlü iddiaçı 04.02.1974-15.09.1993-cü illərdə daxili işlər orqanlarında, 11.01.1994-16.09.2001-ci il tarixləri arasında prokurorluq orqanlarında işləmişdir və hal-hazırda pensiya alır. İddiaçı cavabdehə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində təsbit edilmiş əlavələrin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh məktubla bildirmişdir ki, iddiaçıya 01.01.2006-cı il tarixdən prokuror kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan əlavələrin xidmət keçdiyi dövr ərzində iddiaçıya hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şö bəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla pensiyanın 16 sentyabr 2001 -ci ildən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DSMF-nin Nərimanov rayon şöbəsinin üzərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla pensiyanın 16 sentyabr 2001-ci il tarixdən təyin olunması və həmin tarix dən yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1137/2019 saylı, 21 may 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, prokurorluq orqanlarının əməkdaşlarına il ərzində məzuniyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinatlar qanunvericiliklə əmək haqqının tərkibinə aid edilmişdir. Bu əsasdan daxili işlər orqanlarında xidmətdə olduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə, prokurorluq orqanlarında xidmət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla iddiaçıya 16 sentyabr 2001-ci il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2-1(103)-2108/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1137/2019 saylı, 21 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2-1(103)-2108/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbayca n Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Bu əlavələrin xidmət keçdiyi dövr ərzində iddiaçıya hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. Bundan əlavə, iddiaçı barəsində 06.05.2003-cü il tarixdə pensiya təyin edilməsi barədə qərar qəbul edilsə də, iddiaçı bu qərarı mübahisələndirməmişdir, həmin qərar qüvvədədi r və mübahisələndirmə haqqında iddia müddəti ötürülmüşdür. Həmçinin iddiaçının tələb etdiyi əlavələr əmək haqqının sonrakı artımı kimi qiymətləndirilə bilməz. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 20.8, 32.1-1, 37.7-ci maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2-1(103)-2108/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibat i Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2-1(103)-2108/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin araşdırılmış hallarına əsasən **.**.1952-ci il təvəllüdlü iddiaçı 04.02.197415.09.1993-cü illərdə daxili işlər orqanlarında, 11.01.1994-16.09.2001-ci il tarixləri arasında prokurorluq orqanlarında işləmişdir. İddiaçı cavabdehə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində təsbit edilmiş əlavələrin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh məktubla bildirmişdir ki, iddiaçıya 01.01.2006-cı il tarixdən prokuror kimi yaşa görə əmək pensiyası təyin e dilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan əlavələrin xidmət keçdiyi dövr ərzində iddiaçıya hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. İddiaçının tələbi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokuro rluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla pensiyanın 16 sentyabr 2001-ci il tarixdən təyin olunması və həmin tarixdən yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya ilk dəfə pensiyanın nə vaxtdan və hansı qaydada təyin edilməsi ilə bağlı iş materiallarında olan sənədlərdə ziddiyyət vardır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona pensiya 01.02.2004-cü il tarixdən təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı ******** saylı məktubda iddiaçıya 01.01.2006-cı il ta rixdə prokuror kimi yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd edilmişdir (iş v.9). Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ***** nörməli qərarı ilə Iddiaçı ərizəsinə əsasən ona xidmət illərinə görə 06.05.2003-cü ildən 2450400 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Cavabdeh kassasiya şikayətində iddiaçıya 06.05.2003-cü ildən pensiya təyin edildiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçının hansı tarixdən prokuror kimi pensiya alması barədə məlumatlarda ziddiyyətlər olmuş, lakin işə baxan apellyasiya instansiya məhkəməsi bu məsələni aydınlaşdırmamışdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi şöbəsinə ünvanlanmış 16.01.2004-cü il tarix li məktubda bildirilmişdir ki, DİN-in təqaüdçüsü Iddiaçı təqaüdü 01.07.2000-ci ildən 210410 manat, 01.08.2003-cü il tarixdən isə 272906 manat təşkil etmiş, təqaüdü 30.11.2003-cü il tarixədək ödənilmiş, 01.12.2003-cü ildən dayandırılmışdır. Göründüyü kimi, sözügedən məktuba əsasən iddiaçının 01.07.2000-ci ildən 01.12.2003-cü ilədək iddiaçı DİN-in təqaüdçüsü olmuş və pensiya almışdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bununla bağlı hər hansı araşdırma aparmadan, başqa sözlə, iddiaçıya prokuror kimi pensiya təyin edilən müddətədək DİN-in təqaüdçüsü olub-olmamasına qiymət vermədən, iddiaçının həmin dövrdə təqaüd almasına baxmayaraq eyni dövr üçün hazırkı iddia ilə prokuror kimi pensiya təyin edilməsi tələbinə qiymət vermədən, iddia tələbinin təmin edilməsinə dair birinci instans iya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmasıan dair iddia tələbi ilə əlaqədar qeyd edir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun: - 20.8-ci maddəsinə əsasən, prokur orluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, (...) prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları ilə bağlı müavinət və maddi yardım aiddir. Cavabdeh qeyd edir ki, iddiaçının tələb etdiyi əlavələrin xidmət keçdiyi dövr ərzində iddiaçıya hesablanması b arədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. Bununla bağı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindikdən sonra prokuror kimi işləməməsi işin mübahisəsiz hallarına aid olduğundan, sözügedən arayışın təqdim edilməsi mümkün deyildir. Belə ki, iddiaçı tələb etdiyi əlavələri prokuror kimi işlədiyi dövrdə almamışdır. Lakin istinad edilən əlavələr əmək haqqındakı sonrakı artımlar kimi nəzərə alınmalıdır. Belə ki, “Əmək haqqı” anlayışı prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2 1.1.-ci maddəsində müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Belə olan halda, pensiya çıxmış şəxsin vaxtı ilə tutduğu vəzifədə hazırda işləmiş şəxsin əmək haqqısına uyğun olaraq pensiyanın hesablanması aparılmalıdır. Yəni hazırda işləyən şəxsin əmək haqqısına həmçinin iddia tələbinə əsasən ödənilməli olan məbləğlər daxil edildiyindən, həmin məbləğlər əmək pensiyasına əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilməklə iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bununla da belə nəticə əldə olunur ki, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzə rə alınması qanuni qaydada müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, prokuror kimi pensiyaya çıxmış şəxslərin pensiyası hesablanarkən əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla hesablanmalıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, ilk növbədə iddiaçının prokuror kimi nə vaxtdan pensiyaya çıxdığı müəyyən edilməli, daha sonra tələb olunan əlavələr nəzərə alınmaqla yenidən pensiya hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiy a instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2-1(103)-2108/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-573/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-573/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver